Stenli Bolduin hökuməti
Mühafizəkarlar Partiyasının nümayəndəsi, sənayeçi ailəsində
doğulmuş baş nazir Stenli Bolduin ölkə iqtisadiyyatını
gücləndirməkdən ötrü geniş tədbirlər həyata keçinnəyə başladı. O,
proteksionizm siyasətini tətbiq etdi. Lakin proteksionizm sənayeçilər
tərəfindən narazılıqla qarşılandı. Bolduin 1923-cü ilin dekabr
seçkilərini də proteksionizm şüarı altında apardı. Amma seçicilər
proteksionizm siyasətini qəbul etmədilər. Bununla belə, seçicilər
mühafizəkarların rəqibləri olan leyboristlərə də üstünlük vermədilər.
Leyboristlər məğlubiyyətə uğradılar. Seçkilərdə mühatlzəkarlar 259,
leyboristlər 191, liberallar isə 155 yer qazandılar. S.Bolduin yeni
hökumət yaratdı. Lakin icmalar palatası bu hökuməti təsdiq etmədi.
Belə olduqda yeni hökumət yaratmaq sosial dayağı əsasən fəhlələrdən
ibarət olan Leyboristlər Partiyasının nümayəndəsi Ramsey
Makdonalda (1866-1937) tapşırıldı.
Birinci Leyborist hökuməti
R.Makdonald İngiltərə tarixində ilk dəfə olaraq Birinci
Leyborist hökumətini qurdu. Seçkiqabağı kampaniyada əsasən
populist şüarlar irəli sürən leyboristlər kapital üzərinə vergi qoymaq,
işsizliyi aradan qaldırmaq, mənzil problemini həll etmək və dünyada
sülh yaratmaq vədlərini vennişdilər.
Birinci Leyborist hökuməti daxili siyasətdə iqtisadi və sosial
problemlərin həllinə xüsusi diqqət yetirdi. Lakin leyboristlər
parlamentdə azlıqda qaldıqlarından ciddi işlər həyata keçirə
bilmədilər. Uitli planına əsasən mənzil tikintisinə ayrılan xərclər
artırıldı. İşsizlərə edilən yardımlar, fəhlələrə və əlillərə verilən
pensiya çoxaldıldı. Çay, qənd və ərzaq üzərinə qoyulan vergilər
azaldıldı. Sosial sığorta qaydaya salındı. Bununla belə, hökumət
işsizliyi ləğv edə bilmədi.
Leyborist hökuməti yeni dövlət
büdcəsi layihəsini işləyib
118
hazırladı. Müharibə dövründə və ondan sonrakı illərdə tətbiq olunan
proteksionizmdən və ticarətdə alınan əlavə rüsumlardan imtina edildi.
Amma bu, mühafizəkarların kəskin narazılığına səbəb oldu.
Birinci Leyborist hökuməti ordu quruculuğuna da xüsusi diqqət
yetirdi. İngiltərənin dəniz hegemonluğunu təmin etmək məqsədilə
hərbi dəniz donanması artırıldı. Hərbi aviasiyaya çəkilən xərclər
çoxaldıldı.
Makdonald hökumətinin xarici siyasəti mahiyyət və məqsədləri
etibarı ilə mühafizəkar hökumətlərin davamı olsa da həyata
keçirilməsi metodlarında yumşalma baş verdi. Xarici siyasətdə
pasifist prinsiplər tətbiq edildi. İngilis diplomatiyası
1923-
cü il Lozan konfransında iştirak edərək Türkiyə ilə
münasibətlərini tənzimlədi. Konfransda Süveyş kanalı üzərində
Böyük Britaniyanın hüquqları təsdiq edildi. Hökumət müstəmləkə
siyasətini davam etdirsə də İraq və Misirdə müharibələrin aparılması
metodlarında dəyişiklik baş verdi. İngilis hökuməti 1923-1924-cü
illərdə dominionlarla münasibətlərdə mövcud olan ziddiyyətləri
yumuşaltdı.
Londonda keçirilən konfransda dominionlarla
metropoliyanın azad və bərabərhüquqlu tərəfdaş statusu
möhkəmləndirildi.
Birinci Leyborist hökuməti ABŞ-la əlaqələri genişləndirdi.
Xarici siyasətin üstün istiqamətlərindən biri ABŞ-la münasi- bətlərlər
oldu. İngilis diplomatiyası fransız-alman ziddiyyətlərinin həll
edilməsində və Daues planının tərtibində böyük rol oynadı.
Seçkiqabağı vədə əməl edən leyboristlər 1924-cü il fevralın 1-
də SSRİ-ni diplomatik cəhətdən tanıyaraq əlaqələr qurdular.
Avqustun 8-də isə iki ölkə arasında ticarət müqaviləsi imzalandı.
Makdonald hökuməti fəhlə hökuməti adlandırılsa da xalq,
xüsusən fəhlələr ondan narazı idilər. Belə vəziyyətdə leyboristlərə,
mərkəzçi və islahatçı xətt yeridən tred-yunionlara müxalifətdə olan
fəhlələr azlıq hərəkatında birləşdilər. Onların ilk ümumi konfransı
1924-
cü ilin avqust ayında keçirildi. Konfransda qəbul edilmiş
proqramda əmək haqqının artırılması,
istehsalat prinsiplərinə əsa
19