Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə113/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   109   110   111   112   113   114   115   116   ...   122

330
BÖYÜK 
SADİQLİK
-cu
gün
Böyük sıxma 
ÇİN: XANIM LU YİNQ
“Mebeli çəkin kənara və Müqəddəs Kitabları axtarın!” – deyə, zabit əmr etdi. Kommunist 
gözətçiləri onun evini alt-üst etdikcə xanım Lu Yinqin gözlərindən yaş axırdı. 
“Tapdım!” – deyə, gözətçi qışqırdı. Amma 
gözətçi kitabı zabitə uzadıb verərkən, xanım 
Lu Yinq cəsarətlə kitabdan yapışıb ondan al-
dı. 
“Bu kitaba mənim əziz Rəbbim və Xilas-
karım haqda bilmək istədiyim hər şey da-
xildir və mən bundan ayrılmaq istəmirəm,” 
– deyə, o, Müqəddəs Kitabı sinəsinə yaxın 
saxlayaraq həvəslə söylədi. 
“Çıxarın onu bayıra,” – deyə, zabit çığır-
dı. “Görərik nə qədər o, İsa haqda olan kita-
bından yapışacaq.”
Dörd kommunist gözətçi xanım Yin-
qi küçəyə apardı, onu lağa qoydular; ona 
tüpürdülər; onu ayaq üstə dura bilməyənə 
qədər döydülər. “Sən hələ öz əfsanələr kita-
bına inanırsan?” – deyə, gözətçi güldü. 
Hələ də əlində Müqəddəs Kitabı saxlayan 
İn, şişmiş və qanamış ağzı ilə öz imanını 
yenidən bəyan etdi. 
Gözətçi dəmir çubuğu götürüb onun əl 
sümüklərini əzdi və onun şikəst əlləri ilə ki-
tabı sıxıb saxlaya bilməməsi üçün barmaqla-
rını əzdi. Müqəddəs Kitab kənara düşdü və 
müsadirə olundu. 
Təxminən iyirmi ildən sonra bir müjdəçi
xanım Yinq üçün Müqəddəs Kitab gətirdi. 
Onun gözləri yaşla doldu. O, şikəst əlləri ilə 
onu tutdu və pıçıltı ilə dedi: “Bu dəfə mən 
əlimdən buraxmayacağam.” 
Bir çox insanlar yalnız yarı-həqiqətdən 
bütövlüklə  yapışıblar.  Onlar  istər  ateist, 
istər aqnostik, istər buddist, istərsə də hin-
du olsunlar, yığdıqları bütün həsr olunma 
yalan  imanlarını  faktlara  çevirə  bilməz. 
Onların səmimiyyəti mahiyyətin çatışmaz-
lığı üçün əvəzedici deyil. Bunun əksi ola-
raq,  məsihçilərdə  onların  imanına  dəstək 
olan Allah kəlamına dəyişilməz əminlik var 
və onlar bilirlər ki, Allah kəlamı həqiqətdir. 
Biz  Müqəddəs  Kitabla  ehtiyatsız  davran-
mağa  yol  verə  bilmərik,  baxmayaraq  ki, 
başqaları bütün gücləri ilə bizə qarşı dura 
bilərlər. Pul və şöhrət kimi həyatında malik 
olduğun dəyərli şeylərdən bərk yapışdığın 
kimi, sən Allahın kəlamından da belə bərk 
yapışırsan?  Qoy  tutduğun  bütün  başqa 
şeylər əlindən düşsün; lakin nəyin bahası-
na olursa olsun, Allahın kəlamından yapış. 
Rəbbin kəlamları pakdır.
Zəbur 12:6


331
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük “ruh”
ÇİN: MİZONQ MAYAO 
Çin əmək düşərgəsində vəziyyət çox amansız idi. Düşərgədə ərzaq ehtiyatı çox azalmışdı, 
şaxtalı qış temperaturu və epidemiya başlamışdı. Qış başlayanda orda min üç yüz məhbus var 
idi. Yaz gələndə onların yalnız iki yüz əllisi sağ qalmışdı. 
Mizonq Mayao müjdəni vəz etdiyinə və 
öz imanını inkar etmədiyinə görə düşərgəyə 
göndərilmişdi. Öz məhbus yoldaşlarına vəz 
etməyi dayandırmaqdan imtina edəndə onun 
beş illik cəzası üç qat artırıldı. 
Bu sərt qışda, gözətçilər Mizonq Maya-
onun öldüyünü zənn etdilər. Görünürdü ki, 
həyat onun donmuş bədənini tərk edib, am-
ma Mayaonun ruhu sağ idi və o dua edirdi. 
Meyitxanada tək olarkən o, oraya gələn biri-
ni gördü – parlayan üzlü və ağ geyimdə olan 
mələk. Mələk yaxınlaşıb Mayaonun üzünə 
üfürdü. Mələk üfürdükcə, o, xəstəliyin onun 
bədənini tərk etdiyini və istiliyin ona daxil 
olduğunu hiss etdi. O, dərhal dizi üstə oturdu 
və minnətdarlıq duası etdi. 
O, meyitxanadan çıxıb həbsxana həkiminin 
yanına getdi. Həkim dəhşətə gələrək ona 
heyrətlə baxdı; o, ruh gördüyünü fikirləşdi. 
“Qorxma. Mən Mizonq Mayaoyam,” – 
deyə, məsihçi söylədi. “Allah mənim sağ-
lamlığımı bərpa etdi. O, məni sənə Allahın 
yolunu göstərmək üçün göndərdi. Ehtiram-
la baş əyərək, həkim dedi, “Sənin Allahın 
həqiqidir.” O gecə o, Məsihi Xilaskarı kimi 
qəbul etdi.
Görmək  inanmaqdır.  Biz  Allah  haqda 
danışa bilərik. Biz İsa haqda öyrənə bilərik. 
Amma həkim kimi, “Allah həqiqidir” etira-
fını etmək üçün biz imanla onu yaşamalı-
yıq.  Çin  əmək  düşərgəsində  olan  həkimin 
Məsihə iman etmə imkanı, demək olar ki, 
sıfıra bərabər idi. Buna baxmayaraq, yaşa-
yan möcüzə ilə üz-üzə duranda o, Mizonq 
Mayaonun Allahına inanmağı seçdi. Bəzən 
biz hiss edə bilərik ki, bizə əziz olanlar ey-
ni qəribəliklər ilə üzləşir. Biz onların Allahı 
hiss etmələri üçün dua etməliyik. İnsanlar 
dünya  və  kainat  vasitəsilə  Allahla  qarşı-
laşa  bilərlər.  Onlar  sevgi  dolu  münasibət 
vasitəsilə Onun iş gördüyünü görə bilərlər. 
Mizonq Mayaonun möcüzələrinə bənzəyən 
möcüzələr  azdır,  öz  əzizlərin  üçün  dua  et 
ki,  onların  yaşayan,  sevən  Rəblə  həyatı-
dəyişdirən görüşləri olsun. 
Onlar… Filipin yanına gəlib “ağa,  
biz İsanı görmək istəyirik” – deyə, 
ondan xahiş etdilər.
Yəhya 12:21


332-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük “sövdələşmə”
ŞƏRQİ AVROPA: DUSTAQLAR
Təbliğçi öz ilk fikrini deməyə başlayarkən, həbsxana gözətçiləri otağa soxulub ondan yapışıb 
digərlərini yerə yıxdılar. 
“Sən bilirsən ki, belə bir vəz qadağandır,” 
– deyə, onlardan biri bağırdı. “İndi sən cəza 
ilə üzləşəcəksən.” Yekəpər gözətçilər onu 
həbsxana kamerasından dartıb çıxartdı və 
aşağıya apardılar. Başqa məhbuslar bilirdilər 
ki, Şərqi Avropa kommunist gözətçiləri on-
ların dostunu “işgəncə otağına” aparırlar. 
Onlar otağın qapısının çırpıldığını eşitdilər 
və gözətçilər onların dostunu amansızca-
sına döydükcə onlar boğuq səs və qışqırıq 
eşidirdilər. 
Bir saatdan sonra gözətçilər kameranın 
qapısını açıb vəz edən kişini içəriyə tulla-
dılar. Başqa məhbuslar onun paltarlarının 
qan içində və üzündə işgəncə əlamətlərinin 
olduğunu gördülər. O, kamera yoldaşlarına 
elə baxdı ki, sanki burada kimlərin olduğunu 
bilmək istəyirdi. 
“İndi isə mənim qardaşlarım,” o dedi, 
“ bizi kobudcasına narahat edərkən mən 
söhbətin harasında qalmışdım?” – beləliklə, 
o, vəzə davam etdi. Həbsxanadakı məsihçilər 
vəz etməyin onlara baha başa gələcəyini 
bilirdilər, buna baxmayaraq, bir çoxları vəz 
edirdi. Bəziləri Müqəddəs Kitab təlimini 
keçmədən və xidmətlə bağlı təcrübəsi olma-
dan həvəslə və təsirli surətdə həbsxanada 
vəz edirdi. 
“Bu, bir sövdələşmə idi,” – sonra bir 
məhbus yazdı. “Biz vəz edirdik, onlar isə 
döyürdülər. Biz vəz etdiyimiz üçün şad idik 
və onlar da döyməklərinə görə şad idilər, belə 
ki, hamı şad idi.” 
Müqavilənin  artıq  insanları  bir-birinə 
bağlamadığı  bir  dünyada,  ailələr  dağılır 
və boşanmaların sayı nikah quranların sa-
yından  ötüb  keçir,  məsihçilər  nəyin  baha-
sına  olursa  olsun,  həsr  etmənin  mənasını 
yenidən  bərpa  etməlidirlər.  Əgər  vəd  heç 
bir məna kəsb etmirsə, onun dəyəri nədir? 
Buna baxmayaraq, Məsihə olan həsr olun-
mamızın nəticəsi ucuz deyil. Dünya stan-
dartlarına əsasən, bu, bizə müvəffəqiyyətli 
olmaq  bahasına  başa  gələ  bilər.  Bu,  bizə 
dostlar və şöhrət bahasına başa gələ bilər. 
Bu,  bizim  ailəmizin  bahasına  başa  gələ 
bilər.  Bizim  təhlükəsizliyimiz  bahasına 
başa  gələ  bilər.  Bəziləri  üçün  isə  hətta 
həyatı bahasına başa gələ bilər. Həsr olun-
manın  qiyməti  olmalıdır.  Dustaqlar  bunu 
bütövlüklə başa düşdülər. Buna baxmaya-
raq,  Məsihin  mükafatı  sövdələşmənin  bir 
hissəsidir. Sən sövdələşmənin sənə aid olan 
hissəsinə əməl edirsən?
Sən dözümlü oldun, Mənim adım 
naminə tab gətirdin və yorulmadın.
Vəhy 2:3


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə