ranı yarandı. Brian istefaya getdi, 1922-ci il yanvarın 15-dən 1924- cü
il iyulun 1-dək Fransanın baş naziri Raymon Puankare oldu. Onun
başlıca vəzifəsi sənayenin bərpasını başa çatdınnaq, iqtisadiyyatı
inkişaf etimıək və liberallaşdırmaq, təbii bazar mexanizmlərini bərpa
etmək idi. Hökumət iqtisadiyyatın dövlət tənzimlənməsini ləğv
etməyə başladı. İri inhisarlara güzəştlər verildi. Puankare hökuməti
daxili siyasətində şovinist meylləri gücləndirdi.
Xarici siyasətdə hökumətin başlıca məqsədi Avropada
Fransanın hegemonluğunu təmin etmək idi. Bundan ötrü fransız
hökuməti hətta qətiyyətli addımlar atdı. Amma fransızların
iddialarına qarşı ABŞ və Almaniya qəti etiraz etdiklərindən
hegemonluq istəyini həyata keçimıək o qədər də asan deyildi.
Genuya konfransında Fransa borclar məsələsindən öz xeyrinə
istifadə etməyə çalışırdı. Almaniyanın təzminat ödəməsini
yubatmasını bəhanə edən Fransa və Belçika ordulannı yeridərək
1923-cü il yanvarın 11-də Ruru və Reyn vilayətini tutdu. Fransa
həmin ərazidə separatçılıq hərəkatını açıq şəkildə müdafiə edərək
Reyn Respublikasının yaradılmasına kömək göstərdi. Lakin Rurun
işğalı ilə Fransa öz istəyinə çata bilmədi. Fransız iqtisadiyyatı ağır
vəziyyətə düşdü. Ölkənin maliyyə sistemi pozuldu. İki ay ərzində
frankın dəyəri iki dəfə aşağı düşdü. Yaranmış böhrandan çıxmaq üçün
ABŞ və İngiltərə Fransaya təzyiqlər etdilər. Rur avantürası boşa çıxdı.
Belə vəziyyət 1923-cü ildə hökumət böhranı yaratdığından Milli blok
istefaya getməyə məcbur oldu. Ölkədə siyasi partiyaların yeni
blokları yaranmağa başladı.
Puankare hökumətinin xarici siyasətində Azərbaycan da mühüm
yer tuturdu. O, baş nazir seçilərkən parlamentdə etdiyi məruzəsində
Fransanın əlaqələr saxlamasını zəruri saydığı ölkələrdən biri kimi
Azərbaycanı da qeyd etmişdi. Puankare Azərbaycanla neft sayəsində
əməkdaşlıq qurmaq tərəfdarı idi. Fransanın Azərbaycanda bolşevik
rejimini devirib milli hökuməti bərpa etmək və əməkdaşlıq qunnaq
planları mövcud olsa da onu reallaşdırmaq mümkün
150
olmadı. Aprel işğalı nəticəsində dövlət müstəqilliyi itirildikdən sonra
Fransada yaşamağa məcbur olan Azərbaycan nümayəndə heyətinə
fransız hökuməti yardımlar edirdi.
Sol blok hökuməti
Radikal sosialistlər 1923-cü ildə Milli blokdan ayrıldılar. Seçki
ərəfəsində, 1924-cü ildə onlar sosialistlər və respublikaçılarla birlikdə
Sol blok yaratdılar. Bu blok seçkiqabağı kampaniyada ümumi siyasi
amnistiya verilməsi, 8 saatlıq iş gününə əməl edilməsi, kapital üzərinə
vergi qoymaqla ölkənin maliyyə sisteminin sağlamlaşdırılması və b.
vədləri verdi. Mayın 11-də keçirilən parlament seçkilərində Sol blok
287, sağ partiyalar 125, kommunistlər isə 26 mandat qazandılar. Sol
blok qələbə qazandıqdan dərhal sonra iyunun 1-də deputatlar
palatasının sol qrupları Milyera- nın prezident kreslosundan əl
çəkməyəcəyi təqdirdə hökumət təşkil etməyəcəklərini bildirdilər.
Belə olduqda sağlar və digər partiyalar Fransua Marşal başda olmaqla
koalisiyalı hökumət yaratdılar. Lakin deputatlar palatası bu hökuməti
təsdiq etmədi. Düşmüş olduğu ağır vəziyyətdə Milyeran iyunun 11-də
konstitusiyaya uyğun olaraq istefaya getdi. İyunun 13-də Qaston
Dumerq Fransa Milli Məclisində respublika prezidenti seçildi.
Radikal-sosialist Eduard Errio (1872- 1957) baş nazir oldu. O,
1925-ci ilin aprel ayınadək baş nazir vəzifəsində işlədi. Zabit
ailəsində anadan olmuş, tarix-filologiya fakültəsini bitirmiş, ziyalı,
demokrat və pasifist olan Eduard Errio buna qədər Lion şəhərinin
meri və deputatlar palatasının sədri vəzifələrində işləmişdi. Yeni
hökumətdə 18 nazir vəzifəsindən 13- nü radikal-sosialistlər, 5-ni
respublikaçı sosialistlər tutdu.
Errio daxili və xarici siyasətdə prinsipial dəyişikliklər dövrünün
başlandığını bəyan etdi. Onun hakimiyyətə gəlməsi ilə daxili
siyasətdə bir sıra dəyişikliklər oldu. İlk növbədə ölkə iqtisadiyyatında
sabitləşmə baş verdi. Fransada sabitləşmənin bir sıra özünəməxsus
cəhətləri var idi. Ölkə iqtisadiyyatında möhtəşəm
151
irəliləyiş əldə edildi. Metallurgiya, maşınqayırma, aviasiya və kimya
sənaye sahələrinin sürətlə inkişaf etdiyi l924-1928-ci illərdə sənaye
istehsalı ildə 5% artmışdı. Bu cəhətdən Fransa yalnız ABŞ- dan geri
qalırdı.
İqtisadi inkişafın və siyasi sabitləşmənin bir sıra səbəbləri var
idi. Ölkə Elzas, Lotaringiya və Saar daş kömür hövzələrini əlinə
keçirmiş, Almaniyadan 8 mln. frank təzminat almışdı. Hökumət
sosial ziddiyyətləri aradan qaldırılmaq və əməklə kapital arasında
barışıq üçün geniş proqramlar həyata keçirdi. Yeni müharibənin
başlamasını istəməyən xalq əsas diqqətini quruculuğa verdi. Bütün
bunlar fransız iqtisadiyyatının inkişafında başlıca rol oynadı.
Bu irəliləyişlərə baxmayaraq, ölkə iqtisadiyyatının bir sıra,
xüsusən köhnə sahələri hələ də geri qalırdı. Kağız, dəri və pambıq-
parça sənayesini maliyyə çatışmazlığı ucbatından yenidən qurmaq
çətin idi. Fransız maliyyə kapitalı istehsala sərmayə qoymaqda
ləngiyirdi. Ölkənin kənd təsərrüfatında problemlər qalırdı.
İqtisadiyyat üzərində dövlət inhisarı və nəzarət hələ də saxlanılırdı.
İqtisadiyyatı gerilikdən çıxarmaqdan ötrü Ali İqtisadi Şura və
Ali Dəmiryol Şurası yaradıldı. Maliyyə sisteminin sağ-
lamlaşdırılmasına başlandı. Milli Kredit bankının yaradılması ölkənin
iqtisadi inkişafında başlıca rol oynadı. Fransanın aqrar-sənaye
ölkədən sənaye-aqrar ölkəsinə çevrilməsində ölkədə şəhər əhalisinin
kənd əhalisinə nisbətinin artaraq 51%-ə çatması da təsir etdi.
Hökumətin daxili siyasətində mənzil tikintisinə xüsusi diqqət
yetirildi. Bu məqsədlə 300 mln. frank vəsait ayrıldı.
Sol blok hökuməti siyasi və hüquqi sahədə bir sıra tədbirlər
həyata keçirdi. 1924-cü ilin dekabr ayında siyasi məhbuslara
amnistiya verildi. Qadınlar bələdiyyə və kontonlarda iştirak etmək
hüququ qazandılar. Bu tədbirlər cəmiyyətdə müsbət qarşılansa da
iqtisadi problemlər həll olunmamış qalırdı.
Kapital üzərinə vergi qoyulması haqqında qanun layihəsi
1925-
ci il aprelin 11-də senat tərəfindən rədd edildikdə Errio
kabineti istefaya getdi. Beləliklə, Errio “qızıl divan” başı ilə sındıra
bilmədi.
152
Dostları ilə paylaş: |