393
QEYDLƏR
1922-ci ilin dekabr ayından SSRİ MİK-nin 4 sədrindən
biri - ZSFSR-dən sədr
– seçilmişdir. 1925-ci il martın 19-da Moskvada vəfat etmiş, orada, Kreml
divarının önündə dəfn edilmişdir.
57
Mantaşev A.İ. və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1899-cu ildə
təsis olunmuşdur. İdarə heyəti Tiflisdə idi, istehsalat fəaliyyətinin mərkəzi
Bakı şöbəsi idi. Balaxanı, Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var
idi. Keşlə kəndində neftayırma zavoduna, Ağ şəhərdə kerosin-yağ zavoduna
və s. malik idi. Xaricə neft və neft məhsulları ixrac edirdi. Azərbaycan İnqi-
lab Komitəsinin 27 may 1920-ci il tarixli dekreti ilə milliləşdirilmişdir.
58
1905-ci il – 1905-ci ilin fevral ayında Bakıda erməni və müsəlman
(azərbaycanlı) əhalisi arasında başlanan, sonradan bütün Cənubi Qafqaz
ərazisini əhatə edərək erməni-müsəlman qırğınlarına çevrilən silahlı
toqquşmalar nəzərdə tutulur. 1905-1907-ci illərdə Bakı, Yelizavetpol və İrə-
van quberniyalarında 158 azərbaycanlı və 128 erməni kəndi dağıdılmış,
müxtəlif hesablamalara görə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordu-
bad, Eçmiədzin, Cavanşir, Qazax qəzalarında 3 mindən 10 minədək insan, o
cümlədən qadın, uşaq və qoca, qətlə yetirilmişdir.
59
Pitoyev və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1907-ci ildə təsis
olunmuşdur. Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var idi. 1920-ci
ilin may ayında Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.
60
“Müsavat” - (ərəbcə bərabərlik), Azərbaycan milli-demokratik par-
tiyası, 1911-ci ildə Bakıda yaradılmışdır. İlk özəyini keçmiş hümmətçilər
Abbasqulu Kazımzadə, Tağı Nağıoğlu və Məmmədəli Rəsulzadə (Rəsuloğlu)
təsis etmişlər. Partiyanın ilk proqramı və nizamnaməsi qeyri-leqal kitab-
ça şəklində 1912-ci ildə nəşr olunmuşdur. 1913-cü ildən partiyanın dəyiş-
məz lideri Məhəmməd Əmin Rəsulzadə - Azərbaycanın görkəmli siyasi
və dövlət xadimi, AXC-nin yaradıcılarından biri, Azərbaycan Milli Şurası-
nın sədri, Azərbaycan Parlamentində “Müsavat” və bitərəflər fraksiyasının
sədri, jurnalist, siyasi publisist – olmuşdur. Məhəmməd Əmin Hacı Mol-
la Ələkbər oğlu Rəsulzadə (1884-1955), rus-tatar məktəbini və Bakı texniki
məktəbini bitirmişdir. 1902-ci ildə “Müsəlman gənclik təşkilatı” adlı gənc
azərbaycanlı gənclər dərnəyini yaratmış, 1904-cü ildə RSDFP nəzdində
“Müsəlman sosial-demokrat “Hümmət” qrupunun yaradılmasında iştirak
etmişdir, bu dövrün mətbuatında (“Hümmət”, “Təkamül”, “Yoldaş”, “İrşad”,
“Tərəqqi” qəzetləri) fəal nəşr olunmuşdur. 1908-1911-ci illər İran inqilabın-
da iştirak etmiş, İran Demokrat Partiyasının yaradıcılarından biri, bu par-
tiyanın MK-nin üzvü, ilk Avropa tipli İran qəzetinin – “İrane-nou” – redak-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
394
toru olmuşdur. 1911-ci ildə Türkiyəyə mühacirət etmiş, burada “Türk ocağı”
təşkilatına daxil olmuş, “Türk yurdu” jurnalında nəşr olunmuşdur. 1913-cü
ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumi-
dən sonra Bakıya qayıtmış, “Müsavat” partiyasının rəhbərliyinə keçmiş-
dir. 1915-1918-ci illərdə “Açıq söz” qəzetini - “Müsavat” partiyasının faktiki
orqanını buraxmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Qafqaz
müsəlmanlarının Bakı (1917, aprel) və Rusiya müsəlmanlarının Moskva
(1917, may) qurultaylarında iştirak etmiş, onun məruzələri əsasında Ru-
siyanın federativ dövlət quruluşunun zəruriliyi haqqında qurultay qət-
namələri qəbul edilmişdir. 1917-ci ilin iyun ayında “Müsavat” “Türk Ədə-
mi-Mərkəziyyət” partiyası (1917-ci ilin aprel ayında Gəncədə yaradılmışdır)
ilə birləşdikdən sonra, “Türk-Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın I qu-
rultayında (1917, 26-31 oktyabr, Bakı) Mərkəzi Komitənin sədri seçilmiş-
dir. Zaqafqaziya Seyminin işində iştirak etmiş, AXC-nin yaradıldığını elan
edən Azərbaycan Milli Şurasının sədri seçilmişdir. Osmanlı dövləti ilə Ba-
tum danışıqlarında və müqaviləsinin bağlanmasında (1918, 4 iyun) iştirak
etmiş, bu müqaviləyə əsasən Türkiyə tərəfi Bakı Sovetinin bolşevik-daşnak
hökuməti tərəfindən kütləvi qırğınlara məruz qalmış Azərbaycan xalqına
hərbi yardım göstərmişdir. Beynəlxalq İstanbul konfransında (1918, iyun)
Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, Azərbaycan Parlamenti-
nin yaradılmasında fəal iştirak etmiş, onun açılışında (1918, 7 dekabr) par-
laq nitq söyləmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
həbs edilmiş, Stalin tərəfindən azad edilərək Moskvaya göndərilmiş, orada
Milli İşlər Xalq Komissarlığında işləmişdir. 1922-ci ildə gizli yolla Finlandi-
yaya keçərək oradan da Türkiyəyə mühacirət etmişdir. Mühacirət illərində
(1922-1955) “Azərbaycan Milli Mərkəzini” (İstanbulda), “Müsavat” Partiya-
sının Xarici Bürosunu yaratmış, partiyanın Azərbaycandakı gizli təşkilat-
larının işini istiqamətləndirmiş, Parisdə “Prometey” təşkilatının yaradıl-
masında (1926) fəal iştirak etmiş, İkinci Dünya müharibəsinin ərəfəsində
və illərində Azərbaycan mühacirətinin Polşada, Fransada, İsveçrədə, Alma-
niyada, Rumıniyada fəaliyyətinə rəhbərlik etmişdir. 1947-ci ildə Türkiyəyə
qayıdaraq Azərbaycan Milli Mərkəzini (Ankara, 1949) yaratmış, Ümumi
Qafqaz Konfransının (Münhen, 1952) işində fəal iştirak etmiş, 1953-cü ildə
ABŞ-a səfər edərək “Amerikanın səsi” radiosu ilə AXC yaradılmasının 35 il-
liyi münasibətilə Azərbaycan xalqına müraciət etmişdir. Azərbaycan siyasi
publisistikasının parlaq nümayəndəsidir. 1903-1920-ci illərdə yalnız Azər-
baycan mətbuatında 1200-dən artıq məqalə nəşr etdirmişdir. Mühacirətdə