Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə104/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   100   101   102   103   104   105   106   107   ...   122

304
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük qərar
RUMINİYA: RİÇARD VƏ SABİNA VURMBRAND 
Ölkədən qaçmaq üçün çox da gec deyildi; minlərlə insan özlərinə çıxış yolu tapa bilirdilər. 
Pastor ilə həyat yoldaşı bilmirdilər ki, getsinlər, yoxsa qalsınlar. “Əgər biz həbsxanaya getsək, 
illərlə orada qalacağıq. Bəs onda oğlumuz necə olsun?” 
Amma onlar məbədlərini tərk etmək 
istəmirdilər. Məbəd üzvlərinin onların 
qüvvəsinə və dəstəyinə ehtiyacları var idi və 
buna görə də insanları tərk edib getməkdə 
özlərini təqsirkar hiss edirdilər. Dostlarından 
biri mələyin Luta dediyi sözləri onlara xatır-
latdı: “Öz canını qurtar, arxana baxma.”
Pastor təəccübləndi: “Bu söz Allahdan idi-
mi? Canımızı qurtaraqmı?”
Onun həyat yoldaşı başqa bir ayə oxu-
du. “Kim canını xilas etmək istəyirsə, onu 
itirəcək, amma kim Mənimlə Müjdə uğrun-
da canını itirirsə, onu xilas edəcək” (Mark 
8:35).
Beləliklə, bu müzakirə gizli ev toplantısı-
nın gecə duasına qədər davam etdi, burada 
əlliyə yaxın imanlı gecə duasına yığışmışdı. 
Gecə yarısına yaxın diz çökmüş insanların 
içərisindən bir qadın belə dua etdi: “Çıxıb 
getməyi düşünən sizlər – yadda saxlayın 
ki, Yaxşı Çoban öz sürüsünü atmır. O, axıra 
qədər qalır.”
Bu qadın pastor və həyat yoldaşının 
mübarizəsi haqqında heç nə bilmirdi, amma 
onlar üçün bu sözlər aydın idi. Onlar qaldı-
lar və sürüyə xidmət etməyə qərar verdilər 
və sonra onlarla birlikdə həbsxanada əzab 
çəkdilər.
Vurmbrandlar  kimi  biz  də  qərarlarımız 
üçün dua etməliyik, Müqəddəs Kitabı araş-
dırmalıyıq  və  başqalarının  məsləhətinə 
qulaq  asmalıyıq.  Vurmbrandlar  kimi  biz 
də  cavab  almazdan  əvvəl  Allaha  itaət 
etməyə  özümüzü  həsr  etməliyik.  Bu,  baş-
lıca  amildir.  Bu,  sanki  nə  etməli  olduğu-
muzu  soruşmazdan  əvvəl  bizim  duadan 
əvvəl  “Bəli”  ilə  başlamağımızdır.  Biz  öz 
həyatlarımızdan  əl  çəkməyə  hazır  olmalı-
yıq və bütün sahibkarlıq hissini itirməliyik. 
Yalnız bundan sonra biz həqiqi həyatımızı 
və Allahın həyatlarımız üçün tam iradəsini 
tapırıq.  Həyatınızda  çox  vaxt  möhkəm 
tutub  saxladığınız,  Allah  hansısa  qərar 
barədə  fikrinizi  dəyişmək  istəyəndə  ona 
heç cür icazə vermədiyiniz hallar olurmu? 
Kim canını xilas etmək istəyirsə, onu 
itirəcək, amma kim Mənimlə Müjdə 
uğrunda canını itirirsə, onu xilas 
edəcək.
Mark 8:35


305
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük ad günü şənlikləri 
RUSİYA
“Bu gün mənim ad günümdür, yoxsa sənin?” – bir göz qırpımında məsihçi soruşdu. 
“Səninki bu gündür” – ata dedi. “Mənimki 
isə keçən həftə idi.” Kommunist ölkələrində 
ad günləri başqa imanlılar ilə birlikdə yı-
ğışmaq üçün böyük səbəb idi. Bəzi ailələr 
əslində gizli məbəd toplantısı olan ad günü 
şənliyi üçün hər həftə yığışırdılar. 
Cavan insanlar bu “şənliklər”dən Müjdəyə 
həsr olunmalarını möhkəmləndirmək üçün 
istifadə edirdilər. 1966-cı ildə Rusiyada üç 
gənc oğlan və dörd qız qatarda ilahi oxuduq-
ları üçün həbs olundular. 
Məhkəmədə yeddi gənc diz çökdülər. 
“Biz özümüzü Allahın əllərinə təslim edi-
rik” – onlar hakimin və yığışmış şahidlərin 
qarşısında belə söylədilər. “Rəbbimiz, imana 
görə əzab çəkməyə icazə verdiyin üçün Sənə 
minnətdarıq.” 
Onların etirafından sonra məhkəmə zalın-
da olan başqa məsihçilər gənclərin həbsinə 
səbəb olmuş ilahini oxumağa başladılar. On-
lar dedilər: “Gəlin, gənclərimizi Məsihə həsr 
edək.” 
Kommunistlər məbədin görüşməsinə və 
böyüməsinə mane ola bilmədilər. Rusiyanın 
bir qəzetində üç dəfə həbsdə olmuş pastor 
haqqında danışılır. Hər dəfə onu azadlığa 
buraxdıqdan sonra o, dərhal gedib dirilmə 
dərsləri keçirirdi. 
Bu imanlılar Allaha öz sadiqliklərini ifadə 
etmək üçün hər nə lazım idisə, ondan istifadə 
edirdilər. Onlar Allahın məbədinə xidmət 
edərkən ölkələrində ittiham olunmağa risk 
etmişdilər və əzab çəkmişdilər. 
Bizim  fiziki  əzələlərimizin  daha 
da  möhkəm  olması  üçün  əvvəlcə  onlar 
zəifləməlidir  və  məşqlər,  eləcə  də  ağır  iş 
nəticəsində  dartılmalıdırlar.  Buna  oxşar 
olaraq, iman da əzələ kimidir, yalnız daha 
çox məşq edəndə böyüyür. Əzab çəkmək bi-
zim imanımızın əzələsini məşq etdirir. Biz 
sınaqlar zamanı Allahın qarşısında dartıl-
malı və “zəifləməliyik”. Amma biz nəticədə 
daha  da  möhkəmlənirik.  Məhdudiyyətlər 
qoyulmuş məbədlər əzablarına görə nəhəng 
gücü  nümayiş  etdirirlər.  Eyni  şeyi  biz 
Amerikada imanımız üçün deyə bilərikmi? 
Məşqlər bizi yorur – biz onu yerinə yetirmək 
istəmirik. Buna oxşar olaraq, əzab çəkmək 
haqqında  düşüncə  sizi  narahat  edə  bilər. 
Amma  siz  imanınızı  məşq  etdirməsəniz, 
böyüyə bilməzsiniz. 
Siz qısa bir müddət əzab çəkdikdən 
sonra sizi İsa Məsihdə Özünün 
əbədi izzətinə çağırmış, hər cür lütf 
verən Allah Özü sizi bərpa edəcək, 
möhkəmlədəcək, qüvvətləndirəcək və 
sarsılmaz təmələ oturdacaq.
1 Peter 5:10


306
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük aşkarlıq
RUSİYA: ADSIZ MƏHBUS
Dul qadın dörd uşağından ikisinin əlindən tutaraq, şəhid olmuş ərinin cəsədinin yanında da-
yanmışdı. Onun əri həbsxanada ölmüşdü və cəsədində olan əlamətlər aydın göstərirdi ki, onu 
yavaş-yavaş və ağrı ilə öldürmüşdülər. 
Başqa imanlılar da belə talelərinin ola 
biləcəyini düşünürdülər, amma yüzlərlə iman-
lı insan onun dəfn mərasiminə gəlmişdi. O, 
tövbə edəndən üç ay sonra imanına görə öl-
müşdü və indi onun üçün yas tuturdular.
İnsanlar dəfn mərasiminin keçirildiyi evin 
ətrafına yığışmışdılar və bir çoxları onun bu 
nümunəsindən ruhlanmışdılar. Həmin gün 
səksən insan camaat qarşısında Məsihi qəbul 
etdi, onların içərisində Kommunist Gənclər 
Təşkilatının üzvü olan çoxlu gənc də var idi. 
Məsihçilər şəhərin o biri başına, çaya 
getdilər, burada onlar yeni imanlıları vəftiz 
etməyə başladılar. İndi izdiham artıq on beş 
minə çatmışdı.
Tezliklə sayca çoxlu polis gəlib çıxdı. On-
lar xidmətin rəhbərlərini həbs etmək istədilər, 
çünki hər bir kəsi həbs edə bilməzdilər. 
Məsihçilər dərhal diz çökdülər, Allahdan xa-
hiş etdilər ki, xidməti başa vurmaqda onla-
ra imkan versin. Sonra onlar çiyinbəçiyinə 
dayanıb polisin irəliyə gəlməsinə mane ola-
raq vəftiz xidmətini davam etdirdilər. Bütün 
yeni imanlılar vəftiz olunduqdan sonra izdi-
ham polisin irəliyə gəlməsinə imkan verərək 
səpələnməyə başladı. 
Min nəfər insan bir yeni imanlının 
göstərdiyi nümunəyə görə ruhlanmışdı. 
Aşkarlıq  sözü  aydınlıq,  görünmə;  nü-
mayiş;  baxış,  gözlə  seçilən  deməkdir.  Sö-
zün mənası aydındır. İmanımızın aşkarlığı 
da beləcə aydındır. Bu hekayədə olan kişi 
İsanı  nümunə  kimi  götürmüşdü.  Aydın  və 
sadə. Onun aydın nümunəsinin nəticəsində 
çoxlu başqa imanlılar da öz imanlarını aş-
kar etməkdə eyni nümunəni götürmüşdülər. 
Beləliklə,  bizim  də  həyatlarımız  ətrafda 
olanların hamısına Məsihə olan imanımızı 
aydın  şəkildə  nümayiş  etdirməlidir.  Baş-
qaları sadəcə sizin nümunənizə baxmaqla 
Məsihin  ardınca  necə  getməyi  bilərlərmi? 
Onlar  sizin  imanınızı  nümunə  götürməyə 
cəlb  olunarlarmı?  Ehtiyatlı  olun  ki,  ima-
nınızın aşkarlığını ritorik və ya başqa di-
ni  çaşqınlıqlar  ilə  dolaşıq  salmayasınız. 
Sadəcə, Məsih kimi olun və başqaları sizin 
ardınızca gələcək. 
Allahdan nümunə götürün.
Efes. 5:1


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə