Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə100/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   96   97   98   99   100   101   102   103   ...   122

291
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük “inkarlar”
İNDONEZİYA: GƏNC MƏSİHÇİ QIZ
İndoneziyadakı kəndin məscidinin qarşısına toplaşmış izdihamın üstünə soyuq su səpdilər. 
Silahlanmış ağ geyimli cihad döyüşçüləri həmin yeri dövrəyə almışdı. Qrupun islamı qəbul 
etməsi üçün dəstəmaz almağa məcbur edirdilər. İzdiham bilirdi ki, ya islamı qəbul etməli 
olacaqlar, ya da həmin yerdə güllələnəcəklər və ya başları kəsiləcək. 
Gənc qız imanı üçün ağlayırdı, çünki o, 
təsəvvür edirdi ki, dəstəmaz almaq imanın-
dan dönmək idi. O bilmirdi ki, bədəninə hər 
nə olsa da, Məsihə imanı onun qəlbində idi. 
O, həm də qorxudan ağlayırdı, çünki bilirdi ki, 
qrupda olan başqa kişilər, qadınlar və uşaqlar 
ilə birlikdə sünnət oluna bilər. Məcbur edil-
miş sünnət yeni dini qəbul etməyin sonuncu 
addımı idi. O, yeni din istəmirdi və ona görə 
də Allaha fəryad edirdi. 
İndoneziya dözüm sığınacağı idi. Bax-
mayaraq ki, dünyada olan istənilən baş-
qa ölkədən daha çox bu ölkə müsəlmanlar 
üçün ev idi, burada azacıq problemlər var 
idi. Müsəlmanlar, məsihçilər və buddistlər 
qismən ədavət ilə birlikdə işləyərək yanba-
yan yaşamışdılar. 
Bu dəyişmişdi. Radikal müsəlmanlar 
xalqı cihada və ya müqəddəs müharibəyə 
sürükləmişdilər və hər bir məsihçi indi hədəf 
idi. Bir çoxları həyatlarını xilas etmək üçün 
müsəlman duasını edirlər; amma ürəklərində 
Allaha fəryad edirlər, bilirlər ki, xilası yalnız 
O verə bilər. 
İnsanlar  bizi  xaricdən  dəyişməyə  çalı-
şırlar.  Amma  yalnız  Allah  bizi  daxildən 
dəyişə bilər. Biz Məsihi tanımazdan qabaq 
çox vaxt həyatlarımız üçün dünyanın stan-
dartlarına uyğunlaşmağa çalışırıq və özü-
müzü  isə  nəzərdən  qaçırırıq.  Biz  məcbur 
edilirik  ki,  heç  vaxt  olmaq  istəmədiyimiz 
bir  insan  olaq.  Amma  Allah  insanları 
daxilən  bir  dəfə  dəyişdikdən  sonra  onlar 
əbədi  olaraq  dəyişilirlər.  Biz  geriyə  qa-
yıda  bilmərik.  Biz  öz  köhnə  mənliyimizə 
yenidən  qayıda  bilmərik.  Bu  hekayədə 
olduğu  kimi  bizə  də  başqaları  təsir  edə 
bilər  və  üzərimizdə  hansısa  bir  dərəcədə 
nəzarəti ələ keçirə bilər. Amma onlar artıq 
Məsihin bizi dəyişdirdiyi kimi bir daha bizi 
dəyişdirə bilməzlər. Siz Müqəddəs Kitabın 
öyrətdiyi “dəyişikliyi” hiss etmisinizmi? 
O dedi: “Sizə doğrusunu deyirəm: əgər 
siz yolunuzdan dönüb uşaqlar kimi 
olmasanız, Səmavi Padşahlığa əsla 
daxil ola bilməzsiniz.”
Matta 18:3


292-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük nəzakətlilik 
RUSİYA: PAYOTT
Emmausa gedən yolda dirilmiş Xilaskar iki həvari ilə Yerusəlimdə yenicə baş vermiş hadisələr 
haqqında danışaraq gedirdi. Baxmayaraq ki, həvarilər onu tanımamışdılar, O onlara Məsih üçün 
Allahın planı haqqında danışmışdı. Onlar şəhərə gəlib çıxanda İsa özünü elə göstərdi ki, sanki 
bir az da irəliyə getməli idi. Niyə? O, dayanıb söhbəti davam etdirmək istəmədi? 
Rusiyalı imanlı Payott üçün İsanın 
hərəkətləri nəzakətliliyi göstərmişdi. 
O, həqiqətən, istəsəydi, qalardı. Payot 
kommunistlərin ölkədə hədlərini aşdığını gö-
rürdü. Polis istədiyi vaxt insanların evlərinə 
soxulurdu. Nəhayət, bir məsihçi Xilaskarın 
hekayəsini onunla bölüşdü, O, Payottun 
ürəyini astaca döyürdü və icazə verilən vaxt 
oraya girməsini gözləyirdi. Həlim İsa Payot-
da böyük təəssürat yaratdı və könüllü olaraq 
ürəyinin qapısını açdı. İsa Payottun Xilaskarı 
və Rəbbi oldu. 
Payott tövbənin nə məna daşıdığını bi-
lirdi. O dəyişilmişdi. Allah onu gizli yığışan 
məbədə xidmət etməyə göndərdi. Burada 
o, başqalarından çox şey öyrəndi. Böyüyən 
məsihçilər ona necə şəhadətik etməyi və 
imanını məşq etdirməyi göstərdilər. Tezliklə, 
Payott məsihçi ədəbiyyatlarını Rusiyaya qa-
çaqmalçılıq yolu ilə gətirərək saysız-hesabsız 
səfərlər etdi. O, get-gedə daha da cəsarətli 
oldu. O, sadəcə, şagird olmaq istəmirdi, baş-
qalarını Məsihə gətirərək şagird etməyi də 
arzulayırdı. 
Nəhayət, o həbs olundu. Onun başına nə 
gəldiyini heç kim bilmir. 
Rumıniyalı pastor Riçard Vurmbrand bir 
dəfə söyləmişdi: “Biz Məsih üçün qəlbləri 
qazanmaq  işində  heç  vaxt  dayanmamalı-
yıq. Bunu etməklə biz yalnız işin yarısını 
görürük.  Məsih  üçün  qazanılmış  istənilən 
qəlb də öz növbəsində qəlb qazanan olma-
lıdır. Rusiyalılar təkcə tövbə edən insanlar 
deyildilər,  eləcə  də  gizli  yığışan  məbəddə 
“müjdəçilər”ə çevrilmişdilər. Onlar ehtiyat-
sız idilər və Məsihin işi üçün cəsarətlə dolu 
idilər.”  Payott  kimi  insan  xilas  olub  baş-
qalarını  xilas  etməklə  necə  böyüyür?  Pa-
yotta kimsə necə məsihçi olmağı göstərdiyi 
kimi,  kimsə  də  ona  imanda  böyüməyi 
göstərmişdi.  İnsanlara  Məsih  üçün  daha 
çox susamağı göstərməlidirlər. Sizin artan 
imanınız başqaları üçün nümunədirmi? Al-
lah sizi şagird kimi, eləcə də şagird edən 
bir şəxs kimi çağırır. 
Lakin Rəbbimiz və Xilaskarımız İsa 
Məsihin lütfündə və Onu tanımaqda 
böyüyün.
2 Peter 3:18


293
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük xatirələr
KUBA: TOM UAYT 
Onların kiçik təyyarələri Kubanın təcrid olunmuş adasında qəzaya uğramazdan əvvəl Tom və 
onun pilotu neçə ay müjdə kitabçalarını səpələməklə məşğul idilər, Kuba xalqının cavab verib-
vermədiyini heç vaxt bilmirdilər. İndi Combinado Del Este həbsxanasında iyirmi dörd illik həbs 
cəzası aldıqdan sonra Tom Kuba məbədinin vəziyyəti barədə ilk məlumatı eşitdi. Məbəd öz 
fəaliyyətini davam etdirirdi! 
Ona görüşdüyü bir çox məsihçilər ilə 
həbsxanada olmaq məmnunluq hissi bəxş 
edirdi. Amma kapitan Santos onu bir 
nəfərlik, soyuduculu kameraya yerləşdirdi. 
İndi müsbət mövqedə qalmaq və ürəyini 
kamera kimi soyuq olmaqdan saxlamaq bir 
mübarizə idi.
Yatmaq qeyri-mümkün idi, çünki döşəmə 
həddən artıq soyuq idi. Yeganə dinclik 
onun bir ayağını divara qoyub alnını oraya 
söykəmək idi. 
O, təslim olmağa qarşı əqli mübarizə apar-
dıqca himnlər və xor mahnıları oxuyurdu. O, 
bütün gücünü toplayıb, həbsdə olan qardaşla-
rının gücünə diqqətini cəmlədi. Onlar Tomu 
ruhlandırırdılar və onun üçün dua etdiklərini 
söyləyirdilər. O, eləcə də yeniyetmə yaşla-
rında anasının ona verdiyi kitabdan bir çox 
ruhlandırıcı şəhadətlikləri də yadına salırdı. 
Tom həmin kitabdan xatirələri yadına sal-
maqla əldə etdiyi ünsiyyətə görə çətin vaxt-
dan keçə bildi. Kitabın adı nə idi? Foksinin 
“Şəhidlər kitabı”.
Kimsə bizdən əvvəl buna oxşar sınaqlar-
dan  keçəndə  özümüzün  sınaqdan  keçmək 
prosesimiz  asanlaşır.  Bu,  şəxsi  hekayənin 
gücü  adlanır.  Kiminsə  həyat  təcrübəsini 
oxumaq bizə kömək edir ki, öz vəziyyətimizə 
düzgün  nəzərlərlə  baxaq.  Bəzi  vaxtlar 
biz  özümüzü  Tomun  bir  nəfərlik  kame-
rasında  hiss  edirik.  Ola  bilsin  ki,  nəyisə 
təklikdə  keçiririk.  Belə  yalqız  vaxtlarda 
ən  yaxın  dostlarımız  başqa  cəsur  iman-
lıların  hekayələridir.  Şəhidlərin  və  başqa 
məsihçilərin həyatları ət-qan dostlarımızın 
etdiyi kimi bizi sakitləşdirə, ruhlandıra və 
həvəsləndirə bilər. Siz çətinliklərdən keçir-
sinizmi?  Öz  tənhalığınızı  məsihçi  qardaş-
larınızın  və  bacılarınızın  hekayələri  ilə 
sakitləşdirin. Bu gün güc, sabaha isə ümid 
əldə edin. 
Buna görə bir-birinizə bu sözlərlə 
təsəlli verin.
1 Salonik. 4:18


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə