Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə89/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   85   86   87   88   89   90   91   92   ...   122

258-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük televiziya vəzçisi 
VYETNAM: K’B QARDAŞ 
İlk dəfə K’B qardaşın uşaqları onu televiziyada görəndə çox sevindilər. Onlar atalarının 
cinayətkar olduğunu elan edəndə isə onların sevinci yoxa çıxdı. Onlar iddia edirdilər ki, o, 
Vyetnam hökumətinə qarşı çoxlu “cinayətlər” törədib. 
K’B qardaşın “cinayətləri” bu idi ki, o, 
qeydiyyatdan keçməmiş ev toplantılarında 
Müjdəni vəz edirdi. Hökumət televiziya-
da onun üzünü göstərdi ki, onu utandırsın 
və başqaları da ondan özlərini qorusunlar. 
Eləcə də televiziyada və radioda onun polislə 
müsahibələri verildi, amma bu Müjdənin da-
ha da yayılmasına yardım etdi. Bu, ona bir 
çoxlarını Məsihə gətirmək imkanı yaratdı. 
Bu qardaşı televiziyada görənlər ona imanı 
barədə suallar verdilər və o da onlara Məsih 
haqqında danışa bildi. 
O izah etdi: “Onlar mənim üzümü tele-
viziyada göstərdilər ki, insanlar məni tanıya 
bilsinlər. Mənim qonşularım deyirlər: ‘Ailəni 
niyə tərk edirsən?’ Mən onlara deyirəm 
ki, Allah onların qayğısına qalacaq. Mən 
getməliyəm. Məhsul hazırdır, amma işçilər 
isə azdır.”
İctimai biabırçılığın K’B qardaşın xidmətini 
dayandırmadığını gördükdə növbəti dəfə vəz 
edərkən polis onu həbs etməklə hədə-qorxu 
gəldi. “Mənim həyat yoldaşım sevinir ki, 
adlarımız Həyat Kitabında yazılıb və mənim 
üzüm televiziyada şəhadətlik edir. Polis 
Müjdəni yaymağa kömək edir. Onlar məbədi 
bağlaya bilərlər, amma bizim şəhadətliyimizi 
isə yox.” 
İmanlılar  dirəyə  mıxlana  bilərlər, 
həbsxana  kamerasında  zəncirlənə  bilərlər 
və  ya  bir  nəfərlik  kameralarda  saxlanıla 
bilərlər. İmanlılar hətta ölə bilərlər. Amma 
Müjdə yaşamaqda davam edir. K’B qardaş 
bizə xatırladır ki, Müjdə məbəd binası, top-
lantı və ya hansısa bir imanlı deyil. Məbəd 
binası  bağlana  bilər.  Toplantı  ləğv  oluna 
bilər.  İmanlı  həbs  oluna  və  ya  öldürülə 
bilər.  Sizin  məsihçilik  barədə  anlayışınız 
hansısa  bir  pastora,  məbəd  binasına  və 
ya  fəaliyyətə  bağlanıbmı?  Bütün  bu  zahi-
ri  formalar  götürülsə  də,  sizin  imanınız 
hələ  də  çiçəklənəcəkmi  (məhdudiyyətlər 
qoyulmuş  bəzi  ölkələrdə  olduğu  kimi)? 
Bu  məhdudiyyətlərə  baxmayaraq,  Allah 
Kəlamı  hələ  də  qalır.  İmanınızı  yaşatmaq 
üçün  K’B  qardaşın  etdiyi  kimi  siz  də  bir 
yol tapa bilərsinizmi?
Bu Müjdə naminə zəncirə 
vurulmuş bir cinayətkar kimi əzaba 
qatlaşıram. Amma Allahın kəlamı 
zəncirlənməmişdir.
2 Timotey 2:8-9


259
BÖYÜK 
SADİQLİK
-cu
259
gün
Rəbbin qulluqçusu olmaq imkanı bütün 
vaxtlarda və bütün yerlərdə mövcuddur. 
Qarşıdurma təsir göstərməməlidir. Ruhani 
olaraq bizim yeganə Rəhbərimiz var. O, bizim 
addımlarımızı təyin edir. 
Tom Uayt – adanın üzərində kiçik təyyarədən Müjdə kitabçalarını 
tulladığına görə Kuba kommunist həbsxanansında əzab çəkmişdi
BÖYÜK 
SADİQLİK


260
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük həkim 
RUMINİYA: DOKTOR MARQARİTA PESKARU
Kommunist ölkəsi Rumıniyada hər bir məhbusun həkimi olurdu, həkim çox vaxt istintaq zama-
nı iştirak edirdi və ölümə səbəb olmadan ağrı yaradan ən yaxşı metodları işgəncə verən şəxsə 
söyləyirdi. Amma bəzi həkimlər öz andlarına ciddi yanaşırdılar və kommunistlərin etdiklərinə 
nifrət bəsləyirdilər. 
Belə həkimlərdən biri gözəl məsihçi qa-
dın, Marqarita Peskaru idi. Bütün tibb 
işçiləri həbsxanaya girəndə yoxlanırdılar, 
amma doktor Peskaru üzərinə böyük risk 
götürərək dəfələrlə içəriyə dərman keçirə bil-
mişdi. Onun fədakarlıq səyləri bir çoxlarının 
həyatını xilas etmişdi.
Bir dəfə onu, xüsusilə vərəm 
xəstələri üçün nəzərdə tutulmuş məhbus 
xəstəxanasına təyin etdilər. Bu müddət 
ərzində kommunistlər kişiləri “yenidən 
tərbiyələndirənlər” kimi təyin etmişdilər, bu 
insanlar məhbusu inandığı hər bir şeydən 
döndərməkdə istənilən vasitədən istifadə edir 
və onların kommunizmə tamamilə sadiq qal-
malarını söz vermək üçün məcbur edirdilər. 
Onlar çox qəddar insanlar idilər və bir 
çox məsihçilər onların verdikləri işgəncələrə 
tab gətirməyib ölmüşdülər. Doktor Peskaru 
eşidəndə ki, onlar vərəm xəstələri üzərində 
öz dağıdıcı işlərini həyata keçirmək üçün 
məhbus xəstəxanasına gəliblər, o, ağlasığmaz 
bir iş gördü. O, bütün həbsxanalar üzrə ən 
böyük rəhbərlərin yanına getdi və köməksiz 
məhbusların işi barədə müraciət etdi. Heç 
kim bilmir ki, doktor Peskaru rəhbərlərin 
rəğbətini necə qazandı. 
Onun cəsarətlə etdiyi səylərə görə Ru-
mıniyada kommunizmin hökmranlıq etdiyi 
müddətdə “yenidən tərbiyələndirənlər”in gü-
nahsız insanlara işgəncə verməsi dayandı.
Bu  fellər  arasında  nə  fərq  var:  səy 
göstərmək,  səy  göstərilib.  İrəliyə  doğru 
getməklə  sakit  qalmaq  arasında  fərq  var. 
Bu  iş  məsihçilərin  Məsihin  Müjdəsinə 
diqqətlərini  cəmləyəndə  etdikləri  işdir. 
İmanlılar, hətta uğursuzluqla qarşılaşsalar 
da, həmişə səy göstərməlidirlər. Bu doğru-
dur! Biz əgər səy göstərməsək, heç vaxt nə 
baş verəcəyini bilmərik. Ola bilsin ki, işdə, 
evdə və ya cəmiyyətdə Müjdəni yaymaqla 
əlaqədar bizə gələn yaradıcı ideyaları tez 
gözdən qaçırırıq. Biz düşünürük ki, onlar 
heç vaxt alınmazlar. Biz özümüzü inandırı-
rıq ki, qarşıdurma həddən artıq güclü olar. 
Amma biz səy göstərməsək, biz buna əmin 
ola  bilməyəcəyik.  Bu  gündən  başlayaraq, 
Məsihə itaət etməyə səy göstərəcəksinizmi? 
Mən də…sonra qanunu pozub 
padşahın yanına girəcəyəm. Buna 
görə ölməliyəmsə, qoy ölüm.
Ester 4:16


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə