Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə92/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   88   89   90   91   92   93   94   95   ...   122

267
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük tərcümələr – ikinci hissə 
İNGİLTƏRƏ: UİLYAM TİNDAL
“Axı, Tindal müəllim, siz razılaşmalısınız” – deyə, teologiya üzrə alim ona istehza etdi. “İn-
sanların Müqəddəs Kitabda Allahın öz qanununu anlaya bilmələrindənsə, məbədin qanunları 
ilə yaşamaqları daha yaxşıdır!” 
Uilyam Tindal bu sözlərini eşidəndə ya-
man hirsləndi. “Mən kahinlərə və onların 
qanunlarına tabe olmuram! Əgər Allah mənə 
yaşamağa imkan versə, onda kotan sürən hər 
bir oğlanın Kəlamı bu kahinlərdən daha yax-
şı bilməsi çox da gec olmayacaq!” Onun bu 
sözləri Tindal ilə qurulmuş məbəd arasında 
narazılıq yaratdı. O, tezliklə İngiltərədən qa-
çıb bir adaya getdi, burada o, ingilis dilində 
Əhdi-Cədidin “qeyri-qanuni” versiyasını bu-
raxdı. 
Neçə illər Tindalın kiçik Əhdi-Cədidləri al-
man gəmiləri vasitəsilə pambıq topalarında o 
biri ölkələrə keçirildi, buradan kitablar gizlicə 
İngiltərəyə aparılırdı. Amma Tindal “dostu”, 
Henri Filips tərəfindən ələ verildi və kafirliyə 
görə ittiham olundu.
Uilyam Tindal edamını gözləyərək 
həbsxanada bir ildən artıq qaldı. Belə gü-
man edilir ki, o, ingilis dilində Əhdi-Cədidin 
tərcüməsini bitirmişdi. 1536-cı ilin oktyabr 
ayında dirəkdə yandırılmazdan qabaq onun 
son sözləri bunlar olmuşdu: “Rəbbim! Kralın 
gözlərini aç!” 
Allah bu duaya cavab verdi. Tindalın 
ölümündən bir il sonra monarxiya qanu-
ni şəkildə ilk dəfə Müqəddəs Kitabın çap 
olunmasına icazə verdi. Yetmiş beş il sonra 
King  James  Authorized  Version” ortalığa 
çıxdı. Bu gün Müqəddəs Kitabın “King  Ja-
mes” versiyası Tindalın tərcüməsinə təqribən 
doxsan faiz sözbəsöz uyğundur. 
Qarşıdurma  uğursuzluğa  bərabər  deyil. 
Bəzən  bu,  sadəcə  əkslik  deməkdir.  Bəzən 
ən  xoş  məramlı  həmkarlarımız  xidmət 
üçün  bizim  məqsədimizə  qarşı  dura  bilər. 
Biz onların tənqidlərini eşidib geriyə çəkilə 
bilərik və öz çağırışımızı şübhə altına sa-
la bilərik. Allah Tindala verdiyi kimi, bizə 
xidmətimiz üçün məqsəd verəndə fikir ay-
rılıqlarına  baxmayaraq,  tapşırığımıza  sa-
diq qalmalıyıq. Tənqid bizi ruhdan salma-
malıdır – bu, məqsədimizi yaxşılaşdırmaq 
üçün bizi irəliyə doğru aparmalıdır. Allah 
xidmət  üçün  sizə  məqsəd  veribmi?  Tindal 
kimi siz də zəhmətinizin nəticələrini han-
sısa  bir  müddət  və  ya  heç  vaxt  görməyə 
bilərsiniz. Bu müddət ərzində sizi danlaya 
bilərlər. Siz yenə də tapşırığa sadiq qalın 
və Allah tənqidi yoluna qoyacaq. 
Sənin uğrunda üzərimə 
rüsvayçılıq töküldü.
Məzmur 69:7


268-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük cəsarətə malik uşaqlar
ŞİMALİ KOREYA: ÇENQ Lİ VƏ HONQ CUN
Kommunistlər şimali koreyalı uşaqlara deyirlər ki, əgər Çində ələ keçsələr, onlar acı talelərinə 
görə əzab çəkəcəklər. Amma uşaqlar eləcə də bilirlər ki, əgər qaçmağa müvəffəq olsalar, 
kömək üçün üstündə çarmıx şəkli olan binanı axtarmalıdırlar. Çin məbədinə gəlib çıxmış iki 
şimali koreyalı uşaq öz başlarına gələnləri pastora danışdılar. 
“Mənim adım Çenq Lidir. Bacım və mən 
valideynlərimizin acından öldüyünü gördük. 
Biz Yalu çayını keçə bildik, çay hələ don-
muşdu. O biri tərəfə keçəndə mənim böyük 
bacım dedi: ‘Sən burada qal. Mən özüm bir 
az qabağa getməliyəm.’ O, heç vaxt geriyə 
qayıtmadı.” Çenqin altı yaşı var. 
On bir yaşlı oğlan Honq Cun dedi: “Mən 
Şimali Koreyaya qayıdıb başqalarına Məsih 
haqqında danışmaq istəyirəm.” Sonra o, bir 
mahnı oxudu: 
Ya Rəbb, sevdiyin sevimli qardaşlarımız 
üçün
Bizə müjdənin səsini ver,
Onlar haraya gediblər? Rəbb onlara baxır. 
Ya Rəbb, bizi sevimli koreyalı qardaşlarımı-
zın yanına göndər. 
Ya Rəbb, bizi sevimli koreyalı qardaşlarımı-
zın yanına göndər. 
Onlar harada olursa olsunlar, qoy gül kimi 
çiçək açsınlar. 
Bir neçə ay sonra Honq Cunu kənddən 
oğurlayıblar və zorla Şimali Koreyaya qayta-
rıblar. Ola bilsin ki, oğlan indiyə qədər onu 
əsir saxlayanlara şəhadətlik edir. 
Cəsarət  elə  bir  şeydir  ki,  vəziyyət  onu 
tələb edənədək insanlar onun özlərində ol-
duğunu  bilmirlər.  Lazım  olan  ən  həlledici 
bir  anda  insanlarda  cəsarət  ya  olur,  ya 
da  olmur.  Eyni  şeyi  xasiyyət  üçün  demək 
olar  –  müəyyən  vəziyyətlər  bizə  dəqiq 
göstərəcək  ki,  biz  cəsarətə  malikik,  yoxsa 
yox.  Nəticədə  saxtalaşdırmaq  mümkün 
olmayan  iki  şey  xasiyyət  və  cəsarətdir. 
Xoşbəxtlikdən İsa Məsih ən çox ehtiyac duy-
duğumuz  vaxtda  bizə  dəyişilməz  cəsarət 
və  şübhəsiz  xasiyyət  verir.  Biz  cəsarət 
görkəmini geyinə bilərik, amma yalnız İsa 
bizi cəsarətli edə bilər. Bizim gözəl ictimai 
nüfuzumuz ola bilər, amma bizə heç kimin 
baxmadığı  vaxtlarda  xasiyyəti  yalnız  İsa 
verə bilər. Həyatınızda xasiyyət və cəsarət 
hansı yerlərdə işləyir? 
Onlar Peter və Yəhyanın cəsarətini 
görəndə… heyrətə düşdülər, amma 
tanıdılar ki, onlar İsa ilə birgə 
olmuşdular.
Həv. İş. 4:13


269
gün
BÖYÜK 
SADİQLİK
-cu
Başqa böyük işıq
PAKİSTAN: ZAHİD 
Zahid pakistanlı müsəlman axund idi. O, məsihçilərə pusqu qurmuşdu və onların Müqəddəs 
Kitablarını yandırmışdı. Bir dəfə o, Müqəddəs Kitablardan birini özündə saxladı və məsihçiliyin 
yalan olduğunu sübut etmək üçün onu tədqiq etməyə başladı. 
“Mən məsihçi imanına qarşı istifadə edə 
biləcəyim ziddiyyətlər axtarmaq məqsədilə 
Müqəddəs Kitabı oxudum” – deyə, Zahid 
bölüşdü. “Qəfildən böyük bir işıq otağımı dol-
durdu və eşitdim ki, kimsə adımı çəkir. Nur 
bütün otağı işıqlandırmışdı. 
“Zahid, sən məni niyə təqib edirsən?” – 
deyə, həmin səs məndən soruşdu. 
“Mən qorxdum. Bilmədim, nə edim. Mən 
soruşdum: ‘Sən kimsən?’
‘Yol, Həqiqət və Həyat mənəm.’ Növbəti 
üç gecə həmin işıq və səs yenə də qayıtdı. 
Dördüncü gecə mən diz çökdüm və İsanı Xi-
laskarım kimi qəbul etdim.”
Məsihçiliyi qəbul etmiş Zahid həbs edil-
di və islama satqın çıxan bir insan kimi itti-
ham olundu. O, iki il həbsxanada işgəncələrə 
məruz qaldı və nəhayət, ona ölüm hökmü 
verildi. Zahidin boynuna ilgək keçiriləndə o, 
onu edam edənlərə dedi: “İsa Yol, Həqiqət 
və Həyatdır.” O istəyirdi ki, son nəfəsi öz 
həmvətənlərini xilas etmək üçün istifadə 
olunsun. 
Sonra qəfildən mühafizəçilər qaça-qaça 
gəlib dedilər ki, edam dayandırılmalıdır və 
Zahid azadlığa buraxıldı. Zahidin ölüm hök-
münün niyə ləğv olunduğunu heç kim bilmir, 
amma bu gün Zahid bir müjdəçi kimi Pakis-
tanda səyahətini davam etdirir. 
Ölümlə  üzləşmiş  insanlar,  adətən,  ey-
ni  sözləri  söyləyirlər.  Onlar  belə  qərara 
gəlirlər ki, həyatlarını uzatmaqda Allahın 
öz məqsədi var idi. Əfsuslar olsun ki, televi-
ziya müsahibələri nadir hallarda məqsədin 
nə olduğunu yenidən açıqlayır! Onlar Alla-
hın  məqsədini  həyatlarında  aşkar  etdilər, 
yoxsa yox? Əslində, Allahın hər birimizin 
həyatı üçün eyni məqsədi var. O istəyir ki, 
biz  Onu  tanıyaq  və  başqalarına  tanıdaq. 
Zahid  kimi  bəziləri  Allahı  tanıtmaq  üçün 
xüsusi  yerlərə  gələrək  özünəməxsus  həyat 
təcrübələrindən  keçə  bilər.  Amma  bizim 
tapşırığımız, əsasən, eynidir. Heç hiss etmi-
sinizmi ki, Allah sizi bu yer üzünə xüsusi 
bir  səbəbə  görə  gətirib?  Bu,  Onu  tanımaq 
– və başqalarına tanıtdırmaqdır. 
İsa ona dedi: “Yol, həqiqət və həyat 
Mənəm. Mənim vasitəm olmadan heç 
kim Atanın yanına gələ bilməz.”
Yəhya 14:6


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə