Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə88/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   84   85   86   87   88   89   90   91   ...   122

255
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük hiyləgərlik
ŞİMALİ KOREYA: YAŞLI QADIN
Bir gün müəllimimiz bizə dedi ki, xüsusi bir oyun oynayacağıq. O, valideynlərimizin 
evlərimizdə gizlətdikləri xüsusi kitab haqqında pıçıltı ilə bizə dedi. Biz valideynlərimiz yatana 
qədər gözləməli idik, sonra bu kitabı tapıb növbəti gün xüsusi bir sürpriz üçün gizlicə məktəbə 
gətirməli idik. Mən evə getdim və dərhal kitabı axtarmağa başladım. 
“Növbəti gün sinfə qara üzlü kitabı, 
Müqəddəs Kitabı gətirən on dörd uşaqdan 
biri də mən idim. Bizə mükafat olaraq parlaq 
qırmızı rəngli şərflər verdilər və biz otağın 
içərisində təntənəli surətdə dövrə vurduqca o 
biri şagirdlər bizə əl çaldılar. 
Həmin gün günorta evə qaçdım, çünki 
anama qırmızı şərf qazandığımı söyləmək 
üçün bərk sevinirdim. O, nə evdə idi, nə də 
tövlədə. Mən gözlədim, nə atam, nə də anam 
gəlib çıxmadı, onda mən qorxmağa başladım. 
Mən ac idim, hava da qaralmağa başlayır-
dı. Mən daxilən narahat olmağa başladım və 
stulumda yuxuya getdim.
Səhəri gün polis məmurları gəlib mənə 
dedilər ki, indi dövlət qayğıma qalacaq. Mən 
valideynlərimi bir daha görmədim.”
Şimali Koreyadan olan yaşlı bir qa-
dın bu hekayəni bizə danışdı. O, heç vaxt 
valideynləri barədə eşitmədi və hələ də bağış-
lamaq onun üçün çətindir, bununla mübarizə 
aparır. O, belə sınaqlardan keçmiş bir çox 
insanlardan biridir. 
Məşhur  karikaturadan  fərqli  olaraq, 
şeytan qırmızı kostyumda, əlində yaba ilə 
özünü  göstərmir.  Biz  şeytanın  belə  aydın 
görünüşünü  dərhal  tanıya  bilərik.  Am-
ma  bu  hekayədə  olan  uşaq  kimi  biz  də 
çox  vaxt  onunla  fərqli  tərzdə  rastlaşırıq. 
Düşmənin  təmsilçiləri  çox  vaxt  yüksək 
yerlərdə oturan təsirli insanlardır. Yumşaq 
tərzdə  danışan  biznes  həmkarın  təsirinə 
diqqət  yetirin.  Yaxud  universitet  profes-
sorunun  həmin  aləmdə  əlində  saxladığı 
gücü  təsəvvürünüzə  gətirin.  Bu  hekayədə 
uşağın aşkar etdiyi kimi düşmən çox çirkin 
iş görür. Biz düşmənlə və onun təmsilçiləri 
ilə  harada  rastlaşmağımızdan  asılı  olma-
yaraq, sadəlövhlüyü kənara qoymalıyıq və 
düşmənə  qarşı  özümüzü  qorumalıyıq.  Siz 
düşmən üçün asan ələ keçən şikarsınızmı? 
Yoxsa o, sizi ayıq və tədbirli tapacaq? 
Buna heyrətlənmək lazım deyil, çünki 
Şeytan da işıq mələyi cildinə girir. 
Şeytana xidmət edənlərin salehlik 
xidmətçilərinin cildinə girməsi  
qəribə deyil. 
2 Kor. 11:14-15


256
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük məhbus 
VYETNAM: TU DİN TRANQ 
Tu Din Tranq öz velosipedi ilə K’Ho qəbiləsinə xidmət etmək üçün kələ-kötür yollar ilə yüzlərlə 
kilometr yol qət etmişdi. Bu qəbilə Vyetnam hökumətinin qonaqların müjdəçilik etməsinə 
icazə vermədiyi altmış qəbilədən biridir. O, 1995-ci ilin aprel ayının 4-də kəndə daxil olanda 
qəfildən polis onu kənara çəkib döyməyə başladı. Onu videokameraya çəkdilər və kənd camaa-
tının qarşısında ələ saldılar.
Onu həbsxanaya apardılar və məhkəmə 
olmazdan qabaq altı ay orada saxladılar. O, 
uşaqların mahnısını “Rəbbi gecə və gündüz 
sevin” oxuyanda həbsxanada daha çox qal-
masına hökm verildi. 
Nəhayət, məsihçilərə yardım təşkilatlarının 
təzyiqi nəticəsində Tranqı altı ay əvvəl azad-
lığa buraxdılar. Baxmayaraq ki, onun sadiq 
həyat yoldaşı və iki kiçik övladı onun yolunu 
gözləyirdi, müjdəçi hələ çıxmağa hazır deyil-
di! Müjdəçi yolundan azmışlara vəz etmək 
üçün buna əlavə bir imkan kimi baxdı. Onlar 
ona nə edə bilərdilər? O, artıq həbsxanada 
idi? 
Qanq Nqayi yaxınlığında olan həbsxanada 
göstərdiyi səylərə görə bir çoxları Məsihi 
əldə etdilər. Çoxlu sayda məsihçilərin duala-
rını və xahişlərini eşitdikdən sonra o, bu im-
kanı necə əldən buraxa bilərdi, onun Allahın 
padşahlığı üçün öz həyatından imtina etməsi 
bir nümunə idi. Tranq erkən azadlığa bura-
xılmasından imtina etdi və müjdəçi kimi işini 
davam etdirmək üçün həbsxanada qalmağa 
üstünlük verdi. 
Tranq birinci dəfə dövlətin məhbusu idi 
və qəddarlığa və əzaba məruz qaldı. Amma 
o,  həbsxanada  qalmağa  üstünlük  verəndə 
İsa Məsihin məhbusuna çevrildi. Dövlət onu 
qırmağa çalışdı. Onun yeni Ağası – İsa – 
onu bərpa etdi. Dövlət onun səsini kəsmək 
istədi. İsa Müjdəni hər bir həbsxana kame-
rasına  apardı  və  Tranqı  iki  dəfə  müjdəçi 
etdi. Tranq bizə hətta bu həyatın narahat-
çılıqlarının  və  dərdlərinin  köləsi  olduğu-
muz anlarda Məsihin hökmranlığı altında 
olan  azadlıqdan  zövq  almağı  xatırladır. 
Ola  bilsin  ki,  siz  buna  oxşar  yorucu  bir 
vəziyyətdə  olaraq  özünüzü  məhbus  kimi 
hiss  edirsiniz.  Qoy  İsa  həyatınızın  həqiqi 
Ağasına çevrilərək sizi azad etsin. 
Mən Paul siz başqa millətlərdən 
olanlar uğrunda Məsih İsanın 
məhbusuyam.
Efes. 3:1


257
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük pastor 
SUDAN: PASTOR LUKA 
Pastor Luka Cənubi Sudandakı xidmətinə yenidən qayıtmaq üçün qaçqın düşərgəsindən 
çıxmazdan qabaq beş övladı və həyat yoldaşı ilə öpüşüb xudahafizləşdi. O, ailəsini üç ay idi ki, 
görmürdü, onun xidməti vətəndaş müharibəsindən və islam hökumətinin hücumlarından əzab 
çəkmiş ərazilərdən birində idi. 
Pastor Lukanın toplantısı heç bir məbəd 
binasında yığışmırdı, çünki bir çox binalar 
demək olar ki, iyirmi il Sudanda olan vətəndaş 
müharibəsi nəticəsində dağılmışdı. Onlar hər 
həftə üstündə oyularaq çarmıx şəkli olan 
böyük bir ağacın kölgəsində görüşürdülər. 
Pastor Luka oyulmuş çarmıxın yaxınlığında 
dayanıb vəz edəndə məbəd üzvləri ya yerdə 
otururdu, ya da ayaq üstə dururdular. 
Əgər pastor Luka ailəsi ilə birlikdə qalsay-
dı, onlar hər gün birlikdə vaxt keçirərdilər. 
Əlbəttə, yardım edən işçilər qaçqın düşmüş 
sudanlılara yemək verməkdə davam edərək 
onların fiziki ehtiyaclarını ödəyəcəkdilər. Am-
ma Allah Lukanı çağırmışdı ki, insanların ru-
hani ehtiyaclarının qayğısına qalsın. Əgər o 
getməsəydi, kim bu işi öz üzərinə götürərdi? 
Luka elə bir ərazidə xidmət edir ki, əvvəllər 
orada heç bir məbəd fəaliyyət göstərməyib. 
O, müharibədən zərər çəkmiş ərazidə Alla-
hın duz və nur olmaq əmrinə itaət edir. Pas-
tor Luka üçün ailəsini qoyub getmək bəzən 
çətindir – ağrılıdır. Amma Allah onun qurba-
nını canlı və artan “ağac məbəd” ilə müka-
fatlandırıb. 
Allahın  işi  bəzən  bizi  sevdiklərimizdən 
ayırır. İsa özü otuz yaşı olanda xidmətinə 
başlamaq  üçün  ailəsini  və  yaşadığı  yerdə 
tanıdığı bütün insanları tərk etmişdi. Əgər 
biz  həyatlarımız  üçün  Allahın  planları-
nı  həyata  keçirməliyiksə,  onda  həmin  yol 
bizi  çox  vaxt  tanıdığımız  yerlərdən  tanı-
madığımız  yerlərə  aparacaq.  Səyahətimiz 
bizi  sevdiklərimizdən,  evimizdən,  rahat-
lığımızdan  və  təhlükəsizliyimizdən  ayır-
sa  da,  biz  heç  vaxt  Məsihin  sevgisindən 
ayrıla bilmərik. Onun sevgisi bizim daimi 
yoldaşımızdır və ona görə də biz heç vaxt 
tək deyilik. Siz eviniz, ailəniz, dostlarınız 
üçün  darıxmısınızmı?  Əgər  siz  həyatınız 
üçün Allahın iradəsini həyata keçirdiyinizə 
əminsinizsə, onda siz tapşırığınıza yapış-
malısınız.  Məsih  sizin  daimi  yoldaşınız 
olacaq. 
Məsihin məhəbbətindən bizi  
kim ayıra bilər?
Roma. 8:35


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə