Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə90/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   86   87   88   89   90   91   92   93   ...   122

261
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük divar kağızı
KOREYA: ROBERT C. TOMAS 
1863-cü ilin iyul ayında Robert C. Tomas və həyat yoldaşı ilk müjdəçi olaraq Koreyaya getdilər. 
Tomas oraya gedən kimi həyat yoldaşı öldü. 1866-cı ildə Koreyada bir neçə ay müjdəçilik 
edən və dili öyrənən Tomas General Şerman – Amerika gəmisi ilə Taydonq çayı boyunca müasir 
dövrdə Şimali Koreyanın paytaxtı olan əraziyə gəlib çıxdı. Gəmi quma oturdu. Koreya əsgərləri 
şübhələndilər və qorxdular. Onlar əllərində uzun, tiyəsi parıldayan bıçaqları yelləyərək gəmiyə 
mindilər. 
Tomas görəndə ki, onu öldürəcəklər, Ko-
reya dilində olan Müqəddəs Kitabını çıxarıb, 
onlara “İsa, İsa” dedi. Onun başı kəsildi. 
Tomasın ölümündən iyirmi beş il sonra 
kimsə həmin ərazidə kiçik qonaq evini aş-
kar etdi, onun içində qəribə divar kağızı var 
idi. Kağızın üzərində Koreya heroqlifləri çap 
olunmuşdu. Evin sahibi izah etdi ki, o, bu ki-
tabın səhifələrini yazıları qorumaq üçün diva-
ra yapışdırıb. Sahib və bir çox qonaqlar gəlib 
“divarları oxuyurdular”. Bu, Tomasın onu 
öldürən şəxslərə verdiyi Müqəddəs Kitab idi.
Bu gün həmin ərazidə kommunistlər 
hökmranlıq etsələr də, məbəd yaşayır. 
“Müvəqqəti müjdəçilik” adlanan Robert C. 
Tomasın işi Şimali Koreyada davam edir, indi 
Allah Kəlamı təkcə onların divarlarına yapış-
dırılmayıb, eləcə də ürəklərində gizlənib. 
Təsəvvür  edin  ki,  yazda  bağ-bostan 
əkirsiniz, amma yayda köçüb gedəcəksiniz. 
Pomidor, bibər və qarpız toxumları üçün sərf 
edilən  vaxt,  eləcə  də  əkmək,  alaq  eləmək 
və  sulamaq  səyləri  sanki  əbəs  yerədir. 
Eyni  şey  bizim  Məsihə  görə  etdiyimiz 
şəhadətlik üçün deyilə bilər. Burada risklər 
bir  səbət  pomidordan  daha  yüksəkdir.  Öz 
zəhmətimizin bəhrəsini görməyin dəyəri ol-
madan ağır işimizin qiymətləndiriləcəyinə 
və  ona  hörmət  bəslənəcəyinə  etibar  etmək 
çətindir. Yadda saxlayın, Allah, hətta bizi 
başqa yerə köçürsə də, bizim başladığımız 
işi  davam  etdirəcək.  Başqasının  qulluq 
etməsi üçün hansı bağı tərk etməlisiniz? 
Mən əkdim, Apollo suladı, amma Allah 
böyütdü. Buna görə də mühüm olan 
əkən, ya da sulayan deyil, əkiləni 
böyüdən Allahdır.
1 Kor. 3:6-7


262-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük dəyanət
ROMA İMPERİYASI: BLANDİNA
Blandina Allahın qüdrəti ilə dolu olan bir qulluqçu idi. Ona gecə-gündüz növbə ilə əzab 
verənlər, nəhayət, bu işdən əl çəkdilər. Əslində, onun işgəncələri Blandinanın imanını sanki 
daha da gücləndirirdi. O, cəsarətlə imanını bəyan edirdi: “Mən məsihçiyəm; biz utanmayaca-
ğıq.”
Blandina Roma imperatoru Markus Aure-
lius Antoniusun (b. e. 161-170-ci illərində) 
hakimiyyəti dövründə təqib olunmuşdu. Bu 
dövr məsihçilərin öz əzablarının ciddi hesaba-
tını apardıqları bir dövr idi. Onlar təqiblərdə 
dəyanətli qalacaq başqa imanlıları ruhlandır-
mağı ümid edirdilər. 
Blandinanı dirəkdən asdılar, amma o, 
buna dözdü, onun işgəncələrinə şahid olan 
insanları ruhlandırdı. Bu ssenaridən sağ çıx-
dıqdan sonra onu Pontikus adlı on beş yaşlı 
məsihçi oğlanla birlikdə şirlər olan meydana 
çıxardılar. Pontikus onun nümunəsindən ruh-
landı. Blandina vəhşi heyvanların qarşısında 
özünü ümidsiz göstərmədi, amma “sanki toy 
ziyafətinə çağırılmış bir insan kimi sevinib 
şadlanırdı.”
Blandinanı iki dəfə ac şirlərin qabağına 
tulladılar, amma şirlər ona toxunmadı. Bun-
dan sonra o, həbsxanaya sağ-salamat qayıt-
dı. O, nəhayət, “şirlər tərəfindən parçalandı, 
qamçılandı, torun içərisinə salınıb vəhşi öküz 
tərəfindən ora bura çırpıldı və çılpaq halda 
qızmar metal stula otuzduruldu.” Amma o, 
yenə sağ çıxdı və ətrafında olan bütün in-
sanları imanlarında möhkəm qalmağa ruhlan-
dırdı. Nəhayət, Blandinanı imandan döndərə 
bilmədiklərinə görə qılınc ilə öldürdülər. 
Məsihçi  şəhadətliyi  ilə  əlaqəli  olmasa 
da,  sanki  canımızı  qurtara  bilmədiyimiz 
olduqca  çətin  vəziyyətlər  var.  Evdə  çətin 
tərbiyəli  uşağı  böyütmək.  Çətin  işçilərin 
yanında  işləmək.  Çətin  həyat  tərzi.  Elə 
vaxtlar  olur  ki,  biz  gərginliyə  artıq  dözə 
bilməyəcəyimizi düşünürük və təslim olmaq 
istəyirik. Hər nə cür vəziyyət olursa olsun, 
Allah bizə dözüm və güc verir ki, bizə tap-
şırdığı işi həyata keçirə bilək. Allah Blan-
dinadan işgəncəyə dözməyi xahiş etmişdi. 
O, bizdən valideynlik məsuliyyətimizdə, iş 
yoldaşlarımız  ilə  üzləşmədə  və  ya  hansı-
sa qeyri-mümkün tapşırıqda Ondan kömək 
diləməyimizi istəyir. İsanın adını nümayiş 
etdirməklə  biz  Onun  üçün  şəhadətlik  edə 
bilərik. Bizim ssenarilərimizdən asılı olma-
yaraq, Allah bizimlədir, bizə səbir və sevinc 
verir.  Yalnız  bizim  lütfkar  Allahımızdan 
gələn  bu  böyük  dəyanətə  hansı  sahələrdə 
ehtiyacınız var? 
Hər şeyə dözərək səbir edə 
bilməniz üçün….möhkəmlənəsiniz, 
müqəddəslərin nurda olan irsinə şərik 
olmanız üçün sizə səlahiyyət verən 
Ataya sevinclə şükür edəsiniz.
Kolos. 1:11-12


263
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük oğru – birinci hissə 
RUSİYA: NİKOLAY KAMARA
Nikolay Kamara soyğunçuluğa görə ittiham edilərək on il müddətinə həbs olunmuşdur. Kamara 
məsihçilərə baxırdı və onların nə cür varlıqlar olduğunu düşünürdü, amma onlar əzablarına 
baxmayaraq sevinc içində idilər və çətin vaxtlarda mahnı oxuyurdular. Onların bir tikə 
çörəkləri olanda onu çörəyi olmayan insanla bölüşürdülər. Onlar kiməsə danışanda üzləri nur 
saçırdı. 
Bir gün məsihçilər Kamara ilə birlikdə otu-
rub ondan başına gələnləri soruşdular. Kama-
ra onlara kədərli taleyindən danışdı və dedi: 
“Mən yolunu azmış bir insanam.”
Məsihçilərdən biri üzündə təbəssüm Ka-
maradan soruşdu: “Əgər kimsə qızıl üzüyünü 
itirsə, həmin qızıl üzük itəndə onun dəyəri 
nədir?”
“Necə də ağılsız bir sualdır! Qızıl üzük elə 
qızıl üzükdür. Sən onu itirdin, başqa birisi 
onu tapacaq.”
“Çox gözəl cavabdır” – deyə, məsihçi 
cavab verdi. “İndi mənə de görüm, yolunu 
azmış insanın dəyəri nədir?” Yolunu azmış 
insanın, hətta oğrunun, zinakarın və ya qa-
tilin böyük dəyəri var. O qədər dəyəri var 
ki, Allah Oğlu göylərdən yerə enib onu xilas 
etmək üçün çarmıxda ölmüşdür.”
Məsihçi quldura dedi: “Siz, ola bilsin ki, 
azmısınız, amma Allahın sevgisi sizi tapa 
bilər.” Bunu eşidən Kamara həyatını Məsihə 
verdi. 
Dəyər necə ölçülür? Adətən, insanın vaxt, 
pul  və  emosiya  sərfi  ilə.  İnsanın  əmlaka, 
fəaliyyətə və ya ünsiyyətə qarşı münasibəti 
həmin  şəxsin  onu  necə  dəyərləndirməsi 
ilə  ölçülür.  Məsələn,  köhnə  iş  paltarları-
na olan münasibət ilə təzə kostyuma olan 
münasibət  arasında  fərqə  diqqət  yetirin. 
Kağız  materialdan  olan  stəkan  ilə  bül-
lur piyalə arasındakı fərqə diqqət yetirin. 
Dəyərli  bir  şey  itəndə  və  ya  əzizlərimizə 
nəsə olanda biz nə qədər göz yaşı tökürük. 
Yaxşı,  insanlar  dəyərlidirlərmi?  Bəs  siz 
necə,  dəyərlisinizmi?  Məsihçilərin  Kama-
raya dediyi kimi, onun dəyəri o qədər çox-
dur ki, İsa onun azmış və üsyankar varlığı 
üçün  göylərdən  enib  çarmıxda  ölmüşdür. 
Allah onları çox sevir. Siz sevilirsiniz; siz 
dəyərlisiniz.  Sevinin  və  ətrafınızda  olan 
“əzizlərinizə” bu xoş Müjdəni paylayın. 
Lakin Allah bizə olan məhəbbətini 
bununla sübut edir ki, biz hələ 
günahkar ola-ola Məsih bizim 
uğrumuzda öldü.
Roma. 5:8


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə