Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə117/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   114   115   116   117   118   119   120   121   122

342-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük birlik
MALUKU: NUS REYMAS
“11 sentyabrda təyyarələrin Ümumdünya Ticarət Mərkəzinə dəydiyini görəndə, bu, məni ağrılı 
xatirələrə qaytardı,” – deyə, Nus Reymas söylədi. 
“Bir il bundan qabaq, deyilənə görə, Osa-
ma Bin Ladenlə əlaqəsi olan yüzlərlə yaxşı 
silahlanmış müsəlman bizim Maluku ada-
sına hücum etdilər. Onların tapşırığı bütün 
məsihçiləri oradan təmizləmək idi.” Hesab-
lamalara görə, altı minə yaxın adam öldü-
rülmüşdü və əlavə olaraq, beş min daimi 
sakin, arası kəsilməyən atəş və törədilən 
yanğın ucbatından evlərindən qovulmuşdu-
lar. “Müsəlmanlar mənim qohumlarımın otuz 
səkkiz üzvünü qətlə yetirdilər,” – deyə, Rey-
mas dərin düşüncələrə qərq olaraq dedi. 
22 oktyabr 2001-ci ildə “Məsihçilik 
bu  gün” radio buraxılışında, Reymas 1 
Saloniklilərə 5:18-i, “hər vəziyyətdə şükür 
edin, çünki bunlar Məsih İsada olan sizlər 
üçün Allahın iradəsidir”, kəlamını tətbiq 
etməyin onun üçün necə çətin olduğu barədə 
danışdı. Ağrı o qədər güclü idi ki, bərpa olma 
sanki heç vaxt olmayacaqdı. Buna baxmaya-
raq, Allahın lütfü ilə, Reymand qərara gəldi 
ki, o, Allah Kəlamının öyrətdiyinə əsasən ya-
şayacaq. 
“Yalnız onda mən vəziyyətə tab gətirib 
onunla üz-üzə dura bilərəm. Heç kim belə 
şeyləri gözləmir, amma onlar baş verir. İn-
di Reymand müxtəlif cür məbədlərdən olan 
məsihçi rəhbərlər arasında toplantılar təşkil 
edir. Necə ki, Amerikada həyatın müxtəlif 
sahələrində çalışan insanlar dua və dəstək 
üçün bir yerə toplaşırlar, eləcə də bir çox 
məsihçi rəhbərlər də dua və ünsiyyət üçün 
İndoneziyada toplaşırlar. Reymas düşündükcə 
gülümsəyir: “Bu, əvvəllər heç vaxt baş 
verməmişdi.”
Bizdə  əvvəllər  heç  vaxt  belə  şey  baş 
verməmişdi.  Məhv  olmuş  insan  ləyaqəti. 
Dağılan Əkiz Qüllələr. Qara yara. Amerika 
bayrağı  Pentaqonun  yaralarının  üzərinə 
sərilmişdi. Belə şey baş verməmişdi. Bizim 
adamlar dua edir. Bizim məbədlərimiz do-
ludur.  Boşanma  haqqında  ərizələr  geriyə 
götürülür.  Yox,  belə  şey  hələ  olmamış-
dı.  İrqləri  və  mədəniyyətləri  bir-birindən 
ayıran  divarlar  yox  olmuşdu.  Qaranlıq 
rəisi  iblis  bizi  ayırmaq  istədi.  Məhəbbət 
olan  Rəbb  bizi  özünə  cəlb  edir.  Belə  şey 
baş  verməmişdi.  Edilən  və  deyilən  bütün 
şeylərdən sonra biz bir şeyi bilirik: Əgər nə 
vaxtsa biz bu yolu yenə keçsək, biz onu bir 
yerdə keçəcəyik. 
Nə yaxşıdır, nə xoşdur qardaş olub  
bir yaşamaq!
Zəbur 133:1


343
BÖYÜK 
SADİQLİK
Ailəm ilə bağlı dəlilik, həyəcan, daimi 
gərginliyin hamısı məni məhv edir. Amma 
əgər onlar mənim ağlımı başımdan çıxarır, 
ya da sağlam düşüncədə saxlayırsa, uşağın 
onun atasının əlindən hər şeyi qəbul etdiyi 
kimi, mən də Allahın göndərdiyi hər şeyi 
qəbul edirəm. Qorxaqlıq ağılsızlıqdır. Ruhi 
xəstəxanada mən tez-tez fikirləşirdim 
ki, Allahın iradəsi insanın azadlığını 
toxunulmamış saxlayır.
İmanına görə Rusiya ruhi xəstəxanasına salınan Şimanov qardaşdan.
BÖYÜK 
SADİQLİK
gün
-cü
343


344
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük “itki”
ÇEXOSLOVAKİYA: ZAVARSKİ QARDAŞ
Bu məyusluq nəticədə həddən artıq idi. “Mənim bütün vaxtım qul əməyi ilə keçirilir!” – deyə, 
çex dustağı Zavarski qardaş şikayət etdi. Gündə on saat mən kommunistlərin yaxşı qiymətə 
satdığı zənbilləri toxuyuram. Niyə mən pastor olmaq üçün bu qədər oxudum? Kommunizm 
xidmətində olan bu yazıqlar kilsədə böyük vəzifəyə malikdirlər. Onlar vəz edir, məsləhət verir
sürünü otarırlar. Mən isə əziyyət çəkirəm.”
“Niyə şikayət edirsən?” – deyə, 
həbsxanadakı başqa məsihçi soruşdu. “Alla-
ha sənin vəzin, ya da sənin ilahiyyatın lazım 
deyil. Kommunizmin əlaltıları bu işi görürlər. 
Amma onlar Xilaskarın əziyyətini başqaları 
ilə bölüşə bilmirlər. Ruhani işə həsr olunan 
şəxs bu əsas vədi verməlidir. Sən heç Məsih 
üçün çəkdiyin kədər haqda vəz etmisən? Al-
laha minnətdar ol ki, O, sənə hər hansı vəzin 
ən qiymətli hissəsini yerinə yetirməyə fürsət 
verib.” 
Cəzalandırılan Zavarski həbsxanada uzun 
günlərlə keçən əməyi haqda bir daha şikayət 
etmədi. Həbsxanadan çıxandan sonra Za-
varski pastorluq işini davam etdirə bilmədi, 
çünki həbsxana həyatı onun səhhətinə çox zi-
yan vurmuşdu. Ona baş çəkənlər, döyülmüş 
və əldən düşmüş bir adamı görmədilər. Onlar 
öz Xilaskarı üçün üzü məhəbbətlə parlayan 
bir adamı gördülər. O, etiraf etdi ki, onun 
həyatı əlindən alınmamışdı. O öz istəyi ilə 
İsaya onun çarmıxını daşımağa kömək etdi.
İnsanların  öz  biznes  müqaviləsində 
olan  ziyanı  həvəslə  qəbul  etməyinə  və 
əliaçıqlıqla ianə verməyinə nə səbəb olur? 
Məsihçilərin öz torpaqlarını tərk edib iman-
sız əcnəbi bir millətlə yaşamasına nə səbəb 
olur?  Kiminsə  günaha  təslim  olmaqdan-
sa ölməyi üstün tutmasına nə səbəb olur? 
Bu,  Məsihin  şəxsiyyətinə  son  dərəcə  bağ-
lanıb sadiq olmaqdır. Hər bir şəxsi itkidə 
onlar  ruhani  fayda  üçün  imkan  görürlər. 
Onlar  öz  pul  kisəsinə,  cədvəlinə,  planla-
rına, rahatlığına, mənfəətinə zərbə vurub, 
bununla da Allahın səltənətinin daha irəli 
getməsini istəyirlər. Sən son dərəcə yüksək 
sadiqliyini  necə  ifadə  edirsən?  Başqala-
rı sənin sadiqlik dərəcənə görə sənin dəli 
olduğunu  fikirləşirlər?  İsa  üçün  “bunu 
itirmək” göylərin bundan fayda qazanması 
deməkdir. 
Bundan əlavə, Rəbbim Məsih İsanı 
tanımağın ali dəyərinin yanında 
hər şeyi ziyan hesab edirəm. Onun 
uğrunda var-yoxumu atıb tullantı 
sayıram ki, Məsihi qazanım…
Filip. 3:8


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə