279
gün
BÖYÜK
SADİQLİK
-cu
Böyük dua
İSVEÇRƏ: MAYKL
SETTLER
Maykl Settler ona verilən cəzaya – dili kəsildikdən sonra kafir kimi yandırılacağına
təəccüblənmədi. Bu, on altıncı əsr idi və Maykl məbədin Əhdi-Cədid formasına qayıtmasını
istəyən imanlılar hərəkatından olan anabaptist idi. Amma Avropanın dini və sosial təşkilatları
anabaptistlərin təhlükəli şəxslər olduğunu düşünürdülər.
Tamaşa etməyə gələnlərdən ibarət izdi-
ham bazarda toplaşmağa başladı. Orada da-
yananlardan biri iyirmi beş yaşlı Klaus von
Qrafenek idi, o, dustağa yaxın yerdə dayan-
mışdı və cəlladın Mayklın ölümü üçün hazır-
laşmasına tamaşa edirdi.
Maykl sözləri aydın
tələffüz etməsə də
dua etməyə başladı: “Əziz Rəbbim, bu cavan
oğlanın gözlərini aç…”
Klaus birdən geriyə çəkildi, o, cinayətkarın
onun üçün dua etdiyini eşidəndə heyrətə
gəldi!
Cəllad Mayklı bağlayarkən dustaq izdi-
hama doğru çevrilib korlanmış
bir nitqlə
söylədi: “Tövbə edin!” Sonra gözlərini yu-
mub dua etdi: “Külli-İxtiyar olan əbədi Allah,
mən bu gün həqiqətə şəhadətlik edəcəyəm
və öz qanımla onu möhürləyəcəyəm.”
Bundan sonra cəllad Mayklı alovun içinə
tulladı. Onun əllərində olan kəndirlər yanıb
qurtardıqdan sonra o, əllərini yuxarı qaldı-
rıb dua etdi: “Ata,
mən öz ruhumu Sənin
əllərinə tapşırıram.”
Klausa ittiham olunan kişinin duası elə bö-
yük təsir göstərmişdi ki, o, Settlerin ölümü
barədə dərin hörmətlə yazdı. O, yazısını bu
sözlərlə tamamladı: “Qoy Allah bizə də onun
kimi qoçaqlıqla
və səbirlə şəhadətlik etməyə
imkan versin.”
Dua məsihçinin gizli silahıdır. Bu, insa-
nın Məsihə imanı barədə səssiz təsdiq və
ya açıq danışıqdır. Klaus ittiham olunan
insanın duasını eşidəndə dua onu dayanıb
düşünməyə vadar etdi. Buna oxşar olaraq,
restoranlarda yemək üçün dua etməyimizi
başqaları görəndə biz də onların daya-
nıb Allah haqqında düşünməsinə səbəb
ola bilərik. Hətta insanların fikirlərini bir
neçə anlıq tutub saxlasaq və düşüncələrini
Məsihə doğru yönəltsək, biz artıq işimizi
görmüş oluruq. Mayklın Klaus üçün etdiyi
kimi, dua həyatları dəyişdirir və həsr olun-
maya ruhlandırır. Amma Allah sizin təklif
etmədiyiniz duaları istifadə edə bilməz. Bu
gün görüşdüyünüz insana görə səssiz dua
etmək üçün bir az vaxt ayırın. Siz nəticədə
nə baş verəcəyini heç vaxt bilmirsiniz.
Hər cür dua və yalvarışla,
həmişə Ruhun idarəsi ilə dua
edin.
Efes. 6:18
281
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük
əlyazma
İTALİYA: YUSEBİYAS
Diokletianın hökmranlığı altında b.e. 303-cü ilində Romada “Böyük Təqib” başlandı. Bu
dövrdə Diokletian məsihçilərin imanını məhv etmək cəhdi ilə məsihçiliyə qarşı rəsmi qərarlar
nəşr etdirmişdi. Ətraflı qərarların içərisində aşağıdakı əmrlər də var idi:
Dövlət idarələrində işləyən məsihçilər işdən
çıxarılmalıdır;
Məsihçiliyə qarşı bütün ittihamlar qəbul
edilməlidir;
Məsihçilərə öz imanlarına görə işgəncə
verilməlidir;
Kəlam dərhal müsadirə olunmalı və yandırıl-
malıdır;
Məbəd binaları dağıdılmalıdır;
Məsihçilərin vətəndaşlıq hüquqları
məcburi inkar olunmalıdır və məbədlərin
rəhbərləri, yepiskopları və başçıları
allahlara
qurban gətirmək üçün həbs olunmalıdır.
Bu müddət ərzində Yusebiyas adlı cavan
yazıçı erkən məbədə qarşı törədilmiş vəhşiliyi
qeydə almışdı. Məbəd rəhbəri və teoloq olan
Pamfilus onu olduqca ruhlandırmışdı. Pamfi-
lus b.e. 308-ci ilində həbs olunmuşdu və ona
işgəncələr verilmişdi, amma bu, Yusebiyasın
həyatına əhəmiyyətli
təsiri göstərdikdən son-
ra baş vermişdi.
Yusebiyas yazırdı: “Biz öz gözlərimiz ilə
görmüşük ki, dua evləri təməlindən dağıdı-
lıb…və ruhla dolu müqəddəs Kəlam alova
atılıb…və məbədlərin pastorlarından bəziləri
burada və orada özlərini gizlədirlər.”
Pamfilusun b. e. 309-cu ilində edamı Yu-
sebiyasın “
Məbədin tarixi” adlı əlyazmanı
yazmasına mane olmadı.
Yusebiyas sonralar məsihçiliyə göstərdiyi
xidmətlərə görə həbs olundu. Amma onun
həyatı qorunmuşdu. Allah onu qorumuşdu
ki, gələcək məbəd üçün yazıları yazmaqda
davam etsin. Onun yazıları erkən məbədin
üzləşdiyi əzabları görmək üçün gələcək
nəsillərin gözlərini açdı. Onun məsihçi
rəhbərlərin həyatı, ölümü və irsi barədə
yazıları bizə məsihçi qəhrəmanların böyük
mirasını xatırladır. Əgər biz təqib olunan
əcdadlarımızın cəsur imanından və ölməz
sevgisindən öyrənə bilsək, yazılar əbəs
yerə deyil. Nə də əzablar əbəs yerə deyil.
Bu gün siz nə edirsiniz ki, növbəti nəsli
daha da dərindən həsr olunmağa ruhlan-
dıra bilsin? Allahdan xahiş edin ki, öz mi-
rasınızdan əl çəkməkdə sizə yardım etsin.
Onun ədalətini, Onun
əməllərini
gələcəkdə doğulan
xalqa bildirəcək.
Məzmur 22:31