Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə110/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   106   107   108   109   110   111   112   113   ...   122

321
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük “cinayətkar” – ikinci hissə 
SƏUDİYYƏ ƏRƏBİSTANI: PASTOR UALLİ
“Rəbbim, bu gecə hər şey ola bilər” – deyə, pastor Ualli dua etdi. “Amma xahiş edirəm, onlara 
icazə vermə ki, həyatımı əlimdən alsınlar.”
Pastor Ualli döyülərkən Səudiyyə 
Ərəbistanında ona işgəncə verən adamlar 
üçün dua edirdi. Duanın ortasında onun ya-
dına düşdü ki, bədəninin Müqəddəs Ruhun 
məbədi olduğunu desin. 
“Sənin məbədin olmağa mənə icazə ver-
diyin üçün minnətdaram” – Ualli dua etdi. 
Mən inanıram ki, Sən məbədinin düşmən 
tərəfindən dağıdılmasını və təhqir edilməsini 
istəmirsən. Sən istəyirsən ki, məbədin Səni 
izzətləndirsin və Sənin əzəmətinlə dolsun. 
Rəbbim, mən bədənimin tamlığı ilə bərpasını 
tələb edirəm. Mən dua edirəm ki, tam sa-
ğalanda məndə daha da çox izzətlənəsən. 
İnsanlar işgəncə verən adamların bədənimə 
etdiklərinin heç izini belə görməyəcəklər.”
Pastor Uallinin çubuqla belinə və ayaq-
larına vurmuşdular, əlləri və ayaqları çox 
göyərdiyindən demək olar ki, istifadəyə 
yararsız idi. Nəhayət, onlar bu məsihçiyə 
işgəncə verməkdən yorularaq onu öz kame-
rasına göndərdilər. 
Ualli bir neçə saat dua etdi və sonra bərk 
yuxuya getdi, yatdığı zaman Allahın hüzu-
runu və şəfa verən toxunuşunu hiss etdi. O, 
yuxudan ayılanda əlləri və ayaqları sağalmış-
dı. O, bu qədər döyülmədən sonra bədənində 
heç bir ağrı hiss etmədi. Ualliyə bu möcüzə 
çox böyük təsir göstərdi, çünki Allah ona 
şəfa vermişdi. 
Pastor  Ualli  öz  şəfası  üçün  iman  ilə 
dua edərkən həddini aşmışdımı? O, inad-
karlıqla  etdiyi  xahişində  Kəlamdan  sui-
istifadə etmirdimi? Sübut göstərir ki, Ualli 
bu şeylərdən heç birini etməmişdi. Əslində, 
pastor  sadəcə  Allahı  Öz  sözündə  tutmuş-
du. Bir çox məsihçilər belə etməklə fayda-
lana  bilərlər.  Amma  biz  Allahın  Kəlamını 
bilmiriksə, Onun Öz sözündə tuta bilmərik. 
Pastor Ualli Kəlamda çoxlu vaxt keçirdiyi 
üçün  ehtiyac  anında  ruhlandırıcı  ayələri 
yada  sala  bilirdi.  Döyülən  bir  çox  sadiq 
məsihçilər  dərhal  sağalmırdılar,  amma 
biz  sağalsaq  da,  sağalmasaq  da,  Allah 
şəhadətliklərimizdən istifadə edir. Sizə la-
zım olan vaxtda Allahın Kəlamını yadınıza 
sala bilirsinizmi? Siz həqiqi Kəlamdansa, 
daha çox Kəlam haqqında bilirsiniz? Alla-
ha deyin ki, siz Onu öz sözündə tutmağa 
hazırsınız. 
Çünki biz var olan Allahın məbədiyik.
2 Kor. 6:16


gün
322
BÖYÜK 
SADİQLİK
-ci
Mən İsanın sözləri üzərində düşünürəm: 
“Ona iman edən hər kəs…əbədi həyata malik 
olsun.” (Yəhya 3:16)
Mən cinayətkarların içərisindəyəm. 
İnsanların heyvanlara oxşaması alçaltmadır. 
Heyvanlar günahsızdır. 
Amma həbsxanada ətrafımda olan insanlar 
heyvanlar üçün əlçatmaz olan şeytani 
qaranlığın dərinliklərinə gedib çatırlar. 
Bu cinayətkarların əhatəsində yaşamaqdansa 
tövlədə yaşamaq daha asan olar.  
Bu insanların hər bir sözü iyrənc, hər bir 
hərəkəti isə çirkindir. “Boğazları açıq 
qəbirdir…ağızları lənət və acı sözlərlə 
doludur.” (Roma. 3:13-14)
Amma bu səhnəyə qarşı Allahın qeyri-adi 
sevgisi parlayır. Bu doğrudur ki, iman  
edən hər kəs – hətta belə insanlar da  
əbədi həyata malik ola bilərlər.  
Allah məni həbsxanaya göndərib ki,  
onlara Xoş Xəbəri çatdırım. 
Rusiyada həbsdə olan məsihçi məhbusun məktubundan 


323
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük məzuniyyət
İRAN: DƏNİZKƏNARI ŞƏHƏR
“İndi biz məzuniyyətdəyik, əzizim,” – deyə, iranlı pastor yoldaşına söylədi. “Xahiş edirəm, 
polisi bizi sorğu-sual etməyə məcbur edəcək bir şey etmə. Gəl bu birgə vaxtımızı korlamayaq.”
Pastorun yoldaşı İsa Məsih üçün gəzib 
vəz edən bir şəhadətçi idi. O, İranda 
müsəlmanlara minlərlə Müqəddəs kitab və 
beş mindən çox “İSA” filmini vermişdi. 
Məzuniyyətdə olduqları dənizkənarı 
şəhərdə, onlar üstüörtülü bazara getdilər. 
Onlar istədikləri müxtəlif şeyləri axtarmaq 
üçün ayrıldılar və pastor qayıdanda o, yol-
daşının bazarda bir qrup insanlara İsa Məsih 
haqda danışdığını gördü. O, məxfi polisə 
görə ətrafına baxdı və cəld yoldaşını bazar-
dan çıxarıb maşınına oturtdu. “Əzizim, biz 
məzuniyyətdəyik.  Mən fikirləşdim ki, biz 
bunu burda etməyəcəyik.”
Yoldaşı onun gözlərinin içinə baxdı. “O ba-
zarda İsanı tanımayan çoxlu adamlar var,” – 
deyə, o, ciddi olaraq dedi. “Əgər onlar ölsələr 
və cəhənnəmə düşsələr, buna sən məsuliyyət 
daşıyırsan.” Danlanmış pastor geriyə dönüb 
bazara tərəf sürdü. Onun yoldaşı cəld içəri 
gəldi və Müqəddəs yazı nüsxələrini və “İSA” 
filmlərini payladı
Bir qadın ona yaxınlaşdı. “Çox sağ olun
minnətdaram,” – o, göz yaşları ilə dedi. “Beş 
ildir ki, Müqəddəs Kitaba görə dua edirdim 
və indi Rəbb mənim dualarıma cavab verdi.”
Məzuniyyətlər  gözəl  xatirələr  yara-
dır.  Dəniz  kənarında  gəzişmək.  Şəhərdə 
alış-veriş  etmək.  Ocağın  yanında  oturub 
kitab  oxumaq.  Buna  baxmayaraq,  bizim 
gündəlik  həyatımızdan  bir  müddət  ayrıl-
mağa  ehtiyacımız  olsa  da,  bizə  şəhadət 
etməkdən  bir  müddət  ayrılmaq  hüququ 
verilməyib. Əslində, gərək bizim şahidliyi-
miz şəxsiyyətimizin bir hissəsi olsun və biz 
bunu iki yerə ayıra bilmərik. Həvari Paul 
heç vaxt harasa “turist” kimi getməmişdir
Bu hekayədə pastorun yoldaşı kimi adam-
lar üçün bu, işığı yandırıb və söndürmək ki-
mi bir şey deyil. Onların cəsarətli şəhadəti 
sadəcə onların kimliyidir və bu, təbii ola-
raq,  hansı  vaxt  olursa-olsun  baş  verir. 
Təbii olmayan şey bir neçə hissələrə ayrıl-
mış inamdır – bu, süni təəssürat bağışla-
yır.  Əvəzində,  qoy  sənin  imanın  gündəlik 
təcrübəndə azad inkişaf etsin. 
Allahın kəlamını vəz edəsən, 
hansı vaxt olursa-olsun, hazır 
olasan, insanlara tam səbirlə 
təlim öyrədərək məzəmmət, 
xəbərdarlıq və nəsihət verəsən. 
2 Timotey 4:2


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə