Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə103/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   99   100   101   102   103   104   105   106   ...   122

BÖYÜK 
SADİQLİK
301-ci
gün
gün
301
Məbəd həmişə təqib olunub və olunacaq. Hər 
kəs bizə baxır. Əgər biz imanda, ümiddə və 
sevgidə ölsək, bu, xalqların tarixini dəyişə 
bilər. Əgər biz imanımız üçün sevgidə və 
ümiddə qala bilməsək, xalqlar çox vaxt 
Məsihi inkar edəcəklər. 
Çində və Şimali Koreyada işləyən müjdəçidən 
BÖYÜK 
SADİQLİK


302-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük müdaxilə 
RUMINİYA: COANA MİNDRATZ
Coana Mindratz öz hərəkəti ilə bir çoxlarını təəccübləndirmişdi. O, cəsarətlə polisə yaxınlaşıb 
dedi: “Allahın xalqından olan Məsihin altı şagirdi burada əzab çəkir. Mən də onlarla əzab 
çəkmək istəyirəm.” Tezliklə o da həmin gün bir az əvvəl həbs olunmuş insanlar – yəhudi 
məsihçi pastor, onun həyat yoldaşı və başqa dörd məsihçi ilə birlikdə mahnı oxumağa başladı.
Rumıniya dövləti Almaniya faşizm ilə 
müttəfiq olandan bəri dəhşətli bir dərəcədə 
yəhudiləri təqib edir və öldürürdü. Amma 
bu yəhudi məsihçi ər-arvadı – pastor Riçard 
Vurmbrandı və həyat yoldaşı Sabinanı – bü-
tün Rumıniya yaxşı tanıyırdı və sevirdi. 
Məhkəmə günü bir neçə məşhur dini 
rəhbər Vurmbrandın tərəfini tutmaq üçün 
gəlmişdi, həmin rəhbərlər ümid edirdilər ki, 
onların müdaxiləsi ər-arvadı azad edəcək. 
Amma birdən səma sovet döyüş təyyarələri 
ilə doldu və tez hamını, eləcə də məhbusları 
bomba sığınacağına saldılar. Orada pastor 
Vurmbrand hakimlər də daxil olmaqla qrup 
üçün dua etməyə imkan tapdı. Onun duası 
həqiqətən imana və tövbəyə cildini dəyişmiş 
bir çağırış idi, təhlükə sovuşandan sonra 
məhkəmə yenidən başlandı və möcüzə baş 
verdi. 
Allah həmin böhran zamanı hakimlərin 
ürəyini dəyişdirdi və Vurmbrand azadlığa bu-
raxıldı! Bir hakim əlavə etdi: “Polis altı insa-
nı həbs edib, amma mənim qarşımda yeddi 
insan dayanıb. Burada aydındır ki, nəyisə 
səhv salıblar. Məhkəmə buraxılır!” 
Əslində yəhudilərin ittiham olunduğu 
həmin dövrdə bu, yeganə məhkəmə işi idi ki, 
yəhudilər bəraət almışdılar. 
Bu, izah olunmazdır. İnanılmaz bir şey-
dir.  Allah  nə  vaxt  bizim  gerçəkliyimizə 
addım atır, Onun ayaq izləri aydın görü-
nür. Ətrafımızda olan insanlar, imansızlar 
da daxil olmaqla anlayırlar ki, bizi kimsə 
qoruyur.  Onlar  ona  bizi  qoruyan  “Allah” 
və ya “Qoruyan Mələk” kimi baxırlar. Am-
ma  bir  məsihçi  kimi  bilirik  ki,  göylərdəki 
Atamız  güclüdür  və  möcüzəyə  ehtiyacı-
mız  olanda  onu  törətmək  üçün  qayğımıza 
qalır.  Öz  həyatınızda  və  ya  əzizlərinizin 
həyatında  Allahın  müdaxiləsi  barədə 
şəhadətlik  etməyə  imkan  olubmu?  Allahın 
həyatınızda  müdaxilə  etdiyi  üçün  bu  gün 
Ona minnətdarlığınızı bildirin. 
Mənə həyat verdin, sevgi 
göstərdin, qayğıma qalmağınla 
ruhumu hifz etdin. 
Əyyub 10:12


303
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük müdafiə
UKRAYNA: VERA YAKOVLEVNA
Bir Ukrayna şəhərində saysız-hesabsız məsihçilər imanlarına görə artıq Sibir əmək 
düşərgələrinə göndərilmişdilər. İndi isə Vera Yakovlevnanın növbəsi idi. Bu düşərgələrin adı 
hamıya məlum idi və o əmin idi ki, oradan sağ çıxmaz. 
Mühafizəçi onun Məsih haqqında 
şəhadətlik etdiyini görəndə Veranın cəzası 
saatlarla buzun üstündə ayaqyalın dayan-
maq olurdu. O, gündəlik iş normasını yerinə 
yetirməyəndə döyülürdü və axşam yeməyi 
olan sulu bulyondan məhrum olurdu.
Bir axşam sıxıntı içində olan və ağlayan 
Vera tək qalmaq üçün həbsxananın bağ-
çasında gəzişməyə başladı. Bu acınacaqlı 
vəziyyətində o, qadağan olunmuş zonanı 
keçdiyini bilmədi, əslində, bu zonanı keçən 
məhbuslar oradaca güllələnirdilər. 
Birdən kobud bir səslə kimsə qışqırdı: “Ey, 
sənin anan məsihçidirmi?”
Çaşqınlığa düşmüş və qorxudan əsən Vera, 
əslində, həmin dəqiqələrdə anasını düşünür-
dü. O dedi: “Siz nəyə görə soruşursunuz?”
Mühafizəçi dedi: “Çünki mən on dəqiqə 
olar ki, sənə baxıram, amma səni güllələyə 
bilmirəm. Mən qolumu tərpədə bilmirəm. 
Əslində, mənim qolum sağlamdır – mən bü-
tün günü onu hərəkət etdirmişəm. Ona görə 
də mən belə fikirləşdim ki, sənin üçün dua 
edən anan var. Geriyə qaç – mən başqa 
tərəfə baxacağam.” 
Vera səhəri gün həmin mühafizəçini gör-
dü. O, Veraya baxıb gülümsədi və qolunu 
qaldırıb dedi: “İndi mən onu yenə də tərpədə 
bilirəm.” 
Biz  təhlükəsiz  oynamağı  xoşlayırıq. 
Biz  macəralar  üzərində  zəmanətin  ol-
masını  xoşlayırıq.  Biz  çətin  işi  rahat 
etməyə  üstünlük  veririk.  Çətinlik  gələndə 
həyatlarımızı  mümkün  qədər  şübhədən  və 
qorxudan  mühafizə  etmək  istəyirik.  Am-
ma biz unutmuşuq ki, Allahın xidmətində 
ön  cəbhədə  olanda  O,  bizi  qoruyur.  Al-
lahın  müdafiəsi  evdə  rahatlığımız  üçün 
təhlükəsizlik ədyalından daha çox döyüşdə 
bir  qalxana  bənzəyir.  Sadəcə,  Allahın 
müdafiəsinə  arxalanmalı  olduğunuz  iman 
addımını axırıncı dəfə nə vaxt atmısınız? 
Siz  həyatınızı  mühafizə  etməklə  həddən 
artıq  məşğulsunuzmu  ki,  Allaha  necə  eti-
bar  etməyi  unutmusunuz?  Siz  həddən  ar-
tıq ehtiyatlısınızmı ki, Allah üçün heç vaxt 
risk etmirsiniz? Nəticədən asılı olmayaraq, 
şəhadətlik  sadəcə  “risk”  deyil.  Bu,  iman-
dır. 
O, ədalətin yollarını qoruyur, 
möminlərin yollarını hifz edir.
Sül. Məs. 2:8


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə