Böyük Britaniyanın etnoqrafiyası


Vallilərin adət-ənənələri



Yüklə 103,43 Kb.
səhifə27/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   23   24   25   26   27   28   29   30   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

32.Vallilərin adət-ənənələri
Aystedbud vallilər tərəfindən meydana gəlib, poeziya və musiqi yarışından ibarətdir. Aystebdud 1176-cı ildə keçirilib. 1860-cı ildə köhnə ənənələri bərpa etmək üçün milli Aystebdudlar cəmiyyəti yaranıb. Hər il Uelsdə Aystebdudların təşkilatçıları və icraçıları olan bardların festivalı olur. Bardlar druid formasında minlərlə digər vallilərlə birlikdə festivala toplaşır və vali dilində müxtəlif konkurslar keçirirlər. Sonda ən yaxşı xanəndə, musiqiçi, şair seçilir. Onların idman həyatında futbol, kriket əsas yer tutur. Bundan başqa tenis, at yarışları, ov yarışları, avtomobil yarışları və s. geniş yayılmışdı. Digər Britaniya xalqlarında olan klublar burada da var. Dünyada ilk qadın klubu 1915-ci ildə burda (Uelsdə) yaranıb.
Şəhərdə gəzərkən əlində zibil olsa onu yerə tullamaq olmaz. Burada küçəni zibilləmək qadağandır.
Ölkədən 50 ml-dən artıq ətir, 145 funtdan bahalı əşya gətirmək qadağandır. Ölkədən tərəvəz və ət gətirmək, eləcədə ora aparmaq qadağandır.
Məşhur Bara Brit bulkasını ölkədən çıxartmaq olmaz. Uelsin hər yerində ticarət mərkəzləri var. Qiymətlər isə çox münasibdir. Küçələrdə piştaxtaların üstündə satılan suvenirlər isə əsl təbii materiallardan hazırlanan əl işidir. Burada İspaniya, Hindistan mədəniyyətinə aid olan əşyalar da tapa bilrsən.
Ən yaxşı alış - veriş Velşpul şəhərindədir. Bu şəhər Uelsin darvazası adlanır. Burada hər həftənin birinci günü böyük bazar təşkil edirlər. İstədiyin hər şeyi buradan ucuz qiymətə tapa bilərsən. Ümumiyyətlə, Uels alış-veriş üçün çox sərfəlidir.
Uelsin ən qədim qəsrlərindən biri Karnarvon adlanır. 700 yaşı olan bu qəsrin qalın və hündür divararı var. Şərq ab-havası olan bu qəsrin içərisində qeyri-adiliklər olduqca çoxdur. Qəsrin divarlarında uelslilərin qədim yaşayışı şəkillərlə əks olunub. Səyahət zamanı maraqlı yerlərdən biri də Castell Coch qəsrinə gəzintidir. Orta əsrlərə aid olan bu əfsanəvi qəsr Kardiffdə dağlıq bir yerdə yerləşir. Qırmızı qumdaşı ilə tikilən bu qəsrə bəzən «Qırmızı qəsr» də deyillər. Qəsrin zirzəmisinə girmək qadağandır. Deyilənə görə, burada ruhlar var.
Kardiffin mərkəzində yerləşən Holiday inn Cardiff City oteli Uelsin ən gözəl mənzərəsi olan mehmanxanasıdır. Burada turistlər üçün bütün şərait yüksək səviyyədə təşkil olunub. Uels əhalisi mehribançılıqlarına görə də fərqlənir. Ona görədə bura «dostluqlar diyarı» deyirlər. İnsanlar həm də vətənpərvərdirlər. Onlar ancaq öz dillərində danışır, milli adət-ənənələrinə hörmət edirlər.
Uels gözəl mənzərəsinə və daim dəyişən havasına görə dünyanın ən gözəl yerlərindən biridir. Bura insandakı qeyri-adi bacarıqları, istedadı oyandıran bir məkandır. Uels dünyanın ən istedadlı rəssamlarını, musiqiçilərini həmişə özünə cəlb edib.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə