Böyük Britaniyanın etnoqrafiyası



Yüklə 103,43 Kb.
səhifə41/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   35   36   37   38   39   40   41   42   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Şotlandiya. Şotland kilsəsi protestant kilsəsi olub, reformasiya nəticəsində XVI əsrdə yaranıb. Şotland kilsəsi kirx adlanır. Demokratikdir. Dövlətdən və ya hər hansı bir şəxsdən asılı deyil, formal olaraq Şotland kilsəsinin başçısı İsa peyğəmbər hesab olunan 3 mərhələli idarə strukturu var. 1) prikot. Bunlara kilsə yığıncağının başçısı paskot rəhbərlik edir.
2) yeparxiyolar. Bir din xadimi və ərazinin tabeliyində olan hər kilsədən bir nümayəndə rəhbərlik edir.
3) baş assambleya şotland kilsəsinin ali orqanı İrlandiyadan çoxlu sayda katolik Şotlandiyaya köçməsindən sonra burada Roma-katolik kilsəsi bərpa olunur. Şotlandiya katolik kilsəsi 4 diosez dən ibarətdir.
Bunlara vatikanın təyin etdiyi yepiskoplar başçılıq edir. Şotland protestant kilsəsinə 9 milyon sitayiş edir. Burada vaptist, metodist, xilaskar ordu və s. məzhəbləri var (protestant) Şotland kilsəsi XVI əsrdə dövlət kilsəsi olub, 1707-ci ildə rəsmi status alıb, 1921 də dövlətdən aralanıb. Şotland məktəblərdə dünya dinlərinin tarixi fənni keçilir.
Uels
Uels ərazisində dövlət dini və ya kilsəsi yoxdur. Vallilərin əksəriyyəti protestandır. Uels presvetiryon kilsəsi daha nüfuzludu. Bununla yanaşı Uelsdə qədim druit dini baxışları var. Druitlər kelt xalqı olaraq Uelsin qədim əhalisini təşkil etmişlər. Onların dini druilizm – ağaclara sitayiş əsasını təşkil edir Druidlərin astrologiyasında bürclərin işarələri ağaclarla göstərilir. Məktəblərdə dünya dinlərinin tədrisi məcburidir. Daha çox xristianlıq tədrisinə diqqət verilir. Digər dinlərə dözümlülük tədris olunur. Dövlət məktəbdə şagirdlər hər gün məktəb ibadətində də iştirak edirlər. Valideynlərin arzusu ilə uşaqlar azad oluna bilərlər. Uelsdə anket sorğularında dini mənsubiyyət soruşulmur, ancaq uels hökumətinin bu haqda qanun qəbul etmək hüquqları var.
Böyük Britaniyada – roma, katolik və protestant kilsələri ilə yanaşı – buddizm, (asiyadan gələnlər) hinduslar (hindistandan gələnlər) iudaizm (yəhudilər) islam ,yarım milyona yaxın sinklərdir.

44. Böyük Britaniyada müasir etnik münasibətlər və multikultural dəyərlər
Böyük Britaniya çoxmillətli dövlətdir. Əhalinin çox hissəsini yerlilər təşkil edir. Yəni 63 milyonluq ahəlinin 92 faizini ingilis, şotland, vali, Şimali irlandlar təşkil edir. İngilislər 83,6%, şotland-8,5%, vali-4,9% şimali irland – 2,9% təşkil edir. Müasir mərhələdə yerli əhali arasında artım tempinin həddindən artıq aşağı olması, onların sayının az olmasına, miqrantların sayının artmasına səbəb olur.
Burda etnik mənzərəyə təsir göstərən amillərdən biri də digərlərinin ingilislər tərəfindən assimilyasiyaya uğradılmasıdı. Dil vasitəsilə, Universitetlərin (əsas) olması ilə reallaşır. Burda kifayət qədər milli azlıqlar var. Onlardan induslar – 1,8%, Banqladeş – 0,5%, pakistanlılar – 1,3%, digər asiyalıları – 0,4% . Karib regionundan gələn qara dərililər (1%, Afrikadan gələn 0,8%, digər qara dərili + 0,2%; çinli 0,4%. Metist – 1,2% və digərləri 0,3 %. Müasir Britaniyanın etnik mənzərəsi üçün qara dərililərin xüsusi çəkisinin ildən ilə artması. 300 millətin yaşadığı London əhalisinin 25%-ni milli azlıqlar onların da yarıdan çoxunu qara dərililər tutur. Əsasən kompakt yaşayırlar. Bəzi regionlarda yerli əhalidən çoxdur. Birminghen şəhərinin əhalisinin yarıdan çoxu gəlmələrdir. (müsəlmanlar). Böyük Britaniyada insanları irqə görə bölmək qadağandır. Bütün dövlət strukturlarında irqi bərabərliyə nail olmaq üçün xüsusi xidmətlər var. Hətta ölkə üzrə bu işlə məşğul olan komissiya var. Britaniyanın etnik prosesləri üçün yaşlı əhalinin sayının artması xarakterikdir. 50 və ondan çox yaşı olan əhalinin sayı 80-ci illərə nisbətən 2 dəfə artıb 16 yaşdan aşağıların sayı 60-dan çox yaşı olanlardan azdır.

Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə