Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə119/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   114   115   116   117   118   119   120   121   122

348-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük çağırış
YENİ QVİNEYA, PAPUA: CEYMS ÇALMERS
“Maraqlıdır, görəsən orda, adamyeyənlərə Xoş Müjdəni çatdırmaq istəyən bir oğlan var?” 
– deyə, müjdəçi məktubu ilə cavan Ceyms Çalmersin kilsəsini bu işə səslədi. Ceyms o oğlan 
olmağa qərar verdi. 
1866-cı ildə, Çalmers və onun cavan həyat 
yoldaşı Cənub dənizinə üzdülər və Raroton-
qada gəmi qəzaya uğradı və orada məskən 
saldılar. On bir ildən sonra onlar Yeni Qvine-
ya Papuaya getdilər və adamyeyənlərin Suau 
adlanan kəndində məhəbbətlə qarşılandılar. 
Çalmers sahil boyu aşağı yuxarı səyahət 
etməyə başladı. Onun dayandığı yerlərin 
birində yerli insanlar onu əhatəyə aldılar və 
döyüş baltaları və bıçaqları tələb etdilər. O, 
məhəl qoymayıb yerində möhkəm durdu və 
yerlilər onun inadkarlığına hörmət etdilər. 
Onlar hətta növbəti gün üzr istədilər və 
tezliklə dostlaşdılar. 
1879-cu ildə onun həyat yoldaşı öldü. 
Ceyms ruhdan düşmüş bir halda idi və dostu-
na dedi: “Qoy mən dərdimi Məsih üçün gör-
düyüm iş ilə dəfn edim.” 
Çalmers iki dəfə İngiltərəyə məzuniyyətə 
qayıtdı, burada yalnız öz çağırışına bir daha 
əmin oldu. “Mən minlərlə vəhşi insanların 
Allahın bizə yaxın olduğunu bilməməsi ilə 
bağlı rahat otura bilmirəm.” 
1901-ci ildə aprelin 7-də, Çalmers, Oli-
ver Tompkins və bir qrup köməkçi Qoaribari 
adasına üzdülər. Növbəti gün o və Tompkins 
sahilə gəldilər və böyük bir binaya yaxınlaş-
dılar. İçəriyə daxil olarkən, yerli insanlar on-
ları öldürdülər və həmin gün bişirdilər. 
Necə  də  kədərlidir.  Aydındır  ki,  biz 
Ceyms Çalmers kimi şəhidlərin hekayələri 
haqda  oxuyanda,  bizim  adi  reaksiyamız 
şəfqət, qəm və hətta xəcalət ola bilər. Nə bö-
yük itkidir. Amma biz onların hekayələrinə 
yaxından  nəzər  salmalıyıq.  Çalmers  bu 
dünyadakı  həyatını,  başqaları  ilə  əbədi 
həyatı  bölüşmək  üçün  verdi.  Çalmers  öz 
şəhidliyini  axmaq  bir  səhv  hesab  etmədi. 
Biz  nəyə  görə  ruhdan  düşməliyik?  Əgər 
bizim  dünyəvi  əzablarımız  göylərə  izzət 
və  lütf  gətirirsə  və  azmışlara  bir  addım 
yaxın  edirsə,  heç  nə  əbəs  yerə  deyil.  Sən 
və  başqaları  üçün  əzab,  Allahın  planının 
mürəkkəb bir hissəsi olmağa başlayır. Sən 
başqalarına  göylərin  fürsətini  çatdırmaq 
üçün dünyəvi ağrılara dözməyə hazırsan?
Buna görə xahiş edirəm ki, mənim 
sizin üçün çəkdiyim əziyyətlərdən 
ötrü ruhdan düşməyin. Bu, sizə  
izzət gətirir.
Efes. 3:13


349
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük təslim olma 
İNDONEZİYANIN MALUKU ADASI: SUTARSİ SİLONQ 
Kişi indoneziyalı qadının əlindən yapışıb onun üzünə qışqırdı: “De, ‘Allahu əkbər’ (Allah 
böyükdür)! De görüm!” Amma cavan Sutarsi Silonq təslim olmadı və həqiqi Allahını təhqir 
etməkdən imtina etdi. 
O, vəhşicəsinə silahı onun ağzına saldı. 
Onun gözləri genişləndi, amma o, yenə də 
imtina etdi. Silahı ilə mübarizə apararaq kişi 
atəş açdı. Güllə Sutarsinin sol yanağını deşib 
keçdi. O, yerində yırğalandı və sonra özünü 
əvvəlki duruşuna qaytardı. Amma hirsli dö-
yüşçü bununla kifayətlənmədi və süngüsünü 
çıxarıb onun sifətini çapdı. 
Sutarsi Silonq İndoneziyanın Maluku 
adasında müsəlmanların “Laskar Cihad” və 
ya müqəddəs döyüşçülər adlandırdığı fanatik 
qrup tərəfindən hücuma məruz qalan əksər 
məsihçilərdən biridir. Silonq və imanlı dostlar 
bilirdilər ki, ağ uzun geyimdə olan və maska-
lanan bu müqəddəs döyüşçülər onlara hücum 
edəcəklər. Onlar iki metrlik divarla əhatə 
olunmuş Nita Məbədində yığışmışdılar və bir 
neçəsi növbə ilə mühafizə edirdi. 
İslamçı döyüşçülər gələndə onlar sülh ilə 
təslim olmağa çalışdılar. Buna baxmayaraq, 
onların ağ bayrağı qılınc ilə iki yerə bölündü 
və bir neçə dəqiqə ərzində vəhşilik baş qaldır-
dı. İslamçı dəstələr vəhşilik törədib, məbədləri  
yandırıb və imanlıları öldürdükcə bu mənzərə 
İndoneziyada daha da adi görünməyə başladı. 
Yaxşı ki, Sutarsi Silonq kimi İndoneziya-
dakı əksər imanlılar təslim olmaqdan imtina 
etdilər. Onlar Məsihi inkar etmək və islamı 
qəbul etməklə bağlı cihad döyüşçülərinin 
tələblərinə qarşı durdular. 
Biz bir az da olsa təslim olmayacağıq? 
Heç cüzi qədər olsa da? Bundan nə ziyan 
olacaq  ki?  Fanatik  müsəlmanın  Sutarsiyə 
dediyi  kimi,  iblis  də  bizə  acı  sözlər  deyə 
bilər. Buna baxmayaraq, o, heç cüzi qədər 
də  təslim  olmadı.  Bununla  belə,  günaha 
sövq olmanın dözülməz olduğu hallarında 
burada,  ya  da  orada  ona  təslim  olmaqla 
bağlı,  bizim  rahatlıqla  dolu  şəxsi-seçimli 
öhdəliyimiz  yoxdur.  Biz  iblisə  nə  vaxt 
təslim olmağı, ya da olmamağı seçib qərar 
verə bilmərik. Biz dözümlü olmalıyıq. Dö-
zümlü olmaq iblisə təslim olma ehtimalının 
az olması demək deyil. Bu, sənin çox, daha 
çox çalışmağın demək deyil. Allah sənə dö-
zümlü ürək verir ki, sən təslim olmayasan
Nöqtə. Dözümlü ürəyi Allahdan bu gün istə. 
Ey Allah, qəlbim Sənə möhkəm 
bağlanıb, möhkəm bağlanıb, 
Zəbur 57:7


gün
350
BÖYÜK 
SADİQLİK
-ci
Mən buraya əllərimi dizimin üstünə qoyub 
sakit oturmaq üçün gəlməmişəm. Mən Məsih 
haqda danışmaq üçün gəlmişəm.
Kalina Vilçinskaya, 1980-ci ilin əvvəllərində Rusiyada, Məsihə görə 
iyirmi üç yaşında həbs edilmiş qadın. O, məsihçi yay düşərgəsində 
uşaqlara təlim verdiyinə görə həbs edilmişdi.


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə