Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə109/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   105   106   107   108   109   110   111   112   ...   122

318-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük bağışlanma
RUMINİYA: DİANA VƏ FLOREYA 
Diananın atası imana görə həbs olunanda onun on doqquz yaşı var idi. O və bacısı Floreya 
ailəni dolandırmalı oldular, amma tezliklə onlar atalarının həbsinə görə fabrikdə işlərini 
itirdilər. 
Ailədə anaları xəstə idi və özlərindən baş-
qa dörd bacı-qardaşı da var idi. Diana və 
Floreya ümidsiz halda idilər. Bir cavan oğ-
lan onlara zəng edib Diana üçün iş tapdığını 
söyləyəndə, ailənin sevinci yerə-göyə sığma-
dı. Onlar nahar vaxtı görüşdülər, oğlan ona 
çoxlu şərab verdi və sonra onu yoldan azdır-
dı. Bundan sonra ona bir az pul verdi və bu 
da həyat tərzinə çevrildi. İş haqqında başqa 
heç bir söz deyilmədi və Diana ümidsiz halda 
olduğu üçün pulu qəbul etdi. 
Diana, baxmayaraq ki, özünü təqsirkar 
hiss edirdi, amma ailəsini saxlamaq üçün 
fahişəlik etməkdə davam etdi. Tezliklə onun 
bacısı da bu işə qoşuldu və birlikdə onlar rüs-
vayçılıqlarını gizlətdilər. 
İndi onlar anaların üzünə baxarkən dedilər: 
“Sən bizi necə bağışlaya bilərsən? Biz düşü-
nürük ki, sən bizə nifrət edərsən.”
O, onlara sevgi və təsəlli sözləri söylədi: 
“Siz etdiyiniz işlərə görə utanırsınız, belə 
də olmalıdır. Amma bu rüsvayçılıq və 
təqsirkarlıq hissi sizi parlaq salehliyə apara-
caq. Yadınızdadırsa, əsgərlər Məsihin böyrü-
nü deşmişdilər, belə ki, günahkarlar asanlıq-
la onun ürəyinə girib bağışlanma əldə edə 
bilərlər. 
Günahımıza  görə  təəssüflənmək  və 
özümüzə  görə  təəssüflənmək  iki  fərqli 
şeydir.  Əzablardan  keçən  bir  çox  insanlar 
özlərinə  görə  təəssüflənirlər.  Onlar  ha-
mısı  uğursuzluqlarına  görə  başqalarını 
günahlandırmağa  can  atırlar.  Bu  qızlar 
səhvlərinə görə atalarını günahlandırmağa 
can  ata  bilərdilər.  “Əgər  o,  məsihçi  olma-
saydı,  həbs  olunmazdı  və  biz  də  bu  yola 
düşməzdik.” Amma onlar bilə-bilə etdikləri 
itaətsizliyə görə həqiqi utancaqlıq və tövbə 
hissi ilə analarının yanına gəldilər. Onlar 
bağışlanma  əldə  etdilər.  Allahın  istədiyi 
tərzdə  olan  kədər  bağışlanmaya  yol  açan 
tövbəyə aparır. Siz əzablarınızda özünüzə 
görə təəssüflənirsinizmi? Diqqət edin! Bu, 
sizi asanlıqla itaətsizliyə apara bilər. 
Allah istəyən tərzdə olan kədər 
insanda tövbə yaradıb onu xilasa 
aparır və bunda peşmançılıq yoxdur. 
Dünyanın kədəri isə ölüm yaradır. 
2 Kor. 7:10


319
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük “cinayətkar” – birinci hissə 
SƏUDİYYƏ ƏRƏBİSTANI: PASTOR UALLİ,  
FİLİPPİNLİ İŞÇİ 
O, bütün Səudiyyə Ərəbistanında ən çox axtarışda olan cinayətkar idi. O, oğurluğa, qətlə və 
ya zorlamaya görə axtarışda deyildi. O, Səudiyyə Ərəbistanının paytaxt şəhərində böyük gizli 
məbədə rəhbərlik etdiyi və məsihçi pastor olduğu üçün axtarışda idi. 
Heç bir ittiham olmadan pastor Ualli-
ni evindən çıxarıb üç kişi olan bir otağa 
gətirdilər. Burada onu şapalaq, təpik və yum-
ruq ilə döydülər. Ən ağrılı olan cəza ayaqları-
nın altına qamçı ilə vurmaq idi. Qamçılama 
qurtardıqdan sonra onun əlləri və ayaqları 
badımcanın bənövşəyi rəngi kimi oldu.
Həmin ağrının içərisində işgəncə verən 
şəxslər Ualliyə əmr etdilər ki, ayaq üstdə 
dayansın. “Mən dayana bilmərəm” – deyə, 
o dedi. Onun ayağının hər bir yeri ağrıyırdı 
və onun çəkisini saxlamaq üçün heç bir gücü 
yox idi. “Xahiş edirəm, mənə icazə verin diz 
çöküm.” Ona işgəncə verənlər bununla razı-
laşmadılar. 
Üç kişi onu döyərkən pastor Ualli onlar 
üçün dua etdi. Onun duaları ona bir ayəni 
xatırlatdı. “Allah sənə görə mələklərinə əmr 
edər ki,… səni əlləri üstündə aparsınlar, aya-
ğın bir daşa dəyməsin” (Məzmur 91:11-12). 
Ayaqlarının vəziyyətinə baxmayaraq, Ualli 
kişilərin içində ayaq üstə düz durdu. Onlar 
bu qədər döyülmədən sonra onun ayaq üstə 
dayana bildiyinə məəttəl qalmışdılar. 
“Mən Allahın mələklərinin əlləri üstündə 
dayanmışdım” – sonralar pastor Ualli dedi. 
“Onlar mələkləri görə bilmirdilər, amma mən 
hiss edirdim ki, onlar mənim ayaq üstə dur-
mağım üçün orada mənə kömək edirdilər.” 
Bəzi  insanlara  elə  gəlir  ki,  qoruyucu 
mələklər iş vaxtından artıq çalışırlar. Pas-
tor  Ualli  kimi  onlar  da  həmişə  dua  edən 
şahid kimi cəsarətli ruh ilə Məsih üçün ha-
zırdırlar. Biz təsəvvür edə bilərik ki, pad-
şahlığa yardım edən, məsihçilər üçün ayrıl-
mış bəzi qoruyucu mələklərin əllərində vaxt 
var. Pastor Uallinin vəziyyəti özünəməxsus 
olsa  da,  onun  duası  özünəməxsus  olmalı 
deyil. Bəzən biz Məsihə sadiq olmaq üçün 
mələklərinin əllərinin üstündə dayanmalı-
yıq. Biz iş yerimizdə həmin növ coşqun ar-
zunu ətrafa yayırıqmı? Və ya evlərimizdə? 
Məktəbimizdə?  Bu  gün  Məsihi  təmsil 
etməkdə sizin üçün çətin olan yerlərdə Al-
lahdan xahiş edin ki, sizi qaldırmaq üçün 
mələklərini göndərsin. 
Allah sənə görə mələklərinə əmr edər 
ki,… səni əlləri üstündə aparsınlar, 
ayağın bir daşa dəyməsin.
Məzmur 91:11-12


320-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük rəhbərlik 
FİLİPPİ: PAUL VƏ SİLA 
“O mənə dedi: ‘Makedoniyaya gəl və bizə kömək et’” – Paul dedi. 
Sila cavab verdi: “Sən inanırsan ki, bu, 
Allahdan gələn görüntüdür?” 
“Bəli, mən inanıram.”
Sila gülümsündü və cavab verdi: “Onda Al-
lahın köməkliyi ilə Makedoniyaya gedərik!”
Onlar Filippiyə çatanda tanınmış tacir qa-
dın tövbə etdi və cavan bir qız cindən azad ol-
du. Əlbəttə ki, onlar Allahı dəqiq eşitmişdilər 
və Onun rəhbərliyi ilə gedirdilər. 
“Onlar buradadırlar!” – deyə, izdihamın 
başında duran kişi qışqırdı. Paul və Sila nə 
baş verdiyini anlamazdan qabaq onları şəhər 
hakimlərinin qarşısına gətirdilər və Müjdə ilə 
sülhü pozduqlarına görə ittiham olundular. 
Baş hakim əmr etdi ki, onların əynindəki pal-
tarları soyundurub dəyənəklə döysünlər və 
zindana atsınlar.
Həmin gecə qan içində olan və bədənləri 
göyərən Paul və Silanın ayaqları kündəyə 
salınmışdı, onlar düşünə bilərdilər ki, Allah 
onları aldadıb. Amma “Allah bu şeylərin baş 
verməsinə necə yol verə bilər?” sualı heç 
vaxt verilmədi. Əksinə, onlar gecə yarısı ilahi 
oxuyub Allaha həmd edirdilər. Onlar Allahın 
rəhbərliyinə etibar edirdilər. Onlar bilirdilər 
ki, Allah onları tərk etməyib, möcüzəli qur-
tuluş tezliklə bunu təsdiqləyəcəkdi. 
Sila və Paul birlikdə səyahət edərkən Al-
lahın idarəçiliyi ilə getməkdə davam etdilər. 
Nəhayət, Sila Korinfdə məbədin rəhbəri oldu. 
Hər iki kişi Allahın idarəçiliyi ilə gedirdi və 
hər ikisi də imanlarına görə şəhid oldu. 
Kaş ki həyatlarımız üçün Allahın iradəsi 
bizə görüntüdə gələydi! Kaş ki Onun plan-
ları  küçədə  olan  reklam  afişası  kimi  qar-
şımızda  aydın  surətdə  görünərdi!  Daha 
da yaxşı olardı ki, nə etməli olduğumuzu 
bizə dəqiq söyləyən bir səs olaydı! Amma 
bu,  nə  qədər  gözəl  görünsə  də,  belə  bir-
başa  metodlar  imanın  tərkib  hissələrini 
tamamilə  kənarlaşdırır.  Allah  istəyir  ki, 
biz  həyatlarımızın  istiqamətlərini  təyin 
edərkən  Ona  bir  xəritə  kimi  etibar  edək. 
Paul  və  Sila  Filippidə  onların  başına  nə 
gələcəyini  dəqiq  bilmirdilər.  Onlar  bircə 
onu  bilirdilər  ki,  Allah  onlara  getməyi 
deyib.  Siz,  ola  bilsin  ki,  Allahın  sizi  nə 
vaxt  apardığını  bilməyəsiniz,  amma  bun-
lara  baxmayaraq,  Onun  dalınca  getməyə 
hazırsınızmı?  Siz  Ona  tamamilə  etibar 
etməyincə getməyəcəksiniz. 
Məni haqq yolu ilə apar, həqiqətini 
mənə öyrət. Məni qurtaran Allah 
Sənsən, daim Səni gözləyirəm.
Məzmur 25:5


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə