Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə87/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   83   84   85   86   87   88   89   90   ...   122

gün
252
BÖYÜK 
SADİQLİK
-ci
Tapşırıq
Mən Rəbbə dedim ki, qonşuma kömək etmək,
Uzaq yerlərə Müjdəni aparmaq,
Xəstələrə təsəlli vermək istəyirəm,  
amma O, mənə dedi: 
Əgər məni sevirsənsə, əllərim ol. 
Mən Rəbbə dedim ki, ölənlərə, 
Küçədəki yetimlərə, 
Məhbuslara baş çəkmək istəyirəm,  
amma O, mənə dedi: 
Əgər məni sevirsənsə, ayaqlarım ol. 
Mən Rəbbə dedim ki, kasıblara baxmaq, 
Ağlayan hər körpənin keşiyini çəkmək,
Və hər bir insanın ehtiyacını görmək 
istəyirəm, amma O, mənə dedi: 
Əgər məni sevirsənsə, gözlərim ol.
Mən Rəbbə dedim ki, Sənə xidmət  
etmək istəyirəm,
Amma haradan başlayacağımı bilmirəm.
Məhəbbət cavabdır, O, mənə dedi: 
Əgər məni sevirsənsə, ürəyim ol.
C. Şiri Uestfal 


253
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük möhkəmlik 
PATMOS: HƏVARİ YƏHYA
Siz yağda qaynayan, amma ölməyən insan ilə nə edərdiniz? 
Belə deyilir ki, Roma imperatoru Domi-
tian əmr etmişdi ki, həvari Yəhyanı ölənə 
qədər yağda yandırsınlar, amma Yəhya tiya-
nın içərisində vəz etməkdə davam etmişdi. 
Başqa bir vaxt Yəhyanı məcbur etmişdilər ki, 
zəhər içsin, amma Mark 16:18-də vəd edildi-
yi kimi, zəhər ona təsir etməmişdi. Beləliklə, 
həmin vaxtlar Efesdəki məbədin rəhbəri olan 
Yəhya b. e. 97-ci ilində Patmosa qovulmuş-
du. 
Yəhya bütün bu sınaqlardan canını qur-
tara bilmişdi, çünki Allah onunla işini 
bitirməmişdi. “Vəhy” hələ gəlməli idi. 
O, Patmos adasında mağarada olarkən 
görüntü əldə etdi. Görüntü Vəhy kitabı-
na – məbəd dövründə müjdəçilik üçün 
hərəkətverici qüvvə rolunu oynayan bir ki-
taba çevrildi. Burada Məsihin qayıtması 
ilə əlaqədar hadisələr peyğəmbərlik edilir. 
Yəhya Məsihin ikinci gəlişi haqda yazır və 
Onun gəlişini alqışlayır. Hətta bu gün də 
onun yazıları Məsihin izzətli gəlişini sevinclə 
gözləmək üçün imanlıları ruhlandırır. 
Yəhyanın sürgün olunmasından iki il sonra 
imperator Domitian öldü və Yəhya Efesdəki 
məbədə qayıtdı. İsanın möhkəm məbədinə 
yarım əsrdən çox xidmət edərək, ən cavan 
həvari yaşayaraq ən qoca həvari oldu, səksən 
yaşında Efesdə sülh içində vəfat etdi. 
Allahın  xidmətindən  təqaüdə  çıxmaq 
qeyri-mümkündür. Sadəcə, bunu Yəhyadan 
soruşun.  Ölümün  orta  yaş  həddinin  çox 
aşağı  olduğu  bir  vaxtda  Yəhya  ömür  bo-
yu  sadiqliklə  xidmət  edərək  səksən  yaşa 
qədər  yaşadı.  Ola  bilsin  ki,  siz  Allahın 
xidmətində  özünüzün  faydalılığınız  ilə 
mübarizə  aparırsınız.  Bəlkə  siz  özünüzü 
qoca  hiss  edirsiniz  və  sizin  yerinizə  Al-
lahın  başqa  adamı  istifadə  edə  biləcəyini 
düşünürsünüz.  Yaxud,  siz  cavan  və  su-
baysınız  və  düşünürsünüz  ki,  evli  insan-
lar Allahın fikrində olan insanlardır. Sizin 
öz bəhanələrinizdən əl çəkməyinizi istəyən 
Allah sizdə asanlıqla ruhdan düşməyən ru-
hani  möhkəmlik  yaratmaq  istəyir.  Bu  gün 
Allahdan xahiş edin ki, Ona xidmət etmək 
üçün sizə növbəti addımlarınızı göstərsin. 
Əziyyətə, Allahın Padşahlığına və 
dözümə sizinlə İsada şərik olan mən – 
qardaşınız Yəhya Allahın kəlamından 
ötrü və İsa barədə şəhadət etdiyimə 
görə Patmos adlanan adada idim.
Vəhy 1:9


254
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük itaətsizlik 
YERİXO: RAHAV 
Yeşua iki casusu Yerixo torpağına baxmaq üçün göndərəndə onlar fahişə qadın Rahavın evində 
gizləndilər. Rahavın evi Yerixonun divarlarına bitişik idi, bu divar ona görə tikilmişdi ki, arzu 
olunmayan qonaqların çağırılmadan gəlişinin qarşısını alsın. Padşah İsrailin casuslarının 
şəhərdə olduğunu eşidəndə dərhal Rahava xəbər göndərdi. O, əmr verdi ki, evinə girən casusla-
rın yerini söyləsin. 
Rahav padşahının əmrinə itaət etmədi və 
casusların gizləndikləri yerləri qorumaq üçün 
hətta yalan danışaraq onları gizlətdi. Sonra 
həmin gecə o, casusları uzun kəndirlə öz 
pəncərəsindən aşağı sallayaraq gizlicə onları 
şəhərdən çıxardı. 
Rahav İsrailin Allahı barədə az bilirdi, 
amma o, Allahın xalqına kömək etməyə ha-
zırlaşmışdı. O, bütpərəst hakimiyyətə itaət 
etmədi və hətta öz həyatını təhlükə altına 
saldı. Nəticədə isə o, həyatını xilas etdi. 
Həvarilərin İşləri kitabında oxşar hərəkət 
var. Paulun tövbəsindən dərhal sonra o, 
Dəməşqdə həvarilər ilə bir neçə gün vaxt 
keçirdi, sinaqoqlarda vəz edir və öyrədirdi. 
Yəhudilər Paulun dəyişildiyini görüb çaşqın-
lığa düşdülər, onu təhlükəli hesab etdilər. 
Həvarilər onu səbətdə şəhər darvazasından 
aşağı salladılar və onu öldürmək istəyən 
yəhudilərin əlindən həyatını xilas etdilər. 
Bəzi 
məsihçilər 
inanırlar 
ki, 
məhdudiyyətlər  olan  ölkələrdə  rəhbərliyə 
itaətsizlik  təqibə  zəmanət  verir.  Rəsmi 
məbəd  ilə  qeydə  alınmaqdan  imtina  edən 
çinli  məsihçilər  döyülməyə  layiqdirlərmi? 
İslam  ölkələrində  məsihçiliyi  qəbul  etmiş 
müsəlmanlar  ölüncəyədək  daşlanmağa 
layiqdirlərmi? Müəyyən ayələr fərqli tərzdə 
izah edilsə də, bütün məsihçilər yekdilliklə 
söyləyərlər  ki,  Allahın  qanunlarına  itaət 
etməməyə məcbur edən hakimiyyətlə razı-
laşa bilmərik. Əlbəttə, bu, məsihçilərə icazə 
vermir  ki,  dövlətə  qarşı  şəxsi  düşmənçilik 
etsinlər. İtaətsizliyə yalnız o vaxt zəmanət 
verilir ki, biz Məsihə sadiqlik ilə hökumət 
qanunları  arasında  sadiqliyi  seçməyə 
məcbur  edilirik.  Məsələlərin  həllində  siz 
harada  dayanırsınız?  Kəlamı  tədqiq  edin 
və özünüz seçim edin. 
Çünki Allah tərəfindən təyin 
olunmayan hakimiyyət yoxdur.
Roma. 13:1


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə