Böyük Sadiqlik


Mən Allahdan güc istədim –



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə94/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   90   91   92   93   94   95   96   97   ...   122

BÖYÜK 
SADİQLİK
Mən Allahdan güc istədim –  
Allah məni güclü etmək üçün  
çətinliklər verdi. 
Mən Allahdan müdriklik istədim –  
Allah mənə həll etmək üçün problemlər 
verdi. 
Mən Allahdan xoş güzəran istədim –  
Allah mənə işləmək üçün beyin və əzələ 
verdi. 
Mən Allahdan cəsarət istədim –  
Allah mənə qalib gəlmək üçün təhlükələr 
verdi. 
Mən Allahdan sevgi istədim –  
Allah mənə imkanlar verdi. 
Mən istədiyim heç bir şeyi əldə etmədim –
Amma mənə lazım olan hər bir şeyi əldə 
etdim.
Mənim duama cavab gəldi. 
Hindistanda yaşamış, tibb institutunun tələbəsi olan məsihçi Maykl 
Cobun ailəsindən, o, atasının müjdəçiliklə məşğul olduğuna görə 
1999-cu ilin iyun ayında öldürülmüşdü. 
273
273-cü
gün
BÖYÜK 
SADİQLİK


274
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük “təlim” – birinci hissə 
İNGİLTƏRƏ: DR. ROULAND TEYLOR
Hadley şəhərinin camaatı dr. Rouland Teylora yalvardılar ki, yepiskop Vinçester və Lord 
Kanslerlə görüşməsin. Onlar bilirdilər ki, yepiskop dr. Teylorun təlimlərinə görə yaman 
hirslənibdir. 
İyirmi ilə yaxın idi ki, ingilis dilində 
Müqəddəs Kitab İngiltərədə qanuni şəkildə 
paylanırdı. Dr. Teylor məbəddə olan bütün in-
sanlara öyrədirdi ki, Müqəddəs Kitabı özləri 
oxusunlar və onun təlimlərinə riayət etsinlər. 
Buna zidd olaraq, kraliça I Merinin aman-
sız hökmranlığı altında olan dini rəhbərlər 
məbəd adətlərinə ciddi riayət olunmasını 
tələb edirdilər. 
Yepiskop tərəfindən təhqir edildikdən və 
ittiham olunduqdan sonra Rouland cavab 
verdi: “Mən məsihçi insanam. Mən məbədə 
qarşı küfr etməmişəm. Əslində, siz öz itti-
hamlarınıza görə kafirsiniz. Məsih bir dəfə 
və həmişəlik bütün bəşəriyyət üçün öldü. Bu, 
kifayət etdi. Siz və sizin ənənələriniz heç bir 
şey verə bilməz.”
Növbəti iki ili dr. Teylor həbsxanada qal-
dı. O biləndə ki, Hadleydən kənarda dirəyə 
bağlanaraq yandırılacaq, sevincdən atılıb düş-
dü. O öz təhlükəsizliyinə görə narahat de-
yildi. Əksinə, Hadleyin içindən keçəcəyini və 
imanlı bacı-qardaşlarını yenidən görəcəyini 
düşünəndə sevinclə dolurdu. 
Dr. Rouland Teylor 1555-ci ilin qışında 
şəhid oldu. 
Məhəbbət  bir  çox  fərqli  dillərdə  ifadə 
olunur.  İnsanlar  sevgini  anlamaq  üçün 
onun haqqında öz dillərində eşitməlidirlər. 
Bəzi ərlər həyat yoldaşlarına öz sevgilərini 
göstərmək  üçün  səhər  yeməyini  yatağa 
gətirirlər.  Amma  bəzi  qadınlara  isə  “mən 
səni  sevirəm”  ifadəsini  ucadan  və  aydın 
eşitmək  üçün  hansısa  onun  xoşladığı  bir 
hədiyyə gərəkdir. Təbrik açıqcalarını isteh-
sal edən şirkətlər ümid edirlər ki, biz sev-
gimizi sözlərlə deyək. Amma İsa deyir ki, 
onun  sevgi  dili  itaətkarlıqdır.  Biz  bunun-
la  Ona  olan  sevgimizi  ifadə  edirik.  Ona 
itaət edəndə biz Onu sevdiyimizi nümayiş 
etdiririk.  Teylor  ona  görə  şəhid  oldu  ki, 
İsanın sevgi dilində danışmağı davamçıla-
rına öyrədirdi. O, davamçılarına öyrədirdi 
ki,  Müqəddəs  Kitabı  oxusunlar  və  onun 
təliminə  riayət  etsinlər.  İsaya  göstərin  ki, 
Onu  sevirsiniz  və  bu  gün  dr.  Teylorun 
xatirəsini anın. 
İsa ona cavab verdi: “Kim Məni 
sevsə, sözümə riayət edər.”
Yəhya 14:23


275
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük “təlim” – ikinci hissə 
İNGİLTƏRƏ: DR. TEYLOR
Müqəddəs Kitabı öyrətdiyi üçün dirəkdə yanmazdan qabaq dr. Rouland Teylor bu gözəl sözləri 
yazmışdır: 
“Mən həyat yoldaşıma və uşaqlarıma 
deyirəm ki, Rəbb sizləri mənə verdi və Rəbb 
də məni sizdən, sizi isə məndən aldı: Rəbbin 
adı xeyir-dualıdır! Mən Onu hansısa bir 
ərdən və ya atadan daha sadiq və daha lütf-
kar görürəm. Bizim Xilaskarımızın ləyaqəti 
ilə Ona etibar edin, iman edin, itaət edin, 
Onu sevin və Ondan qorxun. Ona dua edin, 
çünki kömək edəcəyini vəd edib. Məni ölmüş 
sanmayın, çünki mən əbədi yaşayacağam və 
heç vaxt ölməyəcəyəm. Mən birinci gedirəm, 
siz məndən sonra əbədi evə gedəcəksiniz.
“Mən Hardleydə olan əziz dostlarıma və 
vəzimi eşidən bütün insanlara deyirəm ki, 
təlimim haqqında buradan təmiz vicdan-
la ayrılıram, çünki Allaha mənimlə birgə 
minnətdarlıq bildirməyinizi dua edirəm. 
Mən azacıq istedadımdan istifadə edərək, 
Allahın kitabından, xeyir-dualı Müqəddəs 
Kitabdan topladığım dərsləri başqalarına da 
öyrətmişəm. Ona görə də əgər mən və ya 
göydən gələn başqa bir mələk sizə aldığınız 
Müjdədən fərqli bir müjdəni vəz etsə, Allahın 
böyük lənəti həmin vəzçinin üstündə olsun!
Buradan böyük bir ümidlə ayrılıram, 
əbədi xilasıma şübhə etmədən əsl Xilaskarım 
vasitəsilə göylərdəki Atama minnətdaram.”
Rouland Teylor
Siz  uşaqlıqda  ən  yadda  qalan 
müəlliminizi  xatırlayırsınızmı?  Ola  bilsin 
ki,  o,  hansısa  xüsusi  bir  ətirdən  istifadə 
edirdi.  Bəlkə  o,  üzündəki  çapığı  hansısa 
bir vasitə ilə örtürdü. Həmin insan barədə 
yaddaşınızda  nəsə  qalıb.  Amma  biz  qo-
calanda  müəllimləri  fərqli  səbəblərə  görə 
qiymətləndiririk. Onların bizə öyrətdikləri 
dərsləri  –  heç  vaxt  unutmayacağımız 
dərsləri  xatırlayırıq.  Biz  Allah  Kəlamını 
ilk  dəfə  bizə  öyrədən  şəxsi  həmişə  xatır-
layacağıq.  Biz  müəllimlərimizin  Allahın 
sevgisi  və  xilası  barədə  öyrətdikləri  əsas 
həqiqətləri  unuda  bilmərik.  Kimsə  elm 
və  maariflənmə  adı  ilə  gələndə  Allahın 
həqiqətləri  sizi  müdafiə  edəcək  və  yalanı 
tanımaqda  yardım  edəcək.  Onlar  sadəcə 
xatirələrdən daha böyükdür. Onlar sizin ən 
dəyərli ləl-cavahiratınızdır. 
Əmrlərimə bağlı qalsan, 
yaşayacaqsan, təlimimi göz 
bəbəyin kimi qoru.
Sül. Məs. 7:2


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə