Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə97/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   93   94   95   96   97   98   99   100   ...   122

282-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük ört-basdır etmə
SƏUDİYYƏ ƏRƏBİSTANI: ƏR VƏ ARVAD 
Ər və arvad başqa bir ölkədən neftlə zəngin bir ölkə olan Səudiyyə Ərəbistanına gəlib çatdılar. 
Onlar öz evləri adlandırdıqları bu müsəlman 
ölkəsində yaşayır və işləyirdilər. Nəhayət, on-
lar imanlarını – məsihçiliyi bölüşdükləri baş-
qa əcnəbi imanlılar ilə görüşdülər və birlikdə 
ibadət etdilər. Amma Məhəmmədin ruhani 
mərkəzində məsihçiliklə məşğul olmaq təkcə 
kütləvi olmayan bir şey deyil; bu, həm də 
qeyri-qanunidir. Buna baxmayaraq, ər-arvad 
sadiq tərzdə öz ibadətlərini davam etdirmək 
üçün həbsin, deportasiyanın və hətta ölümün 
riskini qəbul etdilər.
Onlar neçə il sülhdə yaşadılar. Amma bir 
gün Səudiyyə Ərəbistanının polisi onların 
evlərinə basqın etdi. Onları dini mövqeləri 
ilə əlaqədar sorğu-sual etmək üçün polis 
məntəqəsinə apardılar. Həmin vaxt onla-
rın başqa yerli məsihçilər ilə əlaqə saxlama 
məlumatı olan kompüterləri müsadirə olun-
du. Onlar qorxdular ki, tezliklə o birilər də 
belə əzab çəkərlər. 
Ər həbsdə saxlanıldı, amma arvada itti-
hamlarda bəraət verildi və azadlığa buraxıldı. 
O, ərinə bəraət verilməsi və həbsdən azad 
edilməsi üçün bir neçə kənar dövlətə müraciət 
etdi. O, azadlığı müdafiə edənlərə arxayın ol-
du. Amma başqa ölkələr onun vəziyyətinə 
müdaxilə etməyə can atmadılar. Ər həyat 
yoldaşını bir daha görüb-görməyəcəyini dü-
şünürdü. Onların məhkəmə işi Səudiyyə 
Ərəbistanının müsəlman xalqında məsihçiliyə 
qarşı olan bir çox sirli təqiblərdən biridir. 
Amma həqiqət bir gün aşkar olacaq.
Səudiyyə  Ərəbistanı  dünyada  edamın 
ən  yüksək  səviyyəsini  göstərən  ölkələrdən 
biridir.  1999-cu  ildə  Səudiyyə  Ərəbistanı 
insan hüquqlarından sui-istifadə haqqında 
məxfiliyi təmin etmək üçün ictimai əlaqələr 
üzrə  1000000  $-dan  artıq  pul  xərcləyib. 
Amma  onlar  sirləri  əbədi  olaraq  saxlaya 
bilməzlər.  Biz  dua  etməliyik  ki,  Səudiyyə 
Ərəbistanında  məsihçilərin  səsi  bizim  ya-
şadığımız  müddətdə  eşidilsin  və  onlara 
cavab verilsin. Biz bilirik ki, Məsih qayı-
danda heç bir ictimai əlaqə firmaları onla-
rı mühakimədən qoruya bilməyəcək. Yaxşı, 
bəs  bu  gün?  Dua  dəyişiklik  etməyə  doğru 
bir  addımdır.  Bu,  sirr  deyil  –  qarşıdur-
ma güclüdür. Amma Allah daha güclüdür. 
Həbsdə olanlara görə Onun gücünü topla-
maq üçün siz nə edirsiniz? 
Çünki elə gizli bir şey yoxdur ki, 
aşkara çıxmayacaq və elə örtülü 
bir şey yoxdur ki, bilinib aydın 
olmayacaq.
Luka 8:17


283
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük itaətsizlik 
ROMA İMPERİYASI: TEBAN QOŞUNU 
B. e. 286-cı ilində Teban qoşunundan olan 6 666 əsgərə imperator Maksimus tərəfindən 
əmr verilmişdi ki, Qalliyaya yürüş etsinlər və Burqundiyanın üsyançılarına qarşı ona kömək 
etsinlər. Bu bölmənin hər bir üzvü əsl məsihçi idi. 
Alp dağlarından çətinliklə keçdikdən sonra 
Maksimus döyüşə çıxmazdan əvvəl ümumi 
qurban gətirməyi tələb etdi. Teban qoşu-
nundan olan hər bir kəs Allaha hörmətsizlik 
etməkdən imtina etdi. İmperator onların bu 
itaətsizliyini görüb bərk hirsləndi, ona görə 
də hər on əsgəri qılıncla öldürtdü ki, onları 
bu fikirdən daşındırsın. Amma əsgərlər öz 
yerlərindən belə tərpənmədilər. İmperator bu 
dəfə öz əsgərlərinə əmr etdi ki, sıralarda hər 
on əsgərdən birini öldürsünlər. Bu əsgərlər 
ləyaqət ilə başlarını dik tutaraq, özlərini elə 
göstərdilər ki, sanki döyüşdə ölürlər. Amma 
bu ikinci qətl hadisəsi birincidən daha təsirli 
olmadı. 
Bunu görən yerdə qalan əsgərlər öz yol-
daşlarının ölümündən sonra yenə də öz 
mövqelərində qaldılar. Zabitlərinin göstərişi 
ilə ölmək istəməyərək imperatora sadiqlik 
məqaləsi yazdılar. Onlar bəyan etdilər ki, 
Allaha imanları və həsr olunmaları onların 
imperatora daha da sadiq olmalarına yardım 
edib. Onlar bununla ümid etdilər ki, impera-
toru sakitləşdirərlər, amma bu, əksinə təsir 
göstərdi. Qəzəblənmiş imperator Teban qo-
şunundan qalan əsgərlərin öldürülməsinə 
əmr verdi. 
İtaətsizlik  hərbidə  ən  pis  hərəkət  sayı-
lır.  Amma  Teban  qoşununun  başqa  seçimi 
yox  idi,  çünki  Allaha  itaətsizlik  daha  bö-
yük  cinayət  olardı.  İnsanlar  səlahiyyət 
ilə  hökmranlıq  edirlər.  Amma  səlahiyyəti 
yalnız  Allah  verir.  Müqəddəs  Kitab  bizə 
insan  səlahiyyətinin  Allahın  əmrinə  zidd 
getdiyi  vaxtda  Allahın  xalqının  həmin 
səlahiyyəti  necə  rədd  etdiyini  göstərir. 
İbrani  mamaçalarını  və  eləcə  də  firo-
nun  əmrlərinə  itaətsizlik  edən  Musanın 
valideynlərini  yadınıza  salın.  Yad  allah-
lara  xidmət  etməkdən  imtina  edən  Dani-
el  və  onun  yoldaşları  haqqında  düşünün. 
Onların nümunələri və bu cəsur əsgərlərin 
nümunələri  bizə  xatırladır  ki,  insan 
səlahiyyətini tanımaq borcumuzdur. Amma 
biz hər şeydən öncə Allahın səlahiyyətinə 
hörmət göstərməliyik. İnsan əmrləri Allahın 
əmrlərinə  birbaşa  ziddirsə,  siz  itaətsizlik 
riskini diqqətinizdə saxlayın. 
Lakin Peterlə Yəhya cavab verib dedi: 
“Özünüz qərar verin, Allaha deyil, 
sizə qulaq asmaq Allahın gözündə nə 
qədər doğrudur?”
Həv. İş. 4:19


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə