Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə112/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   108   109   110   111   112   113   114   115   ...   122

327
gün
-ci
BÖYÜK 
SADİQLİK
Başqa bir böyük poema
RUSİYA: ALEKSANDR ZAÇEPA
Kommunist ordusunda olan rus əsgəri Aleksandr Zaçepa döyüşdə həlak olanda, onun paltarın-
da bu poema tapıldı: 
Eşit məni, ay Allah; Heç vaxt həyatım boyu 
mən Səninlə danışmamışam. 
Amma indi mən hiss edirəm ki, Sənə öz sa-
lamlarımı göndərirəm. 
Bilirsən, uşaqlıq vaxtlarımdan bəri onlar 
həmişə mənə deyirdilər ki, Sən mövcud 
deyilsən. 
Mən bir axmaq kimi, onlara inandım. Mən 
heç vaxt kainat haqda fikirləşməmişəm. 
Buna baxmayaraq, səngərdə durub yu-
xarıya baxanda mən göydəki parlayan 
ulduzlara valeh oldum və birdən yalanın 
qəddarlığını anladım.
Mənə maraqlıdır, mənim Allahım, Sən mənə 
əlini uzadarsan? 
Amma mən Sənə deyəcəyəm və Sən başa 
düşəcəksən.
İşığın mənim üzərimə düşməsi və bu 
cəhənnəm gecəsinin yarısında Səni 
görməyim qəribə deyilmi? 
Buna baxmayaraq, mən əvvəllər Sənin dos-
tun olmamışam,
Amma mən gəlsəm, Sən hələ də mənə daxil 
olmağa izin verərsənmi?
Niyə mən ağlayıram! Ay Allah, mənim 
Rəbbim, Sən görürsən mənimlə nə baş 
verir. 
Bu gecə mənim gözlərim açıldı.
Hələlik, mənim Allahım. Mən gedirəm və 
çox güman ki, qayıtmayacağam. 
Qəribədir, elə deyilmi? Amma, mən artıq 
ölümdən qorxmuram. 
Şəhidlər  Allahın  sadiqliyi,  onun  sül-
hü,  onun  məhəbbəti,  və  onun  müdafiəsi 
haqda  bizi  öyrədirlər.  Buna  baxmayaraq, 
şəhidlərin hekayələri yalnız onların özləri 
haqda  deyil,  həm  də  onların  düşmənləri 
haqdadır. Kommunizmdən məsihçiliyə tərəf 
keçənlər  hekayənin  başqa  tərəfini  bizə 
göstərir.  Onlar  Allahın  səbrini,  onun  lüt-
fünü və onun mərhəmətini diləyən hətta ən 
pis günahkarı belə bağışlamasına hazır ol-
masını aşkar edirlər. Aleksandrın poeması 
həqiqətə  “gözləri  açıq  olan”  hər  bir  tövbə 
edən  günahkarın  yalvarışını  ifadə  edir. 
Onun hekayəsi bizə xatırladır ki, İsanın kim 
olduğunu anlamağımızı və xilas üçün Ona 
yaxınlaşmağımızı  səbirsizliklə  gözləyən 
Allaha xidmət edirik. Bu, şəhidlərin böyük 
bir xəbəridir. Sənin də xəbərindir? 
Lakin O, sizə görə səbir edir. Çünki 
O, heç kəsin həlak olmasını istəmir, 
amma hər kəsin tövbə etməsini 
istəyir. 
2 Peter 3:9


328-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük təhlükə
ƏFQANISTAN: ERİK VƏ İV BARENDSEN
Adamlar bir neçə kilometr keçib İv Barendsen və onun həyat yoldaşı Erikdən dərman və 
kömək axtarmaq üçün gəlmişdilər. Onların Əfqanıstanda, Kabulda olan balaca evləri, minlərlə 
müsəlman və məsihçi kimi əfqanların ümid yerinə çevrilmişdi. Soruşan hər bir kəsə onlar 
deyirdilər ki, İsa Məsihə xidmət edirlər. Buna baxmayaraq, onların xidməti qarşıdurma üçün 
onları hədəfə çevirdi.
Erik və İv 1980-ci ildə qısa bir məzuniyyət 
götürdülər, amma tezliklə onların evinə 
çevrilən müharibənin viran etdiyi ölkəyə qa-
yıtdılar. “Siz axı necə ora qayıda bilərsiniz?” 
– deyə, bəziləri soruşdu. “Siz məgər narahat 
olmursunuz? Axı bu, təhlükəlidir?” 
Erik və İv təhlükəni görmədilər; onlar 
fürsəti gördülər. Onlar mümkün olan qatilləri 
görmədilər; onlar mümkün olan məsihçiləri 
gördülər. “Mən ancaq bir böyük təhlükəni 
anlayıram,” – İv dedi. “Yeganə təhlükə Alla-
hın iradəsinin mərkəzində olmamaqdır.”
Onlar beş və üç yaşlı uşaqları ilə birlikdə 
Əfqanıstana qayıtdılar. Onların qayıdışın-
dan qısa bir müddət sonra, imana gəlmiş 
məsihçilərlə görüşdükləri evlərində onlara 
hücum olundu. Onlar qatlanan bıçaqla öldü-
rülmüşdü və uşaqları yetim qalmışdı. Buna 
baxmayaraq, hətta bu axırıncı anlarda onla-
rın sülhü var idi. 
Qətldən bir gün əvvəl, İvin anası vəhy 
görmüşdü ki, mələklər Erik və İvin göylərdə 
başına qızıl taclar qoyur. Hətta sonra o, on-
ların qətlə yetirilməsi haqda öyrənəndə, bu 
vəhy onun kədərində ona güc verdi. 
Müsəlman ölkəsində fəal məsihçi olmaq 
ən təhlükəli işlərdən biridir. Buna baxma-
yaraq,  İv  və  Erik  təhlükə  ideyasına  yeni 
bir  məna  verir.  Onların  dostları  Kabulda 
olmağın  yolverilməz  olduğunu  deyərkən, 
Erik və İv bundan başqa bir yerdə olmağın 
yolverilməz  olduğunu  dedilər.  Onlar  bunu 
özlərinin  bir  çağırışı  kimi  gördülər.  Onlar 
bunu Allahın iradəsi kimi gördülər. Deyilənə 
görə, əgər biz Allahın təminatından kənara 
çıxırıqsa,  biz  Allahın  müdafiəsini  itirmək 
riski ilə üzləşirik. Əgər yeganə təhlükə Al-
lahın  iradəsinin  mərkəzindən  kənarda  ol-
maqdırsa, bu, sənin üçün yolverilməz olan 
yeganə təhlükədir. Sən tez-tez özünü qoru-
maq naminə, Allahdan kənara çəkilib özü-
nü daha böyük təhlükəyə qoyursanmı? Bö-
yük  itaətkarlıq  gözlənilən  şeyləri  təhlükə 
altına qoyur. 
Çünki əvvəldən bizdə olan etimadı 
sonadək möhkəm saxlasaq,  
Məsihlə ortaq olarıq.
İbr. 3:14


BÖYÜK 
SADİQLİK
329-cu
gün
gün
329
Çarmıx olmayan yerdə tac yoxdur. Bu dərs 
kitablardan öyrənilə bilməz və insan
adətən,bu şirinliyi dadmır. Bu bol həyat 
rahat mühitdə olmur. Ədviyyat yağ olmaq 
üçün emal olunmayıbsa, ətrin iyi ətrafa 
yayılmayacaqdır. Əgər üzümləri çəlləkdə 
əzməsələr, onlar şərab olmayacaq.
Çinli məsihçidən
BÖYÜK 
SADİQLİK


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə