391
QEYDLƏR
Əli
Mərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Məşədi Əzizbəyov, Beh-
bud Ağa Cavanşir, Qarabəy Qarabəyov, Mirzə Davud Hüseynov, Xudadat bəy
Məlik-Aslanov, Mir Həsən Vəzirov, Şövkət Məmmədova, Ruhulla Axundov
və d. - təhsil haqqını ödəmiş, İran və Təbrizdə məşrutə hərəkatının (1905-
1911) iştirakçılarına maddi yardım göstərmişdir. AXC dövründə müstəqil
milli hökumətin milli müstəqillik siyasətini dəstəkləmiş, təntənəli dövlət
tədbirlərində iştirak etmişdir. 1918-ci ilin mart ayının ortalarında H.Z. Ta-
ğıyevin ailəsində baş vermiş faciə, müsəlman “Dikaya diviziya” polkunun
zabiti olan oğlunun ölümü və dəfni, bolşevik-daşnak qüvvələri tərəfindən
Bakı və Şamaxıda mart hadisələrinin törədilməsi üçün bəhanə kimi is-
tifadə edilmişdir. Bütün azərbaycanlılar üçün bu ağır vaxtda H.Z.Tağıyev
İrandan gəmilərlə ərzaq məhsulları və ilk tələbat malları gətirdərək zərər-
çəkənlərə, Bakı və ətraf kəndlərin məzlum hala salınmış əhalisinə, habelə
Şamaxı qaçqınlarına zəruri yardım göstərmişdir. Azərbaycanda Sovet ha-
kimiyyəti qurulduqdan sonra Tağıyevin bütün müəssisələri milliləşdiril-
mişdir. Ona Mərdəkandakı bağında yaşamağa izn verilmiş, Tağıyev 1924-cü
il sentyabr 1-də həmin bağda vəfat etmişdir. H.Z.Tağıyevin Qorçakovskaya
(H.Z.Tağıyev) küçəsi, 4 ünvanda yerləşən və bütün məhəlləni əhatə edən
malikanəsi 1893-1902-ci illərdə mülki mühəndis İ.V.Qoslavski tərəfindən
tikilmişdir. AXC dövründə bu evdə hökumətin ən hörmətli qonaqları qəbul
olunmuşdur. Hazırda həmin binada Azərbaycan Milli Elmlər Akademiya-
sının Azərbaycan tarixi muzeyi və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi
yerləşir.
54
Kaqanın müalicəxanası – qadınlar üçün tibbi müəssisə, M.F. Kaqa-
na
məxsus idi, Kolyubakinskaya küçəsində, Mariinskaya küçəsinin tini,
(N.Rəfibəyli- Rəsul Rza) yerləşirdi.
55
Şamaxı məscidi – “Şirvanlılar” – Kamenistaya 103 (Bəşir Səfər oğlu),
Persidskaya, (M.Muxtarov) küçələrinin tinində yerləşirdi. 1897-ci ildə, şəhə-
rin bu hissəsində məskunlaşan, xüsusilə Şamaxıda 1902-ci il zəlzələsindən
sonra, şamaxılılar tərəfindən tikilmişdir. 1918-ci ilin mart hadisələrindən
sonra on minlərlə Şamaxı qaçqını üçün sığınacaq yeri olmuşdur. Hazırda
fəaliyyət göstərmir.
56
Doktor Nərimanov – Nərimanov Nəriman Nəcəf oğlu – (1870 - 1925),
görkəmli ictimai, siyasi və
dövlət xadimi, yazıçı, publisist, həkim nəzərdə
tutulur. Odessada Novorossiysk universitetində oxumuşdur. “Hümmət”
təşkilatının üzvü, İran “İctimaiyyun-Amiyyun “Mücahid” partiyasının
əsasını qoyanlardan biri. 1909-cu ilin əvvəllərində İranın inqilabi hərəka-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
392
tında iştirakına görə Tiflisdə həbs edilmiş, həmin ildə Həştərxana sürgün
olunmuş, burada geniş ictimai-siyasi fəaliyyətini və həkimlik təcrübəsini
davam etdirmişdir. Həştərxan Xalq universitetinin idarə heyətinin səd-
ri, 1919-cu ildə Həştərxan şəhər Dumasının üzvü olmuşdur. 1913-cü ildə
Bakıya qayıtmışdır. 1917-ci ilin martında “Hümmət” (bolşevik) təşkilatı
komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilmişdir, Bakı
Müsəlman İctimai Təşkilatları bürosunun tərkibinə daxil idi. 1917-ci il iyu-
lun 3-dən “Hümmət” qəzetinin redaktoru, oktyabrından Bakı şəhər Duma-
sının üzvü. 1917-ci il payızından - 1918-ci il yazına kimi Bakı bolşeviklə-
rini müdafiə etmiş, 1918-ci il mart hadisələri günlərində bolşevik-erməni
qüvvələri tərəfindən həyata keçirilən və bütün Azərbaycan xalqına qarşı
silahlı müharibəyə çevrilən milli düşmənçilik siyasətinin qarşısını alma-
ğa çalışmışdır. Qarşıdurmanın və şəhərdəki gərginliyin güclənməsinə yol
verməmək məqsədilə onun martın 30-da təşkil etdiyi müsəlman sosia-
listləri ilə Şaumyan və Caparidzenin birgə yığıncağı nəticə verməmişdir.
Nərimanovun öz mənzili erməni silahlı dəstələri tərəfindən basqına mə-
ruz qalmış, onun özü gizlənə bilmiş, qardaşı əsir götürülmüşdür. Sonradan
yazdığı kimi, “bir saatdan sonra yol. Şaumyan məni ailəmlə birlikdə “Sovet
hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir”. Azərbaycan
əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gələn Nərimanov Şaum-
yana, Caparidzeyə, Stalinə məktublarında mart hadisələrinə, sonradan isə
bu cinayətlərin qəzalarda davam etdirilməsinə görə “1918-ci ildə Bakıdakı
Sovet hakimiyyəti cavab verməlidir” yazmış, bu hadisələrin “Sovet haki-
miyyətini gözdən saldığını və ləkələdiyini” bildirmişdir. Bununla belə, hə-
min hadisələrin ümumən qiymətləndirilməsində bolşeviklərin mövqeyin-
dən çıxış etmiş, əsas müqəssirlər kimi milli partiyaları – “Daşnaksütun”
və “Müsavat”ı göstərmişdir. 1918-ci il martın axırlarında yaradılmış Bakı
şəhəri və Rayonlarının İnqilabi Müdafiə Komitəsinin üzvü kimi silahlı er-
məni milli hərbi hissələrinin ləğv edilməsi haqqında Komitənin göstəri-
şini imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi müxa-
lifətdə olmuşdur. 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsinin
ilk günlərində AXC-nin bir çox siyasi və dövlət xadimlərinin sovet rəhbər-
liyi tərəfindən fiziki məhv edilməsi və repressiyalara məruz qalmasının
qarşısını almış, onların mühacirət etməsinə şərait yaratmışdır. Azərbaycan
Müvəqqəti İnqilab Komitəsinin sədri, sonra Azərbaycan SSR Xalq Komis-
sarları Sovetinin sədri olmuş, 1922-ci ilin martından Zaqafqaziya Sovet Fe-
derativ Sosialist Respublikası İttifaq Sovetinin sədrlərindən biri olmuşdur.