Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə111/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   107   108   109   110   111   112   113   114   ...   122

324
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük cavab
ŞİMALİ AFRİKA: YENİ İMANLI
“Niyə bu toplantıları davam edirsiniz,” məxfi polis işçisi məsihçidən soruşdu. “Fikirləşirsən 
ki, sənin qonşuların bizə məlumat verməyəcəklər?”
Cavan oğlan yeni məsihçi idi, amma artıq 
iyirmi nəfəri Məsihə gətirmişdi. Onlar dua 
edirdilər ki, Allah onları yığışmaq və birgə 
ibadət etmək üçün yerlə təmin etsin. 
Üç həftə ərzində Şimali Afrika məsihçiləri 
bir mənzildə görüşürdülər – qeyri-qanuni 
yığıncaq onların həbs edilməsinə səbəb ola 
bilərdi. Onların mədh etməsi və ilahi oxumaq-
ları, onlar haqda məxfi polisə şikayət edən 
qonşuları ayıltdı. Üç dəfə cavan məsihçilər 
sorğu-sual edilmək üçün aparılmışdılar. 
“Siz islam dininə qarşı danışırsınız?” – 
deyə, məmur üçüncü istintaq vaxtı soruşdu.
“Xeyr,” – deyə, məsihçilər cavab verdi. 
“Bizim islam dini ilə heç bir işimiz yoxdur. 
Biz İsaya ibadət edirik.”
“Siz bizim rəhbərlərimizə qarşı danışırsı-
nız?”
“Xeyr, cənab. Biz İsanın dediyi kimi, öz 
rəhbərlərimiz üçün dua edirik.” 
“Bəlkə görüşmək üçün başqa bir yer ta-
pasınız? Onda sizin qonşularınız sizin haqda 
şikayət etməyəcəklər.”
“Cənab, axı bunu necə edə bilərik. Bizim 
görüşmək üçün münasib yerimiz yoxdur.”
Məmur öz stoluna yaxınlaşdı və bir ərizə 
formasını çıxartdı. O, bir neçə dəqiqəlik 
yazı yazdı və ərizəni məsihçiyə verdi. Bu, 
məsihçilərə artıq istifadə olunmayan bir 
məbəddə öz birgə görüşməkləri üçün hüquq 
verdi. Gözəl bina və orda görüşmək üçün 
hökumətin icazəsi – bu, onların dualarına bir 
cavab idi. 
Cavab verilməyən bir dua yoxdur. Allah 
həmişə  hər  birimizin  duasına  cavab  verir. 
Buna baxmayaraq, o, bizim fikirləşdiyimiz 
kimi  cavab  verməyə  də  bilər.  Bəzən  ca-
vab  “gözlə”  olur.  Biz  irəliyə  addımla-
maq  üçün  onun  müəyyən  etdiyi  vaxtı 
gözləməliyik.  Bəzən  onun  cavabı  bizim 
ruhən  “böyüməyimizdir.”  Bizim  xahişimiz 
düz hədəfə doğru gedir, amma irəliyə ad-
dımlamaq üçün biz böyüməliyik. Bəzən biz 
Onun “Xeyr” cavabını eşidəndə məyus olu-
ruq. Bizim xahişimiz Onun iradəsinə uyğun 
deyil və ya hələ vaxtı çatmayıb. Bəzən ca-
vab “irəli”dir. Bizim xahişimiz düz hədəfə 
doğru  gedir.  Biz  ruhən  hazırlanmışıq  və 
vaxt  çatıb.  Sənin  indi  duan  üçün  Allahın 
cavabı nədir? 
Səni çağırıram, ey Allah, mənə  
cavab verirsən.
Zəbur 17:6


325
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük qərarsızlıq
İRAN: PASTOR ROUBAK
Gecə yarısından bir az keçmişdi və məhbus çox yorğun idi. O, İran həbsxanasında biradamlıq 
kamerada 28 günlük həbsdə idi, Allahdan dua edirdi ki, dözə bilmək üçün ona kömək etsin. 
Onun kamerasının qapısı döyülərkən, o, yorğun və acıqlı idi. 
“Pastor,” – deyə, gözətçi söylədi, “Mən 
sizinlə İsa haqda danışmaq istəyirəm.” 
“Çıx get,” – deyə, pastor zarıldadı. “Mən 
səninlə danışmaq istəmirəm.” 
“Axı siz mənimlə danışmalısınız,” – deyə, 
gözətçi dedi. “Siz pastorsunuz.”
Cavan iranlı gözətçinin çoxlu sualları var 
idi. O, məsihçilik və islam arasında olan fərqi, 
Allahın ağır tələbləri ilə göylərdəki Atanın 
sevgi dolu çağırışı arasında olan fərqi bilmək 
istəyirdi. İki kişi, dörd saata yaxın danışdılar 
və pastor məsihçi imanı, İsanın çarmıxda ölü-
mü vasitəsilə günahdan azad olma və Məsihi 
öz həyatına necə qəbul etmək haqda danışıb 
başa saldı. 
Növbəti gün səhər saat 04:30-da iki kişi 
bir yerdə dua etdi. Göz yaşları yanaqlarına 
axaraq gözətçi Məsihi qəbul etdi. Pastor da 
göz yaşları ilə onu Allahın səltənətinə qəbul 
etdi. 
Gözətçi yeni həyata daxil olan kimi, pas-
tor öz ürəyində dəyişiklik hiss etdi. “Birin-
ci dəfə idi ki” – deyə, o, sonra söylədi – 
“bütün kin keçib getmişdi.” Onu tutanlara 
və ölkəsində olan müsəlmanlara qarşı onda 
məhəbbət oyandı. Həmin andan sonra onun 
xidməti çox artdı. 
Nəsildən  nəslə  ötürülən  mebel  gözəl 
görünməyə bilər, amma o hansısa hisslərlə 
əlaqəlidir. Nənə və babana məxsus olan xü-
susi bir stul özündə zərif xatirələri daşıyır 
və üstündə olan ləkə, kiçik yarıqlar və baş-
qa  köhnəlmə  əlamətləri  olduğuna  baxma-
yaraq, bu, sənin üçün hələ də xüsusidir. Bir 
vaxtlar yaxın qohumun saxladığı xarab ol-
muş və kəsik-kəsik olan sidr paltar şkafı, 
misilsiz  dəyəri  olan  xüsusi  bir  xəzinədir. 
Eynilə,  Allah  bizə  xoşagəlməz  bir  şeyə 
xüsusi  məhəbbət  verə  bilər.  O,  dəyərsiz 
bir  şeydə  dəyər  görməyə  bizə  kömək  edə 
bilər.  Onun  məhəbbəti  sənin  günahlarını 
örtdüyü  kimi  başqa  insanın  təqsirinin  üs-
tünü də örtə bilər. Bunu sınaqdan keçir və 
gör. Başqalarını Onun gözləri ilə görməklə 
sevilməyə  layiq  olmayan  birisini  sevmək 
üçün Allahdan kömək istə. 
Ona qarşı olanları həlimliklə tərbiyə 
etməlidir. Bəlkə Allah onlara tövbəyə 
imkan verəcək. Beləliklə, onlar 
həqiqəti anlayarlar.
2 Timotey 2:25


326
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük müjdəçi
İRİAN JAYA: STENLİ ALBERT DEYL
Bir-birinin ardınca oxlar onun bədəninə dəyirdi və bir-birinin ardınca Stenli Albert Deyl onları 
bədənindən çıxarırdı və dizi ilə oxları qırırdı. Qan onun yaralarından axırdı və çayın qırağına da 
tökülürdü. Çığıran Yali döyüşçüləri qorxurdular ki, bu ağ adam, ya da duonq ölməzdir.
Artıq yalilər başqa bir kənddə Dey-
li öldürməyə çalışmışdı. Onlar onun 
müjdəsindən qorxmuşdular, çünki onun ar-
dıcılları onların bütlərini və ruhlara ibadət 
edilən yerlərini yandırmışdılar. Onlar 
həmçinin, Deylə atəş açmışdılar, amma du-
onq çıxıb getmişdi və tamamilə sağalmışdı. 
Deyl, İrian Jayanın (indiki İndoneziya) 
dağlarına 1960-cı ildə, Məsihin məhəbbətini 
bölüşməyə gəlmişdi. Çığıran yüzlərlə döyüş-
çü ilə üzləşərkən, o, oxlar onun dərisini deşən 
kimi onları dartıb çıxarırdı. Yalilərə xəbərdar 
etmişdilər ki, onun daxilində olan Ruh çox 
güclüdür. Axır ki Deyl və başqa müjdəçi yı-
xıldı. Altmışdan çox sınmış ox Deylin ayaq-
larının yanında topa şəklində yığılıb qalmışdı. 
Döyüşçülər sonradan onun bədənini hissələrə 
ayırdılar, çünki qorxurdular ki, o, yenidən 
dirilə bilər. 
Yalilər fikirləşdilər ki, bu, onların dərəsində 
axırıncı Müjdə olacaq, amma belə olmadı. 
Başqa məsihçilər gəldilər və Deylin bədəninə 
ox atan həmin döyüşçülərin əksəriyyəti 
imana gəldi. Ölməyən duonq indi öz imana 
gəlmiş qatilləri ilə birgə İsanı izzətləndirir. 
Baxmayaraq  ki,  yalilər  onun  bədənin 
ölməz  olduğunu  fikirləşirdilər,  əslində, 
ölməz  olan  onun  ruhu  idi.  Deylin  izi  ilə 
gedən  müjdəçilər  yalilərə  əbədiyyəti  ba-
şa  düşməyə  kömək  etdilər.  Onlar  yalilər 
ilə  Allah  haqda  bölüşdülər.  Axırıncı  həftə 
ərzində hansı hadisələr, adamlar və şeylər 
sənin  vaxtının  çoxunu  alıb.  Şübhəsiz, 
həyatın  praktikliyi  bizi,  heç  də  əbədi  bir 
məsələ  olmayan  şeylərin  öhdəsindən 
gəlməyə  çağırır:  uşaq  bezləri,  telefon 
zəngləri,  quru  təmizləmə,  futbol  məşqləri. 
Buna  baxmayaraq,  Deylin  hekayəsi  bizi 
əbədiyyət üçün məna kəsb edən şeyləri üs-
tün tutmağı xatırladır. Gündəlik həyatının 
hansı  hissəsində  əbədi  əhəmiyyətlilik  var? 
Əgər sən buna vaxt ayırmasan, kim ayıracaq? 
O, əbədiyyəti də insanların  
ürəyinə qoydu.
Vaiz 3:11


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə