135
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
rın hamısı dəhşətli dərəcədə eybəcər hala salınmışdı. Açıq görünürdü ki,
ölümdən əvvəl onlara işgəncələr vermişlər və təhqir etmişlər. Məs., bir
yerdə cinsi orqanları kəsilmiş kişi uzanmışdı, kəsilən orqan isə yaxın-
lıqdakı müsəlman qadın meyitinin ağzına qoyulmuşdu. Başqa bir yerdə
boğazı kəsilmiş cavan müsəlman qadın meyiti uzanmışdı, onun sinəsi-
nin üstünə isə xəncərlə doğranmış bir yaşlı körpə qoyulmuş, qadının dö-
şünün giləsi uşağın ağzına basılmışdı; uşaq qadının döşündən sürüşüb
düşməsin deyə ətrafına daş yığılmışdı. Bir evdə pilətənin üstündə yanıb
qaralmış körpə uşaq cəsədi var idi və görünürdü ki, onu yanan piltənin
üstünə qoyublar və körpə dəhşətli əzablar içində ölüb. Hər tərəf əlləri, bar-
maqları kəsilmiş cəsədlərlə dolu idi, qadın cəsədlərinin çoxunun döşləri
kəsilmişdi. Mən qarnına ucu biz taxta soxularaq yerə mixlanmış bir oğ-
lan meyiti görmüşdüm. Qara şəhərdə mənim bacım oğlu Bəşir Cəfərovu
qətlə yetirmişdilər, onun başını və əlini kəsmişdilər, sonra isə başını ha-
rasa aparmışdılar. Bundan başqa onun bədənində bir neçə süngü yaraları
var idi. Babayevin evində ermənilər Rəhman Babayevi və onun iki qar-
daşını öldürmüş, 100.000 rubl pullarını (40.000 rubl qızılla) qarət etmiş-
dilər. Babayevin ailəsi onlara bütün pulları götürüb, heç olmasa dördüncü
qardaşın həyatını saxlamağı yalvarsalar da, ermənilər bununla belə, ona
tüfəngdən atəş açmış və başından yaralamışdılar; o yalnız yerə yıxılıb
özünü ölülüyə vurduğu üçün sağ qalmışdı.
Mən ermənilər tərəfindən yandırılmış “Dağıstan”, “İsgəndəriyyə” və
“İslamiyyə”
79
mehmanxanalarının xarabalıqlarını gəzərkən çoxlu yanmış
meyitlər görmüşdüm: bu vaxt “Dağıstan”da “Hacınski-Çələkən” Aksioner
Cəmiyyətinin
80
idarə müdiri, 60 yaşlı Abdulla bəy Bababəyov yanmışdı.
“Təbriz” mehmanxanasında ermənilər 70 nəfər müsəlmanı əsir götür-
müşdülər, onlardan yalnız 20 nəfəri sağ qalmış və onlar “Rekord” teatrına
gətirilmişdi, qalanları isə Molokan bağının yanında güllələnmişdi.
Oxundu. İmza. Heydər Quliyev.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 18-19.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
136
Sənəd № 51
Dindirmə protokolu
1918-ci il, 28 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xan Baba Babayev, 31 yaşlı, Novxanı kəndinin sakini, daimi olaraq
Bakıda, Orlovskaya küçəsi, ev № 35 ünvanda yaşayıram.
18 martda axşam altının yarısında şəhərdə atışma başlandı. Martın
19-da səhər tezdən bolşeviklər və erməni hərbi hissələri müsəlmanlara
qarşı hücuma keçdilər. Bu il mart ayının 20-də mən öyrəndim ki, barı-
şıq elan edilmişdir və səhər saat 9-da mən Bazarnaya və Gimnaziçeskaya
küçələrinin tinində öz baqqal dükanımın olduğu yanan binanı söndür-
məyə getdim. Bazarnaya və Staraya-Poçtovaya küçələrinin tinində məni
otuz nəfərə yaxın erməni əsgəri əhatəyə götürdü və 2500 rubl pulumu,
2000 rubla aldığım tüfəngimi, balaca Quran kitabını əlimdən aldılar,
Quranı yerə ataraq tapdalamağa, nalayiq sözlərlə dinimi təhqir etməyə
başladılar, özümü isə öldürmək istədilər. Bütün bu vaxt ərzində erməni
əsgərlərinin əhatəsində durmağa çalışırdım ki, məni güllələyə bilməsin-
lər. Erməni əsgərlərinin yanında bir rus əsgəri var idi, o, erməniləri məni
öldürməyə qoymadı və onlara bildirdi ki, barışıq elan edildikdən sonra
öldürmək olmaz. Bu zaman rus əsgərinin qarşısında dayanaraq ermə-
nilərlə mübahisə etdiyi qonşu evin darvazasından iki rus qadın çıxdı və
ermənilərə yalvarmağa başladılar ki, məni öldürməsinlər. Nəhayət, onlar
məni erməni əsgərlərinin əlindən ala bildilər. Mənim təsvir etdiyim ha-
disədən bir gün sonra ermənilər tərəfindən öldürülmüş qardaşım oğlu
Ağakişinin meyitini axtarmağa getdim və yeni gömrüyə
81
yollandım. Mən
gömrüyün və “Vulkan” zavodunun
82
həyətində beş mindən çox eybəcər və
tanınmaz hala salınmış, başları, qolları, ayaqları, qulaqları, boğazları kə-
silmiş müsəlman cəsədləri gördüm. Kişi, qadın, uşaq cəsədləri üst-üstə
qalanmışdı. Bu müsəlmanların hamısını ermənilər barışıq elan edildik-
dən sonra, evlərindən çıxararaq qətlə yetirmişdilər, döyüş zamanı isə ölən
müsəlmanların - döyüşənlərin sayı yüzdən artıq deyildi. Qardaşım oğlu-
nun meyitini tapmayaraq, mən Çornıy qoroda və yük vağzalına getdim və
137
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
orada çoxlu müsəlman meyitləri gördüm, onları vaqonlara yükləyirdilər.
Vağzaldan “Poxlu Dərə” adlanan müsəlman rayonuna getdim və orada
mənim gördüklərimi sizə çatdırmaqda çox çətinlik çəkirəm. Yalnız onu
deyə bilərəm ki, “Poxlu Dərə” rayonunda çox az adam sağ qalmışdı. Elə
bir ev yox idi ki, orada ermənilər bir neçə nəfəri öldürməsin. Çoxlu sayda
evlər də vardır ki, müsəlmanların hamısı öldürülmüşdür. Küçələrdə və ev-
lərdə qalmış cəsədlər o dərəcədə eybəcər hala salınmışdı ki, öldürülənləri
tanımaq mümkün deyildi. Cəsədlərin arasında yanıb qaralmışlar da var
idi. Valideynlərin evdə qoyduqları südəmər körpələri də qətlə yetirmiş-
dilər. Qadınların döşlərini kəsmiş, qarınlarını yarmışdılar. Bir çoxlarının
başları dağıdılmışdı. Erməni əsgərləri mənim dükanımı və dükanın ya-
nında, Bazarnaya küçəsi, 27 №-li evdə yerləşən anbarımı qarət etmiş, son-
ra isə yandırmışlar. Mənim anbarda və dükanda 127.000 rubl dəyərində
malım var idi. Sülh elan edildikdən sonra mən öz ailəmi Novxanı kən-
dinə aparırdım və Ermənikənd yaxınlığında ermənilər arabanı saxlaya-
raq, mənim və arvadımın 37.000 rubl dəyərində qızıl və zinət əşyalarımızı
əlimizdən aldılar. Ermənilər mənə ümumilikdə 158.500 rubl məbləğində
ziyan vurmuşlar.
Oxundu. İmza.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 50-51.
Sənəd № 52
Dindirmə protokolu
1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Hacı Bala Hacı Məmməd Həsən oğlu Babayev, 66 yaşım
var, bakılıyam, Bakıda, 2-ci Kanitapinskaya küçəsi, ev № 13 ünvanında
yaşayıram.
Bu il mart ayının 18-də tüfəng səsləri eşitdim və Budaqovskaya küçə-
sində səngər qazan xeyli erməni əsgəri gördüm. Mən erməniləri görən
Dostları ilə paylaş: |