141
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Teatra müsəlmanları dəstə ilə gətirirdilər və onlar deyirdi ki, əvvəl-
dən 30 nəfər olmuşlar, yolda ermənilər güllələdikdən sonra isə 10 nəfər
qalmışdılar. Belə hallar çox olmuşdu. Hətta 20 nəfərlik dəstədən tək qal-
mış bir nəfəri gətirmişdilər. Mənim atam bir milyon rubldan artıq qarət
olunmuşdur. Bu qırğınlar zamanı bizim çoxlu qohumlarımız: atamın qar-
daşı, mənim doğma qardaşım ağır yaralanmışdı və az qala atam da yara-
lanmışdı. Bizim qohumlarımızdan ümumilikdə ermənilər tərəfindən 45
nəfər uşaq, qadın və kişi qətlə yetirilib.
Mailov teatrında qadınların hədsiz qorxudan və sarsıntıdan necə ölü
düşdüklərini mən öz gözlərimlə görmüşəm. Mən 14-15 belə hadisə gör-
müşəm. Sarsıntıdan hətta kişilər də ölürdülər. Mən qarnımdan və əlim-
dən yaralanmışdım.
Mənim palto və kostyumum yararsız hala salınmışdır, indi onların
qiyməti 3000 rubldur. Bizə 1.085.550 rubl məbləğində vurulan zərər barədə
bu gün atamız tərəfindən ərizə verilmişdir.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 53-54.
Sənəd № 55
Dindirmə protokolu
1919-cu il, 11 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Hacı Şahbaz oğlu Şahbazov, Bakı şəhərinin sakini, Poçtovaya
küçəsi, dalan 19, ev 1.
1918-ci ildə Bakıda mart hadisələri zamanı mən və oğlanlarım ermə-
nilər tərəfindən köhnə qiymətlərlə 20.045 rubl məbləğində qarət olunmu-
şuq, indiki qiymətlərlə bu məbləğ ən azı 40.000 rubl təşkil edir. Qarətdən
sonra mən və oğlanlarım xoşbəxt təsadüf nəticəsində küçədə qarşımıza
çıxan gürcü əsgəri tərəfindən “Rekord” teatrına əsir aparılmışıq və orada
2 gün qalmışıq. “Rekord” da mən erməni əsgərlərinin ora gəlməsinin və
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
142
bizim hamımızı yandıracaqları və güllələyəcəkləri ilə hədələməsinin şa-
hidi olmuşam. Bundan başqa oraya erməni ziyalıları da gəlir, bizi ələ salır
və bədbəxtliyimizə sevinirdilər. Həmin bu erməni ziyalıları hələ öz arvad-
larını da bizim rüsvayçılığımıza baxmağa gətirirdilər. Bir qoca müsəlman
qadını elə oradaca dəli oldu.
Oxundu. Abbas Şahbazov (İmza).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 15.
Sənəd № 56
Dindirmə protokolu
1918-ci il, 4 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ələkbər Manafov, 32 yaşlı, Bakıda, Tatarskaya küçəsi, 114 № li evdə,
Nijnyaya-Priyutskaya küçəsinin tini, yaşayıram.
Mart qırğınlarının ikinci günü bizim evə 10 ya 12 nəfər əsgər basqın
etdi, onların arasında 2 rus var idi, qalanları erməni idi. Onlar bizim ev əş-
yalarımızı, qiymətli bəzək şeylərini, paltarları və s., cəmi 80.000 rubl məb-
ləğində, qarət etdilər. Sonra məni ailəmlə, eləcə də ərlərini öldürdükləri
qonşu müsəlman qadınları ilə birlikdə Mailov teatrına apardılar. Biz bu-
rada, deyəsən 2 günə qədər qaldıq. Ermənilər mənim evimi qarət etdikdən
sonra onu yandırmışlar.
Oxundu. İmza.
Ələkbər Manafov. Əlavə ifadə verirəm:
Mən öz qohumlarımın cəsədlərini axtararkən Mixaylovskaya xəstəxa-
nasının
86
həyətində dəhşətli dərəcədə eybəcər hala salınmış meyitlər
görmüşdüm. Orada döşləri və bir ayağı kəsilmiş tamamilə çılpaq qadın
cəsədi var idi; yerə başları tamamilə, yaxud bir hissəsi kəsilmiş çoxlu say-
da kişi meyitləri yığılmışdı. Meyitlərin çoxunun əlləri, ayaqları kəsilmiş,
qarınları yarılmış, içalatları – bağırsağı, ciyəri və s. tikə-tikə doğranmış-
dı. Həyətdə həm uşaqların, həm qoca qadınların cəsədləri var idi. Demək
143
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
olar ki, elə bu vəziyyətdə olan meyitləri mən yeni Gömrüyün həyətində də
görmüşdüm. Burada bütün torpaq eybəcər hala salınmış meyitlərlə örtül-
müşdü. Mənim üç qardaşım oğlanlarının qarınları yırtılmışdı, kəllə sü-
mükləri isə o qədər dağıdılmışdı ki, mən onları çox çətinliklə tapa bildim.
Mənim bir çox öldürülmüş qonşularımın meyitləri isə tamamilə itmişdi
və onları tapmaq mümkün olmadı. Şahidlərin dediyinə görə, ermənilər
meyitləri yanan evlərin içinə tullayırdılar. Mən öz yanmış evimin xara-
balıqlarına baxarkən həqiqətən yanmış insan sümükləri tapdım, bəzi sü-
müklərin üzərində yanmış ət parçaları görünürdü.
Oxundu. İmza. Ələkbər Manafov.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 92-93.
Sənəd № 57
Dindirmə protokolu
1918-ci il, 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həbib Sadıqov, 37 yaşım var, Bakı şəhəri, Spasskaya küçəsi, ev № 73
ünvanda yaşayıram.
Bu ilin martında, ermənilərin müsəlmanları qırdığı zaman, Serkov-
naya küçəsi, 181 №-li evdə mənim 75 yaşlı dayım Hacı Hənifə İmanov
yaşayırdı. Ermənilər onu tüfəng gülləsi ilə sağ qasığından öldürmüş-
dülər; sonradan biz onun cəsədini yeni gömrüyün həyətində tapdıq.
Onun 55 yaşlı bir arvadını iyirmi süngü zərbəsi ilə öldürmüşdülər, 50
yaşlı ikinci arvadının cəsədində isə 23 süngü yarası saymışdıq. Əmim
oğlu – 28 yaşlı Mirzə Ağa sol gicgahından və sinəsinin sol tərəfindən iki
güllə ilə qətlə yetirilmişdi. Kəllə sümüyü sındırılmışdı. Mirzə Ağanın
dükanında satıcı kimi bir türk - Əli adında 15 yaşlı oğlan uşağı işləyirdi;
o yoxa çıxdı və biz onun cəsədini heç tapa da bilmədik. Hacı Hənifənin
bütün mənzili qarət edilmişdi, təxminən 38.100 rubl dəyərində. Hacı
Hənifənin yalnız iki qızı sağ qalmışdı, belə ki, onlar hələ şənbə günü,
Dostları ilə paylaş: |