Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə98/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   94   95   96   97   98   99   100   101   ...   122

284
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük təmkinlilik 
ROMA: SEBASTİAN
Sebastian hər gün sarayın dəhlizlərindən keçirdi. O, imperatorun mühafizəçisi vəzifəsinə 
gəlib çıxmaq üçün çox çalışmışdı, amma Romaya gəlib çıxandan sonra imperiyanın bütpərəst 
həyatından özünü qorumuşdu. O, yalnız Məsihə bütün ürəyi ilə xidmət etmək istəyirdi. 
İmperator Diokletian onun işində 
irəliləmək istəyinin az olduğunu eşidəndə 
Sebastian ilə görüşdü və onun imanı barədə 
məlumat əldə etdi. Buna görə əmr etdi ki, 
Sebastianı şəhərdən kənara çıxarsınlar və 
oxlar ilə onu öldürsünlər. Əsgərlər öz işlərini 
gördülər və cəsədin çürüməsi üçün elə orada-
ca qoyub qayıtdılar. Tezliklə bir qrup məsihçi 
onun cəsədini lazımi qaydada dəfn etmək 
üçün gəldilər. 
Onlar onu qaldırarkən kimsə qışqırdı: “O, 
sağdır!”
“Sakit!” – deyə, o birisi ona xəbərdarlıq 
etdi. “Gəlin onu harayasa təhlükəsiz bir yerə 
aparaq.”
Sebastianı bir evə apardılar, burada onu 
müalicə etdilər və onun yaraları sağaldı. O 
özünü yaxşı hiss edən kimi yenidən impe-
ratorun qarşısına çıxdı. Bir dəfə göylərin 
ümidindən dadan Sebastian üçün bu dünya-
nın ləzzəti onu az cəlb edirdi. 
Əlbəttə ki, imperator Sebastianın ölülərdən 
dirilməsini görəndə məəttəl qaldı. O əmr 
etdi ki, Sebastianı tutsunlar, ölənə qədər 
döysünlər və sonra cəsədini çirkab suların 
içinə atsınlar. Onun cəsədini məsihçilər yenə 
götürdülər və katakombalarda basdırdılar. 
Cinsi  əxlaqsızlıq.  Pis  sözlər.  Oğurla-
maq. Yalan danışmaq. Aldatmaq. Həddən 
artıq  çoxlu  məsihçi  özlərini  etmədikləri 
işlər  ilə  təsvir  edirlər.  Şübhəsiz,  çoxlu 
məşğuliyyətlər  vardır  ki,  Allah  öz  xal-
qına  onları  etməyi  qadağan  edir.  Amma 
təmkinlilik  özü-özlüyündə  fayda  vermir. 
Sebastian sadəcə təmkinliliyinə görə şəhid 
olmamışdı – yoxsa o, sadəcə, yaxşı insan 
olduğu üçün öldürülərdi. O öz açıq imanı-
na görə şəhid olmuşdu. Bunun kimi biz də 
Allahın  əmrlərini  tamlığı  ilə  qəbul  etmək 
üçün  şərdən  uzaq  dayanmalıyıq.  İtaət 
edin. İbadət edin. Xidmət edin. İmanınızı 
etmədiyiniz  işlər  ilə  deyil,  etdiyiniz  işlər 
ilə  təsvir  edin.  Siz  sadəcə  yaxşı  insan, 
yoxsa  açıq  iman  ilə  yaxşı  insan  olmaqla 
tanınırsınız. 
Ayağımı hər pis yoldan kənar 
qoydum ki, sözlərinə bağlı qalım.
Məzmur 119:101


285
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük azadlıq
MORAVİYA: PAUL QLOK
Paul Qlok çətin bir vəziyyətdə idi. O öz anabaptist imanına görə həbs olunmuşdu. Nəzarətçi 
şəxs ona bir az azadlıq vermişdi, o da öz növbəsində qaçmayacağına söz vermişdi. Ona odun 
gətirməyə, ayaqqabıları düzəltməyə, cürbəcür işlər etməyə və tapşırılan işləri görməyə icazə 
verilmişdi, amma yad insanlar yaxınlaşanda o, gözə çarpmamalı idi, belə ki, dini rəhbərlər 
onun azadlığı barədə öyrənərdilər. 
Paul öz azadlığına görə çıxılmaz bir 
vəziyyətdə idi. Onun mühafizəçisi, Klaus 
von Qrafenek 1527-ci ildə anabaptist Maykl 
Settlerin ölümünə şahid olmuşdu. Sadəcə, 
kənardan durub baxan Klaus Settlerin 
ölümündən qabaq onun üçün dua edərkən 
imana gəlmişdi. Bu hadisə iyirmi beş il bun-
dan əvvəl olmuşdu və yəqin ki, Klausun 
ədalətsiz surətdə təqib olunan anabaptistlərə 
qarşı ürəyində mərhəmət hissi var idi. 
Paulun itirəcəyi bir şey yox idi. Onun 
həyat yoldaşı və uşağı artıq ölmüşdülər; onun 
Moraviyada bir imanlı qardaşı var idi. Amma 
Paul qaçmaq sınağına təslim olmurdu. Əgər 
o qaçsaydı, ona qarşı yaxşı rəftar edən Kla-
us qanun qarşısında cavab verməli olardı və 
həmin ərazidə həbs olunmuş anabaptistlərin 
işləri daha da dərindən yoxlanardı. Paul sö-
zünün ağası idi. 
Allah sonra Paulun qərarını qiymətləndirdi. 
1576-cı ildə onun qaldığı qalada yanğın 
baş verdi. O və dustaq yoldaşları alovu 
söndürməkdə kömək etdilər və Paula kəskin 
müqavimət göstərən dini rəhbərlər qarşısında 
azadlıqlarını qazandılar.
Şəhidlərin həbs hekayələri tunel qazıya-
raq gizli qaçış deşikləri düzəldən bacarıqlı 
personajı olan Hollivud filmləri deyil. Süjet 
məhbusun  təhlükədən  necə  qaçacağından 
asılı deyil. Əslində, Paul Qlok kimi şəhidlər 
hətta qaçmağa imkanları olsa da, qaçma-
mışdılar. Onların hekayələri şəraitlərindən 
asılı olmayaraq, Allahın izzəti üçün hər bir 
vəziyyəti daxil etmək haqqındadır. Paul və 
Silanın baş mühafizəçini və onun ailəsini 
necə  Məsihə  gətirdiklərinə  diqqət  yetirin, 
çünki  onlar  həbsdən  qaçmamışdılar.  Siz 
çətinliklərinizdən  çıxış  yolu  axtarmaqla 
məşğulsunuzmu?  Bəlkə  siz  Allahın  sizi 
görmək  istədiyi  yerdəsiniz?  Ola  bilsin  ki, 
Allah sizin qaçmağınızı deyil, dözməyinizi 
istəyir. 
Paulla Silanı evinə aparıb onlar üçün 
süfrə açdı. Allaha iman etdiklərinə 
görə o və bütün ev əhli şad oldular. 
Həv. İş. 16:34


286
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük şahid 
PAKİSTAN: ŞİRAZ
Məktubun gücü bir sətir sözdən gəlmirdi: “Müsəlmanlara vəz etməyin.” Məktubun çatdırılma 
metodu çox böyük təsir göstərmişdi; məktub Müqəddəs Kitab kollecinin tələbəsi olan Şiraz 
adlı oğlanın qanlı cəsədinə yapışdırılmışdı. Məktub və Şirazın cəsədi onun Pakistanın Lahor 
şəhərinin yaxınlığında olan məbədinin giriş darvazasına atılmışdı. 
Şiraz məktubun məsləhətinə riayət 
etməmişdi. O, getdiyi hər bir yerdə onun 
günahlarına görə ölmüş Xilaskarının 
sevgisindən danışırdı. O, işlədiyi fabrikdə 
işçilərə, Müqəddəs Kitab kollecində və öz 
ailəsində hamıya vəz edirdi. 
Şiraz valideynlərinə və üç bacısına yardım 
etmək üçün fabrikdə işləyərkən bir həftə əvvəl 
bəzi müsəlman iş yoldaşları ilə müzakirə et-
mişdi. Onlar hirslənmişdilər və başqa işçilər 
qızğın mübahisə barədə şikayət etmişdilər. O 
vaxtdan bəri heç kim Şirazı görməmişdi. 
Şiraz riskdən xəbərdar idi. Pakistanda 
olan bir çoxları imanlarını bölüşdüklərinə 
görə öldürülmüşdülər. Digərlərini kafirliyə 
görə ittiham etmişdilər və həbsdə saxlamışdı-
lar. Amma Müjdə o qədər gözəl idi ki, Şiraz, 
sadəcə, onu özündə saxlaya bilmirdi. 
Onun məbədinin üzvləri də məktubun 
məsləhətini qəbul etmədi. Onlar islamın 
nifrətindən və qorxusundan kölə olanlara İsa-
nın sevgisini təklif edərək, müsəlmanlara vəz 
etməkdə davam etdilər. Onlar da risklərdən 
xəbərdar idilər, amma onlar davam ediblər və 
aqibətləri Şiraz kimi ola bilsə də, yenə davam 
edəcəklər. 
Ən  effektli  şahid  səmimi  olandır.  Biz 
həyatlarımızda  İsanın  etdiyi  dəyişikliyi 
başqalarına  demək  üçün  günahların  yu-
yulması barədə teoloji mənanı əzbərləməli 
deyilik. İsanın bizdən xahiş etdiyi şey bu-
dur  ki,  biz  öz  gözlərimiz  və  qulaqlarımız 
ilə gördüyümüzə və eşitdiyimizə şəhadətlik 
edək.  Bizim  şəxsi  həyat  təcrübəmiz  İsa 
Məsihə  olan  iman  üçün  ən  güclü  faktdır. 
Heç kim bununla mübahisə edə bilməz, çün-
ki bu, bizim başımıza gəlib. Siz imanınızı 
bölüşməyə  çəkinirsinizmi?  Siz  nəsə  səhv 
deyəcəyinizdən,  yoxsa  kiminsə  sualların-
dan  çıxılmaz  vəziyyətə  düşəcəyinizdən 
qorxursunuz?  Siz,  sadəcə,  doğru  bildiyi-
nizi  söyləyin.  Şəxsi  həyat  təcrübəniz  sizi 
məsihçilik üçün ekspert şahid edir. 
Axı eşidib-gördüklərimizi  
deməyə bilmərik.
Həv. İş. 4:20


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə