Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə50/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   46   47   48   49   50   51   52   53   ...   137

153

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Tağının yaşadığımız evimizə əsgər formasında 10-15 silahlı erməni 

gəldi, onlar hələ həyətdə atəş açmağa başlamışdılar. Bu vaxt bizim qa-

dınlarımız və uşaqlarımız artıq zirzəmidə gizlənmişdilər. Ermənilər 

mənzilə daxil olaraq, qardaşım oğlunu, 16 yaşlı Məmməd Rzanı tutdu-

lar, silahlarını ona tuşlayaraq, ondan atasının, qardaşım Məlik Məm-

mədin harada olduğunu göstərməyi tələb etdilər. Bu zaman qardaşım 

pərdənin arxasında duraraq gizlənmişdi. Ermənilərin oğlunu öldür-

mək istədiklərini görəndə Məlik Məmməd gizləndiyi yerdən çıxdı, 

bundan sonra onu dərhal balkona çıxardılar və oradaca berdanka ilə 

güllələdilər. Mən bu vaxt evimizin damından qonşu evin damına keç-

dim. Ertəsi gün elə oradaca başqa bir erməni dəstəsi məni qonşumuz 

Hacı Əli İsmayıl ilə birlikdə tutdu və Mailov teatrına apardı. Təsadüfən 

gördüyüm Seryoja adlı axtarış polisinin xəfiyyəsindən məni müşayiət 

etməsini xahiş etməsəydim, şübhəsiz ki, məni teatra gedən yolda öl-

dürəcəkdilər. Böyük qardaşımı öldürəndən sonra elə həmin erməni 

dəstəsi evimizin aşağı mərtəbəsində olan digər qardaşımı – Tağını tut-

muşdu. Tağını da arvadı və qızı ilə birlikdə Mailov teatrına aparmış-

dılar, lakin yolda qətlə yetirmişdilər. Əlavə olaraq onun üzərində olan 

bütün pullarını və qiymətli əşyalarını zorla almışdılar. 

Öz kirayənişinlərimdən, yəhudilərdən, öyrəndim ki, mən evdən qa-

çıb gedəndən sonra ermənilər əllərində siyahı bir neçə dəfə gəlmiş və 

Mikayılovların üçüncü qardaşının – Həsənin harada olduğunu soruş-

muşlar. Mənim 5000 rubl pulum itib. Pul və əşyalarla beş min pulumu, 

Məlik Məmmədin nağd olaraq 9000 rubl pulunu, 25 min rubl dəyə-

rində zinət əşyalarını, qardaşım Tağının 2500 rubl pulunu və 5 və ya 

6 min rubl dəyərində əşyalarını qarət ediblər; bundan əlavə, mənim 

anamın mirvari boyunbağısını, üzüklərini və ümumilikdə beş min 

rubl dəyərində digər əşyalarını qarət ediblər. Onu öldürmək istəyir-

dilər, amma o, ermənilərə yalvararaq xəstə olduğu üçün öldürməməyi 

xahiş edib. Məni əsir götürəndə 5000 rubl pulumu zorla aldılar. Məni 

tutan ermənilərdən birinin Velikoknyajeskaya küçəsində, Tağıyev pa-

sajının


87

 qarşısında bərbərxanası var idi: o, dolu bədənlidir, yanağında 

isə çapıq var.

Oxundu. İmza. Həsən Mikayılov.

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 30-31.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

154


Sənəd № 227

Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şərif Xudaverdi oğlu, 35 yaşım var, Bakıda, Bolşaya Morskaya küçə-

si, 89 №-li evdə yaşayıram.

Mart qırğınlarının birinci günü, gecə saat 12-də, mənim evimə ermə-

ni əsgərləri gəldilər, mənim faytonla birlikdə dörd atımı apardılar, həm-

çinin 11 xalça, balışlar, paltarlar və ümumilikdə 15.500 rubl məbləğində 

digər əşyalarımı götürüb apardılar. Sonra onlar məni küçəyə çıxardılar və 

tüfənglə düz başıma atış açdılar: güllə sağ qulağımın dibindən girib sol 

qulağımın yanından çıxdı. Ermənilər bizim evdə aralarında bir qadın və 

iki oğlan uşağı olan səkkiz müsəlmanı bir otağa yığaraq, oradaca güllələ-

dilər. Sonra məni əsir götürərək şəhər nəqliyyatı binasına

88

 apardılar. 



Oxundu. Savadsız olduğu üçün Bağırov imzaladı (imza).

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.

Sənəd № 243

Dindirmə protokolu

1918-ci il, 17 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əli Heybət oğlu, 56 yaşlı, Budaqovskaya küçəsi, 59 №-li evdə yaşayı-

ram, Bakı.

1918-ci il mart ayının 18-də axşam atışma başlandı və gecə mən ailəm-

lə birlikdə, öz zinət şeylərimizi və başqa əşyalarımızı (təqdim edilmiş si-

yahıda sadalanan və 42.445 rubl məbləğində dəyəri olan) özümüzlə gö-




155

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

türərək, yuxarıda göstərdiyim evdən Bolşaya Morskaya küçəsindəki 84 

№-li evə keçdik. Martın 19-da erməni əsgərləri Bolşaya Morskaya küçəsi

84 №-li evə soxularaq, qardaşlarım 30 yaşlı Qadaşı və 32 yaşlı Pənahı və 

evin sahibi 65 yaşlı Məşədi Əsəd Qəhrəmanı öldürdülər. Qardaşım Qada-

şın arvadı Gövhər Ağa Mirzə qızını güllə ilə sinəsindən vurdular və o bu 

günədək xəstədir. Erməni əsgərləri məni qarət etdilər və işə əlavə olun-

masını xahiş etdiyim siyahıda göstərilən əşyalarımı apardılar.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 7.



Sənəd № 245

Dindirmə protokolu

1918-ci il, 16 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Əbdül Rza, 70 yaşlı, Buzovna kəndinin sakini.

Bu ilin mart ayının ortalarında mənim oğullarım Molla Ağa və Mirzə 

Əli alış-veriş üçün Buzovna kəndindən Bakı şəhərinə gəlmişdilər. Bakıya 

gələn gün axşam şəhərdə atışma başladı. Mənim oğullarım gecələmək 

üçün Hüseyn Bala Babaxan oğlunun Budaqovskaya küçəsindəki evinə 

gəliblər və orada gecələyiblər. Növbəti gün səhər Hüseyn Balanın evinə 

silahlı erməni əsgərləri gəlmiş və mənim iki oğlumu, onlardan əlavə Hü-

seyn Balanı və Dadaş Balanı - iki qardaşı öldürmüşlər, üçüncü qardaş Ağa 

Bala isə qaçmağa macal tapa bilmişdir. Erməni əsgərləri mənim oğulla-

rımın beş min rublunu götürmüş və kostyumlarını əyinlərindən çıxar-

mışlar. Bu gün Molla Ağanın ailəsi və uşaqları tamamilə aclıq çəkir. Molla 

Ağanın dörd qızı, bir oğlu və arvadı qalmışdır.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Məmməd Xan Təkinski, 

А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 146.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə