Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə93/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   89   90   91   92   93   94   95   96   ...   122

270-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük güc
ROMA: VİNSENT
Romalı məsihçi Vinsent çiyinlərinin yerindən və budlarının oynaqlarından çıxdığını hiss 
edənədək biləklərində və topuqlarında olan kəndirlər daha da çox dartılırdı. 
Dekius Roma imperatoru Vincentin bağ-
landığı işgəncə alətinin yanında durmuşdu. 
“Sən dəhşətli bir əzab içində öləcəksən” – o 
gənc məsihçiyə söylədi. 
“Ölüm şəhid olmaqdan daha şərəfli bir 
şey deyil” – Vincent əminliklə padşaha de-
di. “Mən göyləri görürəm və sənin bütlərinə 
nifrət edirəm.” 
Zalım padşah indicə şikəst olmuş 
məsihçiyə işgəncə verilməsini əmr etdi. Am-
ma onlar Vinsentin üzündəki gülüşü ondan 
ala bilmədilər. O, ağrı içində imperatora dedi: 
“Sən yalnız mənim bədənimi məhv edirsən
onsuz da bir gün o, məhv olacaqdı. Mənim 
daxilimdə başqa bir Vinsent yaşayır və onun 
üzərində sənin heç bir səlahiyyətin yoxdur. 
Həmin Vinsent işgəncə alətinin üzərinə qo-
yula bilməz və öldürülə bilməz.” Vinsent ölü-
mü təbəssüm ilə qarşıladı. 
Nəhayət, romalı əsgərlər onu işgəncə 
alətindən ayırdılar, amma onun işgəncələri 
hələ bitməmişdi. Onlar Vinsentin paltarlarını 
çıxarıb həbsxanaya atdılar, burada döşəmə 
sınıq şüşə parçaları ilə örtülmüşdü. Dayana 
bilməyən Vinsent şüşələrin üstünə uzanmağa 
məcbur oldu. Orada da Allahın sülhü onunla 
idi. Sonralar mühafizəçilər imperatora dedilər 
ki, Vinsent sınıq şüşə parçalarının üstündə 
sanki “gül-çiçək yatağında” dincəlirdi. 
Müasir 
mədəniyyətdə 
güc-qüvvət 
səlahiyyət  və  idarə  ilə  əlaqəlidir.  Güc 
zahirən  vacib  görünmək  üçün  yetişdirilir 
və  saflaşdırılır.  Amma  tarix  göstərir  ki, 
sadə  gücə  malik  insanlar  öz  vəzifələrini 
yerinə  yetirmək  üçün  daxili  güc  olmadan 
səmərəsizdirlər.  Buna  zidd  olaraq,  Allah 
bizim  daxili  gücümüzü  Müqəddəs  Ru-
hun  hüzuru  vasitəsilə  istiqamətləndirir. 
Əzab  onun  sinif  otağıdır,  burada  O,  bizə 
necə  güclü  olmağı  öyrədir.  Biz  təsəvvür 
etdiyimizdən  artıq  dözə  bilirik.  Biz  öz 
gücümüzdən  artıq  dərəcədə  cəsarətliyik. 
Siz  elə  hiss  edə  bilərsiniz  ki,  sanki 
əzablarınız  sizi  zəiflədib.  Əslində,  Allah-
dan xahiş edin ki, əzabların sizi necə güc-
lü  etdiyini  göstərsin.  Əzələlərinizi  yoxla-
yın. Siz görəcəksiniz ki, düşündüyünüzdən 
qat-qat güclüsünüz. 
Hər şeyə dözərək səbir edə 
bilməniz üçün Onun izzətli 
qüvvəsinə güvənərək hər cür 
qüdrətlə möhkəmlənəsiniz.
Kolos. 1:11


271
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük əsgərlər
ROMA İMPERİYASI: QIRX SADİQ KİŞİ 
İmperator Konstantin b.e. 320-ci ilində Roma imperiyasında məsihçiliyi qanuniləşdirdi. Amma 
imperiyanın şərq yarımhissəsini idarə edən Likinius Qərbə sadiqliyi pozub məsihçiliyə təzyiq 
göstərməyə davam etdi. 
Likinius öz tabeçiliyində olan hər bir 
əsgərdən tələb edirdi ki, Roma allahlarına 
qurban gətirsinlər. “Guruldayan Legion”dan 
olan qırx məsihçi kişi bundan imtina etdi. 
Onların generalları Laysias əsgərləri qamçı-
latdırdı, qarmaqlar ilə bədənlərini cırıq-cırıq 
etdi və sonra qandallayaraq həbsxanaya sal-
dı. Onlar diz çökməkdən yenə də imtina edib 
Allaha ibadətdən əl çəkməyəndə o, əmr etdi 
ki, onların paltarlarını çıxarıb donmuş gö-
lün ortasına qoysunlar. Belə etməklə onları 
fikirlərindən döndərmək istəyirdilər. 
Əgər onlardan hansısa biri öz əqidəsindən 
əl çəksəydi, isti hamama aparılacaqdı. Kişilər 
dua etdilər ki, heç biri bu yoldan dönməsin. 
Amma hava qaranlıqlaşanda onlardan biri 
artıq soyuğa dözə bilmədi və isti hamama 
qaçdı. 
Qırx qoçaq əsgərin Məsihə mahnı oxuma-
sına baxan mühafizəçilərdən biri hirsləndi. 
Onun hirsi əminliyə, sonra isə imana çev-
rildi. O, əsgərlərin “Məsih üçün qırx qoçaq 
əsgər” vədini yerinə yetirərək öz paltarlarını 
cırıb buzlu gölə cumdu. 
Həmin gün qırx əsgər öldü. İsti hamama 
görə imandan dönən o biri əsgər də öldü. 
Məsihçi  cəmiyyəti  yekdilliklə  hərəkət 
edən  özünü  həsr  etmiş  bir  neçə  fərddən 
ibarətdir. İstər bu, məsihçi institutu olsun, 
istər  məsihçi  xidməti  olsun,  istər  məbəd, 
istərsə  də  ailədə  olsun,  qardaşlıq  və  ba-
cılıq  dəstəsi  güc  hesab  edilməlidir.  Biz 
birlikdə  dayananda  həmişə  daha  güclü 
oluruq.  Bütün  Kəlam  boyunca  Allah  bizi 
səsləyir  ki,  həsr  olunma  cəmiyyəti  ilə  – 
iman ailəsi ilə birlikdə olaq. Sayı artırmaq 
prinsipinə görə deyil, məsihçi cəmiyyəti öz 
üzvlərini imanla ruhlandırır. Bu hekayədə 
olduğu  kimi  güclülər  zəiflərin  əvəzini 
ödəyir.  Siz  məsihçi  cəmiyyətinizi  tapmısı-
nızmı? Ödəniləcək bütün dəyərlərə baxma-
dan məbədinizi, ailənizi və ya başqa qrupu 
sevginizə və sadiqliyinizə inandırmısınızmı? 
Məsih İsanın yaxşı əsgəri kimi 
mənimlə birgə əzaba qatlaş.
2 Timotey 2:3


272-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük gözəllik 
SANKT-PETERBURQ: AİDA SKRİPNİKOVA
“Həbsxanada ən çətin şey Müqəddəs Kitabsız yaşamaq idi.” 
Aida Skripnikova gözəl bir gənc qız 
idi. İyirmi yaşlı bu qız Sankt-Peterburqun 
küçələrində tinlərdə dayanıb İsaya olan sev-
gisini, eləcə də Onu Rəbbi, Xilaskarı kimi 
tanımağın sevincini bildirərək şeirlər payla-
yırdı. O, tezliklə həbs olundu, baxmayaraq 
ki, ona bir illik həbs cəzası verilmişdi, o, itti-
hamlarda qəti mövqedə qaldığını sübut etdi. 
Sonralar Aidanın iyirmi yeddi yaşı olanda 
Müjdə uğrunda dördüncü dəfə həbsxanaya 
düşdü. O, açıq danışmaqda davam edir-
di, nəşrlərin birində o, belə deyirdi: “Biz 
həyatımızın tam mənasını təşkil edən – 
Məsih haqqında sakit qala bilmərik.”
Onun dördüncü dəfə həbsxanada qalması 
çox çətin oldu. Mühafizəçilər həmişə çalışırdı-
lar ki, onun imanını müxtəlif şeylərlə təhrifə 
uğratsınlar, onu gah təhqir edirdilər, gah da 
şokolad təklif edirdilər. Amma onun üçün ən 
çətin şey Allah Kəlamı olmadan yaşamaq 
idi. Onun Kəlamdan olan nüsxələri müsadirə 
olunmuşdu. Bir cəza kimi bir nəfərlik kame-
rada on gün qalmışdı. 
O, nəhayət, azadlığa buraxılanda Aidanı 
tanımaq çox çətin idi – valehedici gözəlliyi 
itmişdi və o, olduqca yaşlı görünürdü. Amma 
Allaha olan sevgisi onun təbəssümü ilə par-
layırdı və daxilindəki gözəlliyi bərpa edirdi. 
Bir  çox  ərzaq  mağazalarında  gözəllik 
kremlərinin  sayı  tərəvəz  konservlərinin 
sayından  çoxdur.  Kosmetika  silsiləsi  za-
hiri  görünüşü  təravətləndirməyi  və  bərpa 
etməyi  vəd  edən  formullar  ilə  doludur. 
Kaş ki biz zahiri görünüşümüz barədə na-
rahat  olduğumuz  kimi,  daxili  xarakteri-
miz  barədə  də  narahat  olaydıq.  Şəhidlər 
daxildən özümüzün həqiqətən kim olduğu-
muzu qiymətləndirməyi öyrədir. Daxili var-
lığımız. Bu, elə bir şəxsiyyətdir ki, əzablar 
nə  qədər  çox  olsa  da,  qorxuya  düşməz. 
Bu  şəxsiyyət  Məsihin  surətinə  bənzəyərək 
inkişaf edir. Siz dünyəvi standartlara uy-
ğun  olaraq  başqalarına  təsir  göstərmək 
istəyərdiniz. Amma Allah düşünür ki, sizin 
daxili  varlığınız  daha  valehedicidir.  Siz 
zahiri görünüşünüzə diqqət yetirdiyiniz ki-
mi, daxili xarakterinizə də eləcə diqqət ye-
tirirsinizmi? Siz yaşa dolduqca daxili var-
lığınız hansı yollarla daha da gözəlləşir? 
Qoy sizin bəzəyiniz…gizli olan daxili 
varlığınız, həlim və sakit ruhun 
solmayan gözəlliyindən ibarət olsun. 
Bu, Allahın qarşısında çox dəyərlidir.
1 Peter 3:3-4


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə