cavab olaraq fevralın 9-da Parisdə 50 min nəfərin iştirak etdiyi
antifaşist nümayişi, fevralın 12-də isə bütün ölkədə faşizm əleyhinə və
respublikanın müdafiəsi məqsədi ilə möhtəşəm mitinqlər keçirildi. Bu
mitinqlərdə təxminən 4,5 mln. nəfər iştirak etdi. Müxtəlif siyasi
qüvvələrin iştirak etdiyi mitinqlər faşizm əleyhinə Xalq Cəbhəsinin
yaradılması üçün əlverişli şəraitin yetişdiyini göstərirdi.
Digər ölkələrdən fərqli olaraq Fransada faşizmin bir sıra
özünəməxsus cəhətləri var idi. Fransız faşizmi siyasi cəhətdən pə-
rakəndə və zəif idi. İdeya boşluğu hökm sürürdü. Hərəkatın başında
parlaq şəxsiyyət durmurdu. Fransız faşizmi bir qrup varlı təbəqələrə
və millətçi qüvvələrə arxalanırdı. Faşizmin ölkədə dərin tarixi kökləri
mövcud deyildi. Fransa cəmiyyətinin faşistləş- dirilməsi yalnız
hakimiyyət tərəfindən həyata keçirilə bilərdi. Lakin rəsmi dairələr
ölkədə faşizmin intişar tapmasında maraqlı deyildilər.
Milli birlik hökuməti
1934-
cü ilin fevral ayından oktyabrmadək ölkənin baş naziri
Q.Dumerq oldu. O, 34 nazirdən ibarət Milli birlik hökuməti yaratsa da
qısa müddətdən sonra istefaya getməyə məcbur oldu. Dumerqin
yerinə baş nazir əvvəlki kabinetlərdə müxtəlif vəzifələrdə işləmiş
Pycr Etyen Flanden oldu. 1934-1936-cı illərdə Fransada 5 hökumət
dəyişildi.
Bu zaman Fransanın xarici siyasəti xeyli fəallaşmışdı. Almaniya
təhlükəsinə qarşı yeni müttəfiqlər axtarışı gücləndi. Fransa Şərq
Lokarnosu ideyasını irəli sürdü. Bu ideyaya görə Fransa, SSRİ və
Kiçik Antanta dövlətləri müqavilələr imzalayaraq kollektiv
təhlükəsizlik sistemi yaratmalı idilər. İdeyanın həyata keçirilməsi
məqsədilə Fransa 1934-cü il aprelin 17-də Böyük Britaniya
hökumətinə müraciət edərək Reyn təminat paktının digər Avropa
dövlətləri ilə imzalanmasının zəruriliyini göstərdi. 1934-cü ilin
yazında Fransanın xarici işlər naziri Lui Bartu bir sıra Mərkəzi və
Cənub-Şərqi Avropa ölkələrinə səfər etdi. Səfərlərdə başlıca
159
məqsəd Avropada kollektiv təhlükəsizlik sistemi yaratmağa nail
olmaq idi. Lakin bu sistemi yaratmaqdan ötrü çoxlu problemləri həll
etmək lazım gəlirdi. Oktyabrın 9-da Yuqoslaviya kralı I Aleksandrın
Marseldə qarşılanma mərasimində Bartu xorvat millətçi təşkilatının
üzvləri tərəfindən öldürüldü (I Aleksandrın Marseldə qarşılanması
əbəs deyildi. Birinci dünya müharibəsi illərində fransız ordu hissələri
Marsel limanından Serbistana köməyə getmişdilər.) Bu qətl fransız
cəmiyyətini hərəkətə gətirdi.
Bundan sonra Fransanın xarici işlər naziri olan Laval SSRİ ilə
yaxınlaşmaq ideyasına ehtiyatlı münasibət göstərdi. 1934-cü il
dekabrın 5-də fransız-sovet sazişi imzalandı. Sazişə görə tərəflər
Şərqi Avropa təminat paktının hazırlanması əleyhinə olan hər hansı
diplomatik addımlardan imtina edirdilər. 1935-ci ilin may ayında
SSRİ ilə Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə
imzalandı. Müqaviləyə görə tərəflərdən birinə üçüncü dövlət hücum
edərdisə, digər tərəf ona yardım etməli idi. Amma bu müqavilə hərbi
konvensiya ilə möhkəmləndirilmədi.
Laval faşist rejiminin mövcud olmasına baxmayaraq, İtaliya ilə
yaxınlaşmağın tərəfdarı idi. Bu məqsədlə edilən səylər öz nəticəsini
verdi. 1934-cü ilin fevral ayında Romada Fransa, İtaliya, Avstriya və
Macarıstan arasında təminat protokolları imzalandı. Fransanın fəal
hərəkətləri Avropada Almaniyanın planlarının həyata keçirilməsini
müəyyən qədər yubatdı. Fransız hökuməti eyni zamanda İtaliyanın
Həbəşistana qarşı hərəkətlərini də bəyəndi. Belə olduqda Böyük
Britaniya Fransa əleyhinə təbliğata başladı. Təzyiq nəticəsində
Fransa-İtaliya müttəfiqliyinin qarşısı alındı. Fransa Böyük Britaniya
ilə yaxınlaşdı. Ziddiyyətlərə baxmayaraq, nasional-sosializmin
Almaniyada hakimiyyətə gəldiyi ilk illərdə fransız-alman
münasibətləri o dərəcədə də kəskin deyildi. 1935-ci ilin aprel ayında
Fransanın təşəbbüsü ilə keçirilən Almaniyanın Versal sülh
müqaviləsinin şərtlərini pozmasına həsr edilmiş konfrans istənilən
nəticəni vermədi. 1935-ci ilin iyun ayından 1936-cı ilədək fransız
hökumətinə Laval başçılıq etdi.
160
Xalq Cobhəsi hökumoti
Faşist qiyamı yatırıldıqdan sonra ölkodə sol qüvvələrin
birləşdirilməsi zəruriliyi ortaya çıxdı. 1934-cü il iyulun 27-də
Sosialist və Kommunist partiyaları faşizmə, müharibə təhlükəsinə
qarşı birgə mübarizə aparmaq haqqında pakt imzalayaraq birgə
fəaliyyət göstəmıək məqsədilə Əlaqələndirmə Komitəsi yaratdılar.
1935-
ci il iyulun 14-də Bastiliyanın alınmasının ildönümü
münasibətilə Parisdə yarım milyondan çox adamın iştirak etdiyi
möhtəşəm nümayiş oldu. Faşizmə qarşı şüarlar söyləyən
nümayişçiləri və siyasi partiyaları küçələrə çıxan xalq da dəstəklədi.
Beləliklə, Xalq Cəbhəsinin əsası qoyuldu. Ölkənin 48 təşkilatı Xalq
Cəbhəsində birləşdi. 1936-cı ilin yanvar ayında elan edilən Xalq
Cəbhəsinin proqramında siyasi-iqtisadi və digər tələblər var idi.
Proqramda nəzərdə tutulan siyasi tələblər əsasən aşağıdakılardan
ibarət idi: faşist təşkilatlarını buraxmaq; terrorizmə qarşı mübarizə;
tərksilah; mətbuat azadlığı; Millətlər Cəmiyyəti çərçivəsində
əməkdaşlıq.
Proqramın iqtisadi tələblər bölümündə başlıca olaraq
aşağıdakılar nəzərdə tutulurdu: əmək haqqını azaltmadan iş gününü
qısalt- maq; işsizlərə kömək etmək; yeni iş yerləri açmaq; ictimai işlər
təşkil etmək; pensiyaçılara və hərbi qulluqçulara qayğı; bankları
milliləşdirmək; iqtisadiyyatın planlı inkişafım təmin etmək;
iqtisadiyyat üzərində dövlət nəzarətini gücləndirmək; kənd
təsərrüfatına yardım etmək; maliyyə sistemini sağlamlaşdınnaq;
əmək münasibətlərini tənzimləmək və s.
Sosialist tələblərinin mövcud olmadığı bu proqram demokratik
və antifaşist xarakter daşıdığından sosial dayaqları da möhkəm idi.
Xalq onu müdafiə edirdi. Lakin Xalq Cəbhəsi rəhbərliyində alyansın
strateji məqsədləri barədə məsələdə ciddi fikir ayrılıqları hökm
sürürdü. Kommunistlər Xalq Cəbhəsinə xalq kütlələrinin birbaşa
siyasi hərəkatı kimi baxaraq onun möhkəm yerli təşkilatlarının
yaradılmasını tələb edirdilər. Radikallar isə Xalq Cəbhəsinə
seçkiqabağı blok, sağ mərkəzçi qüvvələrin hakimiyyətə gəlmək
yolunu kəsməkdə və möhkəm demokratik hökumət yaratmaqda vasitə
ki-
161
Dostları ilə paylaş: |