Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə99/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   95   96   97   98   99   100   101   102   ...   122

BÖYÜK 
SADİQLİK
287-ci
gün
gün
287
İsa dedi ki, biz getməliyik.
O, heç vaxt demədi ki, biz geriyə 
qayıdacağıq. 
Anonim
BÖYÜK 
SADİQLİK


288-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük ciddi tədbirlər
SƏUDİYYƏ ƏRƏBİSTANI: TƏQİB OLUNMUŞ MƏSİHÇİLƏR 
“Mənim adım siyahıda varmı?” Səudiyyə Ərəbistanının Ciddə şəhərində dini polis məsihçinin 
evinə basqın edib həmin ərazidəki məsihçilər barədə məlumat olan şəxsi kompyuteri müsadirə 
edəndən sonra hər bir məsihçinin fikrindən bu sual keçirdi. “Görəsən indi mənim qapımı 
döyəcəklər?”
Prabhu İshaq mutavadan və ya polisdən 
məktub alan ilk şəxs idi. İshaq Hindistan 
vətəndaşı idi, amma Səudiyyə Ərəbistanında 
islamdan başqa hansısa imanı dəstəkləmək 
qeyri-qanuni idi. Hətta çarmıxı göstərmək 
belə cinayət idi. Polis narahat idi ki, 
Səudiyyə vətəndaşları məsihçilər ilə qarşılıqlı 
ünsiyyətdə olurlar. Onlar beynəlxalq qanunun 
tələblərinə baxmayaraq, İshaqa öz ölkəsinin 
konsulluğuna girməyə icazə vermədilər. Po-
lis, həmçinin, onun həyat yoldaşını sorğu-su-
al etdi və başqaları ilə ünsiyyət saxlamamağı 
ona xəbərdarlıq etdi. 
Sonra başqa bir imanlı İsgəndər Mengis 
İshaqın kompyuterində adı tapıldıqdan son-
ra həbs olundu. Növbəti həbs olunan şəxs 
Uilfredo Qaliyaq oldu. O, həbsdən dərhal 
sonra xəstəxanaya göndərildi, belə deyilirdi 
ki, onu “gün vurma”dan müalicə almaq üçün 
göndəriblər. Amma Qaliyaqa baş çəkən in-
sanlar deyirdilər ki, onun bədəni döyülüb və 
göyərib, sanki polis onunla pis rəftar edib. 
Səudiyyə Ərəbistanı Müjdə üçün bağlı-
dır, amma cəsarətli məsihçilər müsəlman 
ölkələrində dostlarında və iş yoldaşlarında 
iman toxumunu əkməyə başlayıblar. Bu iş 
çətindir və risklər isə böyükdür. Amma Xoş 
Xəbər padşahlığı irəliyə doğru aparır. 
Səudiyyə  Ərəbistanında  məsihçilər  qor-
xurlar  ki,  onların  adları  dini  polisin  cid-
di tədbirlər siyahısında olar. Amma onla-
rın  kompyuterləri  müsadirə  olunmazdan 
və  adları  bir  hədəf  kimi  sadalanmazdan 
qabaq  adları  fərqli,  daha  vacib  bir  siya-
hıda  aşkar  edilib.  Müqəddəs  Kitab  bizə 
öyrədir ki, göylərdə “Həyat Kitabı” var, bu-
rada  imanlıların  adları  bir-bir  sadalanır. 
Həyat  Kitabında  adları  yazılmış  insanlar 
xilas  olacaqlar.  Adları  həmin  kitabda  ol-
mayan insanlar əbədi olaraq məhv olacaq-
lar. Əgər siz İsa Məsihi Xilaskarınız kimi 
qəbul  etmisinizsə,  qoy  sizin  adınız  qorxu 
olmadan  qarşıdurmanın  istənilən  forması 
ilə qeyd edilmiş olsun. Hər şeydən öncə siz 
Məsih ilə siyahıya alınmısınızmı? 
Qalib gələn hər kəs də ağ paltar 
geyinəcək. Mən onun adını həyat 
kitabından əsla silməyəcəyəm, Atamın 
və Onun mələklərinin önündə adını 
iqrar edəcəyəm.
Vəhy 3:5


289
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük cəza 
ƏFQANISTAN: YARDIM EDƏN XARİCİ İŞÇİLƏR
Talibançılar. 
Əfqanıstanın radikal islam hökumətinin adı bütün dünyada tanınıb. Talibançılar 
tərəfindən idarə olunan bu zülmkar ölkədə məsihçiliklə məşğul olmaq həmişə cinayət olub. 
Əfqan hökuməti qərara gəldi ki, onlara 
uşaqlar lazım deyil. Onlar uşaqların atala-
rını istəyirdilər. Uşaqlara məsihçilik barədə 
öyrədilmişdi və buna görə də onları həbs 
etmişdilər. Xalqa humanitar yardım payla-
mağa icazə almış xarici qruplar, eləcə də, 
məsihçi kitabları və materialları gətirmişdilər. 
Bir çox xalqlarda humanitar yardım Müjdə 
üçün yeganə açıq qapıdır. Amma hökumət 
materialları cəld ələ keçirdi. 
Hökumət qərara gəldi ki, məsihçilik 
təliminin öyrədilməsinə görə uşaqları günah-
landırmaq lazım deyil. Valideynlər uşaqlarının 
qayğısına qalmamışdılar və onları nəzarətsiz 
qoymuşdular. “Həbslər valideynlər üçün bir 
dərs olmalıdır ki, uşaqlarına nəzarət etsinlər 
və nə işlə məşğul olduqlarını bilsinlər” – yax-
şılığın inkişafı və pisliyin qarşısının alınması 
üzrə Talibanın nazir müavini demişdi. 
Ən  azı  işçilərdən  ikisi  amerikalı 
məsihçilərdir, bu prosesdə onların ədalətsiz 
cəzaları fəlakət kimi görünür. Amma fəlakət 
kimi görünən bir şey, əslində, Allahın bö-
yük məqsədlərinə çevrilə bilir. Sadəcə, İsa-
nın həyatına baxın. İlk baxışdan Məsihin 
ölümü baş verəcək ən pis bir şey kimi gö-
rünürdü. Onun xidməti, elə bil ki, qurtar-
mışdı. Amma Allah onun ədalətsiz cəzasını 
bizə  xilas  gətirmək  üçün  istifadə  etmişdi. 
Beləcə,  başqalarına  Xoş  Xəbəri  çatdırmaq 
üçün  böyük  cəzaya  dözməyə  razı  olan 
bu  işçilər  haqqında  bütün  dünya  eşidib, 
bu,  bir  çoxlarını  Məsihə  iman  etməyə  və 
digər  imanlıları  isə  ruhlandırmağa  yar-
dım  edib.  Siz  ədalətsiz  vəziyyətlərə  görə 
əzab  çəkirsinizmi?  Bu,  Allahın  səciyyəvi 
xüsusiyyətidir. 
Bizim əmin-amanlığımız üçün o,  
cəza aldı.
Yeşaya 53:5


290
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük “yuva” 
RUMINİYA: ŞENİYA KOMAROV 
İt öz ipini dartaraq qabağa qaçdı, o, iti dişlərini qıcamışdı. Onun sahibi, kapitan Nudni itin 
üstünə qışqırdı: “Hücum et!” 
“Rəbbim, mənə mərhəmət elə!” – deyə, 
məsihçi məhbus Şeniya Komarova dua et-
di. O bilirdi ki, azğın mühafizə itləri bir çox 
məhbusları öldürmüşdü və dua edirdi ki, Al-
lah onu xilas etsin. 
Böyük alman iti ona doğru qaçdı, am-
ma birdən dayandı. İt qorxdu, məsihçini 
dişləmək istəmədi. Nudni itə əmr etdi ki, 
dala çəkilməsin və hətta iti döydü, amma it 
Komarova hücum etmədi. 
Məhbuslara, demək olar ki, yeməyə heç 
nə verilmirdi və Komarov təvazökarlıqla bir 
az yemək istəyəndə onun xahişinə Nudninin 
qəzəbi cavab verdi. 
Bir neçə gün sonra Komarov dua etdi. 
“Rəbbim, acından ölürəm, ələ salınıram və 
kədər içindəyəm. Xahiş edirəm, hər şeyə son 
qoy. Qoy ölüm və rahatlıq tapım, ya da İlyas 
üçün etdiyin kimi bir möcüzə törət.”
Dərhal Nudni ona yaxınlaşdı – düzdür, bu 
dəfə o, itsiz gəlmişdi. Komarov düşündü ki, 
Allah onun duasına cavab verdi və o, tezliklə 
ölər. Əksinə, mühafizəçilərin başçısı məsihçini 
mətbəxə apardı və ona şorba və çörək ver-
di. O, eləcə də başqa məsihçi məhbusları da 
yeməklə təmin etdi.
“Sənə hücum etmək üçün üstünə it 
göndərdiyimə görə məni bağışla” – Nudni 
məsihçiyə dedi. “İndi bu, mənə əzab verir.” 
Komarov mühafizəçini bağışladı və bu 
möcüzəyə görə Allaha minnətdarlığını bildirdi. 
Bir  çox  insanlar  Daniel  və  şirlərin  yu-
vası  haqqında  hekayəni  danışa  bilər.  On-
ların ən ağır vəziyyətləri şərin əlində əzab 
çəkməli  olan  Danielin  taleyinə  oxşayır. 
Danielin  hekayəsi  qələbə  hekayəsidir.  O, 
dəhşətli vəziyyətindən cəsarətlə çıxdı, çün-
ki  Allaha  etibar  edirdi  ki,  Allah  onu  xi-
las  edəcək.  Buna  oxşar  olaraq,  biz  də  öz 
gücümüzdən  kənar  olan  bəzi  vəziyyətlərə 
düşə  bilərik  –  bəziləri  hətta  həyatımızı 
təhlükə  altına  sala  bilər.  Allah  bizi  qor-
xudan  gerçəklikdən  xilas  edə  bilər  və 
bizə sülh verə bilər. Biz sadəcə problemlər 
olan  “yuvamızın”  həllində  Ona  etibar 
etməliyik. Sizi qorxudan hansı vəziyyət ilə 
üzləşirsiniz? Allahdan xahiş edin ki, sizə 
Öz  qoruyucu  hüzurunu  hiss  etdirsin.  Sizi 
çətinliklərinizdən təhlükəsiz halda çıxara-
cağına etibar edin. 
Allahım Öz mələyini göndərib 
şirlərin ağzını bağladı və onlar mənə 
toxunmadı, çünki mənim Allahın 
önündə təqsirsiz olduğum bilindi. Ey 
padşah, sənə qarşı da heç bir cinayət 
etməmişəm.
Daniel 6:22


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə