Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə114/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   110   111   112   113   114   115   116   117   ...   122

333
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük çağırış
RUMINİYA: KAPİTAN REK
Bir neçə gün ərzində kommunist gözətçiləri həbs edilmiş pastoru döyürdülər. Sonra yaxşı 
yemək ilə onun güc yığmasına kömək edər və yenidən döyərdilər. O, müntəzəm olaraq ölənə 
qədər döyülürdü, amma tez öldürülmək üçün yox. Onlar onun əzab çəkməsini istəyirdilər.
Kapitan Rek bir gün pastoru döyərkən 
dedi: “Mən Allaham. Mən sənin üzərində 
olan ölüm və həyat üçün qüdrətə malikəm. 
Göylərdə olan bir nəfər sənin sağ qalıb qalma-
mağına qərar verə bilməz. Hər şey məndən 
asılıdır. Mən istəsəm, sən yaşayacaqsan, ya 
da öləcəksən. Mən Allaham!
Pastor sakitcə cavab verdi: “Sən bilmirsən 
necə dərin bir şey dedin. Sən işgəncə verən
adam öldürən biri kimi olmaq üçün yara-
dılmamısan. Sən Allaha oxşar kimi olmaq, 
ürəyində onun həyatını yaşamaq üçün yara-
dılmısan. Sənin kimi təqibçilərin bir çoxları, 
həvari Paulun etdiyi kimi, başa düşməyə baş-
lamışlar ki, vəhşilik törətmək insan üçün rüs-
vayçılıqdır. Onlar bundan daha yaxşı şeylər 
edə bilər. İnan mənə, kapitan Rek, sənin 
həqiqi çağırışın Allah olmaq deyil, Allaha 
oxşar olmaqdır. Sən cəlladın deyil, Allahın 
xüsusiyyətlərinə malik ola bilərsən. 
Rek məsihçinin sözlərinə özünü 
eşitməməzliyə vurdu və pastoru onun ima-
nına görə döyməyə davam etdi. Buna bax-
mayaraq, o öz çağırışı haqda fikirləşməkdən 
vaz keçə bilmirdi. Nəticədə, Rek, dizi üstə 
Məsihi öz ürəyinə qəbul etdi. 
Hər  bir  tırtıl,  əgər  düzgün  inkişaf 
edərsə, həqiqi bir kəpənəkdir. Əgər inkişaf 
etməsə, ola bilər ki, yaşamağa davam etsin. 
Buna  baxmayaraq,  o,  qabaqcadan  təyin 
edilməmiş  bir  şeydir.  Həmçinin,  bir  insan 
kimi  bizim  həqiqi  çağırışımız,  İsa  Məsih 
ilə şəxsi münasibətə girmək və Məsihə ox-
şar  xasiyyəti  inkişaf  etdirməkdir.  İsasız, 
biz  yaxşı  nüfuza  malik  ola  bilərik.  Biz 
çox  uğurlu  ola  bilərik  –  müvəffəqiyyətli 
iş  adamı,  sevən  ana,  sədaqətli  ata.  Bu-
na  baxmayaraq,  əgər  biz  öz  həqiqi  çağı-
rışımızı  əldən  buraxsaq,  heç  vaxt  baş-
lanğıcdan  yaradıldığımız  insan  kimi  bir 
insan  ola  bilməyəcəyik.  Tırtıl  maraqlıdır. 
Amma  kəpənək  onu  gözəlliyində  və  ba-
carığında  üstələyir.  Həyatında  dünyəvi 
müvəffəqiyyətə malik olub, lakin öz həqiqi 
çağırışını əldən buraxmısan?
Bizdə fəaliyyət göstərən qüdrətlə 
istədiyimiz, yaxud düşündüyümüz hər 
şeydən daha artığını etməyə qadir 
olan Allaha… izzət bütün nəsillər 
boyunca əbədi olsun! 
Efes. 3:20


334
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük məhdudiyyətlər
BABİL: ŞADRAK, MEŞAK VƏ AVED-NEQO
“Bizim bu iş üçün sənin önündə özümüzü müdafiə etməyimizə ehtiyac yoxdur. Ey padşah, əgər 
belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin 
də əlindən qurtaracaq. Sənə məlum olsun ki, ey padşah, əgər belə olmasa da, biz sənin allahla-
rına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik”  
(Daniel 3:16-18).
Bu üç kişiyə qarşı padşahın qəzəbi artdı. 
Onlar onun öz xalqı üçün ucaltdığı bütlərə 
sitayiş etməkdən imtina etdilər və onları odla 
qızmış sobaya atmaqla cəzalandırmaq istədi. 
“Sobanı qızdırın!” – deyə, o əmr etdi. “Mən 
onun adətən qızdırıldığından yeddi dəfə çox 
qızdırılmasını istəyirəm. Ordusunda olan ən 
güclü əsgərlərə onların əllərini bağlamağı 
əmr etdi. Soba bərk qızdı və onun divarları 
qırmızı rəngə çevrildi, sanki əriyəcəkdi. “On-
ları atın ora,” – deyə, padşah əmr etdi. 
Onlar bunu edərkən soba həddindən ar-
tıq qızdırıldığı üçün əsgərləri öldürdü. Soba 
həddən artıq qızdığı üçün alovdan içərisini 
görmək mümkün deyildi, məhbuslar bir anlıq 
alovun içində itmişdilər. 
Sonra baxanda Navuxodonosor, heyrətə 
gəlib yerindən sıçradı. O dedi: “Budur, 
mən odun içində əl-qolu bağlanmamış dörd 
nəfərin gəzdiyini görürəm və onlara heç nə 
olmur. Onlardan dördüncüsü allahların oğlu-
na bənzəyir” (Daniel 3:25).
Birdən Navuxodonosor, bir həqiqi Allahın 
qarşısında öz məhdudiyyətini bildi. 
Xeyir və şər arasında olan müharibəyə 
gəldikdə, bu, ədalətli savaş deyil. Düşmən 
güclüdür.  Amma  Allah  daha  qüdrətlidir. 
İblis  güclüdür.  Buna  baxmayaraq,  Allah 
daha güclüdür. İblis bütün dünyaya öz pis 
ruhlarını  göndərir  ki,  onun  pis  əmrlərini 
yerinə  yetirsinlər.  Bunun  əksi  olaraq, 
yalnız  Allah  hər  yerdə  mövcud  olandır  – 
tamamilə  hər  yerdə  hər  zaman  mövcud-
dur. Bununla belə, biz qarşı tərəfin təzyiqi 
altında  olanda  iblisin  məhdudiyyətliyi 
həmişə  aydın  görünmür.  Elə  vaxtlar  olur 
ki, iblis qorxulu görünür. Hədə-qorxu edən, 
məhv edən görünür. Biz müvəqqəti olaraq, 
Allahın  məhdudiyyətsiz  qüdrətini  unudu-
ruq. İblisin sobasında olarkən sənin gözün 
termostatdadır? Yoxsa sən Allahın hüzuru-
na diqqətini cəmləyirsən və istiyə dözmək 
üçün güc tapırsan? 
Çünki bu cür xilas edən başqa bir 
allah yoxdur.
Daniel 3:29


335
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük alqışlar
İNGİLTƏRƏ: TOMAS HAUKER
Tomas Hauker – şən, yaraşıqlı, alicənab bir gənc, Məsih ilə olan şəxsi münasibətlərini inkar 
etməyəcəkdi. Buna görə ona dirəkdə yandırılma hökmü verilmişdi. 
Edam günündən bir gün əvvəl, Tomasın 
dostları onun həbsxana kamerasına gəldilər. 
Onlardan biri dedi: “Mən inanıram ki, Allah 
alovda ölənlərə xüsusi lütf verir və onlara bu 
alova dözməyə kömək edir. Sənin xatirinə
sənə qarşı olan bu qəddarlığa mənim dözə 
bilməyim üçün, sən bizə bir işarə edə 
bilərsən? Bunu bilməsəm, inanmıram ki, 
mən o günə dözə bilim.”
Tomas bir anlıq fikirləşdi. “Əgər ağrının 
şiddətliliyi dözülə biləndirsə, ölməzdən qabaq 
mən işarə kimi, əllərimi göylərə qaldıraca-
ğam.” 
Edam günündə, izdiham Tomasın vədinə 
görə səy-küy salmışdı. Onu dirəyə bağlayan-
da, o, odunları düzən adamla mülayim tərzdə 
və böyük lütf ilə danışdı. Sonra o, gözlərini 
bağladı və alov alışıb yanmağa başladı. 
Tomas onun ətrafında olanlara vəz etməyə 
davam etdi, amma tezliklə alovun səsinə 
görə o, davam edə bilmədi. Hamı əmin idi 
ki, o ölüb. Birdən, o əllərini göyə – Allaha 
qaldırdı və həmd və minnətdarlıqla üç dəfə 
əl çaldı. İzdihamda səs-küy qalxdı və Tomas 
alova büründü və öz ruhunu təslim etdi. 
“Mən  buna  artıq  dözə  bilmirəm.”  Tez-
tez  biz  balaca  sınaqlarda  məyusluq  ifadə 
edirik.  Ağlayan  uşaq.  İlişən  qapı  dəstəyi. 
Layihə  işinin  təhvil  verilməsinin  son 
müddəti  ilə  bağlı,  işin  gecələr  də  davam 
edilməsi. Buna baxmayaraq, təzyiq altında 
təslim  olmağa  sövq  olunanda,  şəhidlərin 
hekayəsi bizim az əhəmiyyətli fikirlərimizi 
izləyir. Biz tez-tez problemlərimizi şişirdi-
rik  və  onlara  dözə  bilmək  qabiliyyətimizə 
lazımi qədər qiymət vermirik. Əslində, Al-
lah bizə söz verir ki, dözə biləcəyimizdən 
artıq  bir  şeyin  həyatımıza  gəlməsinə 
yol  verməyəcək.  Tomasın  həmd  ilə 
əllərini  göyə  qaldırması,  alov  üzərində 
qalibiyyətini  işarə  etməsi  kifayət  qədər 
sübutdur.  Müəyyən  vəziyyətə  artıq  dözə 
bilməyəcəyini fikirləşəndə, Toması xatırla. 
Həmçinin,  Allahın  sadiqliyini  xatırla.  O, 
sənin  nəyə  dözə  bilib  bilməyəcəyini  dəqiq 
bilir. 
Gözlərimizi görünən şeylərə deyil, 
görünməyən şeylərə dikirik. 
Çünki görünənlər gəldi-gedər, 
görünməyənlərsə əbədidir.
2 Korinf. 4:18


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə