Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə95/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   91   92   93   94   95   96   97   98   ...   122

276
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük ailə  
KAMBOCA: HAYİM VƏ ONUN AİLƏSİ 
Kambocanın cəngəlliklərində Hayim və onun ailəsinə bel verib demişdilər ki, öz qəbirlərini 
qazsınlar. Onlar məsihçiləri “şöhrətli inqilabın” düşmənləri hesab edən Xmer Rucun girovları 
idilər. 
Əsgərlər Hayim və onun ailəsinə diz çö-
küb, əl-ələ tutub dua etməyə icazə verdilər. 
Hayim əsgərlərə dedi ki, tövbə etsinlər və 
İsanı Rəbləri, eləcə də, Xilaskarları kimi 
qəbul etsinlər. Əsgərlər onun ölüm ayağın-
da belə şəfqətli olmasını görüb çaşqınlığa 
düşdülər. 
O danışarkən oğullarından biri ayağa qal-
xıb meşəyə qaçdı. Əsgərlər onun dalınca qaç-
maq istədilər, amma Hayim onları saxladı. 
Onun arxayınlığı kommunistləri inandırdı və 
onun nə edəcəyini gözlədilər. 
Ailəsi əsgərlərin tüfəngləri qarşısında diz 
çökərkən Hayim meşənin kənarına doğru 
getdi. “Oğlum, qaçaq kimi meşədə gizlənib 
həyatdan bir neçə gün oğurlamaq, bura-
da qəbirdə ailənə qoşulub tezliklə cənnətdə 
Məsih ilə həmişəlik azad olmaqla müqayisə 
edilə bilərmi?” Bir neçə saniyədən sonra kol-
ların bəziləri xışıldadı və Hayimin oğlu göz 
yaşları içində irəliyə çıxıb atasının yanında 
diz çökdü. 
Hayim əsgərlərə baxdı: “İndi biz hazırıq.”
Amma əsgərlərin heç biri tətikləri çəkə 
bilmədilər. Lakin tezliklə oğlanın qayıtma-
sından xəbəri olmayan zabit gəlib çıxdı və 
əsgərləri qorxaq olduqlarına görə danladı və 
məsihçiləri öldürdü. 
Bəzi ailələr həddən artıq yekdil olmaq-
larına görə tanınırlar. Digərləri həddən ar-
tıq  zəngin  olduqlarına  görə  qürrələnirlər. 
Elələri  də  vardır  ki,  əhəmiyyətli  insan-
lar  olub  həddən  artıq  məşğul  olduqlarını 
göstərirlər.  Amma  Allah  başqa  şeylərdən 
istifadə  edə  bilər,  onun  təsir  ideyası 
tamamilə  fərqlidir.  Allahın  padşahlığın-
da  ailəni  nə  faydalı  edir?  Həddən  artıq 
itaətkarlıq.  Bu,  ailənin  maşınının  ölçüsü 
deyil;  bu,  onların  Məsihə  həsr  olunma-
larıdır.  Allah  ailəni  yaradıb  ki,  uşaqlar 
Məsihə necə itaət etməyi valideynlərindən 
öyrənsinlər. Hayimin ssenarisi özünəməxsus 
olsa da, biz də öz vəziyyətlərimizdə onun 
kimi  itaətkar  ola  bilərik.  Siz  öz  ailənizin 
həsr olunmasını necə təsvir edərdiniz? Ki-
min  ailəsi  özünü  böyük  ailənin  nümunəsi 
kimi göstərir? 
Çünki kim Allahın iradəsini yerinə 
yetirirsə, Mənim qardaşım, bacım  
və anam odur.
Mark 3:35


277
gün
-ci
BÖYÜK 
SADİQLİK
Yalanlardan böyük istifadə 
RUSİYA: UNİVERSİTET TƏLƏBƏSİ 
Allahsız professor qapının yanında asılmış Leninin şəklinə baxaraq gülümsədi və sonra 
üstündə su dolçası olan stola yaxınlaşdı. O, bir paket tozu cibindən çıxarıb yavaş-yavaş suyun 
içinə tökdü və su qırmızı rəngə çevrildi. 
“Bu, tam möcüzədir” – deyə, o, dərsinə 
başladı. “İsa paltarının qolunda belə bir toz 
gizlətmişdi və möcüzəli surətdə suyu şəraba 
çevirdiyini iddia edirdi. Amma mən İsadan 
daha yaxşı edə bilərəm; mən şərabı yenidən 
suya çevirə bilərəm.” 
O, yenidən başqa bir paket toz çıxardı və 
qırmızı mayenin içərisinə tökdü. Məhlul əsl 
su kimi oldu. O biri paket ilə yenidən qırmızı 
oldu.
Tələbələrdən biri başını yırğalayaraq na-
razılığını göstərdi. Nəhayət, professora belə 
dedi: “Yoldaş professor, siz bizi heyrətə 
gətirdiniz. Biz sizdən daha bir şeyi də 
etməyinizi xahiş edirik – şərabınızı için!”
Professor altdan-altdan gülərək dedi: 
“Mən bunu edə bilmərəm. Bu toz zəhərdir.”
Məsihçi ona cavab verdi: “Elə bu, sizinlə 
Məsih arasında böyük fərqdir. O öz şərabı ilə 
bizə sevinc verib, amma siz öz şərabınız ilə 
bizi zəhərləyirsiniz.” Professor hirslə öz ota-
ğından çıxıb tələbəni həbs etdirdi. Amma bu 
xəbər çox uzaqlara yayıldı və bir çoxlarının 
imanını möhkəmləndirdi. 
Düşmənin  asan  dəyişiklik  barədə  vədi 
yalandır.  Bir  çox  mağazalarda  alıcıların 
malı  qaytarmaq  hüququ  var,  bu,  alıcılara 
kömək edir ki, razı qalmaları üçün aldıqla-
rı şeyləri dəyişə bilsinlər. İnsanlar növbəyə 
dayanırlar  ki,  kiçik  ölçünü  böyüyü,  bir 
rəngi  başqa  rənglə  dəyişdirsinlər,  bunun-
la da ümid edirlər ki, aldıqları mal onları 
daha arıq, daha gözəl və ya daha xoşbəxt 
edəcək. Buna oxşar olaraq, həyatda bir çox 
insanlar  da  əllərində  Allahın  həqiqətini 
tutaraq  növbəyə  dayanıblar.  Onlara  de-
yilib  ki,  Allahın  həqiqətini  istənilən  şeyə 
çevirsinlər  və  bununla  da  özlərini  razı 
salsınlar.  Biz  həmişə  sonda  peşmançılıq-
la üzləşirik. Allah istəyir ki, biz düşmənin 
yalanlarından agah olaq. Nəyin bahasına 
olursa olsun, Allahın həqiqətindən möhkəm 
yapışın. 
Onlar Allahın həqiqətini  
yalanla əvəz etdilər.
Roma 1:25


278-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük yalvarış 
İNDONEZİYA: DELORES 
Deloresin qocalmış bədəni qaçmaqdan yorulmuşdu, o, ağlamağa başladı: “Allahım, bizə, 
uşaqlarına mərhəmət et!” Delores başqa imanlılar ilə birlikdə həyatını qorumaq üçün qaçırdı, 
çünki hücumçular artilleriya ilə onların kəndinə dolmuşdular. Öz nahamar əsasından istifadə 
edərək, addımbaaddım dik dağ silsiləsinə dırmaşdı, nəhayət, təhlükəsiz bir yerə gəlib çıxdı. 
O, bu zorakılığa görə evindən qaçmış yüzlərlə başqa insanlar ilə birlikdə müvəqqəti qaçqın 
düşərgəsində məskunlaşdı.
Delores İndoneziyada yaşayan milyon-
larla məsihçidən biridir – bu torpaq on üç 
mindən artıq adadan ibarətdir. İndoneziya 
dünyada ən məşhur müsəlman ölkəsidir. Am-
ma müsəlmanlar və məsihçilər neçə illər eyni 
torpağı bölüşüblər, neçə nəsil birlikdə sülhdə 
yaşayıblar. Amma onlar indi yeni düşmən ilə 
üzləşirlər: fanatik müsəlman qrupları təzəliklə 
adalarda  cihadlar (müqəddəs müharibələr) 
törətmişdilər. Bu gün müsəlmanlar və 
məsihçilər arasında artıq sülh yoxdur. 
Bir şəhərdə məsihçilər qubernatorun 
idarəsinin qarşısında nümayiş keçirərək “Mən 
hər bir şeyi təslim edirəm” ilahisini oxudular. 
Onlar yalvarırdılar ki, azğın müsəlmanların 
əlində nə qədər məsihçinin öldürüldüyünü 
hökumət etiraf etsin. Dinc imanlılar mah-
nı oxumaqda davam etsə də, müsəlmanlar 
başqa bir kəndə hücum etdilər və onu viran 
qoydular. Çiçəklənən bir çox cəmiyyətlər indi 
sadəcə, kül və daş qalağıdır.
Delores  sadəcə  İndoneziyada  Alla-
hın  qurtuluşu  üçün  fəryad  edən  təqib 
olunan  imanlılardan  biridir.  Vəhy  Alla-
hın  mühakiməsini  və  ədalətini  istəyən 
şəhidlərin izdihamı haqqında danışır. Am-
ma  onlar  təklikdə  fəryad  etməli  deyillər. 
Yaşayan bizlər səsimizi onların ciddi yal-
varışlarına  qoşmalıyıq.  Baxmayaraq  ki, 
biz  öz  rahat  evlərimizdə  oturub  onlardan 
uzaqda  olsaq  da,  bizim  ciddi  dəstəyimiz 
uzaqdan edilən dualardır. Biz təhlükəsizlik 
və qurtuluş üçün dua edərkən ürəklərimizi 
əzab çəkənlərə qoşuruq. Siz bu gün Delo-
res və İndoneziyada olan başqa imanlılar 
üçün dua edərsinizmi? Allahdan xahiş edə 
bilərsinizmi ki, onları bu yolda qorusun və 
qurtuluş üçün etdiyimiz duaları eşitsin? 
Onlar uca səslə fəryad edirdi: “Ey 
müqəddəs və haqq olan Pərvərdigar
nə vaxta kimi mühakimə etməyib 
yer üzündə yaşayanlardan qanımızın 
qisasını almayacaqsan?”
Vəhy 6:10


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə