407
QEYDLƏR
manları qurultayında (1917, 15-20 aprel) rəyasət heyətinin üzvü seçilmişdir.
1917-ci ildə Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Dağıstan vilayətində
Müvəqqəti hökumətin komissarı təyin edilmişdir. Zaqafqaziya Seymində
sosialistlər blokuna daxil idi, 1918-ci il aprelin 26-da yaradılmış Zaqafqazi-
ya Demokratik Federativ Respublikası hökumətində dövlət nəzarəti naziri
postunu tutmuşdur. Bakıda mart hadisələri ilə əlaqədar, 1918-ci il aprelin
20-də Zaqafqaziya Seymi tərəfindən Bakı Soveti ilə danışıqlar aparmaq
üçün Bakıya ezam olunmuş, burada bolşeviklər tərəfindən həbs edilmiş-
dir. Şimali Qafqaz Dağlı Respublikasında poçt-teleqraf naziri. Paris Sülh
Konfransına danışıqlara göndərilən nümayəndə heyətinə daxil idi. Dağlı
Respublikası hökuməti dağıldıqdan sonra Bakıya qayıtmış, AXC-nin icti-
mai-siyasi həyatında fəal iştirak etmiş, xeyriyyə işləri ilə məşğul olmuşdur.
1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
Fransaya mühacirət etmişdir.
105
Fövqəladə Hərbi Təhqiqat Komissiyası – nəzərdə tutulur. Bolşevik
hökuməti tərəfindən 1918-ci ildə əsasən Şamaxı hadisələrini təhqiq etmək
üçün yaradılmışdır. 1918-ci ilin mart-aprel aylarında şəhərin və qəzanın
müsəlman əhalisinə qarşı görünməmiş vəhşiliklər törədilmiş, Şamaxı
şəhəri isə tamamilə yandırılmışdır. FHTK sədri D.İ.Kojemyako tərəfindən
Şamaxı qırğınlarının əsas təşkilatçılarından biri Stepan Lalayev həbs edil-
miş, lakin S.Şaumyanın şəxsi müdaxiləsindən sonra azadlığa buraxılmış-
dır. Bu hadisədən az sonra FHTK ləğv edilmişdir. Bakılıların şikayətinə görə
saxlanılmış digər ermənilər də azadlığa buraxılmışlar. Ətraflı bax: Kojem-
yako D.İ.
106
Fövqəladə Hərbi Təhqiqat Komissiyası – nəzərdə tutulur.
107
Rus-tatar məktəbi (rus-müsəlman məktəbi) – XIX əsrin ikinci yarı-
sında rus ictimai-pedaqoji fikrinin və mütərəqqi məktəb təcrübəsinin tə-
siri ilə Azərbaycanda yaradılan xüsusi məktəb növü. İlk məktəblər 1875-ci
ildə Qazax qəzası, Salahlı kəndində, 1887-ci ildə isə Bakıda açılmışdır. Son-
radan bütün Azərbaycanda yayılmış bu məktəblərin yaradılması və inki-
şafı müəllimlər Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadənin
adı ilə bağlıdır. Əvvəlcə 1 sinifli (tədris müddəti -2 il), sonra ikisinifli (təhsil
müddəti - 4 il) olan məktəblərdə azərbaycanlı şagirdlər ana dilində təhsil
alır, Azərbaycan, fars və rus dilləri, hesab, coğrafiya, tarix və şəriət tədris
edilirdi. Oğlanlar və qızlar ayrı oxuyurdular.
108
Şah məscidi - şəhərin tarixi hissəsi olan İçəri şəhər Qalasında Şir-
vanşahlar sarayının ansamblına daxildir (XV-XVI əsrlər). Mart hadisələri
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
408
zamanı məscidin minarəsi artilleriya mərmilərindən zədələnmişdir.
109
“Şərq cəmiyyəti” – “Vostoçnoye obşestvo”, əmtəə anbarlarının, əmtəə
mallarının borca verilməklə sığortalanması, daşınması cəmiyyəti, 1893-cü
ildə yaradılmışdır, malların saxlanması üçün anbarları vardı, Rusiyaya və
xaricə dəmiryolu, su və maşın yolları vasitəslə malların daşınması, neft
məhsullarının satışı, borc verilməsi ilə məşğul olmuş, malların alış-verişi
üzrə komisyon tapşırıqlarını yerinə yetirmişdir. İdarəsi Peterburqda, kon-
toru Bakıda yerləşirdi. 1917-ci ilin yanvar ayından “Qafqaz və Merkuri” cə-
miyyəti ilə birləşmişdir. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən
ləğv edilmişdir.
110
Qafqaz və Merkuri - gəmiçilik cəmiyyəti, 1859-cu
ildə Xəzər dənizin-
də və Volqa, Oka, Kama çaylarında yük və sərnişin daşınması məqsədilə
təsis edilmişdir. İdarəsi Peterburqda, kontoru Bakıda yerləşirdi. Cəmiyyət
1917-ci ilin yanvar ayının 1-dən “Əmtəə anbarlarının Şərq cəmiyyəti” ilə
birləşmişdir. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən ləğv edil-
mişdir.
111
Srvantsyan Amazasp – (1873-1921), rus ordusunun keçmiş zabiti,
“Daşnaksütun” partiyasının üzvü, qatı millətçi, terrorçu. Osmanlı İmpe-
riyası Van şəhərində anadan olmuşdur. Gənc yaşlarından erməni millət-
çi-terror hərəkatında iştirak etmiş, Türkiyə hakimiyyətinin təqiblərindən
qorxaraq İrəvana, sonra isə Şuşa şəhərinə getmişdir. 1905-1907-ci illərdə
türk və azərbaycanlı əhalisinə qarşı törətdiyi çoxsaylı qanlı təcavüzkar
əməlləri ilə tanınmışdır. 1908-ci ildə digər daşnak xadimlərlə birlikdə çar
hökuməti tərəfindən həbs edilmiş və 15 il müddətinə Sibirə sürgün edil-
mişdir. 1913-cü ildə oradan qaçmağa müvəffəq olmuş, əvvəl Avropaya, 1914-
cü ildə Konstantinopola getmişdir. Birinci Dünya müharibəsi zamanı 3-cü
erməni könüllü drujinasının komandiri olmuş, 1915-ci ildə Van, Bitlis və
Xizən döyüşlərində iştirak etmiş, yeli türk əhalisinə qarşı qırğınlar törət-
mişdir. 1917-ci ilin fevralında Rusiyada, Alaşkert rayonunda polis dəstələri-
nin başçısı təyin edilmişdir. 1918-ci ilin əvvəlində Bakıya gəlmiş, burada er-
məni hərbi birləşmələrinə başçılıq etmişdir. Bakıda Erməni Milli Şurasının
üzvü olmuşdur. Qızıl Ordunun 3-cü briqadasının komandiri kimi 1918-ci
il mart-sentyabr aylarında Bakıda və Azərbaycanın regionlarında erməni
silahlı dəstələrinin dinc müsəlman əhaliyə qarşı hücumlarına rəhbərlik
etmişdir. 1918-ci il may ayının əvvəllərində Quba qəzasında müsəlman
qırğınları törətmişdir. Xüsusi qəddarlığı ilə ad çıxarmışdır. Başçılıq etdiyi
silahlı dəstəni “cəza dəstəsi”, özünü erməni xalqının qəhrəmanı və onun