403
QEYDLƏR
mandanlığı, Biçeraxovun dəstəsinin və erməni
hərbi hissələrinin tərksilah
olunması və şəhərdən çıxarılması haqqında AXC Hökumətinin notasını
dəstəkləmişdir. L. Biçeraxov təltif olunmaq adı ilə Londona dəvət edilmiş,
onu əvəz edən general Erdeliyə isə 1919-cu il fevralın 28-də öz qoşunlarını
24 saat ərzində Azərbaycan ərazisindən çıxarmaq haqqında ultimatum ve-
rilmişdir. Ultimatum dərhal yerinə yetirilmişdir.
91
Şaxsey- vaxsey - Kərbəla döyüşündə (680-ci il) dördüncü xəlifə Əlinin
oğlu İmam Hüseynin öldürülməsi münasibətilə şiə müsəlmanların məş-
hur dini matəm ayini (qəməri təqviminin birinci ayı – məhərrəmin ilk on
günü keçirilir). Şaxsey-vaxsey ayini Əli və Hüseynin həyatından bəhs edən
və Kərbəla qırğınları təsvir olunan şəbihlər və “Şah Hüseyn, Vay-Hüseyn”
qışqırıqları ilə özünə işgəncə verməklə Hüseynin dəfnini təqlid edən mə-
rasimlə müşayiət olunur.
92
Yefimov qardaşlarının sirki - taxta bina, Birjevaya küçəsində (Üzeyir
Hacıbəyov) yerləşirdi. 1920-ci illərin sonlarında sökülmüşdür. Hazırda hə-
min yerdə Rabitə Nazirliyinin binası yerləşir.
93
Vəzirov Mir Həsən Seyid Kazım oğlu - (1889-1918), siyasi xadim, sol
eser. 1917-ci ildən bolşeviklərlə əməkdaşlıq etmişdir. Müsəlman ictimai təş-
kilatları İcraiyyə Komitəsinin katibi (1917-ci il 14 iyuldan), Bakı Sovetinin
yeni İcraiyyə Komitəsinin üzvü (1917-ci ilin noyabrından), Bakı qəzası kəndli
deputatların I qurultayının İcraiyyə Komitəsi sədrinin müavini (may 1918).
Bakı Xalq Komissarları Sovetinin tərkibində torpaq komissarı kimi torpaq
haqqında dekreti imzalamışdır. 1918-ci il 20 sentyabr tarixində 26 Bakı ko-
missarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
94
Mahmudbəyov Həbib bəy Hacı İbrahimxəlil oğlu – (1864 - 1928), ta-
nınmış maarifçi, pedaqoq, Bakı şəhər Dumasının üzvü. Sultan Məcid Qəni-
zadə ilə birlikdə Bakıda 1887-ci ildə rus-tatar məktəbinin yaradıcılarından
biri, İçəri şəhərdə (Qalada) ilk rus-tatar məktəbinin direktoru, 1905-1916-cı
illərdə 2-ci dərəcəli Bakı şəhər məktəbinin direktoru. Bakı şəhər Dumasın-
da məktəblər komissiyasının üzvü, Azərbaycan müəllimlərinin I qurul-
tayının nümayəndəsi. 1916-cı ildən pedaqoji fəaliyyətdən uzaqlaşmışdır.
Sovet hakimiyyətinin ilk illərində (1921-1927) Ali pedaqoji institutun direk-
tor müavini işləmişdir. 1928-ci ildə Bakıda vəfat etmişdir. 1918-ci il Bakıda
mart hadisələri günlərində onun evi ermənilər tərəfindən qarət olunmuş-
dur, qızı FTK-na ifadə vermişdir.
95
Bakı Neft Sənayeçiləri Qurultayı Şurası - Bakı neft sənayeçiləri qu-
rultayının daimi icra orqanı, Rusiya burjuaziyasının 1884-cü ildə Bakıda
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN
QIRĞINLARI SƏNƏDLƏRDƏ
404
yaradılmış ilk sahibkar təşkilatlarından biri. Həmin il Bakıda keçirilmiş
Bakı neft sənayeçilərinin I qurultayında yaranmışdır. Hər il çağırılan qu-
rultayların məqsədi bütövlükdə Bakı neft sənayeçilərinin geniş maraq da-
irəsinə daxil olan məsələlərin müzakirəsi və neft sənayeçilərinin məna-
feyinin hökumət orqanları qarşısında müdafiə edilməsi idi. Əvvəllər Şura
neft istehsalçılarının geniş dairəsinin maraqlarını əks etdirmişdir. Lakin
tezliklə senz sisteminin (hüquqi məhdudiyyətlər) tətbiqi nəticəsində qu-
rultaylarda və onların orqanlarında rəhbər mövqelər iri firmalara keçmiş-
dir. Uzun illər ərzində (1890-cı ildən başlayaraq) Şuraya ermənilər, o cümlə-
dən P.O. və A.O.Qukasov qardaşları rəhbərlik etmişlər. 1918-ci ildə Bakı Xalq
Komissarları Soveti onun fəaliyyətini nəzarətə götürmüşdür. Azərbaycan
İnqilab Komitəsinin 1920-ci il 27 may tarixli fərmanı ilə ləğv edilmişdir.
96
Tatarlar – azərbaycanlılar nəzərdə tutulur. Çar Rusiyası hakimiyyəti
dövründə azərbaycanlıları belə adlandırırdılar.
97
Aleksandr-Nevski kilsəsi - pravoslav kilsə, 1888-1898-ci illərdə Persi-
dskaya küçəsində (M.Muxtarov ) memarlıq üzrə akademik R.R. Marfeldin
layihəsi (Novoafon kilsəsinin surəti) əsasında, mülki mühəndis İ.V. Qoslav-
ski tərəfindən inşa edilmişdir. 1888-ci ildə Bakıda kilsənin təməl qoyma
mərasimində Rusiya imperatoru III Aleksandr iştirak etmişdir. Kilsə 1920-
ci illərin sonlarında Sovet hökumətinin dinə qarşı mübarizə kampaniya-
sının gedişində partladılmış, onun bünövrəsində 1950-ci illərdə bir neçə
məktəb binaları tikilmişdir. Hazırda həmin binalarda 189, 190 nömrəli və
Bülbül adına məktəblər yerləşir.
98
Topçubaşov Əlimərdan bəy Ələkbər bəy oğlu- (1863-1934), görkəmli
ictimai, siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilə-
rindən biri. AXC parlamentinin sədri (1918-ci il 7 dekabr - 1920-ci il 28 ap-
rel). “Kaspi” qəzetinin baş redaktoru, Bakı şəhər Dumasının üzvü, Rusiya
imperiyasının müsəlman liderlərindən biri, Rusiya imperiyasının müsəl-
man qurultaylarının təşkilatçısı və fəal iştirakçısı, Bakı Quberniyasından
I Dövlət Dumasının deputatı. AXC dövründə yerinə yetirdiyi vəzifələr: hö-
kumət kabinəsi tərkibində əvvəlcə portfelsiz nazir, 1918-ci il avqustun 20-
dən xarici işlər naziri. Avqustun 23-dən AXC-nin fövqəladə səfiri və səla-
hiyyətli naziri kimi İstanbula ezam olunmuşdur. 1918-ci il dekabrın 7-də
qiyabi olaraq Azərbaycan Parlamentinin sədri seçilmişdir. 1918-ci ilin de-
kabrın 28-də Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin
sədri təyin olunmuşdur. 1919-cu il mayın 28-də AXC-nin yaranmasının bi-
rinci ildönümü günü ABŞ prezidenti Vudro Vilsona Memorandum və Cə-