oldu. Baş nazir işləyən Milyeran sentyabr ayında keçirilən seçkilərdə
prezident oldu. Onun prezidentlik müddəti 1920-ci ilin sentyabr
ayından 1924-cü ilədək davam etdi. Fransada prezidentin çox da
geniş səlahiyyətləri yox idi.
Milyeran prezident seçildikdən sonra 1920-ci ilin sentyabr
ayından 1921-ci ilin yanvarınadək baş nazir J.Leyq oldu. Lakin o,
istefaya getdikdə yerinə 1921-ci il yanvarın 16-da Aristid Brian keçdi.
Brian 1921-ci ilin sonuna qədər hakimiyyət başında oldu. Hökumət
daxili siyasət sahəsində geniş proqram irəli sürdü. Yeni sənaye
sahələrinin yaradılması üçün addımlar atıldı. Lakin ölkədə köhnə
sənaye sahələri zəif işlədiyindən məhsul istehsalı 1913-cü illə
müqayisədə 1921-ci ildə 55%, kənd təsərrüfatı məhsulları istehsalı isə
77% təşkil etdi. Qiymətlər, xüsusilə ərzağın qiyməti qalxdı. Hökumət
1921-ci il yanvarın 20-də verdiyi bəyanatındakı vədlərini yerinə
yetirə bilmədi.
Brian hökuməti xarici siyasət sahəsində Kiçik Antantanın
yaradılması işini başa çatdırdı. Fransa ətrafında sanitar dəhlizi
yaratmaq işinə səy edildi. Fransız hökuməti 1921-ci ildə Polşa ilə
siyasi pakt və hərbi konvensiya imzaladı. 1920-21-ci illərdə
Çexoslovakiya, Yuqoslaviya və Rumıniyanın Kiçik Antantada
birləşməsinə kömək etdi. 1938-ci ilədək mövcud olan bu ittifaqın
məqsədi Almaniyada nasizmin, SSRİ-də isə bolşevizmin qitədə
güddükləri təcavüzkar niyyətlərin qarşısının alınmasına yönəlmişdi.
1921-ci ilin mart ayında Yaponiya ilə imzalanan məxfi saziş isə Uzaq
Şərqdə digər dövlətlərin nüfuzunun artmasının qarşısını almaq
məqsədi güdürdü. Brian hökuməti Vatikanla münasibətlərini
yaxşılaşdırdı. 1921-ci ilin dekabr ayında Fransa senatı Vatikanda
diplomatik missiyanın fəaliyyətinin bərpa edilməsi haqqında qərarı
təsdiqlədi.
1921-ci ilin sonlarından etibarən Brian hökumətinin daxili və
xarici siyasətindən narazılıq artdı. Müxalifət gücləndi. Fransanın
Vaşinqton konfransında uğursuzluğa düçar olması və xarici siyasətdə
çevik xətt yeridə bilməməsi etirazla qarşılandı.
Hökumət böh
149