Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə101/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   97   98   99   100   101   102   103   104   ...   122

gün
294
BÖYÜK 
SADİQLİK
-cü
Daha çox təqib – daha çox böyümə!
Çində ev toplantısının pastoru Samuel Leymin sevimli sitatı – 
İmanına görə iyirmi il həbsdə qalmış pastor 


295
gün
-ci
BÖYÜK 
SADİQLİK
Daha bir böyük müjdəçi
HİNDİSTAN: EMİ KARMİÇAEL 
1931-ci ilin oktyabrın 24-ü Emi Karmiçael dua etdi: “Allahım, mənimlə hər nə etmək 
istəyirsənsə, onu da et. Sənə daha yaxşı xidmət etməyim üçün hər bir şeyi et.” O, Hindistanda 
müjdəçi və bütpərəst məbədlərdə fahişəlikdən xilas etdiyi uşaqların anası idi. Emi baş verəcək 
hər bir şeyə görə Allaha dua etməyə və etibar etməyə öyrəşmişdi. 
Elə həmin gün o yıxıldı, topuğu burxuldu 
və ayağını sındırdı. Ağırlaşmalara görə Emi 
ümidsiz halda şikəst oldu və növbəti iyirmi 
ilini yataq xəstəsi oldu. 
Amma Emi öz vəziyyətinə görə götür-qoy 
etməklə vaxt itirmədi. O, yazıya və dünya-
da olan müqəddəsləri ruhlandırmağa doğru 
öz enerjisini yenidən topladı. O, öz yatağın-
dan minlərlə məktub göndərdi, on üç kitaba 
müəlliflik etdi və gözəl şerlər yazdı.
Sənin yaran yoxdurmu?
Yaran yoxdur? Çapığın yoxdur?
Amma qulluqçu Rəbb kimi əzab çəkir, 
Onun ardınca gedən ayaqları yaralanır;
Lakin sənin ayaqlarında yara yoxdur:
Yarası və çapığı olmayan Onun ardınca 
uzun yol gedərmi? 
Emi Karmiçaelin “Dağ mehləri” kitabından götü-
rülüb. © 1999, Dohnavur Fellowship. Christian 
Literature Crusade tərəfindən nəşr olunub, Fort 
Washington, PA. İcazə ilə istifadə olunub. 
Emi şikəst oldu, amma yaraları onu Al-
laha  daha  da  yaxınlaşdırdı.  Çapıqlarına 
görə  o,  daha  yaxından  tanımalı  olduğu 
Xilaskarı  ilə  yaxın  ünsiyyətdə  idi.  Xüsu-
si  faciədən  keçmiş  insanlar  bir-biriləri  ilə 
danışırlar və dərhal ünsiyyət qururlar. Bo-
şanmış ailədən olan insanlar bir-birilərini 
yaxşı anlaya bilirlər. Məsih ilə də belədir. 
Biz  əzab  çəkərkən  İsa  ilə  tamamilə  fərqli 
bir  səviyyədə  danışmağa  başlayırıq.  Biz 
bilirik  ki,  o,  bizim  ağrılarımızı  hiss  edir 
və biz də Onun ağrılarını qismən hiss edi-
rik. Sizin yaralarınız İsa haqqında sizə nə 
öyrədir? Siz yaralarınıza icazə verirsiniz-
mi ki, sizi daha yaxın ünsiyyətə cəlb etsin? 
Amma Allah əzabkeşləri əzablarından 
xilas edər, dara düşəndə onlara səsini 
eşitdirər.
Əyyub 36:15


296
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük kod 
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
Zirzəmidə yerləşən kamerada tək olan pastor Allaha şikayət etdi: “Sən deyirsən ki, günəşi və 
yağışı yaxşılara və pislərə verirsən. Yaxşı, bu, nə deməkdir? Mən pisəm, yoxsa yaxşı?”
Allah bu sözləri onun ürəyinə qoydu: “Sən 
tamamilə başqasan – Allahın övladısan. Al-
lahın övladı günəşi və yağışı gözləmir. O özü 
günəşi verməlidir. Sən qaranlıq dünyada nur-
san, ona görə də nur saç. Səndə olmayan 
şeylər haqqında şikayətlənmək əvəzinə, bəlkə 
başqalarına nəsə verəsən? Sənin ətrafında 
başqa kameralarda çoxlu qəlblər var.”
Pastor Vurmbrand dua etdi: “Mən kame-
rada tənha oturduğum bir halda kiməsə xilası 
necə çatdırmalıyam?” 
“Bunu sən özün fikirləş.”
Riçard Vurmbranda sonra bir ideya gəldi 
və o, divarları tıqqıldatdı. Əlbəttə ki, cavab 
olaraq o tərəfdən tıqqıltı səsi gəldi. Sonra o, 
hər iki tərəfdə olan məhbuslara Morze ko-
dunu öyrətməyə davam etdi. Nəhayət, onlar 
səmərəli surətdə ünsiyyət qura bildilər və 
Riçard Müjdəni vəz etməyə başladı. Ətrafda 
olan məhbuslar da öz növbələrində eyni şeyi 
yan kameralarda etdilər. 
Onun yeni ideyası Allaha imkan verdi ki, 
olduqca ümidsiz görünən bir vəziyyəti bü-
tün həbsxana boyunca Müjdəni paylamağın 
səmərəli metoduna çevirsin. 
Neçə illər sonra Riçard bir nəfərin 
şəhadətliyini eşitdi, həmin rumın şəxsin 
dediyinə görə o, həbsxanada olarkən qonşu 
kamerada olan məhbusun divarı tıqqıldatma-
sı ilə Məsihi əldə etmişdi.
Faktlarla  üzləşmək  çətin  tapşırıqdır. 
Pastor  Vurmbrand  öz  vəziyyətinə  qiymət 
verəndə faktlar yaxşı görünmürdü. Amma 
onun əzabları onu yeni kəşf etməyə gətirib 
çıxardı. O aşkar etdi ki, insanın münasibəti 
faktlardan daha vacibdir. Yeniləşmiş ümid 
ilə silahlanaraq o, faktlara yenidən qiymət 
verməyə  başladı.  O,  danışa  bilmirdi.  Am-
ma  Morze  kodunu  tıqqıldada  bilirdi.  O, 
hətta  Müjdəni  –  Onun  həqiqi  sevgisini 
bölüşə  bilirdi.  Vəziyyətlərimiz  bizə  qarşı 
dayananda  biz  münasibətlərimizə  diqqət 
yetirməliyik.  Biz  Məsih  kimi  əzablara 
hazırlaşmalıyıq.  Amma  bir  şeyi  qərara 
gəlməliyik ki, əzab bizi məğlub etməyəcək. 
Biz ondan canımızı qurtara biləcəyik. Siz 
faktlara daha çox diqqət verirsiniz? Yoxsa 
siz iman qəhrəmanısınız? 
Beləliklə, Məsih cismən əzab 
çəkdiyinə görə siz də eyni 
düşüncələrlə silahlanın. 
1 Peter 4:1


297
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük zəhmət
ŞİMALİ VYETNAM: DA QARDAŞ
Da qardaş ilk dəfə qısadalğalı radioda məsihçi proqramını dinləyəndə şimali Vyetnamda kom-
munist partiyasının sadiq üzvü idi. Əvvəlcə bunu səfeh bir mövhumatçılıq kimi rədd etdi, am-
ma iki ay dinlədikdən sonra artıq Məsihə qarşı dura bilmədi. O, Allahın sevgisi barədə sevinclə 
dolmuşdu və bu, onun ürəyini bürüyürdü. O, tezliklə qonşularından çoxunu Məsihə gətirdi. 
Amma onun sevinci uzun sürmədi. 1998-
ci ilin dekabrın 29-da Vyetnam polisi Danın 
müjdəçilik fəaliyyətlərindən qəzəblənərək 
onun evinə basqın etdilər və başına si-
lahı dirəyək evdən çıxardılar. Onu həbs 
düşərgəsinə aparanda həyat yoldaşı və dörd 
uşağı yalnız uzaqdan ona baxa bildilər. 
Ağır şəraiti olan əmək düşərgəsində Danı 
məcbur etdilər ki, kərpic fabrikində çalışsın. 
Hər gün o, iki min kərpic daşıyırdı. Əgər o, 
gündəlik normanı yerinə yetirməsəydi, aman-
sızcasına döyülürdü. Artıq o, bu çətin işə 
dözmədiyini düşünəndə 2000-ci il, oktyabrın 
15-ində onu azadlığa buraxdılar. 
O, ev dustağı olsa da, ona əmr etmişdilər 
ki, imanını bölüşməsin. Ona deyilmişdi: “Sən 
yenicə əmək düşərgəsindən qayıtmısan. 
Yenidən oraya qayıtmaq istəyirsən? Diqqətlə 
fikirləş.”
Amma Da Allah üçün “sevgi zəhmətinə” 
özünü həsr etmişdi və ətrafında olanlara 
Məsihi çatdırmaq işini davam etdirdi. Heç bir 
fiziki iş – hətta gün ərzində iki min kərpic 
daşımaq belə – onu bu işdən saxlaya bilməz.
Çox az insan etiraf edər ki, hər gün işə 
getməyi  sevir.  Bəziləri  üçün  iş  qaçılmaz 
bir  şərdir.  Amma  Allah  barədə  şəhadətlik 
etməklə işləyən insanların tamamilə fərqli 
düşüncə  tərzləri  var.  Allahın  işi  heç  vaxt 
üzücü iş deyil. Amma biz həmişə Müjdəni 
hər bir yerdə yaymağa çalışırıq. O, əlimizdə 
olan tapşırıq üçün bizə enerji, çətin vaxt-
larda isə dözüm verir. Niyə məsihçilər belə 
çox işləyirlər? Bu maaşdır? Bu mükafatdır, 
əlavə qazancdır, yoxsa başqa dəyərlərdir? 
Xeyr,  məhəbbət  bizi  oyadır  ki,  hər  bir  şe-
yimizi  Allahın  xidmətinə  verək.  Əgər  siz 
Məsihi sevirsinizsə, siz Onun üçün sevinə-
sevinə  işləyəcəksiniz.  Bu  gün  Allah  Öz 
xidmətində sizi nə etməyə çağırıb? 
Çünki imandan yaranan əməllərinizi, 
məhəbbətdən doğan zəhmətinizi və 
Rəbbimiz İsa Məsihə bağladığınız 
ümidin verdiyi dözümü Atamız Allah 
qarşısında daim yada salırıq.
1 Salonik. 1:3


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə