IV
BÖLÜM
FRANSA
Birinci dünya müharibəsinin Fransa üçün nəticələri
Birinci dünya müharibəsində qalib gəlməsinə baxmayaraq,
Fransanın sosial-iqtsiadi vəziyyəti ağır idi. Hərbi əməliyyatların
gedişində ölkənin insan ehtiyatına güclü zərbə dəydi. 1,3 mln. nəfər
öldürüldü. 2 mln. 560 min nəfər yaralandı. İnsan itkisi İngiltərədən
təxminən 3, ABŞ-dan isə 12 dəfə çox oldu. Uşaq ölümü və kütləvi
xəstəliklər artdı. Fransa əmək qabiliyyətli əhalisinin 11%-ni itirdi.
Ölkənin şimal-şərqində yerləşən 10 departamentdə hərbi əməliyyatlar
getdiyindən nəqliyyat və sənaye dağıdıldı. 6 min km. dəmiryolu, 52
min km. avtomobil yolu, 550 min ev, 23 minədək sənaye müəssisəsi,
fabrik, zavod və şaxta sıradan çıxdı. Maliyyə sistemi iflic hala düşdü.
Müharibə ölkəyə təxminən 200 mlrd, frank ziyan vurdu. Milli
sərvətin 1/4 hissəsi itirildi. Fransız iqtisadiyyatında amerikan və
ingilis kapitalının rolu artdı. 1920-ci ildə ölkənin ümumi borcu
təxminən 300 mlrd, frank idi. Bu məbləğin 40 mlrd, frankını ABŞ-a,
62 mlrd, frankını isə İngiltərəyə olan borc təşkil edirdi. Hərbi
əməliyyatlar kənd təsərrüfatına da ağır zərbə vurdu. Əkin sahələri
dağıdıldı. Kənd təsərrüfatı məhsulları istehsalı azaldı.
Osmanlı
dövlətinin,
Rusiya
və
Avstriya-Macarıstan
imperiyalarının dağılması nəticəsində Fransanın xaricə kapital ixracı
40% aşağı düşdü.
Ağır sosial-iqtisadi nəticələrinə baxmayaraq, müharibədə
iqtisadiyyatın bəzi sahələri, xüsusən hərb sənayesi inkişaf etdi. Fransa
Avropanın ən güclü dövlətlərindən birinə çevrildi. 1 mln. 700 min
əhalinin yaşadığı Elzas və Lotaringiyanın qaytarılması, Saar daş
kömür hövzəsindən istifadə edilməsi. Afrikada Toqo və Kamerunun
bir hissəsinin. Yaxın Şərqdə isə Suriya və Livanın
144