Böyük Britaniyanın etnoqrafiyası


İrlandların milli musiqi alətləri və xalq rəqsləri



Yüklə 103,43 Kb.
səhifə40/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   35   36   37   38   39   40   41   42   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

42. İrlandların milli musiqi alətləri və xalq rəqsləri
Qədim ənənələrə malik olan irland xalqı öz mədəniyyəti,incəsənəti,musiqisi və rəqsləri ilə məşhurdur. İrlandların incəsənətini məşhur edən əsas cəhət isə onlarda milliliyin bu günədək qorunub saxlanmasıdır. Bu rəqslər içərisində “ sili” rəqsi daha məşhurdur. Bu rəqs sayı 2-dən 16-ya qədər olan cütlüklər tərəfindən oynanılır. Daha bir məşhur rəqs “ayaq rəqsi” adlanır. Bu tanınmış rəqs növünü 1994-cü ildə məşhur “Riverdans” qrupu bütün dünyaya tanıtdı. Bu rəqs zamanı ayaq hərəkətləri çox surətlə həyata keçirilməli, bədən və qol hissəsi isə hərəkətsiz, stasionar vəziyyətdə qalmalıdır. Belə oyunlar irland xalqı tərəfindən sevildiyindən solo formada nümayiş etdirilir. Onlar həm yüngül həm də ağır ayaqqabılar vasitəsilə nümayiş oluna bilər. İrlandların rəqslə bağlı adət - ənənələri milli irland musiqiçiləri ilə bağlı olmuşdur və bu rəqslər sonradan regionun digər xalqları arasında da məşhurluq qazanmışdır.İndiki gündə irlandların milli rəqsləri İngiltərədə xüsusilə Şotlandiyada böyük həvəslə izlənilir və öyrənilir.Müasir rəqslər kimi, ril və ciqa da məşhurdur.

43. Böyük Britaniya xalqlarının qədim inancları və dini
Böyük Britaniyada din azadlığı tam təmin olunub. Xristianlıq dominant (əsas) dindir. Kifayət qədər kilsə və ya dini yerlər mövcuddur. Lakin buna baxmayaraq dini mərasimlərə riayət edənlər, kilsəyə gedənlər azdır. Orta hesabla hər 40 nəfərdən biri kilsəyə gedir. Rəsmi dövlət statuslu iki kilsə var. 1) anqlikan, 2) presvetriyan Şimali İrlandiya və Üelsdə dövlət kilsəsi yoxdur.
İngiltərə. XVI əsrə qədər xristianlığın katolik məzhəbi hakim idi. Lakin XVI əsrdə anqlikan (protestant) kilsəsi rəsmi kilsə olur. Kral və ya kraliça anqlikan kilsəsinin başçısı olur. Arxiyepiskop, yepiskoplar krala tabedir və kral onları seçir. Onlar krala sədaqət andı içirlər. Yepiskop və arxiyepiskop icmalar palatasına seçilə bilməz. Lordlar palatasında isə 2 arxiyepiskop 24 yepiskop var. Hal-hazırda anqlikan kilsəsinin 13000-ə qədər çalışan var. (din xadimləri) Anqlikan kilsəsinə sitayiş edənlər dünya üzrə 40.000.000-dur. 1998-ci ildə sinod anqlikan kilsəsinin xidmətçilərinin ixtisar olunması haqda qərar qəbul etdi. Uzun müddət qadınlar kilsə vəzifələri tuta bilməzdilər. Bu hala ilk dəfə 1995 təsadüf olunub. 1998 –də artır, qadınların sayı 1200 nəfərə qədər artdı. İngiltərədə orta məktəblərdə dünya dinləri haqda fənn məcburi olaraq tətbiq olunur. Bundan başqa İngiltərədə anket sorğularında dini mənsubiyyəti bildirmək məcburi deyil. Müsəlmanlar, yəhudilər, xristianlığın vaptist mənsəbinə sitayiş edənlər roma, katolik kilsəsinə sitayiş edənlər və s. dini azlıqlar da yaşayır. İngiltərə ərazisində roma katolik kilsəsinin bərpa olunması 1850-ci ilə aiddir. Hal-hazırda 30-a qədər yerarxiya fəaliyyət göstərir.
İrlandiya. Xristianlıq burda 430-433-cu ildən yayılmağa başladı. Xristianlığın yayılmasında bul olmuş müqəddəs Patrick mühüm rol oynayıb. Artıq VI əsrdə İrlandiya xristianlığın əsas mərkəzlərindən birinə çevrilir. Burada çoxlu kilsələrdə yaşayan alimlər var. Eyni zamanda dini kitabların yayılmasında kilsələr mühüm rol oynayır. Bu gündə İrlandiyada kilsə məktəbləri var. İon adasındakı monastr daha müqəddəs, daha əhəmiyyətlidir. İrland kilsəsi erkən orta əsrlərdə qədim latın mədəniyətinin qorunub saxlanmasında müəyyən rol oynayıb .Reformasiya dövründə irlandlar öz kilsələrini qoruyub saxlaya bildilər. Hal-hazırda onların əksəriyyəti katolikdir. Məktəblərdə dinlərin öyrənilməsi məcburi deyil, lakin hər bir irland dinlər haqda minimum biliyə malik olmalıdır. Rrotestant və katoliklərin eyni məktəblərdə təhsil almalarına cəhd göstərilsə də protestanlar – protestant, katoliklər – katolik məktəblərinə getməyə davam edirlər. Şimali İrlandiyada anket sorğularında dini mənsubiyyətin göstərilməsi məcburidir. Roma katolik kilsəsi irlandları vahid xalq kimi qəbul edir və irlandiya ərazisi 7 dini əraziyə bölünür. Ölkədə 1900-ə yaxın prixot yerləşir. Burda da milli azlıqlar var.

Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə