Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə106/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   102   103   104   105   106   107   108   109   ...   122

310
BÖYÜK 
SADİQLİK
-cu
gün
Gənc müjdəçilər
RUMINİYA
Sovet işğalçıları onların ölkələrini qorxuya salsa da, rumın uşaqlar rus əsgərlərini görəndə 
onları əminliklə, gülər üzlə qarşılayırdılar. 
Əsgərlər uşaqların başlarını sığallayaraq 
mehribancasına onlarla salamlaşırdılar. Hər 
bir əsgər öz uşağı barədə düşünürdü, Rusiya-
da hər biri məcburi olaraq uşaqlarını qoyub 
gəlmişdi.
“Gəlin, sizə konfet verək” – zabitlərdən 
biri dedi. O, əlində bir ovuc şokoladı uşaqla-
ra uzatdı, uşaqlar da sevinə-sevinə bu çətin 
tapılan şirniyyatı ondan aldılar. 
“Çox sağ ol, cənab” – oğlan dedi. “Bizim 
də sizin üçün hədiyyəmiz var.” Onlar əllərini 
ciblərinə salıb, rus dilində Müjdənin kitabça-
larını və Əhdi-Cədidi çıxardılar. 
“Bu, nədir?” – deyə, əsgərlər soruşdu. 
“Bu Xoş Xəbər kitabıdır” – oğlanlar ağız-
ları şokoladla dolu cavab verdilər. Əsgərlər 
kitabçaları vərəqlədilər. Zabitlərdən biri 
kitabçaların dini olduğunu başa düşdü və 
təhlükəni hiss etdi. O, böyük narahatçılıqla 
uşaqlara baxdı. Əgər böyüklər belə materi-
alları paylasaydı, onları həbs edərdi. Axı, bu 
uşaqlar nə pislik edərlər ki? – deyə, o dü-
şündü. 
Zabit onu bilmirdi ki, bu uşaqlar rus ordu-
sundan bir çoxlarına Allahı tapmaqda kömək 
edərək yüzlərlə belə Əhdi-Cədid kitabçalarını 
paylayıblar. Bu uşaqlar daxili “döyüş” ilə baş-
qa bir “orduya” yazılmışdılar. 
Böyüklərin təhlükəsiz halda xidmət edə 
bilmədikləri yerdə uşaqlar Müjdə ilə geniş 
açılmış qapıdan keçirdilər. 
Nikbin və bədbin arasında fərq “bacar-
maq”  ilə  “bacarmamaq”  arasında  fərqdir. 
Əlbəttə,  dini  baxımdan  məhdudiyyətlər 
qoyulmuş ölkələrdə olan imanlılar ilə dini 
azadlıq  olan  ölkələrdə  olan  imanlılar  da 
bağlı  qapılar  ilə  üzləşirlər.  Bəzi  ölkələrdə 
Müqəddəs Kitaba malik olmaq həbs cəzası 
deməkdir. Amerikada “məbədin və dövlətin 
ayrılması” çox vaxt həddən artıq vurğula-
nır. Bəzən bir məsihçi kimi etməli olmadı-
ğımız  şeylərə  diqqəti  cəmləməklə  Allahın 
imkanlarını  əldən  buraxırıq.  Biz  asanlıq-
la  açıq  qapıları  görməkdənsə,  bağlı  qa-
pıları  görürük.  Məsələn,  məhdudiyyətlər 
qoyulmuş  belə  ölkələrə  müjdəçilər  girə 
bilmədikləri halda “peşəkar” işçilər oraya 
cəlb olunurlar! Biz həm də orada yaşayan 
yerli  məsihçiləri  dəstəkləyə  bilərik.  Qapı 
açıqdır. Qapıdan içəri daxil olun. 
Diləyin, sizə veriləcək, axtarın, 
tapacaqsınız, qapını döyün və  
sizə açılacaq.
Matta 7:7


311
gün
-ci
BÖYÜK 
SADİQLİK
Məktəb uşaqları 
SUDAN
Ağacın kölgəsində tirlərin üstündə oturmuş 230 məsihçi şagird başlarının üzərində dəhşətli 
səsləri eşidərkən ingilis dili dərsinə yenicə başlamışdılar. Məktəb həyətinin üzərində göydə 
təyyarə uğuldayırdı. Bir neçə dəqiqənin içərisində islam ordusu Rusiyada istehsal olunmuş 
böyük bombardmançıdan yerə beş bomba atdı.
Qorxan və ağlaşan uşaqlar dərhal qaç-
mağa başladılar. Bombalardan ikisi kəndin 
ətrafında olan quru xəndəklərə düşdü, başqa 
birisi partlamadı. 
Əfsuslar olsun ki, mıxla doldurulmuş o biri 
iki bomba qorxmuş şagirdlərin arasına düşdü. 
Partlayış dəhşətli idi. Zərər düşünülməz idi. 
Səhər 9:15-də bombardmançı getdi və 
dəhşətli mənzərə yarandı. Şagirdlər heyrət 
içində məktəb həyətində dolaşdılar, onlar 
həm ağlayırdılar, həm də yaralarından qan 
axırdı. Onların doqquz yaşından on altı ya-
şa qədər olan on iki məktəb yoldaşı partla-
yışdan sağ çıxmadı. Onların cavan sevimli 
müəllimləri Roda İsmayıl da dağıntıların 
içərisində ölü halda uzanmışdı. 
Daha yeddi şagird hücumdan sonrakı 
günlərdə həyatlarını dəyişdilər və üç şagirdin 
ətrafları amputasiya edildi. 
Bütün bunlardan sonra uşaqlar növbəti 
gün həmişəki kimi dərsə gəldilər. Yorğun 
və məyus bir müəllim onlara dedi ki, evə 
getsinlər. “Mən sizə deyə bilmərəm ki, biz 
nə vaxt dərslərə başlayacağıq, ümumiyyətlə, 
başlayacağımızı heç bilmirəm. “
On yaşlı bir oğlan ona yaxınlaşıb de-
di: “Xahiş edirik, gəlin davam edək. Biz 
öyrənmək istəyirik, əgər Allahın iradəsidirsə, 
bu gün biz ölmərik.” 
Həyat dörd yol ayrıcındadır. Biz hamı-
mız  həmin  yerdə  olmuşuq,  təslim  olmaq, 
yoxsa  irəliyə  getmək  fikirləri  arasın-
da  tərəddüd  etmişik.  Məktəbli  oğlan  ki-
mi  İsanın  ardınca  gedən  izdiham  da  bir 
gün  aşkar  etdilər  ki,  onların  getdikləri 
yol  təhlükə  ilə  dolu  bir  yoldur.  Məyus 
müəllim  kimi  izdihamda  olan  bir  çox  in-
sanlar da evə qayıtdılar, onlar da Məsihin 
ardınca gedib getməyəcəklərini dəqiq deyə 
bilmirdilər. Amma Peter və başqa şagirdlər 
Onun  ardınca  getməkdə  davam  etdilər. 
Məktəbli oğlanın ciddi xahişi Peterin cava-
bını əks etdirir: “Gəlin, davam edək.” Biz 
təslim olmağa meyil edəndə gəlin, davam 
edək. Məsihin ardınca getmək həddən ar-
tıq çətin görünəndə, gəlin davam edək. Siz 
həsr  olunmanın  yol  ayrıcında  dayanmısı-
nız? Allahdan xahiş edin ki, təslim olmaq 
əvəzinə sizə irəliyə getməyə güc versin. 
Şimon Peter Ona cavab verdi: “Ya 
Rəbb, biz kimin yanına gedək? Əbədi 
həyatın sözlərini söyləyən Sənsən.”
Yəhya 6:68


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə