BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə39/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   35   36   37   38   39   40   41   42   ...   120

sən  həmkarlar  ittifaqlarının  yaradılması,  istehsal  üzərində  fəhlə 
nəzarəti  qoyulması  və  s.  tələb  edildi.  Amma  kommunistlər  Tom 
Mann və Harri Politin rəhbərlik etdiyi bu hərəkat uğur qazanmadı. 
Leyborist  hökuməti  xalqın  ümidlərini  doğrulda  bilmədi. 
Parlamentə seçki ərəfəsində mühafizəkarlar “Komintem məktubu”nu 
mətbuatda  çap  etdirdilər.  Məktubda  ingilis  kommunistləri  qanuni 
hökumətə qarşı silahlı üsyana çağırılırdılar. Bu hadisə leyboristlərin 
və  kommunistlərin  mövqeyinə  ağır  zərbə  vurdu.  Leyboristlər 
SSRİ-nin  hərəkətinə  qəti  etiraz  etdilər.  Lakin  bu  da  leyboristləri 
uğursuzluqdan xilas edə bilmədi. 
Birinci Leyborist hökuməti öz planlannı həyata keçirə bilmədi. 
Hökumət  böhranı  yarandı.  Oktyabrın  9-da  R.Makdonald  istefaya 
getdi. Mühafizəkarların tələbi əsasında hökumətin fəaliyyətini təhqiq 
edən xüsusi komissiya yaradıldı. Parlament buraxıldı. Yeni seçkilər 
təyin edildi. 
Bolduin dövrü 
1924-cü  il  oktyabrın  29-da  ölkədə  növbədənkənar  parlament 
seçkiləri  keçirildi.  Leyboristlər  düşmüş  olduqları  çətin  vəziyyətdən 
çıxmaq  məqsədi  ilə  manevr  edərək  seçki  kampaniyasında  belə  bir 
şüar  irəli  sürdülər:  “Biz  hökumətdə  idik,  lakin  hakimiyyətdə 
deyildik”. Amma leyboristlərin bütün cəhdləri özünü doğrultmadı. 
Bu  zaman  Mühafizəkarlar  Partiyasının  da  daxilində  vəziyyət 
gərgin idi. Parçalanmanın qarşısını almaq üçün mühafizəkarlar seçki 
ərəfəsində Məqsədlər və prinsiplər  adlı  yeni  proqram  qəbul etdilər. 
Bu proqramın aparıcı ideyası mühafizəkar islahatçılıq idi. Proqramda 
mühafizəkarların, partiyada onlann əleyhinə gedən gənc torilərin və 
hətta  liberalların  səmərəli  ideyaları  əks  olunmuş,  köhnə 
istiqamətlərdən  imtina  edilmişdi.  Proqram  partiyada  olan  narazılığı 
aşağı salaraq gənc torilərlə yaşlılar arasındakı ixtilafları yumşaltdı. 
Seçkilərdə mühafizəkarlar 7,4 mln. səs toplayaraq icmalar 
120 


palatasındakı yerlərdən 413-nü qazandılar. Leyboristlər 151, liberallar 
isə  40  yer  aldılar.  Mühafizəkarların  lideri  S.Bolduin  yeni  hökumət 
yaratdı. İngiltərə tarixində Bolduin dövrü başlandı. O, 1929-eu ilədək 
baş  nazir  oldu.  Yeni  hökumətdə  Hindistan  işləri  üzrə  nazir 
Ç.Birkenhed, xariei işlər naziri Ostin Çemberlcn, səhiyyə naziri onun 
kiçik qardaşı sadə adam, yaxşı və çox işləməkdən qorxmayan Nevil 
Çemberlen,  maliyyə  naziri  isə  Uinston  Çerçil  oldu.  N.Çemberlen 
leyboristlərin  dayaqlarını  zəiflətməkdən  ötrü  dövlətin  fəal  sosial 
siyasət yeritməsinə tərəfdar çıxırdı. 
Mühafizəkarların  lideri  hər  şeydən  əvvəl,  partiyada  olan 
parçalanmanı aradan qaldınnağa çalışırdı. Yeni qurulan hökumət elan 
etdiyi Məqsədlər və prinsiplər proqramını həyata keçimıəyə başladı. 
Hökumət  dövlətin  himayəsi  altında  xüsusi  sahibkarlığın  inkişafına 
diqqət  verdi.  Daxili  iqtisadi  siyasətdə  bu  proqram  iki  ümumi 
istiqaməti nəzərdə tuturdu: sənaye istehsalının sərbəstləşdirilməsi və 
sabitləşdirilməsi; ölkənin maliyyə sisteminin sağlamlaş- dırılması və 
möhkəmləndirilməsi. 
Ölkə  iqtisadiyyatının  inkişafının  başlıca  mənbəyi  müstəmləkə 
imperiyasının  təbii  sərvətləri  hesab  edilirdi.  Milli  istehsalı  artırmaq 
üçün  hökumət  gəlir  vergisini  və  əlavə  gəlirə  görə  vergini  azaltdı. 
Proteksionist  rüsumlar  yalnız  müstəmləkələrlə  birbaşa  əlaqələr 
sahəsində  saxlanıldı.  Böyük  Britaniya  inhisarları  dünya  bazarında 
sərbəst iştirak etmək imkanı qazandılar. Nəticədə 1926-cı ildə bütün 
ingilis ixracının 1/3-i, idxalının isə 1/2-i Böyük Britaniya imperiyası 
ərazisində  aparılmışdı.  Metropoliyanın  dominionlarla  əlaqələri 
genişləndirildi. 
Hökumətin  daxili  siyasət  sahəsində  apardığı  islahatlar  ölkə 
iqtisadiyyatının  inkişafına  səbəb  oldu.  İngiltərədə  iqtisadi  inkişafın 
başlıca özünəməxsusluqları kapital ixracının artması, beynəlxalq bank 
əməliyyatlarının səmərəli aparılması və əlverişli dəniz nəqliyyatı ilə 
bağlı  idi.  Hökumət  sənayedə  iş  gününü  7  saatdan  8  saata  qaldırdı. 
Ölkədə nəqliyyat sistemi inkişaf etdirildi. Uğurlu 
121 


daxili  siyasət  nəticəsində  1929-cu  ildə  sənaye  məhsulu  istehsalı 
1913-cü il səviyyəsini ötərək 100,6% təşkil etdi. 
Qısa  müddət  ərzində  istehsalın  və  kapitalın  təmərküzləşməsi 
gücləndi.  Amma  bu  illərdə  İngiltərənin  daş  kömür  və  metallurgiya 
sənaye  sahələri  texnika  cəhətdən  geri  qalırdı.  Onların  bərpası  üçün 
çoxlu  vəsait  lazım  idi.  Vəsaiti  əldə  etmək  xeyli  çətin  olduğundan 
hökumət əsas diqqətini köhnə sahələrin bərpasına deyil, yeni sənaye 
sahələrinin yaradılmasına yönəltdi. 1926-cı ildə İmperiya kimya tresti 
yaradıldı. 
Maliyyə  sisteminin  sağlamlaşdırılması  sahəsində  tədbirlər 
həyata  keçirildi.  l922-ci  ildən  bəri  dünyada  Genuya  qızıl-valyuta 
sistemi fəaliyyət göstərirdi. Bu standarta görə bank vekselləri, çekləri 
və akkreditləri sahəsində beynəlxalq ödənişlər başqa ölkələrdə xarici 
valyuta 
ilə 
ödənilirdi. 
Milli 
valyutaların 
kursunun 
müəyyənləşdirilməsi  qızıl  ehtiyatları  ilə  hesablanırdı.  1925-ci  ilin 
aprel  ayında  milli  maliyyə  sistemini  sağlamlaşdınnaq  üçün  funt 
sterlinqin qızıl standartı tətbiq edildi. Funt sterlinqin qızılla təminatı 
dövlət  tərəfindən  həyata  keçirildi.  Pul  vahidlərinin  sərbəst  və 
məhdudiyyətsiz olaraq qızıla dəyişdirilməsinə icazə verildi. Beləliklə, 
Böyük  Britaniya  valyuta  sistemi  beynəlxalq  sahibkar  dairələri 
tərəfindən  etibarlı  və  qorunan  sistem  olaraq  qəbul  edildi.  Qısa 
müddətdə ölkəyə xarici kapital axını və istiqrazlar gəldi. Bu məbləğ 
təxminən 1 mlrd, funt sterlinq təşkil edirdi. 
Bolduin  sözünü  birbaşa  deyən,  sadə,  səmimi,  yeni  lider  imici 
qazanmışdı. Bu keyfiyyətlər həm partiya daxili mübarizədə, həm də 
seçki  kampaniyasında  uğur  qazanmağa  kömək  edirdi.  Lakin  həmin 
keyfiyyətlər dövlət idarəçiliyi üçün kifayət etmirdi. 
Sosial  ziddiyyətlər  kəskin  olaraq  qalırdı.  Hökumətin  sosial 
təminat  haqqında  proqram  qəbul  etməsi  bu  ziddiyyətlərin 
yumşaldılmasma  yönəlmişdi.  Proqrama  əsasən  pensiya  yaşı  65-ə 
endirildi.  Pensiya  ödənişləri  artırıldı.  İmkansızlara  yardımlar 
verildi.Yerli özünüidarə orqanlarının hüquqları genişləndirildi. 
Hökumət sərt büdcə siyasətinə keçdikdən sonra islahatların 
122 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə