324
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük cavab
ŞİMALİ AFRİKA: YENİ İMANLI
“Niyə bu toplantıları davam edirsiniz,” məxfi polis işçisi məsihçidən soruşdu. “Fikirləşirsən
ki, sənin qonşuların bizə məlumat verməyəcəklər?”
Cavan oğlan yeni məsihçi idi, amma artıq
iyirmi nəfəri Məsihə gətirmişdi. Onlar dua
edirdilər ki, Allah onları yığışmaq və birgə
ibadət etmək üçün yerlə təmin etsin.
Üç həftə ərzində Şimali Afrika məsihçiləri
bir mənzildə görüşürdülər – qeyri-qanuni
yığıncaq onların həbs edilməsinə səbəb ola
bilərdi. Onların mədh etməsi və ilahi oxumaq-
ları, onlar haqda məxfi polisə şikayət edən
qonşuları ayıltdı. Üç dəfə cavan məsihçilər
sorğu-sual edilmək üçün aparılmışdılar.
“Siz islam dininə qarşı danışırsınız?” –
deyə, məmur üçüncü istintaq vaxtı soruşdu.
“Xeyr,” – deyə, məsihçilər cavab verdi.
“Bizim islam dini ilə heç bir işimiz yoxdur.
Biz İsaya ibadət edirik.”
“Siz bizim rəhbərlərimizə qarşı danışırsı-
nız?”
“Xeyr, cənab. Biz İsanın dediyi kimi, öz
rəhbərlərimiz üçün dua edirik.”
“Bəlkə görüşmək üçün başqa bir yer ta-
pasınız? Onda sizin qonşularınız sizin haqda
şikayət etməyəcəklər.”
“Cənab, axı bunu necə edə bilərik. Bizim
görüşmək üçün münasib yerimiz yoxdur.”
Məmur öz stoluna yaxınlaşdı və bir ərizə
formasını çıxartdı. O, bir neçə dəqiqəlik
yazı yazdı və ərizəni məsihçiyə verdi. Bu,
məsihçilərə artıq istifadə olunmayan bir
məbəddə öz birgə görüşməkləri üçün hüquq
verdi. Gözəl bina və orda görüşmək üçün
hökumətin icazəsi – bu, onların dualarına bir
cavab idi.
Cavab verilməyən bir dua yoxdur. Allah
həmişə hər birimizin duasına cavab verir.
Buna baxmayaraq, o, bizim fikirləşdiyimiz
kimi cavab verməyə də bilər. Bəzən ca-
vab “gözlə” olur. Biz irəliyə addımla-
maq üçün onun müəyyən etdiyi vaxtı
gözləməliyik. Bəzən onun cavabı bizim
ruhən “böyüməyimizdir.” Bizim xahişimiz
düz hədəfə doğru gedir, amma irəliyə ad-
dımlamaq üçün biz böyüməliyik. Bəzən biz
Onun “Xeyr” cavabını eşidəndə məyus olu-
ruq. Bizim xahişimiz Onun iradəsinə uyğun
deyil və ya hələ vaxtı çatmayıb. Bəzən ca-
vab “irəli”dir. Bizim xahişimiz düz hədəfə
doğru gedir. Biz ruhən hazırlanmışıq və
vaxt çatıb. Sənin indi duan üçün Allahın
cavabı nədir?
Səni çağırıram, ey Allah, mənə
cavab verirsən.
Zəbur 17:6
325
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük qərarsızlıq
İRAN: PASTOR ROUBAK
Gecə yarısından bir az keçmişdi və məhbus çox yorğun idi. O, İran həbsxanasında biradamlıq
kamerada 28 günlük həbsdə idi, Allahdan dua edirdi ki, dözə bilmək üçün ona kömək etsin.
Onun kamerasının qapısı döyülərkən, o, yorğun və acıqlı idi.
“Pastor,” – deyə, gözətçi söylədi, “Mən
sizinlə İsa haqda danışmaq istəyirəm.”
“Çıx get,” – deyə, pastor zarıldadı. “Mən
səninlə danışmaq istəmirəm.”
“Axı siz mənimlə danışmalısınız,” – deyə,
gözətçi dedi. “Siz pastorsunuz.”
Cavan iranlı gözətçinin çoxlu sualları var
idi. O, məsihçilik və islam arasında olan fərqi,
Allahın ağır tələbləri ilə göylərdəki Atanın
sevgi dolu çağırışı arasında olan fərqi bilmək
istəyirdi. İki kişi, dörd saata yaxın danışdılar
və pastor məsihçi imanı, İsanın çarmıxda ölü-
mü vasitəsilə günahdan azad olma və Məsihi
öz həyatına necə qəbul etmək haqda danışıb
başa saldı.
Növbəti gün səhər saat 04:30-da iki kişi
bir yerdə dua etdi. Göz yaşları yanaqlarına
axaraq gözətçi Məsihi qəbul etdi. Pastor da
göz yaşları ilə onu Allahın səltənətinə qəbul
etdi.
Gözətçi yeni həyata daxil olan kimi, pas-
tor öz ürəyində dəyişiklik hiss etdi. “Birin-
ci dəfə idi ki” – deyə, o, sonra söylədi –
“bütün kin keçib getmişdi.” Onu tutanlara
və ölkəsində olan müsəlmanlara qarşı onda
məhəbbət oyandı. Həmin andan sonra onun
xidməti çox artdı.
Nəsildən nəslə ötürülən mebel gözəl
görünməyə bilər, amma o hansısa hisslərlə
əlaqəlidir. Nənə və babana məxsus olan xü-
susi bir stul özündə zərif xatirələri daşıyır
və üstündə olan ləkə, kiçik yarıqlar və baş-
qa köhnəlmə əlamətləri olduğuna baxma-
yaraq, bu, sənin üçün hələ də xüsusidir. Bir
vaxtlar yaxın qohumun saxladığı xarab ol-
muş və kəsik-kəsik olan sidr paltar şkafı,
misilsiz dəyəri olan xüsusi bir xəzinədir.
Eynilə, Allah bizə xoşagəlməz bir şeyə
xüsusi məhəbbət verə bilər. O, dəyərsiz
bir şeydə dəyər görməyə bizə kömək edə
bilər. Onun məhəbbəti sənin günahlarını
örtdüyü kimi başqa insanın təqsirinin üs-
tünü də örtə bilər. Bunu sınaqdan keçir və
gör. Başqalarını Onun gözləri ilə görməklə
sevilməyə layiq olmayan birisini sevmək
üçün Allahdan kömək istə.
Ona qarşı olanları həlimliklə tərbiyə
etməlidir. Bəlkə Allah onlara tövbəyə
imkan verəcək. Beləliklə, onlar
həqiqəti anlayarlar.
2 Timotey 2:25
326
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük müjdəçi
İRİAN JAYA: STENLİ ALBERT DEYL
Bir-birinin ardınca oxlar onun bədəninə dəyirdi və bir-birinin ardınca Stenli Albert Deyl onları
bədənindən çıxarırdı və dizi ilə oxları qırırdı. Qan onun yaralarından axırdı və çayın qırağına da
tökülürdü. Çığıran Yali döyüşçüləri qorxurdular ki, bu ağ adam, ya da duonq ölməzdir.
Artıq yalilər başqa bir kənddə Dey-
li öldürməyə çalışmışdı. Onlar onun
müjdəsindən qorxmuşdular, çünki onun ar-
dıcılları onların bütlərini və ruhlara ibadət
edilən yerlərini yandırmışdılar. Onlar
həmçinin, Deylə atəş açmışdılar, amma du-
onq çıxıb getmişdi və tamamilə sağalmışdı.
Deyl, İrian Jayanın (indiki İndoneziya)
dağlarına 1960-cı ildə, Məsihin məhəbbətini
bölüşməyə gəlmişdi. Çığıran yüzlərlə döyüş-
çü ilə üzləşərkən, o, oxlar onun dərisini deşən
kimi onları dartıb çıxarırdı. Yalilərə xəbərdar
etmişdilər ki, onun daxilində olan Ruh çox
güclüdür. Axır ki Deyl və başqa müjdəçi yı-
xıldı. Altmışdan çox sınmış ox Deylin ayaq-
larının yanında topa şəklində yığılıb qalmışdı.
Döyüşçülər sonradan onun bədənini hissələrə
ayırdılar, çünki qorxurdular ki, o, yenidən
dirilə bilər.
Yalilər fikirləşdilər ki, bu, onların dərəsində
axırıncı Müjdə olacaq, amma belə olmadı.
Başqa məsihçilər gəldilər və Deylin bədəninə
ox atan həmin döyüşçülərin əksəriyyəti
imana gəldi. Ölməyən duonq indi öz imana
gəlmiş qatilləri ilə birgə İsanı izzətləndirir.
Baxmayaraq ki, yalilər onun bədənin
ölməz olduğunu fikirləşirdilər, əslində,
ölməz olan onun ruhu idi. Deylin izi ilə
gedən müjdəçilər yalilərə əbədiyyəti ba-
şa düşməyə kömək etdilər. Onlar yalilər
ilə Allah haqda bölüşdülər. Axırıncı həftə
ərzində hansı hadisələr, adamlar və şeylər
sənin vaxtının çoxunu alıb. Şübhəsiz,
həyatın praktikliyi bizi, heç də əbədi bir
məsələ olmayan şeylərin öhdəsindən
gəlməyə çağırır: uşaq bezləri, telefon
zəngləri, quru təmizləmə, futbol məşqləri.
Buna baxmayaraq, Deylin hekayəsi bizi
əbədiyyət üçün məna kəsb edən şeyləri üs-
tün tutmağı xatırladır. Gündəlik həyatının
hansı hissəsində əbədi əhəmiyyətlilik var?
Əgər sən buna vaxt ayırmasan, kim ayıracaq?
O, əbədiyyəti də insanların
ürəyinə qoydu.
Vaiz 3:11
Dostları ilə paylaş: |