Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə107/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   103   104   105   106   107   108   109   110   ...   122

312-ci
gün
BÖYÜK 
SADİQLİK
Sağ çıxmış böyük insan 
ŞİMALİ KOREYA: YEGANƏ ŞAHİD
O, yavaş-yavaş gedərək gözləri tüstüyə alışdı. O, pastorunu çağırdı, amma heç kim cavab 
vermədi. Dəhşətə düşmüş bir halda o, cəld dağıntılar və cəsədlər qalağından çıxmaq üçün 
özünə yol açdı. 
Həmin səhər o, 190 nəfər Şimali Koreya-
dan olan imanlının əhatəsində idi, bu zaman 
polis onlara hücum edib bir yerə yığaraq ko-
bud tərzdə onları şəhərin mərkəzinə gətirdi. 
Onların ölkələrinin rəhbəri II Kim Sunq 
qarşılarında durmuşdu. Qəddar diktator mey-
danın ortasına gəlib torpaqda bir xətt çəkdi 
və əmr etdi ki, yaşamaq istəyənlər Məsihi 
inkar edib xətti keçsinlər. 
Heç kim irəliyə çıxmadı. Qəzəblənmiş II 
Kim Sunq qrupa əmr etdi ki, onları mədən 
üçün olan tunelə dinamit ilə birlikdə atsınlar.
Sağ qalmış imanlının yadında qalan so-
nuncu sözlər pastorunun sözləri idi, o, iman-
lılar qrupuna təsəlli və ürək-dirək verirdi. 
Bu imanlı təkcə özünün sağ qaldığını aşkar 
edəndə fəryad etdi: “Ya Rəbb, niyə? Nə üçün 
icazə vermədin ki, o biri imanlılar ilə birlikdə 
ölüm?” 
Allah dərhal onun ürəyini sülh ilə doldurdu 
və o bildi ki, kimsə sağ qalıb onların imanına 
şahidlik etməli idi. Bu hadisə II Kim Sunq 
tərəfindən kommunizm və ibadət formasında 
Juche” adlanan amansız hücumlardan birin-
cisi idi. Qəhrəmanlıq hadisəsi barədə xəbərlər 
məsihçilər arasında tezliklə yayıldı və hələ də 
Şimali Koreyada bu gün də danışılmaqdadır.
Dünya Ticarət Mərkəzinə edilmiş terror 
hücumundan sağ çıxmış yanğınsöndürənlər 
bu  hekayədə  olan  imanlı  kimi  səssiz 
şahidlər deyillər. Onlar niyə sağ çıxdıqları-
nı, amma yoldaşlarının sağ çıxmadıqlarını 
izah edə bilməsələr də, səmimi vətənpərvər 
olmaqla bilirlər ki, başqalarını xilas edərək 
ölən  insanların  hekayələrini  danışmaq 
üçün kimsə sağ qalmalıdır. Bir məsihçi ki-
mi  sizin  danışmaq  üçün  daha  böyük  sağ 
qalma  hekayəniz  var.  İsa  Çarmıxdan  sağ 
çıxmadı. O, çarmıxa qalib gəldi. O, sadəcə, 
ağır sınaqdan canını qurtarmadı; O, zəfər 
çaldı.  O,  şagirdlərinə  xəbəri  çatdırmaq 
üçün  dirilmiş  bədəninə  qayıtdı,  onlar  da 
tezliklə dünyaya xəbəri yaydılar. İsa baş-
qalarını xilas edərək öldü ki, onlar yaşaya 
bilsinlər. Amma O, ölülərdən dirilərək indi 
sağdır, dünyaya xilası təklif edir. 
Məsih İsa günahkarları xilas etmək 
üçün dünyaya gəldi, bu söz etibarlı 
və tamamilə qəbul olunmağa layiq 
sözdür. 
1 Timotey 1:15


313
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük qız 
TACİKİSTAN: MUNİRA 
“Munira, səni öldürməzdən əvvəl sənə beş dəqiqə vaxt verirəm. Kimi seçirsən – ailəni,  
yoxsa İsanı?” 
Neçə ay idi ki, Munira öz imanını gizli 
saxlayırdı; o, ailəsini o qədər sevirdi ki, onları 
incitmək istəmirdi. Amma Muniranın atası 
onu ərə vermək istəyəndə o, İsaya olan sev-
gisi barədə onlara danışdı. 
Munira imanında möhkəm dayanmışdı. O, 
atasına dedi: “Mən İsanı seçməliyəm.” Atası 
gözəl qızının Tacikistanda islam tərbiyəsini 
inkar etməklə ailəsinə qarşı çıxdığını biləndə 
o qədər hirslənmişdi ki, qızını daha iki saat 
döyməyə başlamışdı. 
Amma Allah müdaxilə etdi. Muniranın 
məsihçi dostu bir müddət onu öz evində qal-
mağa dəvət etdi. Munira dedi: “Mən evdə ol-
madığım müddətdə çoxlu dualardan sonra Al-
lah öz sadiqliyini mənə göstərdi, mən bildim 
ki, indi sevimli ailəmlə barışmaq vaxtıdır.”
O, evə qayıdanda atasından başqa hər bir 
kəs onu görməyə şad idi. Atasının ilk sözləri 
bu oldu: “Mənim səndən zəhləm gedir! Çıx 
get! Mənim qızım üç ay bundan əvvəl ölüb!” 
Munira məyus halda atasının ayaqları-
na düşüb ağlayaraq dedi: “Mənim Allahım 
mənə dedi ki, evə qayıdım. Hətta sən dö-
yüb öldürsən də, mən səni heç vaxt tərk 
etməyəcəyəm.”
Atası qızının bu hərəkətini görəndə ürəyi 
yumşaldı. O, tezliklə qızının yeni imanı 
ilə barışdı və hətta onun Müqəddəs Kitab 
kollecinə getməsinə icazə verdi. 
Bəzi oxucular hekayəni oxuyarkən onu o 
qədər sevirlər ki, axırda nə baş verəcəyini 
bilmək üçün sonunu oxuyurlar. Onlar han-
sısa bir fəsli oxumurlar və ya kitabın ar-
xasına baxırlar. Onlar, sadəcə, qəhrəmanın 
sonda  qələbə  çalıb-çalmadığını  bilmək 
istəyirlər. Onlar hər bir şeyin plana uyğun 
həyata keçib-keçmədiyini bilmək istəyirlər. 
Əfsuslar olsun ki, siz həyatınızın hekayəsini 
əvvəlcədən oxuya bilməzsiniz. Munira kimi 
siz də gündə bir fəsli oxumalısınız. Onun 
kimi  siz  də  nəticələrə  görə  peşman  olma-
yacaqsınız.  İtaətinizin  haraya  aparıb  çı-
xaracağını görmək üçün həyəcanlısınızmı? 
Allahın  sizin  üçün  gələcəkdə  nə  planlaş-
dırdığını  axtarıb  tapmaq  istəyirsinizmi? 
Sizin edə biləcəyiniz ən yaxşı şey bu gün 
itaət  etmək  və  sabahı  isə  Allahın  əllərinə 
buraxmaqdır. 
Beləliklə, sabahın qayğısını çəkməyin. 
Çünki sabahkı gün özü üçün qayğı 
çəkəcək. Hər günün öz yamanlığı 
kifayətdir!
Matta 6:34


314
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük yoldaş
MİSİR: ORİQEN
“Onlar bizim nəyimiz var idisə, yandırdılar, amma onlar İsanı ürəklərimizdən yandırıb çıxara 
bilməzlər.” 
Oriqen, sadəcə olaraq, on səkkiz yaş-
lı bir oğlan deyildi. O, Misirdə ikinci əsrdə 
müəllim idi. Onun məbədi həmin dövrdə cid-
di təqiblərə məruz qalanda Oriqen qızların 
dalınca düşməklə və ya öz yaşıdlarına təsir 
göstərməklə vaxtını keçirmədi. 
Atasının ölümünə səbəb olan dəhşətdən 
qaçmaq əvəzinə, Oriqen təqib olunmuş məbəd 
ilə yoldaşlığı seçdi. O, vaxtını məhkəmədə is-
tintaq olunan məsihçiləri ruhlandırmağa sərf 
etdi. Onlar ölümə gedəndə Oriqen yaxınla-
şıb onları öpürdü. O, hətta imanlılara təsəlli 
vermək üçün məhbuslara baş çəkirdi. 
Amma Oriqen tezliklə aşkar etdi ki, it-
tiham olunan imanlılara qarşı mərhəmətinə 
görə böyük təhlükədədir. Onun məbədə 
göstərdiyi təsirə görə əsgərlər tezliklə onun 
evinin ətrafında qarovul çəkməyə başladılar. 
Onun çoxlu düşmənləri var idi və ona qarşı 
nifrət günbəgün artırdı. 
Nəhayət, onu məcbur etdilər ki, şəhəri 
tərk etsin. O, həyatına qarşı edilən hədələrə 
görə bir evdən o biri evə köçürdü. Amma 
İbranilərə məktubda iman qəhrəmanlarından 
ruhlanaraq, təqib olunan insanlara yoldaş ol-
maqda davam etdi. O, hətta Kəlamın əlavə 
nüsxələrini əl ilə yazmaq üçün bir neçə insanı 
təyin etdi. 
Nəhayət, onun heyrətamiz münasibəti 
düşmənlərindən bəzilərini Məsihə gətirdi. 
Amma o, nəhayət, həbs olundu, əzab çəkdi 
və bu münasibətə görə öldürüldü. 
Təqib olunan insanlarla yoldaş olmaq nə 
deməkdir? İnsanlar dəqiq eyni əzablardan 
keçdiklərinə  görə  yoldaşlar  deyillər.  Biz 
məhdudiyyətlər  qoyulmuş  ölkələrdə  yaşa-
yan  bacı  və  qardaşlarımızdan  tamamilə 
fərqli bir vəziyyətdə ola bilərik, amma biz 
buna  baxmayaraq,  hələ  də  yoldaşlar  ola 
bilərik. Fiziki məsafə bizi can yoldaşı et-
mir. Şəxsi həsr olunma isə bizi can yoldaşı 
edir.  Möhkəm  dəstək,  dua  və  qayğı  bizim 
ürəklərimizi  və  həyatlarımızı  bir-birinə 
birləşdirir.  Oriqen  kimi  biz  də  Müjdəyə 
görə əzab çəkənlər ilə özümüzü bir sıraya 
qoymaq istəyirikmi? Biz nə dostluqlarımız-
dan utanmalı deyilik, nə də risk haqqında 
məlumatsız olmalı deyilik. Biz dualarımız-
da şəhidlərin bizi çağıran səsini eşidəndə 
həqiqi  dostlar  kimi  onların  çağırışlarına 
diqqət yetirəcəyikmi? 
Əziyyətə, Allahın Padşahlığına və 
dözümə sizinlə İsada şərik olan mən – 
qardaşınız Yəhya…
Vəhy 1:9


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə