Biznes sahəSİNDƏ olan əsas etik problemlər vüqar qardaşOV


Təşkilatdaxili etik problemlər



Yüklə 30,67 Kb.
səhifə3/3
tarix11.12.2023
ölçüsü30,67 Kb.
#147659
növüXülasə
1   2   3
Biznes sahəsində olan əsas etik problemlər

2. Təşkilatdaxili etik problemlər
İş etikası təşkilat rəhbərləri üçün çox vacib amillərdən biridir. Amerikalı araşdırmaçı L.Neş bir sıra Amerika şirkətlərinin idarəçiləriylə görüşmüş, idarəçilərin rast gəldikləri əsas etik məsələləri qeyd etmişdir. Bunlar aşağıdakılardır:
- hesabatlarda faktların bilərəkdən verilməməsi, qeyri-səhih məlumatların göstərilməsi;
- keyfiyyəti olmayan məhsulların buraxılması və yaxud da həmin məhsula daimi olaraq texniki servisin göstərilməsinin vacibliyi;
- şəxsi məqsədlər və təşkilati maraqların üst-üstə düşməməsi;
- çox yüksək qiymətlərin mövcud olması;
- çalışanların etik olmayan davranışlarla bağlı öz fikirlərini və etirazlarını çatdırmalarının mümkün olmaması;
- işlərin çoxluğuna görə evdəkilərə, şəxsi məqsədlərə vaxt ayrılmaması;
- təhlükəsizliyi müəmmalı olan məhsulların istehsal olunması, xidmətlərin göstərilməsi;
- şirkətdən götürülmüş hansısa bir əşyanın geri verilməməsi;
- şirkətin maraqlarına ziyan vurmaqla iyerarxiya mərtəbəsində qalxmağa həddən çox diqqətin yetirilməsi. [1/s.10]
Biznes etikasındakı əsas etik problemlər bir sıra səbəblərdən qaynaqlanır.
İşçilərdən qaynaqlanan etik problemlər:
- İş görənlərin səhvlərini gizlətmələri, üstəlik yalan demələri;
- Sui-istifadə etməklə tez-tez iş yerindən icazə almaları;
- Yemək fasiləsi və digər ara fasilələrinin lazım olandan çox uzadılması;
- İş yerini tez tərk edərək iş saatlarının pozulması;
- Elədikləri səhvi başqasının boynuna atmaqları;
- Şirkətin yazılı qaydalarını pozmaları;
- Oğurluq etmələri,
- Spirtli içki qəbul etmələri;
- İcazə verilən limitlərdən yüksək dəyərə malik olan hədiyyə və dəvətlərin qəbul edilməsi;
- Saxtakarlıq etmələri;
- Rüşvətin alınması;
- Şirkətin gizli məlumatlarının şəxsi maraqlar üçün xaricə sızdırılması. [4/s.100]
Qiymətləndirmə və iş tapşırıqları ilə bağlı problemlər
Hər bir idarəçi işçiləri işə götürən zaman tapşırıqların verilməsində qanuni və əxlaqi öhdəliklərini yerinə yetirməlidir. Qanunlar irqi, cinsi, dini, etnik kökünə görə işçilər arasında ayrı-seçkiliyi qadağa edir, hamilə qadınları, qüsurlu insanları qoruyur. Bu qanunlar ədalətin bərqərar olmasına kömək etməlidir. Təşviqetmə və qiymətləndirmə, performans, qabiliyyət və zamanı əsas götürməlidir. [4/s.65]
Lakin qərəzlərimizə görə işçini əldən çıxara bilərik. Qərəzlərin öhdəsindən gəlmək çətindir, ancaq peşəkar iş həyatında davamlı uğur qazanmaq üçün etik dəyərlərin üstünlük təşkil etməsi daha mənalı olardı. İş tapşırıqları və qiymətləndirmədə işləyənləri, ətraf mühiti narahat edən davranışlardan qaçmaq lazımdır. Bu səbəblə şirkətlərdə işçilərin bir profili mövcud olmalıdır. [3/s.37]
Performans dəyərləndirilməsi ilə bağlı problemlər
İşçinin performansı rəsmi performans dəyərləndirmə, qeyri-rəsmi performans dəyərləndirmə olmaqla, iki şəkildə qiymətləndirilir. Ancaq performans dəyərləndirilməsindəki ən vacib məsələ xeyli idarəçinin dəyərləndirmədən xoşu gəlməməsidir. Bir işçinin səhlənkarlığından daha çox uğurlarını təyin etmək daha asandır, amma xeyli idarəçi bunların hər ikisiylə maraqlanmayacaq qədər məşğuldur. Həmçinin idarəçilərin performans dəyərləndirilməsində elədikləri səhvlər arasında ortalama xal vermə, həddən artıq pozitivlik, həddən artıq mənfilik, texniki səhvlər önəmli yer tutur. Performans dəyərləndirilməsinin yaxşı yollarından biri şirkətin hədəflərinin müəyyən olunması, bu hədəflərə çatmağında lazımlı olan, olmayan fəaliyyət və elementləri haqqında hesabat verən işçilərə sahib rəsmi sistem qurmaqdır. Sistem xeyli mənfi halları aradan qaldıra bilər, böyük ölçüdə səhv anlaşılmaları, inciklik, ayrı-seçkilik, qərəzçiliyi azalda bilər.
Fərqliliklərlə bağlı problemlər
Bir idarəçinin ən vacib bacarıqlarından biri digər komanda üzvləri arasındakı münasibətlərə yaxşı şəkildə təsir etmək, fərdi məhsuldarlığı artıran əxlaqi çalışma mühiti yaratmaqdır.
Komandalar iki cinsdən, qarışıq irqlərdən, etnik qruplardan, fərqli dinlərdən gələn fərdlərdən formalaşa bilər. Hər bir idarəçinin rolu bütün fərdlərin məhsuldarlığını maksimuma çatdıra biləcəyi mühit yaratmaqdır. Fərqliliklər səbəbindən ediləcək ayrı-seçkiliklərin günümüzdə məntiqli bir səbəbi yoxdur. Bunlar varsa, bu şirkətin bir etik problemidir. [2/s.104]
Ölkəmizdə bəzi şirkətlərdə cinsi mənsubiyyətə görə ayrı-seçkilik müşahidə olunur. Qanunda kişi ilə qadının iş mühitində bərabər hüquqlara sahib olduğu göstərilsə də, həqiqətdə bunlara daima əməl olunmur, şirkətlərdə xeyli etik problemlərin yaranmasına gətirib çıxarır. Mühümü isə bunlarla bağlı formalaşmış səhv fikirlər cəmiyyətimizdə tam olaraq başa düşülmür. Bir sıra şirkətlər işə işçi götürərkən cavan xanımlara üstünlük verirlər, bunlar etik normaların və Azərbaycan Respublikasının Qanunvericiliyinə ziddir.
Ölkəmizdəki qeyri-etik davranışlara aşağıdakıları misal göstərmək olar:
- Müəsissənin əmlaklarından şəxsi məqsədlərə görə istifadəsi;
- İş zamanının şəxsi məqsədlərə görə istifadəsi;
- İmtiyazlara müvəffəq olmaqdan ötrü bahalı hədiyyələrin verilməsi, alınması;
- Səhvin başqa işçinin üzərinə atılması;
- Görüləcək işlərin yubadılması;
- Müəssisənin gizli informasiyalarının açıqlanması. [1/s.15]
İşçilərin təhlükəsizliyi ilə bağlı problemlər
İşçinin hüquqlarından önəmlisi işdə yaralanma, ölüm riski olmadan işləməkdir. İşdəki təhlükələrdən işçiləri qorumaq üçün iş təhlükəsizliyi, sağlıq qaydaları hazırlanmalıdır. Məqsəd sadəcə işçini ehtimal olunan zərər, təhlükələrdən qorumaq deyil, həmçinin işçiləri müəyyən sənaye sahələrinin, işlərin təhlükəli tərəfləri haqqında məlumatlandırmaq olmalıdır. Şirkətlər bu mövzularda üzərinə düşən etik öhdəlikləri yerinə yetirməlidir. [2/s.105]
İşçiləri azaltmaqla bağlı problemlər
İşçilərin sayını azaltmaq, müvəqqəti olaraq işdən çıxarmaq iqtisadi sabitlik, fəaliyyətləri birləşdirmə, işçilərin maliyyətlərini aşağıya salmaq, uyğun olmayan şirkət hədəfləri kimi etibarlı səbəblərdən qaynaqlanır. Bu səbəblər haqlı səbəb olsa da, bu nəticə həmişə işçilər tərəfindən problemli vəziyyətdir. Şirkətlər etik baxımdan yalnızca işçini qoruma öhdəliyinə sahib deyil, həmçinin onları cavabdehli şəkildə işlətmə, çıxarma öhdəliyinə sahibdir. Şirkətlər tutarlı səbəb göstərmədən işçini işdən çıxardarsa, bu, şirkətin etika öhdəliklərini yerinə yetirmədiyinin nişanəsidir. [3/s.40]
Məhsul təhlükəsizliyi ilə bağlı problemlər
Hər bir şirkətin əsas etik öhdəliklərindən biri keyfiyyətli məhsul istehsal etmək və xidmət göstərməkdir. Heç bir şey təhlükəli, xətalı və ya aşağı keyfiyyətdə olan bir məhsulu bazara çıxarmaqdan daha çox bir şirkəti gözdən düşürə bilməz. Şirkətlər keyfiyyətli məhsul və xidmət təklif edərək daima rəqabət halında olmalıdırlar. Şirkətlərdə məhsul təhlükəsizliyi, reklam, məhsulların satılması, qiymətləndirmə, daşınma kanalları ilə ələqəli etik problemlər ortaya çıxa bilər. Həmçinin məhsulların özləri belə etik problemlər yarada bilər. Müştəri təhlükəsizliyi üçün məhsul və dizaynda yüksək keyfiyyət standartlarının qorunması, zəmanət müqavilələrinin olması məcburidir. [2/s.107]
Reklamla bağlı etik problemlər
Reklam qiymətlər, rəqabət baxımından müsbət təsirlər formalaşdırır. Reklam mesajlarında etikaya və sərbəst bazar iqtisadiyyatına uyğun yanaşmanın mənimsənilməsi vəziyyətində iqtisadi resursların israfının qarşısının alınması, müəyyən sosial qazancların əldə olunması mümkün ola bilər. Bu qazancları ancaq müştərilərə doğru məlumatlar çadıran reklam şirkətləri əldə edə bilər. Lakin qanunlara, etikaya uyğun olmayan mesajlar şirkətlər üçün maliyyətli ola bilər. Reklam özü etikaya uyğun olmayan deyildir.
Şişirdilmiş tələblərin ifadə edildiyi, yalanların həqiqətlərdən üstün tutulduğu mesajın cinayət ünsürü olduğu aydındır. Reklamlarda məlumatların müəyyən olmaması, izləyicinin reklamın məqsədini başa düşməməsi insanlarda suallar meydana gətirə bilər. Bu vəziyyət şirkət baxımından uzunmüddətli dövrdə problemlər yaradır.
Reklamın 4 əsas qeyri-etik növü ön plana çıxarılır:
- aldadıcı, səhv məlumatların verildiyi reklamlar;
- izləyicilərin şüuraltına mənfi yöndə təsir edən reklamlar;
- istehlakçını hansısa bir məhsulu almasına məcbur edən reklamlar;
- reklamda qəbulolunmaz metodlara baş vurulması.
Azərbaycan reklam sahəsinə daxil olmuş məhsullar çox vaxt müxləlif dillərdə tərcümə olunur. Keyfiyyəti olmayan tərcümələr millətimizin etik normalarına, adət-ənənələrinə hörmətsizlik həmin məhsulların bazarda uğur əldə edə bilməməsinə səbəb ola bilər. Beləliklə, etik qaydalar çərçivəsində hazırlanmayan reklamlar cəmiyyət tərəfindən heç yaxşı qarşılanmır, bu kimi fəaliyyətlər aşağıda göstərilən bir sıra mənfi nəticələrə gətirib çıxarır. [1/s.24]
NƏTİCƏ
Aparılan araşdırmalar göstərir ki, müasir dövrün əsas problemlərindən biri təşkilatlar daxilində təşkilati sistemin düzgün qurulmamasıdır. Gələcəkdə həmin şirkətlərimizin dünya bazarına məhsul satmaq və ya xidmət göstərmələri baxımından bu kimi etik problemlərin aradan qaldırılması olduqca vacibdir. Təşkilatdaxili etik problemlər nəinki müştəri məmnuniyyətsizliyinə səbəb olur, həmçinin müəssisənin qarşıya qoyulan məqsədlərinə çatmamasına mane olur. Bu etik problemlərin aradan qaldırılması üçün hər bir şirkət rəhbəri ədalətli iş mühiti formalaşdıran sistem qurmalı, öz işçilərini həmin ədalətli, həmçinin etik problemlərin olmadığı sistem altına toplamağı bacarmalıdır. Həmçinin, ali təhsil müəssislərində biznes etikası ilə bağlı gələcəkdə etik qaydalara uyğun mühit formalaşdırmaq üçün gənc tələbələrə bunlar daha çox aşılanmalı, həmçinin bunlarla bağlı sınanmış təcrübələrdən istifadə olunmalıdır.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI
1. Məmmədova Günel. Biznes etikasında əsas konsepsiyaların işlənməsi və tətbiqi. (Magistr dissertasiyası). Bakı/Azərbaycan 2015: 10-24
2. Özgener. İşletmelerde iş ahlakı. İstanbul/Türkiye (Kitab). 2004: 100-107
3. Zeynep Kantarcı. İş etigi ve ahlakı (Magistr dissertasiyası). Erzurum/Türkiye. 2007: 35-42
4. Fred Luthans. Organizational Behaviors (Kitab). New York/USA. 1995: 65
5. Nilhun Doğan. İş etiği ve işletmelerde etik çöküş (Kitab). Marmara/Türkiye. 2008: 187-189
Yüklə 30,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə