kabinet” yaratmışdı. Bütün hakimiyyət məsələləri, demək olar ki,
Çemberlen, Halifaks, maliyyə naziri Saymon və daxili işlər naziri
Semuel Xor tərəfindən həll edilirdi. Hökumət aqrar bölmənin
inkişafına kömək məqsədi ilə əsas kənd təsərrüfatı məhsullarının
alınmasına təminatlı qiymətlər qoydu. Fermerlər Birlik ölkələrinə öz
mallarını gömrük rüsumu olmadan satmağa başladılar. 30-cu illərdə
kənd təsərrüfatına kapital qoyuluşu artırıldı. Çemberlen hökuməti
1937-ci ildə İrlandiya parlamentinin qəbul etdiyi konstitusiyanı
bəyəndi.
Hökumət fəal xarici siyasət həyata keçirirdi. 1937-ci ildə İtaliya
ilə İngiltərə arasında saziş bağlandı. Sazişə görə İngiltərə
Həbəşistanın İtaliya tərəfindən tutulmasını bəyəndi. Tərəflər Aralıq
dənizi rayonunda bir-birilərinin mənafelərinə hörmət edəcəkləri
barədə qarşılıqlı öhdəlik götürdülər. 1938-ci
ildə Çemberlen Romaya
səfər etdi. Çemberlen hökuməti həmin ilin sentyabr ayında İtaliya və
Fransa ilə birlikdə Çexoslovakiyanın əsasən almanlar yaşayan Sudet
vilayətini Almaniyaya birləşdirməyi nəzərdə tutan Münhen
sövdələşməsini qəbul etdi. Bunu sülhpərvər addım kimi qələmə verdi.
O, Münhen sövdələşməsini ingilis xalqına "mən sizə sülh
gətirmişəm" kimi təqdim etdi. İngiltərənin 1939-cu il martın 21-də
SSRİ və Fransa ilə birlikdə kollektiv təhlükəsizliyə dair başladığı
danışıqlar uğursuzluqla nəticələndi. Həmin il martın 31-də İngiltərə
Polşaya hücum olacağı təqdirdə təcavüzkara qarşı mübarizədə polyak
hökumətinə yardım göstərəcəyinə təminat verdi. Aprelin 7-də İtaliya
Albaniyanı işğal etdikdə İngiltərə eyni təminatı Yunanıstana və
Rumıniyaya da aid etdi. Hollandiya, İsveçrə və Danimarkaya müvafiq
təminatlar təklif olundu. Hökumət Türkiyə ilə əməkdaşlığa dair
danışıqlara başladı.
138
Böyük Britaniya ikinci dünya müharibəsi illərində
Polşa təcavüzə məruz qaldıqdan sonra alman ordu hissələrinin
bu ölkənin ərazisindən çıxarılması tələbi rədd olunduqda İngiltərə
1939-
cu il sentyabrın 3-də Almaniyaya müharibə elan etdi. Lakin
1940-
cı ilin may ayınadək yalnız passiv müharibə apardı. Bu isə
qəribə müharibə adını aldı. İngiltərə ilə eyni vaxtda Yeni Zelandiya,
Avstraliya, sentyabrın 5 və 8-də isə Kanada və Cənubi Afrika İttifaqı
Almaniyaya müharibə elan etdilər. Hindistan da Almaniya ilə
müharibə vəziyyətində olduğunu bildirdi. Britaniya parlamenti
Hindistanın müdafiəsi haqqında qanun qəbul etdi. Qanuna görə yerli
hakimiyyətə fövqəladə səlahiyyətlər verildi. Küçə yürüşləri, mitinqlər
və düşmən təbliğatı qadağan edildi. Fövqəladə səlahiyyətlər rejimi
Böyük Britaniyanın bütün müstəmləkə və dominionlarına tətbiq
olundu. Lakin ingilis rəsmi dairələri ölkəni geniş miqyaslı hərbi
əməliyyatlara qoşmaqdan çəkinirdilər. Müharibənin başlanması
ölkənin daxili siyasi həyatına öz təsirini göstərdi. Hakimiyyət başında
olan mühafizəkarlar koalisiyalı hökumət qurmağı təklif etdilər.
Leyboristlər və Çemberlen başda olmaqla liberallar qurulan hökumətə
girməkdən boyun qaçırdılar. Bununla belə, 1939-cu il sentyabrın 8-də
hər üç partiya siyasi barışıq haqqında sənəd imzalayaraq müharibə
davam etdiyi dövrdə səyləri birləşdirməyə dair öhdəlik götürdülər.
Onlar yerli özünüidarə orqanlarına seçki keçirməmək, tərkiblərini isə
kooptasiya yolu ilə dəyişdirmək barədə razılığa gəldilər. Müharibə
dövründə seçkilərdə hər bir partiya icmalar palatasında təmsil olunan
partiyanın təmsilçisinin yerinə dairələrdə öz namizədini irəli
sürməmək barədə öhdəlik götürdü.
Tezliklə sahibkarlarla tred-yunionlar arasında sənaye barışığı da
imzalandı. Barışığa görə müharibə dövründə tətil və mitinqlər
kcçinnək qadağan edildi. Çemberlen hökumətin tərkibinə qatı
antifaşist olan Uinston Çerçili və Antoni İdeni daxil etdi.
Danimarka və Norveç təslim edildikdən
sonra Böyük Britaniya
139