Biznes sahəSİNDƏ olan əsas etik problemlər vüqar qardaşOV



Yüklə 30,67 Kb.
səhifə2/3
tarix11.12.2023
ölçüsü30,67 Kb.
#147659
növüXülasə
1   2   3
Biznes sahəsində olan əsas etik problemlər

TƏDQİQAT METODU
1. Biznes etikasının təşkilatlar üçün vacibliyi
Dünya iqtisadiyyatını fikirləşdikdə biznes etikasının təşkilatlar üçün niyə vacib olduğunu bilmək olar. Bunlar aşağıdakılardır:
- Qloballaşma nəticəsində fərqli mədəniyyətlərdən gələn insanların çoxmillətli firmalarda işləməsi yeni biznes etikası problemlərinə səbəb olur. Bu mühitlərdə insanlar bir-birlərini başa düşməli, bir-birinin mədəniyyətinə hörmət göstərməlidirlər.
- Dünyada demokratiya və insan haqlarına olan tələbin artması iş həyatında vacib hala gəlir. Dil, din, cinsiyyət kimi məsələlərdə iş həyatında ayrı-seçkilik edilməməlidir.
- İnkişaf etmiş hərbi, bioloji texnologiyalar iş dünyasının nəzarətindədir. Bunlar müəyyən məsuliyyətlə ələ alınmadığı təqdirdə dünya üçün təhlükə meydana gələcəkdir.
- Fərqli dinlərin iş dünyasındakı mədəniyyət, dəyərlərə necə təsir etdiyi iş etikası intizamı tərəfindən araşdırılır.
- Ətraf mühitin çirklənməsinin artması ətraf mühitə uyğun olan iş dünyasını tələb edir. [5/s.187]
Müəssisələrin siyasət hazırlayarkən günlük qərar almalarında və işləyənlərin bütün iş fəaliyyətlərində etikaya uyğun davranışları uzunmüddətli uğurlara müsbət yöndə təsiretmə gücünə malikdir, lakin əks davranışlar müəssisənin uğuruna mənfi yöndə təsiretmə gücünə sahibdir. İdarəçilərin təşkilatın mövcudluğunu davam etdirməsi, təşkilatın mənfəətliliyi üçün etik dəyərləndirmələri diqqətə alması, vəzifələrinin yerinə yetirərkən biznes etikasına həssaslıqla davranmaları önəmlidir. Təşkilat fəaliyyətləri etik cəhətdən məqbul olmadıqda qanuni maneələrə, siyasi təzyiqlərə məruz qala bilərlər. Bu təşkilatın imicinə mənfi yöndə təsir göstərir.
Biznes etikası insanların dəyərlərini, münasibətlərini, duyğularını idarə edə bilməklə bərabər, məhsuldarlıqlarını, səmərəliliklərini artırmaq üçün infastruktur yaratmaqdadır. Biznes etikasına uyğun hərəkət edən təşkilat daxili, xarici mühit amillərindən aldığı dəstəklə inkişaf etmək mübarizəsini effektiv şəkildə həyata keçirdəcəkdir. Fərdlərin etibarlılığı, məsuliyyəti təşkilatların müvəffəqiyyəti baxımından vacibdir. Bu baxımdan iş yerlərində etikaya uyğun davranışların mövcudluğu vacibdir.
Biznes etikasının əskikliyi həmçinin, təşkilat baxımından əlavə maliyyət ola bilir. Etik problemlərin fərqində olmayan idarəçilər maliyyə baxımdan müxtəlif itkilərlə üzləşirlər. Etika ilə maraqlanan tərəflərin aşağıdakı məsələləri aydınlaşdırmaları vacibdir:
- Problemlərin həllini ciddiyə almamaq;
- Maliyyət xərclərinə səbəb ola bilən məsələlərə ciddi yanaşmamaq;
- Etik problemlərin həllini hüquq departamentinə həlavə etmək;
- İşləyənləri etik olmayan davranışlara təşviq edən mühit formalaşdırmaq;
- İctimaiyyətlə əlaqələr kimi məsələlərin qeyri-etik olaraq öyrənilməsi;
- Ədalətsiz və ya təsadüfi performans qiymətləndirmə standartlarının tətbiqi;
- İstehlakçılarına nəzərən işçilərinə fərqli münasibət göstərmək. [5/s.188]
Bir planın etika baxımından uyğun olub-olmamağı zamana bağlı olaraq dəyişə bilər. Müəyyən bir zamanda öyrənilməsi lazım olan etik davranış qısamüddətli zamanda təşkilatın qazancını azaldır kimi görünsə də, uzunmüddətli zamanda təşkilatın qazancını artırır. Uzunmüddətli zamanda ən yaxşı təşkilati qərarların etika kökənli qərarlar olduğu görünür. Təşkilat müəyyən dövrlərdə deyil, hər zaman ideal davranmalıdır. Bu davranış şəkli etik səviyyəsi daha yüksək müştərilərin cəlb olunmasına, müştərilərlə münasibətlərin yaxşılaşdırılmasına köməkdir.
Bu açıqlamalar göstərir ki, etik dəyərlərə əməl edərək, böyük qazanclar əldə edən təşkilatlar üçün qeyri-etik davranışların bədəli çox ağır olur. [5/s.189]

Yüklə 30,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə