Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə91/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   87   88   89   90   91   92   93   94   ...   122

264
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük oğru – ikinci hissə 
RUSİYA: NİKOLAY KAMARA
Nikolay Kamara həbsxanaya bir oğru kimi getdi, amma məsihçi kimi çıxdı. O, azadlığa buraxı-
landan sonra Rusiyada gizli toplaşan məbədə qoşuldu. 
Bir müddətdən sonra Kamaranın 
məbədinin pastoru həbs olundu.  Məmurları 
ona işgəncə verdilər. Onlar ümid edirdilər ki, 
o, məbədi ələ verər, amma o, heç nə demədi. 
Sonra onlar Nikolay Kamaranı həbs etdilər. 
Onlar Kamaranı pastorun qarşısına gətirdilər 
və dedilər: “Əgər sirləri deməsən, biz sənin 
qarşında Kamaraya işgəncə verəcəyik.”
Pastor ona görə kiminsə əzab çəkməsinə 
dözə bilməzdi. Amma Kamara ona dedi: 
“Məsihə sadiq qalın və ona xəyanət etməyin. 
Mən İsaya görə əzab çəkməyə razıyam.” 
Sonra onlar Kamaranın gözlərini çıxardılar. 
Pastor buna dözə bilmədi. O, Kamaraya 
qışqırıb dedi: “Mən buna necə baxa bilərəm? 
Sən axı, kor qalacaqsan!” 
Kamara cavab verdi: “Mənim gözlərim 
məndən götürüləndə bu gözlərimlə 
gördüyümdən daha çox gözəllik görəcəyəm. 
Mən Xilaskarımı görəcəyəm. Siz axıradək 
Məsihə sadiq qalmalısınız.”
İstintaq edənlər pastora deyəndə ki, Ka-
maranın dilini kəsəcəklər, onda Kamara ca-
vab verdi: “Rəbb İsa Məsihə izzət olsun. 
Mən söylənilə bilən ən ali sözləri dedim. 
Əgər istəyirsinizsə, indi mənim dilimi kəsə 
bilərsiniz.” Keçmiş oğru məmurlardan bir im-
kan oğurladı. O, şəhid kimi öldü. 
Kamaranın  hekayəsi  Allahın  padşah-
lığı  ilə  şeytanın  padşahlığı  arasındakı 
ziddiyyətlərdə olan bir dərsdir. Müqəddəs 
Kitab  bizə  şeytanın  padşahlığının  üzvləri 
kimi  oğurlayanları,  öldürənləri  və  məhv 
edənləri  necə  tanımağı  öyrədir.  Kamara-
nın  vəziyyətində  düşmən  onun  görməsini 
oğurladı, nitqini məhv etdi və nəhayət, onu 
öldürdü.  Bunun  əksi  olaraq,  İsanın  pad-
şahlığı  həyatdır  –  bol  həyatdır.  Belə  ki, 
İsa Kamaraya yeni həyat verdi və keçmiş 
oğrunu saleh etdi. İki padşahlıq bir-biri ilə 
çəkişmədədir və həyatlarımız talan olunur. 
Kamaraya iki imanlı şəxs Allahın padşah-
lığına  necə  qoşulmağı  öyrədəndə  o,  digər 
tərəfə keçdi. Başqalarını Allahın padşahlı-
ğına gətirmək üçün siz nə edirsiniz? 
Oğru yalnız qarət etmək, öldürmək 
və tələf etmək üçün gəlir. Mən isə 
gəldim ki, onlar həyata, bol həyata 
malik olsun.
Yəhya 10:10


265
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük tərcümələr – birinci hissə 
İNGİLTƏRƏ: MƏSİHÇİ DUL QADIN 
Altı kişi və bir dul qadın İngiltərədəki məbədə qarşı böyük cinayət etdikləri üçün mühakimə 
olunurdu. Onlar ingilis dilində uşaqlarına Rəbbin Duasını və On Əmri öyrətmişdilər.
1519-cu ildə İngiltərədə Müqəddəs Kitabın 
təlimi üçün yeganə icazə verilən dil latın dili 
idi. Amma insanlar ingilis dilində danışırdı-
lar. İmanlılar gizlicə Kəlamın bəzi hissələrini 
ingilis dilinə tərcümə etmişdilər və ehtiyatla 
evlərə paylamışdılar. Amma indi onlar tutul-
muşdular və dirəyə bağlanaraq camaat qarşı-
sında yandırılacaqdılar. 
Məhkəmə yeddi məhbusdan biri olan dul 
qadına mərhəmət göstərdi və onun azad 
olunmasına icazə verildi. Heç kim buna eti-
raz etmədi, çünki onun əri yox idi və evdə 
yeddi uşağı qalmışdı. 
Simon Morton adlı bir mühafizəçi dul 
qadını evə yola salmaqda kömək etdi. Si-
mon qadının qolundan tutaraq onu apa-
randa paltosunun qolunun içindən şıx-şıx 
səsi gəldi. O, dul qadının paltosundan 
ingilis dilində tərcümələri çıxardı, onlar 
həmin bu tərcümələrdən istifadə edərək 
uşaqları öyrədirdilər. Baxmayaraq ki, o, 
indicə ölüm cəzasından canını qurtarmışdı, 
tərcümələrdən ayrılmaq istəmədi. O, düşü-
nürdü ki, uşaqlarının hələ də Allah Kəlamının 
həqiqətini bilməyə ehtiyacı var. Onun taleyi 
indi möhürləndi. 
Bu hadisədən qısa müddət sonra altı kişi 
və cəsur dul qadın üç taxta dirəyə bağlanıb 
diri-diri yandırıldılar. 
Biz 
rəqəmli 
dünyada 
yaşayırıq, 
evlərimizə  siqnalizasiya  sistemi  qoşuruq. 
Bizim  dəyərləndirdiyimiz  şeylər  aydındır 
–  evlərimiz  və  bizə  məxsus  olan  şeylər  o 
qədər  qiymətlidir  ki,  onları  itirməkdən 
qorxuruq. Amma on altıncı əsrdə yaşayan 
məsihçilər üçün Kəlam ən qiymətli bir şey 
idi. Bu hekayədə olan inadcıl dul qadın ki-
mi, onlar Müqəddəs Kitabın adi hissələrini 
öz  həyatları  bahasına  layiq  bilmişdilər. 
Vaxt  dəyişsə  də,  Allah  Kəlamının  dəyəri 
dəyişməyib.  Bizim  həyatlarımız  hələ  də 
başqalarına  Allah  Kəlamının  qiymətli  ol-
duğunu nümayiş etdirməlidir – baxmaya-
raq ki, biz belə etməklə ölən deyilik. Baş-
qaları sizin Kəlamı nə qədər çox və ya az 
qiymətləndirdiyinizi  bilirlərmi?  Onlar  Al-
lah Kəlamının şəxsi dəyərinin həyatınızda 
olduğunu deyə bilərlərmi? 
Ağzından çıxan qanun mənim üçün 
minlərlə qızıldan, gümüşdən daha 
qiymətlidir.
Məzmur 119:72


gün
266
BÖYÜK 
SADİQLİK
-cı
Məsihçi müjdəçilər hesabat verməlidirlər 
və mütləq yoxlanılmalıdırlar, çünki onlar 
imperializmin aləti kimi istifadə olunan 
hiyləgər canavarlardır. 
Şimali Koreya dövləti tərəfindən xalqa bildirilən açıq xəbərdarlıq 


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə