276
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük ailə
KAMBOCA: HAYİM VƏ ONUN AİLƏSİ
Kambocanın cəngəlliklərində Hayim və onun ailəsinə bel verib demişdilər ki, öz qəbirlərini
qazsınlar. Onlar məsihçiləri “şöhrətli inqilabın” düşmənləri hesab edən Xmer Rucun girovları
idilər.
Əsgərlər Hayim və onun ailəsinə diz çö-
küb, əl-ələ tutub dua etməyə icazə verdilər.
Hayim əsgərlərə dedi ki, tövbə etsinlər və
İsanı Rəbləri, eləcə də, Xilaskarları kimi
qəbul etsinlər. Əsgərlər onun ölüm ayağın-
da belə şəfqətli olmasını görüb çaşqınlığa
düşdülər.
O danışarkən oğullarından
biri ayağa qal-
xıb meşəyə qaçdı. Əsgərlər onun dalınca qaç-
maq istədilər, amma Hayim onları saxladı.
Onun arxayınlığı kommunistləri inandırdı və
onun nə edəcəyini gözlədilər.
Ailəsi əsgərlərin tüfəngləri qarşısında diz
çökərkən Hayim meşənin kənarına doğru
getdi. “Oğlum, qaçaq kimi meşədə gizlənib
həyatdan bir neçə gün oğurlamaq, bura-
da qəbirdə ailənə qoşulub tezliklə cənnətdə
Məsih ilə həmişəlik azad olmaqla müqayisə
edilə bilərmi?”
Bir neçə saniyədən sonra kol-
ların bəziləri xışıldadı və Hayimin oğlu göz
yaşları içində irəliyə çıxıb atasının yanında
diz çökdü.
Hayim əsgərlərə baxdı: “İndi biz hazırıq.”
Amma əsgərlərin heç biri tətikləri çəkə
bilmədilər. Lakin tezliklə oğlanın qayıtma-
sından xəbəri olmayan zabit gəlib çıxdı və
əsgərləri qorxaq olduqlarına görə danladı və
məsihçiləri öldürdü.
Bəzi ailələr həddən artıq yekdil olmaq-
larına görə tanınırlar. Digərləri həddən ar-
tıq zəngin olduqlarına görə qürrələnirlər.
Elələri də vardır ki, əhəmiyyətli insan-
lar olub həddən artıq məşğul olduqlarını
göstərirlər. Amma Allah başqa şeylərdən
istifadə edə bilər, onun təsir ideyası
tamamilə fərqlidir. Allahın padşahlığın-
da ailəni nə faydalı edir? Həddən artıq
itaətkarlıq. Bu, ailənin maşınının ölçüsü
deyil; bu, onların Məsihə həsr olunma-
larıdır. Allah ailəni yaradıb ki, uşaqlar
Məsihə necə itaət etməyi valideynlərindən
öyrənsinlər. Hayimin ssenarisi özünəməxsus
olsa da, biz də öz vəziyyətlərimizdə onun
kimi itaətkar ola bilərik. Siz öz ailənizin
həsr olunmasını necə təsvir edərdiniz? Ki-
min ailəsi özünü böyük ailənin nümunəsi
kimi göstərir?
Çünki kim Allahın iradəsini yerinə
yetirirsə, Mənim qardaşım, bacım
və anam odur.
Mark 3:35
277
gün
-ci
BÖYÜK
SADİQLİK
Yalanlardan böyük istifadə
RUSİYA: UNİVERSİTET TƏLƏBƏSİ
Allahsız professor qapının yanında asılmış Leninin şəklinə baxaraq gülümsədi və sonra
üstündə su dolçası olan stola yaxınlaşdı. O, bir paket tozu cibindən çıxarıb yavaş-yavaş suyun
içinə tökdü və su qırmızı rəngə çevrildi.
“Bu, tam möcüzədir” – deyə, o, dərsinə
başladı. “İsa paltarının qolunda belə bir toz
gizlətmişdi və möcüzəli surətdə suyu şəraba
çevirdiyini iddia edirdi. Amma mən İsadan
daha yaxşı edə bilərəm; mən şərabı yenidən
suya çevirə bilərəm.”
O, yenidən başqa bir paket toz çıxardı və
qırmızı mayenin içərisinə tökdü.
Məhlul əsl
su kimi oldu. O biri paket ilə yenidən qırmızı
oldu.
Tələbələrdən biri başını yırğalayaraq na-
razılığını göstərdi. Nəhayət, professora belə
dedi: “Yoldaş professor, siz bizi heyrətə
gətirdiniz. Biz sizdən daha bir şeyi də
etməyinizi xahiş edirik –
şərabınızı için!”
Professor altdan-altdan gülərək dedi:
“Mən bunu edə bilmərəm. Bu toz zəhərdir.”
Məsihçi ona cavab verdi: “Elə bu, sizinlə
Məsih arasında böyük fərqdir. O öz şərabı ilə
bizə
sevinc verib, amma siz öz şərabınız ilə
bizi zəhərləyirsiniz.” Professor hirslə öz ota-
ğından çıxıb tələbəni həbs etdirdi. Amma bu
xəbər çox uzaqlara yayıldı və bir çoxlarının
imanını möhkəmləndirdi.
Düşmənin asan dəyişiklik barədə vədi
yalandır. Bir çox mağazalarda alıcıların
malı qaytarmaq hüququ var, bu, alıcılara
kömək edir ki, razı qalmaları üçün aldıqla-
rı şeyləri dəyişə bilsinlər. İnsanlar növbəyə
dayanırlar ki, kiçik ölçünü böyüyü, bir
rəngi başqa rənglə dəyişdirsinlər, bunun-
la da ümid edirlər ki, aldıqları mal onları
daha arıq, daha gözəl və ya daha xoşbəxt
edəcək. Buna oxşar olaraq, həyatda bir çox
insanlar da əllərində Allahın həqiqətini
tutaraq növbəyə dayanıblar. Onlara de-
yilib ki, Allahın həqiqətini istənilən şeyə
çevirsinlər və bununla da özlərini razı
salsınlar. Biz həmişə sonda peşmançılıq-
la üzləşirik. Allah istəyir ki, biz düşmənin
yalanlarından agah olaq. Nəyin bahasına
olursa olsun, Allahın həqiqətindən möhkəm
yapışın.
Onlar Allahın həqiqətini
yalanla əvəz etdilər.
Roma 1:25
278-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük yalvarış
İNDONEZİYA: DELORES
Deloresin qocalmış bədəni qaçmaqdan yorulmuşdu, o, ağlamağa başladı: “Allahım, bizə,
uşaqlarına mərhəmət et!” Delores başqa imanlılar ilə birlikdə həyatını qorumaq üçün qaçırdı,
çünki hücumçular artilleriya ilə onların kəndinə dolmuşdular. Öz nahamar əsasından istifadə
edərək, addımbaaddım dik dağ silsiləsinə dırmaşdı, nəhayət, təhlükəsiz bir yerə gəlib çıxdı.
O, bu zorakılığa görə evindən qaçmış yüzlərlə başqa insanlar ilə birlikdə müvəqqəti qaçqın
düşərgəsində məskunlaşdı.
Delores İndoneziyada
yaşayan milyon-
larla məsihçidən biridir – bu torpaq on üç
mindən artıq adadan ibarətdir. İndoneziya
dünyada ən məşhur müsəlman ölkəsidir. Am-
ma müsəlmanlar və məsihçilər neçə illər eyni
torpağı bölüşüblər, neçə nəsil birlikdə sülhdə
yaşayıblar. Amma onlar indi yeni düşmən ilə
üzləşirlər: fanatik müsəlman qrupları təzəliklə
adalarda
cihadlar (müqəddəs müharibələr)
törətmişdilər.
Bu gün müsəlmanlar və
məsihçilər arasında artıq sülh yoxdur.
Bir şəhərdə məsihçilər qubernatorun
idarəsinin qarşısında nümayiş keçirərək “Mən
hər bir şeyi təslim edirəm” ilahisini oxudular.
Onlar yalvarırdılar ki, azğın müsəlmanların
əlində nə qədər məsihçinin öldürüldüyünü
hökumət etiraf etsin. Dinc imanlılar mah-
nı oxumaqda davam etsə də, müsəlmanlar
başqa bir kəndə hücum etdilər və onu viran
qoydular. Çiçəklənən bir çox cəmiyyətlər indi
sadəcə, kül və daş qalağıdır.
Delores sadəcə İndoneziyada Alla-
hın qurtuluşu üçün fəryad edən təqib
olunan imanlılardan biridir. Vəhy Alla-
hın mühakiməsini və ədalətini istəyən
şəhidlərin izdihamı haqqında danışır. Am-
ma onlar təklikdə fəryad etməli deyillər.
Yaşayan bizlər səsimizi onların ciddi yal-
varışlarına qoşmalıyıq. Baxmayaraq ki,
biz öz rahat evlərimizdə oturub onlardan
uzaqda olsaq da, bizim ciddi dəstəyimiz
uzaqdan edilən dualardır. Biz təhlükəsizlik
və qurtuluş üçün dua edərkən ürəklərimizi
əzab çəkənlərə qoşuruq. Siz bu gün Delo-
res və İndoneziyada olan başqa imanlılar
üçün dua edərsinizmi? Allahdan xahiş edə
bilərsinizmi ki, onları bu yolda qorusun və
qurtuluş üçün etdiyimiz duaları eşitsin?
Onlar uca səslə fəryad edirdi: “Ey
müqəddəs
və haqq olan Pərvərdigar,
nə vaxta kimi mühakimə etməyib
yer üzündə yaşayanlardan qanımızın
qisasını almayacaqsan?”
Vəhy 6:10