##book id=354//book name= Fərdi inkişafın biologiyası // ##fk=104//ks=03//fn=354// sumalltest= 307


##num= 3// level= 1// sumtest=17 // name= Spermatogenez //



Yüklə 0,51 Mb.
səhifə3/15
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69408
1   2   3   4   5   6   7   8   9   ...   15

##num= 3// level= 1// sumtest=17 // name= Spermatogenez //


1. Qonositlər nə zaman qonilərə çevrilir və bu zaman onlarda hansı dəyişikliklər əmələ gəlir?

A) miqrasiya edərək qonadlara çatıb onlara nüfuz etdikdən sonra qonilərə çevrilir, iriləşir, girdələşir, amöbvari hərəkətini itirir, fəal çoxlmağa başlayır.

B) miqrasiya edərək qonadlara çatıb onlara nüfuz etdikdən sonra qonilərə çevrilir, iriləşir, girdələşir, amöbvari hərəkətə başlayır, fəal çoxlmağa başlayır.

C) bölünmə dövrünü keçib qonadlara nüfuz etdikdən sonra qonilərə çevrilir, iriləşir, girdələşir, amöbvari hərəkətini itirir, çoxalma qabiliyyətini itirir.

D) bölünmə dövrünü keçib qonadlara nüfuz etdikdən sonra qonilərə çevrilir, ölçücə kiçilir və uzunsov forma alır, amöbvari hərəkətini itirir, fəal çoxlmağa başlayır.

E) miqrasiya edərək qonadlara çatıb onlara nüfuz etdikdən sonra qonilərə çevrilir, iriləşir, girdələşir, hərəkət orqanı olan qamçılarını və çoxlma qabiliyyətini itirir.

2. Xalazlar nədir və harada əmələ gəlir?

A) xalazlar yumurta hüceyrəni yumurta ağında asılmış vəziyyətdə saxlayan burulmuş zülali bağlardır, yumurta hüceyrənin yumurta borusu ilə fırlanaraq hərəkət etməsi nəticəsində əmələ gəlir.

B) xalazlar yumurta hüceyrəni yumurta ağında asılmış vəziyyətdə saxlayan burulmuş zülali bağlardır, yumurta hüceyrə Qraafov qovuqcuğunun içərisində olarkən fırlanması nəticəsində əmələ gəlir

C) xalazlar yumurta hüceyrəni yumurta ağında asılmış vəziyyətdə saxlayan burulmuş vətərlərdir, yumurta hüceyrənin yumurta borusu ilə hərəkəti zamanı əmələ gəlir

D) xalazlar yumurta hüceyrəni yumurta ağında asılmış vəziyyətdə saxlayan burulmuş vətərlərdir, yumurta hüceyrə Qraafov qovuqcuğunun içərisində olarkən fırlanması nəticəsində əmələ gəlir

E) xalazlar yumurta hüceyrəni yumurta ağında asılmış vəziyyətdə saxlayan, saya əzələ toxumasından ibarət olan törəmələrdir, yumurta hüceyrənin yumurta borusu ilə fırlanaraq hərəkət etməsi nəticəsində burulmuş vəziyyətdə olur.

3. Oositin yetişməsi prosesi hansı hormonların iştirakı ilə gedir?

A) böyrəküstü vəzlərin kortikotrop hormonlarının

B) hipofizin arxa payının qonodotrop hormonlarının

C) hipofizin ön payının qonodotrop hormonlarının

D) böyrəküstü vəzlərin qonodotrop hormonlarının

E) hipofizin arxa payının somatotrop hormonlarının

4. İlkin cinsi hüceyrələri somatik hüceyrələrdən fərqləndirən xüsusiyyətlər hansılardır?

1 - iri ölçüləri

2 - xırda ölçüləri

3 - iri nüvəyə malik olması

4 - kiçik nüvəyə malik olması

5 - eozinofilliyi

6 - bazofilliyi

7 - ektosomlara malik olması

8 - qranulllara malik olması

A) 2, 4, 6, 7

B) 1, 4, 5, 7

C) 1, 3, 6, 7

D) 2, 4, 5, 8

E) 2, 4, 6, 8

5. Süngərlərdə cinsi hüceyrələr hansı mənbələrdən əmələ gəlir?

1 - ixtisaslaşmamış hərəki amöbvari arxeositlərdən

2 - ixtisaslaşmamış hüceyrələrdən - neoblastlardan

3 - ixtisaslaşmamış interstisial hüceyrələrdən

4 - ixtisaslaşmamış qamçılı hüceyrələrdən - xondrositlərdən

5 - ixtisaslaşmış hüceyrələrdən - neoblastlaran.

6 - ixtisaslaşmış qamçılı hüceyrələrdən - xoanositlərdən

A) 2, 4

B) 1, 6

C) 3, 4

D) 2, 6

E) 1, 3

6. Quyruqlu amfibilərdə qonositlər nə zaman əmələ gəlir?

A) qastruluasiyanın ilkin dövründə

B) yumurta hüceyrənin bölünməsinin ilkin mərhələlərində

C) əsas orqanlar sistemi formalaşdıqdan sonra

D) embrionun bir neçə min hüceyrədən ibarət olduğu dövrdə

E) bütün ömrü boyu

7. Bağırsaqboşluqlarda qonositlərin əmələ gəlməsinə dair düzgün məlumat hansı variantda verilmişdir?

1 - əsas orqanlar sistemi formalaşdıqdan sonra

2 - bütün ömrü boyunca

3 - qastruluasiyanın ilkin dövründə

4 - yumurta hüceyrənin bölünməsinin ilkin mərhələlərində

5 - qonositlər hərəkət edə bilən, differensasiya olunmuş ektoblastlardan əmələ gəlir

6 - qonositlər hərəkət edə bilən, differensasiya olunmamış neoblastlardan əmələ gəlir

7 - qonadlarda yerləşən cinsi determinantlardan əmələ gəlir

A) 1, 7

B) 1, 6

C) 2, 5

D) 3, 6

E) 2, 6

8. Aşağıda deyilənlərdən hansı doğrudur?

A) erkək cinsi vəzlərdə qonositlər toxumluq kanalı ilə birlikdə daxili zonada, dişi cinsi vəzlərdə isə qabıq qatı adlanan periferiyada yerləşir.

B) erkək cinsi vəzlərdə qonositlər toxumluq kanalı ilə birlikdə xarici zonada, dişi cinsi vəzlərdə isə qabıq qatı adlanan periferiyada yerləşir.

C) erkək cinsi vəzlərdə qonositlər qabıq qatı adlanan periferiyada yerləşir, dişi cinsi vəzlərdə isə daxili zonada yerləşir.

D) erkək cinsi vəzlərdə qonositlər qabıq qatı adlanan periferiyada yerləşir, dişi cinsi vəzlərdə isə xüsusi follikullarda yerləşir.

E) erkək cinsi vəzlərdə qonositlər spermatoqonilərin daxilində yerləşir, dişi cinsi vəzlərdə isə xüsusi follikullarda yerləşir.

9. Yumurta hüceyrənin neçənci bölünməsində cinsi hüceyrələrlə somatik hüceyrələrin fərqləndiyi müşahidə olunur?

1 - at askaridinin yumurta hüceyrəsinin 4 - cü bölünməsində

2 - siklopların yumurta hüceyrəsinin 1 - ci bölünmaəsində

3 - siklopların yumurta hüceyrəsinin 8 - ci bölünmaəsində

4 - at askaridinin yumurta hüceyrəsinin 1 - ci bölünməsində

5 - at askaridinin yumurta hüceyrəsinin 8 - ci bölünməsində

6 - siklopların yumurta hüceyrəsinin 4 - cü bölünmaəsində

A) 4. 6

B) 2, 5

C) 1, 6 *

D) 1, 3

E) 1, 2

10. Totipotentlik haqda aşağıdakı variantlardan hansında düzgün ifadə verilmişdir?

A) hüceyrənin cinsi və çox sayda somatik hüceyrələr əmələ gətirmək xüsusiyyətinə deyilir və ektosomlar tərəfinən həyata keçir.

B) bir rüşeym elementinin digər rüşeym elementinin təsirini qəbul edə bilmək xüsusiyyətinə deyilir və ektosomlar tərəfindın həyata keçir.

C) rüşeym elementinin gələcək inkişaf yolunun əvvəlcədən müəyyən olunması xüsusiyyətidir və cinsi determinantlar tərəfindən həyata keçir.

D) bir rüşeym elementinin digərinə təsir edərək onun gələcək inkişaf yolunu dəyişə bilmək qabiliyyətidir və cinsi determinantlar tərəfindən həyata keçir.

E) bir rüşeym elementinin digərinə təsir edərək onun gələcək inkişaf yolunu dəyişə bilmək qabiliyyətidir və ektosomlar tərəfindın həyata keçir.

11. İntestisial hüceyrələr hansı xüsusiyyətlərə malikdir?

1 - ixtisaslaşmış hüceyrələrdir

2 - differensasia olunmuş hüceyrələrdir

3 - differensasia olunmamış hüceyrələrdir

4 - yalnız somatik hüceyrələr əmələ gətirmək xüsusiyyətinə malikdir.

5 - yalnız cinsi hüceyrələr əmələ gətirmək xüsusiyyətinə malikdir.

6 - müxtəlif tipli ixtisaslaşmış hüceyrələr, eləcə də cinsi hüceyrələr əmələ gətirmək xüsusiyyətinə malikdir.

A) 2, 5

B) 1, 6

C) 3, 6

D) 2, 6

E) 3, 4

12. Aşağıda adları çəkilənlər meyozun hansı mərhələsində baş verir ?

1 - sinoptenemal kompleksin əmələ gəlməsi

2 - bivalentlər

3 - xromosomların konyuqasiyası

4 - krossinqover

5 - xiazmlar

a - ziqonemada

b - leptonemada

c - paxinemada

d - diplonemada

e - metafazada

A) 1 – b 2 - c 3 - d 4 - b 5 - e

B) 1 - a 2 – c 3 - a 4 - d 5 - d

C) 1 – a 2 - a 3 - d 4 – b 5 - b

D) 1 - c 2 - a 3 - c 4 – d 5 - d

E) 1 - e 2 - a 3 - d 4 - c 5 - c

13. Krossinqover nədir və əhəmiyyəti nədən ibarətdir?

1 - homoloji xromosomların konyuqasiya etməsidir

2 - xromosomların ikiləşməsidir

3 - homoloji xromosomların lokuslarla mübadiləsidir

4 - homoloji xromosomların yaxınlaşmasını təmin edir

5 - dəyişkənlik üçün əsas yaradır

6 - xromosomların sayının reduksiya olunmasını təmin edir

A) 1, 4

B) 3, 5

C) 1, 5

D) 2, 6

E) 3, 6

14. Aşağıda deyilənlərdən hansı doğrudur ?

A) Oositdə toplanan yumurta sarısı lipofosfoproteidlərdən ibarət mürəkkəb komleksdir və iri qranul və lövhəciklər şəklində ooplazmada toplanır

B) Oositdə toplanan yumurta sarısı fosfolipidlərdən ibarət mürəkkəb komleksdir və xırda qranul və lövhəciklər şəklində ooplazmada toplanır

C) Oositdə toplanan yumurta sarısı liposteroidlərdən ibarət mürəkkəb komleksdir və xırda qranul və lövhəciklər şəklində ooplazmada toplanır

D) Oositdə toplanan yumurta sarısı fosfolipidlərdən ibarət mürəkkəb komleksdir və ooplazmada həll olmuş halda olur

E) Oositdə toplanan yumurta sarısı liposteroidlərdən ibarət mürəkkəb komleksdir və ooplazmada həll olmuş halda olur.

15. Ekzogen sarının əmələ gəlməsinin ekstraqonad forması aşağıdakı variantlardan hansında düzgün ifadə olunmuşdur?

A) amplifikasiya prosesi nəticısində

B) qonadda yerləşən və oositə qohum olan qidalandırıcı hüceyrələr - trofositlərin iştirakı ilə

C) ətraf mühitdən hazır üzvü maddələr membrandan daxil olur

D) follikulyar epiteli vasitəsilə qida maddələri digər orqanlardan daxil olur

E) Sertoli hüceyrələrinin iştirakı ilə

16. Heterosintetik sarı hansı yolla əmələ gəlir və necə adlanır?

A) oositə xaricdən daxil olmuş makromolekulların daxil olması hesabına əmələ gəlir və ekzogen sarı adlanır.

B) oositin öz daxili ehtiyatları hesabına sintez olunur və ekzogen sarı adlanır.

C) amplifikasiya prosesi nəticısində sintez olunur və endogen sarı adlanır.

D) Sertoli hüceyrələrinin iştirakı ilə oositə daxil olmuş makromolekullardan sintez olunur və ekzogen sarı adlanır.

E) Sertoli hüceyrələrinin iştirakı ilə oositə daxil olmuş makromolekullardan sintez olunur və endogen sarı adlanır.

17. Diffuz oogenez nədir və hansı heyvanlarda rast gəlmək olur?

A) diffuz oogenez xas olan formalarda qonadlar diffuz yerləşdiyinə görə oogenez diffuz gedir və həşəratlarda, xərçəngkimilərdə, kirpikli qurdlarda rast gəlinir.

B) diffuz oogenez xas olan formalarda qonadlar olur, lakin oositlər qonadın daxilində deyil , ondan kənarda inkişaf edir və süngərlərdə, bağırsaqboşluqlarda, kirpikli qurdlarda rast gəlinir.

C) diffuz oogenez xas olan formalarda qonadlar olmur, oositlər bədənin müxtəlif yerlərində inkişaf edir və süngərlərdə, bağırsaqboşluqlarda, kirpikli qurdlarda rast gəlinir.

D) diffuz oogenez xas olan formalarda qonadlar olmur, oositlər bədənin müxtəlif yerlərində inkişaf edir və həşəratlarda, xərçəngkimilərdə, kirpikli qurdlarda rast gəlinir.

E) diffuz oogenez xas olan formalarda qonadlar yoxdur, lakin xüsusi ixtisaslaşmış törəmələr vardır ki, oositlər onların daxilində inkişaf edir və süngərlərdə, bağırsaqboşluqlarda və həşəratlarda rast gəlinir

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə