Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə118/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   114   115   116   117   118   119   120   121   122

345
gün
-ci
BÖYÜK 
SADİQLİK
Daha böyük inqilabçı
PERU: MARİYA YELENA MOYANO
Onları qəzəbləndirən, qətlə yetirmək dərəcəsində qəzəbləndirən o idi ki, yeni imana gələn 
onlar kimi terrorçu idi.
Mariya Yelena Moyano, Peruda inqilab 
üçün onlarla birgə qışqırırdı. O, kəndlilərə 
yemək verilməsini silahın gücü ilə xahiş edir-
di. Sonra isə o, İsa Məsihlə tanış oldu və 
başqa cür inqilabı – ürəkdə olan məhəbbətin 
inqilabını tapdı. 
O, Limanın daxmalarla dolu olan ən ge-
niş şəhərciyində bələdiyyə rəisinin müavi-
ni oldu. O, yoxsulları, ac olanları yeməklə 
təmin etmək, xəstələrin qayğısına qalmaq və 
kimsəsiz uşaqlar üçün geniş yayılan yardım 
aksiyalarını təşkil edirdi. O deyirdi: “Onlar 
məsihçiləri ‘inqilabın yanğınsöndürənləri’ ad-
landırırlar, çünki biz onların törətdiyi yanğını 
söndürürük. Onlar istəyirlər ki, əhali üçün 
yeməyə heç nə olmasın, bununla da ümid 
edirlər ki, insanlar silaha əl atacaq. Amma 
biz terrordan qorxmamalıyıq. Biz bu aman-
sızlığa və ədalətsizliyə qarşı durub, ehtiyac 
içində olanlara kömək etməliyik.” 
Mariya bilirdi ki, o, əziyyət çəkəcək, 
amma onu da bilirdi ki, o, İsanın izzətini 
bölüşməkdən əvvəl Onun kədərini 
bölüşməlidir. Maoistli terroristlər zorakılıq 
həvəsi ilə hücum edib kasıblar üçün ərzaq 
saxlanılan evi partlatdılar. “Bəzən mən qor-
xuram” – Mariya dedi – “amma mən sö-
zümün üstündə dururam ki, biz gərək heç 
vaxt zorakılığa əl atmayaq. Terrorizmə qalib 
gəlmək çətindir, amma mümkündür.” 
Mariyanın işinin effektliliyinə və onu da-
yandıra bilmədiklərinə görə partizanlar Mari-
yanı fevralın 1-i, 1992-ci ildə öldürdülər.
Fariseylərə  taktikaya  malik  olan 
mütəxəssislər  deyirdilər.  Limadakı  terror-
çular kimi, onların insanları İsanın ardınca 
gəlmələri  ilə  bağlı  çaşdırmaq  strategiyası 
qabaqcadan  nəzərdə  tutulmayan  nəticəyə 
gətirdi.  Həm  fariseylər,  həm  də  terrorçu-
lar  xalqın  sadiqliyi  üçün  çox  çalışdılar. 
Fariseylər insanların ruhlarını ac qoyma-
ğa,  terrorçular  isə  insanların  qarınlarını 
ac  qoymağa  çalışırdılar.  Buna  baxmaya-
raq, Yerusəlimdəki və Perudakı adamların 
hamısı eynilə İsanın inqilabi təliminin ar-
dınca  getdilər.  Nə  qədər  İsa  Məsihə  qar-
şı  müqavimət  çoxalırsa,  o  qədər  də  Onun 
işi  irəli  gedir.  Müqavimət  sənə  və  sənin 
səylərinə qarşı işləyə bilər, amma Padşah-
lıq üçün işləyəndə o, səni heç vaxt məğlub 
edə  bilməz.  Əslində,  müqavimət  bilmədən 
sənin xeyrinə də işləyə bilər.
Bu səbəbdən fariseylər bir-birlərinə 
dedilər: “Baxın əlinizdən bir iş gəlmir. 
Artıq aləm Onun ardınca getdi.”
Yəhya 12:19


346
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük sübut
RUSİYA: PASTOR “CORC”
Kilsənin kiçik otağında gəzişərək, rus kapitanı divardakı çarmıxa baxıb başını yırğaladı. “Bu, 
bir yalandır” o dedi. Bu, kasıbları aldatmaq və varlılardan pul almağı asan etmək üçün sizin 
istifadə etdiyiniz bir uydurmadır. Biz indi burada təkik. Etiraf elə ki, sən heç vaxt İsa Məsihin 
Allahın oğlu olmasına inanmamısan.”
Pastor “Corc” çarmıxa baxdı və sonra 
gülümsədi. “Əlbəttə, mən buna inanıram. Bu, 
həqiqətdir.”
“Mənə kələk gəlməyinə yol vermərəm!” 
– deyə, kapitan qışqırdı. O, tapançanı qabın-
dan çıxarıb pastorun bədəninə yaxınlaşdırdı. 
“Əgər bunun yalan olduğunu qəbul etməsən
səni öldürəcəyəm.”
“Mən bunu qəbul edə bilmərəm, çünki 
bu, yalan olar,” – “Corc” söylədi. “Bizim 
Rəbbimiz, həqiqətən, Allahın həqiqi oğludur. 
Məni öldürmək bunu dəyişməyəcək.”
Kapitan tapançanı yerə tulladı. O, göz 
yaşları içində pastorun əlindən tutanda bu, 
onu təəccübləndirdi. 
“Bu, həqiqətdir” – deyə, kapitan ağladı. 
“Bu, həqiqətdir. Mən də inanıram. Adamın 
bu inama görə ölməsini özüm üçün aşkar 
etməyənə qədər əmin ola bilməzdim. Ah, çox 
sağ ol! Sən mənim imanımı möhkəmlətdin. 
İndi mən də Məsih üçün ölə bilərəm. Bunu 
necə etməyi sən mənə göstərdin.
Hər bir dində şəhidlər tapılır. Biz deyi-
rik ki, imanımız üçün ölməyə hazırıq. Onlar 
da  öz  imanları  üçün  ölməyə  hazır  olduq-
larını  deyirlər.  Məsihçi  şəhid  öz  imanını 
ekstremist  müsəlmandan  daha  çox  necə 
sübut edir? Sübut etmir. Müsəlmanların öz 
imanları  uğrunda  ölməyə  hazır  olmaları 
öz dinlərinin həqiqiliyini bizim məsihçiliyi 
sübut  etməyimizdən  daha  güclü  surətdə 
sübut  etmir.  Yalnız  Allah  Özü  həqiqi  ol-
duğunu  sübut  edir.  Biz  həqiqətə  şahidlik 
edirik. Amma Allah özü həqiqətdir. Onun, 
Oğlu  haqqında  olan  şəhadəti,  sənin  öz 
şəhadətini üstələyir. Başqaları sənə İsa uğ-
runda  necə  ölməyi  göstərə  bilərlər.  Amma 
yalnız Allah sənə tam əminlik verə bilər ki, 
bunu etməyə dəyər
Biz insanların şəhadətini qəbul 
edirik, amma Allahın şəhadəti 
bundan üstündür. Çünki bu, Allahın 
şəhadətidir; O Öz Oğlu barədə  
şəhadət edib.
1 Yəhya 5:9


347
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük minnətdarlıq 
NİDERLAND: HANS
Niderlandda, Antverpen şəhərində Hans özünü Müqəddəs Kitabın ciddi tələbəsi kimi 
fərqləndirmişdi. O, hətta öz bazar günlərini imana təzə gələnlərə təlim verməklə keçirirdi. 
İnsanlar Hansın və onun anasının təhlükəli olduğunu düşünürdülər. Onlar anabaptist idilər və 
dini rəhbərlər onları imanlarına görə kafir hesab edirdilər. 
1517-ci ildə məhkəmə icraçısı və onun 
məmurları Hansı və bəzilərini həbs etdilər, 
amma onun anası qaçmağa nail oldu. Di-
ni rəhbərlər Hansa işgəncə verdilər və onu 
anabaptist imanından döndərməyə çalışdılar. 
Amma o, onların qəddar işgəncəsinə təslim 
olmadı. 
Hans Antverpendə qalada, nəm, təcrid 
olunmuş zindanda həbsdə olarkən, öz ailəsinə 
ruhlandırıcı məktublar yazırdı. 
Hans aşağıdakı məktubu yazmışdı: 
“Əziz, sevimli anam, mən demək istəyirəm 
ki, bədənə əsasən, mən yaxşıyam. Amma 
ruha əsasən, mən Rəbbə minnətdaram ki, 
mənə Müqəddəs Ruh vasitəsilə güc verir ki
mənim ağlım dəyişilməmiş qalsın. Vəhşi ca-
navarlara qarşı durmaq üçün, yalnız ondan 
biz gücümüzü gözləyirik ki, onlar bizim ruhu-
muz üzərində hakimiyyətə malik olmasınlar.” 
Tezliklə Hans məhkəmə qarşısına çıxarıl-
dı və orada cəsarətlə öz imanını bəyan etdi. 
Sonra onun, dirəkdə yandırılmasına hökm 
verildi. Onun məktubu, Məsihin onun ruhu-
nu qoruması və xilas etməsinə görə böyük 
minnətdarlığın şəhadəti idi. 
“Allah  böyükdür.  Allah  gözəldir.  Qoy 
öz…əziyyətlərimizə  görə  Ona  minnətdar 
olaq.” Bu, bizim uşaqlıqda
eşitdiyimiz xeyir-dua duası deyil. Söz özü 
bizim qulaqlarımız üçün uyğun səslənməsə 
də bizə xatırladır ki, həmin prinsip bizim 
ürəyimizə  də  uyğun  səslənmir.  Biz  daha 
çox Allaha sınaqlarımıza görə yox, yeməyə 
görə  minnətdarlığımızı  bildiririk.  Eynilə, 
Hans əziyyətləri üçün minnətdarlığı, qəribə 
bir minnətdarlıq məktubunda yazdı. Buna 
baxmayaraq,  bu,  şəhidin  səmimi  duasıdır, 
Hansın əziyyətləri onu həmişə istədiyi bir 
adam  etdi.  Sən,  həqiqətən,  Məsih  üçün 
olmaq  istədiyin  bir  şəxssən?  Allahın  sənə 
o  qələbəni  gətirməsi  üçün,  hər  nə  olur-
sa  olsun,  hətta  ağır  əzablarda  da  Ona 
minnətdar olmağa hazırsan?
Rəbbimiz İsa Məsih vasitəsilə bizə 
qələbə bəxş edən Allaha şükür olsun!
1 Korinf. 15:57


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə